anod-ekran sözü azərbaycan dilində

anod-ekran

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • anod-ekran • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Anod
[[İmage:Zinc anode.png|thumb|Sink anodu]] Anod (yunanca ἄνοδος — yuxarıya hərəkət) cərəyan mənbəyinin müsbət qütbü və ya qurğunun elektrodu olub, cərəyan şəbəkəsinin müsbət qütbünə birləşdirilir. İş zamanı anodun potensialı katoda nisbətən müsbət olur. Elektroliz prosesində də anod müsbət mənbə olur və onun üzərində oksigenləşmə baş verir. Bu anlayış fizika elminə Maykl Faradey tərəfindən daxil edilmişdir.
Ekran kvotası
Ekran kvotası — hökumət tərəfindən daxili mədəniyyət sənayesinin qoruması məqsədi ilə, nümayişçilərə (məsələn, kinoteatrlara və televiziya kanallarına) daxili mədəni malların nümayişlərinin minimumu təyin etməsi. == Braziliya == Braziliyada ekran kvotaları 1930-cu illərdən başlayaraq tədbiq olunmağa başadı. O zaman qaydaya görə, xarici filmlərinin seanslarından öncə yerli filmlər nümayiş olunmalı idi. 1950-ci illərdə isə Braziliya kinoteatrları il ərzində ən azı 42 gün yerli filmləri göstərməli idilər. 1971-ci ildə bu rəqəm 42-dən 84-də qalxıb, çünki Braziliyada illik şəkildə istehsal olunan filmlərinin sayı artırdı. Eyni zamanda, çox sayda kinoteatrlar hətta köhnə sistemin çərçivəsində gəlirlərini itirdiklərindən xəbər verirdi. Nəticədə, bir sıra kinoteatr şəbəkəsi birgə film istehsalı şirkətini açıblar. Müstəqil rejissorlarlar birləşərək, onlar bazara çox sayda erotik komediya buraxırdılar. == Cənubi Koreya == 1966-ci ildə Cənubi Koreyanın Film qanunun ikici dəyişikliyi çərçivəsində ölkədə ilk dəfə ekran kvotanı tətbiq edilib. O zaman Koreya filmlərin nümayişi üçün hər il 90 gün ayırılıb.
Ekran Şrifti
Ekran şrifti (screen font,экранный шрифт)-xüsusi olaraq kompüterin ekranında əks olunmaq üçün hazırlanmış şrift ölçüsü (keql). Macintosh kompüterlərində ekran şriftləri rastrlıdır (PIXEL-BY-PIXEL DESIGNS), onlar həm ekranda əks olunmaq, həm də printerdə çap olunmaq üçün istifadə olunur. Çox zaman ekran şriftinin PostScript-uyumlu printerdə çap olunmaq üçün uyğun PostScript şrifti olur. == Təsnifat == Şriftlər müxtəlif meyarlara görə təsnif edilir. Əvvəla, bu, qrafik əsasdır. Şrift simvolları Klassik/Standart, Dar, Geniş, Əlavə Geniş və Əlavə Dar ola bilər. Doldurma ştrixlərinin xarakteri həm də şriftin vizuallaşdırılmasını dəyişir. Adi, konturlu, rəngli, eversion, lyuklu ola bilər. Serif. Xarakterik xüsusiyyətlər seriflər və simvolun yuxarı hissəsində kəsikli çıxıntıdır.
Plazma ekran
Plazma ekran bir göstərmə paneli növüdür. 30 düyüm (76 sm) və daha yuxarı ölçüdəki ekranlar üçün məsləhət görülür. Ümumi strukturlarını içlərində sıxışdırılmış ionlu qaz olan elektrik yüklü görünüş hüceyrələri meydana gətirir. Plazma ekranlar görünüşü birbaşa ekran hüceyrələrindən yayırlar. Bu xüsusiyyət sayəsində ekran üzərinə enən görünüş kadrı üzərində detal itkisi və ya kəskinlik meydana gəlmir. Görünüş parçacıqları eyni anda birbaşa yayımlandığı üçün xüsusilə hərəkətli görünüşlərdə gözlə görünən bir axıcılıq meydana gəlir. Bununla birlikdə ekranın izlənmə bucağı 175 dərəcəyə qədər yüksəldiyi kimi rəngdə və kontrastda itkilər meydana gəlmir. Plazma ekranlar LED ekranlara görə daha çox enerji xərcləyərkən, LED ekranlarla eyni nisbətdə güc sərf edir. Plazmalarda bir piksel işıqlanması üçün tək bir plazma hüceyrəsinin işıqlanmasına ehtiyac duyulur. Qara görünüş o hüceyrənin sönməsi ilə təmin edildiyi üçün qara rənglər gerçəyə çox yaxın görünür.
Sensor ekran
