* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. məh. Səhərlə günorta arasında olan vaxt, saat 10-11 radələri. Sən çeştədək yatırsan; Pal-paltarın atırsan. A.Səhhət. Axşamdan yıxılır, çeştəcən yatır: Həftədə hanaya bir arğac atır. Aşıq Ələsgər. □ Gün çeştə (çeşt yerinə) qalxanda (qalxınca) – çeşt vaxtı, çeşt. Gecə uzunu yol gələn Vahidov gün çeşt yerinə qalxınca evinə döndü. S.Rəhimov. Gün çeştə qalxanda köhnə bir yük maşını Şahmarın qabağında dayandı. B.Bayramov.
Azərbaycan dilinin izahlı lüğəti / çeşt2 Səhərlə günorta arasında olan vaxt, saat 11-12 radələri. (“Koroğlu” dastanının lüğəti) Gün çeşt yerinə çatmamışdı ki, yetişdi Ruma. (“Mərcan xanımın Çənlibelə gəlməyi”) (İ.A.,B.A.)
Azərbaycan dastanlarının leksikası / çeşt1 сущ. устар. утренняя пора, промежуток времени между утром и полуднем. Çeştədək (çeştəcən) yatmaq спать до полудня, gün çeştə qalxanda когда солнце поднялось (поднимется) высоко
Azərbaycanca-rusca lüğət / çeşt1 сущ. нугъ. част (экуьнинни нисинин арада авай вахт, сятдин 10-11-ар); // gün çeştə (çeşt yerinə) qalxanda (qalxınca) рахъ частунихъ атайла (агакьайла, къведамаз), частунин вахтунда, частуниз; частунал кьван, частуналди (мес. ксун).
Azərbaycanca-ləzgicə lüğəti / çeşt(Cəbrayıl, Böyük Qarakilsə, Qarakilsə, Qazax, Mingəçevir) günorta. – Gün çeşdə qalxıf (Qazax); – Laf çeşt olanda işə gə:rsən da: (Mingəçevir); – Gün çeşd yerinə qalxmışdı (Cəbrayıl)
Azərbaycan dilinin dialektoloji lüğəti.