Ardıcvari arseutobium
== Təbii yayılması: ==
Krım, Qafqaz və Orta Asiyada yayılmışdır, dəniz səviyyəsindən 2000 -2500 m hündürlükdə bitən ardıcların köklərində parazitlik edir.
== Botaniki təsviri: ==
Hündürlüyü 2-20 sm, oduncaqlı, yığcam, buğumlu, çox miqdarda budaqları olan koldur. Çiçəkləri yarpaqların qoltuqlarında tək, bircinsli, ikievlidir. Çiçəkyanlığı 2-3 bölümlü, bu qədər erkəkciklidir. Dişicik çiçəklərin borucuqlu, ikiyə bölünmüş çiçək yanlığı vardır. Sütuncuğu qısa, konusşəkilli, küt dişicik ağızlıdır. Meyvəsi yumurtaşəkilli, yalançı giləmeyvədir. Yarpaqları xırda, cüt, oturaqdır. Giləmeyvəsi yumurtaşəkilli, mavi, ucunda çiçək yanlığının qalıqları vardır, yetişdikdə açılır. Xırda yarpaqları bünövrəsində bitişir.