Avqust Şleyxer
Avqust Şleyxer (alm. August Schleicher; 19 fevral 1821 — 6 dekabr 1868) — Almaniya dilçisi.
== Həyatı ==
== Yaradıcılığı ==
A.Şleyxer (1821-1868) "Hind-Avropa dillərinin müqayisəli qrammatikası kompendiumu" (1861-1862) əsəri ilə müqayisəli-tarixi metodun böyük bir dövrünə yekun vuraraq "ulu dil" nəzəriyyəsini yaratmışdır. Lakin A.Şleyxerə qədər də bu barədə müəyyən fikirlər söylənmişdi: "...XVIII əsrin sonunda Vilyam Cons sanskrit, yunan, latın, qot, kelt və qədim fars dillərinin artıq mövcud olmayan bir mənbədən törəməsi fikrini irəli sürmüşdü. F.Bopp əvvəllər Hind-Avropa dillərinin sanskritdən, yaxud onunla ümumi olan bir "atadan" törəməsi fikrini deyirdisə, sonralar bu dillər arasında yalnız "qardaşlıq münasibətləri" olmasından danışırdı. F.Şlegel sanskrit dilinin ilkin olması, bütün Hind-Avropa dillərinin ondan törəməsi ideyasını irəli sürürdü". A.Şleyxer bunlardan fərqli olaraq, Hind-Avropa dillərinin ilk təsnifini vermiş, dillərin şəcərəsi nəzəriyyəsini yaratmış, qohum dillərin bir "ulu dil"dən – kök dildən əmələ gəldiyini və sonrakı dillərin həmin ulu dilin nəsilləri, budaqları olduğunu göstərmiş, fikirlərini "Şleyxer ağacı" deyilən bir ağac şəklində təsvir etmişdir. Onun fikrincə, ulu dilin xüsusiyyətləri (müəllif "ulu dil" dedikdə Hind-Avropa protodilini nəzərdə tutur) slavyan-german dillərində daha az mühafizə olunmuşdur, deməli, slavyan-german dilləri ulu dildən daha qədim dövrlərdə ayrılmışdır; yunan-itali-kelt qrupu bir müddət ulu dil daxilində dialekt kimi yaşamış, nisbətən sonralar ayrılmışdır. A.Şleyxerin fikrincə, ulu dil sanskrit dilinin ideal quruluşuna malik olmalı idi, eyni zamanda dil inkişafının ən yüksək zirvəsini təşkil etməli və flektiv formanın zirvəsinə çatmalı idi. Bu cəhətdən N.Y.Marrın fikri daha əsaslı görünür.