əlcək sözü azərbaycan dilində

əlcək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əlcək • 80.7371%
  • Əlcək • 18.9152%
  • ƏLCƏK • 0.2086%
  • ƏlCək • 0.1391%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əlcək
Əlcək — əllər üçün nəzərdə tutulan geyim növü. İlk əlcəklər Misir piramidaları dövrünə aid edilir. İlk əvvəllər əlcəkləri torba halında hazırlayırdılar, buna görə də onların barmaq üçün nəzərdə tutulmuş hissələri yox idi. Amma sonradan bir barmaq üçün yer tikildi. Misir xanımları bu üsulla öz əllərini işdən və yeməkdən qoruya bilirdilər. Bu əlcəklər oddan və əllərin bulaşmasından uzaqlaşmaq üçün istifadə edilirdi. Orta əsr dövrünə qədər bu proses davam etdi, lakin sonradan dəriyə bənzər çox nazik quruluşa malik olan və barmaqlara sıxlaşmış əlcəklər tikdilər. Keçən əsrin kişiləri əllərində əlcəklər daşıyırdılar, onlar bunu çox vaxt ətrafdakıları cəlb etmək üçün istifadə edirdilər. İspanların kübar təbəqəyə aid olan nümayəndələri papa və kralların yanında olarkən əlcək taxmırlar, həmçinin kilsə, dəfn mərasimində, faciəvi hadisələrdə və bayramlarda da əlcəyin taxılması xoş hal deyil. Əlcəklərin tikişinə xüsusi diqqət yetirilirdi, çünki onları sürətli taxmaq üçün bu mühüm əhəmiyyət kəsb edir.
Əlcək vallabi
Əlcək vallabi (lat. Macropus irma) — kenquru cinsinə aid heyvan növü. Qara əlcəkli kenquru kimi də tanınan qərb fırçası kenquru, Qərbi Avstraliyanın cənub-qərb sahil bölgəsində yerləşən kenquru növüdür. Vallabi'nin əsas təhdidi,qırmızı tülkü tərəfindən ovlanmaqdır.
Premyer Liqa Qızıl Əlcək
Premyer Liqa Qızıl Əlcək (ing. Premier League Golden Glove) — Premyer liqada qol buraxmadan ən çox oyun keçirən qapıçıların qazandığı futbol mükafatıdır. Sponsorluq razılaşmaları nəticəsində, bu mükafat ilk dəfə 2004–05 mövsümündən bu yana hər il "Barclays Qızıl Əlcək" adıyla təqdim olunur. Başlanğıcda, Qızıl Əlcək mükafatı sadəcə bir oyunçu tərəfindən qazanılırdı. Qolsuz oyun sayılarının bərabər olması nəticəsində mükafat, qolsuz oyun sayısının sezon boyu çıxdığı oyun sayısına nisbəti yüksək olan qapıçıya verilirdi. 2013–14 mövsümündən etibarən isə mükafat, qapıçıların çıxdıqları oyun sayısına baxmayaraq, qol buraxmama rokordu bərabər olan qapıçılar arasında paylaşılır. Qızıl Əlcək mükafatları 2005-ci ildən verilməyə başlamışdır. Bu mükafatı ilk qazanan Petr Çex olmuşdur. Qapıçılar arasında ən çox qazananlar isə, dörd mükafatla Co Hart və Petr Çexdir. Hartın mükafatı qazandığı dörd mövsümdə də forma geydiyi Mançester Siti, hal-hazırda mükafatı ən çox qazanan klubdur.

əlcək sözünün leksik mənası və izahı

  • 1 is. Əli soyuqdan və s.-dən qorumaq üçün barmaqlı, ya barmaqsız əl geyimi. Uzun əlcək. Əlcək toxumaq. Meşin əlcək. Qadın əlcəkləri. Beşbarmaq əlcək. Təkbarmaq əlcək. Bir corab, bir əlcək, bir isti köynək; Bir də ki yun başlıq göndərirəm, al! S.Vurğun.

    Azərbaycan dilinin izahlı lüğəti / əlcək

əlcək sözünün etimologiyası

əlcək sözünün sinonimləri (yaxın mənalı sözlər)

əlcək sözünün rus dilinə tərcüməsi

  • 1 перчатка, руковица

    Azərbaycanca-rusca lüğət / əlcək
  • 2 I сущ. 1. перчатка, рукавица (перчатка с одним пальцем); обычно мн. ч. перчатки (рукавицы). Toxunma əlcəklər вязаные перчатки 2. диал. ручка (дверная) 3. рукоятка: 1) часть ручного инструмента, оружия, за которую его держат. Xəncərin əlcəyi (dəstəyi) рукоятка кинжала 2) часть машины, прибора, за которую берутся рукой для передвижения, переключения, поворота и т.п. II прил. перчаточный. Əlcək sexi перчаточный цех

    Azərbaycanca-rusca lüğət / əlcək

əlcək sözünün inglis dilinə tərcüməsi

əlcək sözünün fransız dilinə tərcüməsi

əlcək sözünün ləzgi dilinə tərcüməsi

əlcək sözünün türk dilinə tərcüməsi

əlcək sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Zaqatala) arxalıq və ya çuxanın qolunun arxa tərəfindən sallanan artıq hissə, parça

Azərbaycan dilinin dialektoloji lüğəti.

"əlcək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əlcək nədir? #əlcək sözünün mənası #əlcək nə deməkdir? #əlcək sözünün izahı #əlcək sözünün yazılışı #əlcək necə yazılır? #əlcək sözünün düzgün yazılışı #əlcək leksik mənası #əlcək sözünün sinonimi #əlcək sözünün yaxın mənalı sözlər #əlcək sözünün əks mənası #əlcək sözünün etimologiyası #əlcək sözünün orfoqrafiyası #əlcək rusca #əlcək inglisça #əlcək fransızca #əlcək sözünün istifadəsi #sözlük