Sensor ekran — toxunmaya reaksiya verən ekrandan təşkil olunmuş, informasiyanın giriş təchizatı. Sensor ekran proqramlaşdırılma mərhələləri üzrə tədqiqatlar çərçivəsində ABŞ-də ixtira edilib. 1972-ci ildə istehsal edilmiş PLATO IV kompüter sistemi İK-şüa torundan və 16x16 ölçülərində blokdan ibarət sensor ekrana malik idi. Hətta ekranın bu qədər kiçik və aşağı dəqiqliyinə baxmayaraq tələb olunan yerə toxunduqda əməliyyat icra olunurdu. 1971-ci ildə ilk dəfə Samuyel Herst tərəfindən qrafik planşet, dördməftilli rezistiv prinsipi üzrə (US patent 3662105) eloqraf hazırlanmışdır. Sensor ekranların müxtəlif fiziki prinsiplərdə işləyən növləri var. Rezistiv sensor ekran şüşə paneldən və elastik plastik membrandan ibarətdir. Panelə və membrana rezistiv örtüyü çəkilmişdir. Şüşə və membran arasındakı sahə mikroizolyasiya edilmişdir. Ekrana toxunduqda, panel və membran qapanır və analoq-rəqəmsal çevirici müqavimət dəyişikliyini və toxunmanın (X və Y) koordinatlarını qeydə alır.
Ekran görüntüsü
Skrinşot (ing. screenshot) ya da ekran görüntüsü – ayrıca anda kompüterin ekranında olan görüntünü, yaxud onun bir hissəsini köçürməklə (kopyalmaqla) yaradılan şəkil. Adətən, bu rəqəmli görüntü istifadəçinin komandası əsasında əməliyyat sistemi, yaxud başqa proqram vasitəsilə alınır. Ekran görüntüsü nadir hallarda foto-/videokamera kimi xarici qurğunun köməyilə, yaxud kompüterdən monitora gedən siqnalı "yaxalamaq" yoluyla əldə edilir. Microsoft Windows əməliyyat sistemində ekran görüntüsü almağın ən sadə üsulu klaviaturada PrtScr klavişindən (bütün ekran üçün), yaxud Alt + PrtScr (aktiv pəncərə üçün) klavişlər kombinasiyasından istifadə etməkdir. Bu zaman görüntü əməliyyat sisteminin mübadilə buferinə köçürülür və sonradan istənilən qrafik redaktora qoyula, zərurət olarsa, redaktə oluna bilər. Bundan başqa, əksər hallarda görüntü mətn redaktorunda (məsələn, Microsoft Word və ya OpenOffice.org Writer) sənədə qoyula bilər. Ekran görüntüsü almaq üçün Vista versiyasından başlayaraq Windows əməliyyat sistemində xüsusi proqram – Snipping Tool proqramı nəzərdə tutulub. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Ekran vaxtı
Ekran vaxtı — smartfon, kompüter, televiziya və ya videooyun konsolu kimi ekranı olan cihazdlaran istifadəyə sərf olunan vaxt. Konsepsiya rəqəmsal mediadan istifadə və əqli sağlamlıqla bağlı əlaqəli anlayışlarla birlikdə əhəmiyyətli araşdırma altındadır. Ekran vaxtı uşağın inkişafındakı zehni və fiziki zərərlə əlaqələndirilir. Ekran vaxtının sağlamlığa müsbət və ya mənfi təsirləri məruz qalma səviyyələrindən və məzmunundan təsirlənir. Ekran vaxtının zərərli təsirinin qarşısını almaq üçün bəzi hökumətlər onun istifadəsi ilə bağlı qaydalar tətbiq etmişlər. == Tarixi == İlk elektron ekran 1897-ci ildə icad edilmiş və 1922-ci ildə kommersiyalaşdırılan elektron-şüa borusu (CRT) olmuşdur. Elektron-şüa boruları 2000-ci illərin əvvəllərində maye kristal monitorların (LCD) yüksəlişinə qədər ekranlar üçün ən populyar seçim idi. Ekranlar indi əyləncə, reklam və informasiya texnologiyalarının vacib hissəsidir. 2007-ci ildə populyarlaşdıqdan sonra smartfonlar gündəlik həyatda geniş yayılmışdır. 2023-cü ildə ABŞ-dən olan yetkin şəxslərin 85%-i smartfon sahibi olduğunu bildirmişdir.
SVGA ekran kartı

Oxşar sözlər

#anod-ekran nədir? #anod-ekran sözünün mənası #anod-ekran nə deməkdir? #anod-ekran sözünün izahı #anod-ekran sözünün yazılışı #anod-ekran necə yazılır? #anod-ekran sözünün düzgün yazılışı #anod-ekran leksik mənası #anod-ekran sözünün sinonimi #anod-ekran sözünün yaxın mənalı sözlər #anod-ekran sözünün əks mənası #anod-ekran sözünün etimologiyası #anod-ekran sözünün orfoqrafiyası #anod-ekran rusca #anod-ekran inglisça #anod-ekran fransızca #anod-ekran sözünün istifadəsi #sözlük