EDR sözü azərbaycan dilində

EDR

Yazılış

  • EDR • 87.9747%
  • edr • 12.0253%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
EDR
Ermənistan Demokratik Respublikası (erm. Հայաստանի Դեմոկրատական Հանրապետություն), bəzi mənbələrdə İlk Ermənistan Respublikası və ya Ararat Respublikası — 1918–1920-ci illərdə mövcud olmuş erməni dövləti. Ermənistan Demokratik Respublikası Zaqafqaziya Demokratik Federativ Respublikasının dağılmasından sonra Daşnaksütun təşkilatının liderləri tərəfindən yaradılmışdır. Ermənistan Demokratik Respublikası fəaliyyət göstərdiyi 2 il ərzində, daim öz ərazilərini qonşu dövlətlərin ərazisini qəsb yolu ilə genişləndirmək siyasəti yürütmüşdür. Bu respublika yarandığı gündən süqut etdiyi günə kimi demək olar ki, bütün qonşularına qarşı torpaq iddiaları ilə çıxış edirdi. Ərazi iddialarının nəticəsi olaraq mövcud olduğu iki il ərzində Ermənistan qonşuları olan Azərbaycan, Türkiyə və Gürcüstan ilə hərbi münaqişələr yaşamışdır. 29 noyabr 1920-ci ildə Qızıl Ordu birliklərinin İrəvan şəhərinə daxil olması ilə Ermənistan Demokratik Respublikasının fəaliyyətinə son qoyulmuşdur. == Parlament == == İstinadlar == == Həmçinin bax == Gürcüstan Demokratik Respublikası Azərbaycan Xalq Cümhuriyyəti == Xarici keçidlər == Délégation de la République arménienne à la Conférence de la. Paix (1920) Армянская республика Yaqub Mahmudov. "İRƏVAN VƏ ƏTRAFINDAKI TORPAQLAR ERMƏNİLƏRƏ HANSI ŞƏRTLƏRLƏ VERİLMİŞDİ" ( (az.)).
Edqar Duqlas Edrian
Edqar Duqlas Edrian (ing. Edgar Douglas Adrian; 30 noyabr 1889[…], Hampsted, Böyük London – 4 avqust 1977[…], Kembric) — Birləşmiş Krallıq fizioloqu, London Kral Cəmiyyətinin prezidenti (1950–1955). Neyrofiziologiya üzrə fundamental əsərlər yazmışdır. O, ayrı-ayrı sinir hüceyrələrinin elektrik aktivliyini qeydə almışdır. Edrian 1932-ci ildə Çarlz Skott Şerrinqton ilə birlikdə "Nobel" mükafatına layiq görülmüşdür.
Edred
Edred (ing. Edred, Eadred; 923, Uesseks krallığı[d] – 23 noyabr 955) — 946-955-ci illərdə İngiltərənin kralı. Böyük Eduardın üçüncü arvadından olan kiçik oğlu. 26 may 946-cı ildə Eduardın böyük oğlu Edmundun ölümündən sonra kral elan olunmuşdur. Edred kral olduğu dövrdə ağır xəstəlikdən əziyyət çəkdiyi üçün dövlət işlərini anası Edqiva və özünün yaxın məsləhətçisi olan Abbat Dunstana həvalə etmişdi.
Edriasteroidealar
Edriasteroidealar (Edrioasteroidea) — Exinozoa (Echinozoa) yarımtipinə mənsub olan bu sinifin nümayandələri kiramit kimi bir-biri üzərinə yatan, çoxsaylı lövhəciklərdən ibarət, yastı alt və qabarıq üst hissəsi olan, dairəvi və ya beşkünc en kəsikli kürəvi və ya diskşəkilli fincandan ibarətdir. Üst hissənin mərkəzində ağız dəliyi yerləşir. Bu dəlikdən lövhəcikləri düz və ya oraq şəklində düzülmüş ambulakral sahələr ayrılır. Anus dəliyi ambulakrallar arasında interambulakrallardan birində yerləşir. Qolları yoxdur. Sərbəst və ya dibə təhkim olunmuş bentos həyat keçirən heyvanlardır. Vend, kembri – erkən karbon. == Həmçinin bax == Heyvanlar Bentos == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Edrien Broudi
Edrien Broudi (ing. Adrien Nicholas Brody (14 aprel 1973, Nyu-York, ABŞ) — ABŞ aktyoru, Oskar mükafatı laureatı. Xüsusilə, "Pianoçu" filmindəki polyak-yəhudi pianoçu Şpilman rolu ilə bütün dünyada böyük şöhrət qazanmışdır. == Həyatı == Edrien Broudi tarix elmləri professoru və rəssam Eliyot Broudi və məşhur fotoqraf-jurnalist Silvia Plaşi cütlüyünün 14 aprel 1973-cü ildə Nyu-York şəhərində dünyaya göz açan övladıdır. Edrianın ata tərəfdən nənəsi yəhudi, anası isə Macarıstan doğumlu bir katolik idi. Anasının çəkdiyi şəkillərdə tez-tez yer alaraq artıq kamera qarşısında rahat olmağa öyrəşən və hələ uşaq ikən aktyor olmağı arzulayan Edrian Broudi 12 yaşı olarkən dostlarının ad günü şənliklərində "Möcüzəli Edrian" adı ilə müxtəlif sehrbaz tamaşaları göstərərdi. Bu istedadı onu izləyən anasının diqqətini çəkir və beləliklə, onun aktyorluq dərsləri keçməsinə qərar verir. Əvvəl "American Academy of Dramatic Arts"da uşaqlar üçün təşkil olunan həftəsonu proqramlarında iştirak edir, bundan sonra Nyu-Yorkda "Fiorello H. LaGuardia High School of Music & Art and Performing Arts"da aktyorluq üzrə təhsil almağa başlayır. 1980-ci illərdə Broadvey tamaşalarında və qısa bir müddət Meri Tayler Morla birlikdə "Annie McGuire" adlı televiziya serialında rol alır. Edrian 1989-cu il istehsalı, Vudi Allenin "Nyu-York hekayələri" ("New York Stories") adlı filmində kiçik rol alır.
Edriyen Şelli
Edriyen Şelli (ing. Adrienne Shelly; 24 iyun 1966[…], Kuins, Nyu-York ştatı – 1 noyabr 2006[…], Manhetten, Nyu-York ştatı) — Amerikalı aktrisa, rejissor və ssenarist. Onun 2007-ci ildə rejissoru və ssenari müəllifi olduğu "Ofisiant" filmi sonralar Brodvey tamaşasına çevrildi. O, 2006-cı ildə yaşadığı mənzildə Diego Pillco adlı şəxs tərəfindən qətlə yetirilib. == Fəaliyyəti == === Rol aldığı filmlər === 1989 - "İnanılmaz həqiqət" (Audri); 1992 - "İnan mənə" (Mariya Koflin); 1990 - "Amerikada tənha" (Çamaşırxanadakı bir qadın); 1992 - "Güclü qadınlar ağlamazlar, mübarizə apararlar " (Stefani); 1992 - "Məni tut, məni həyacanlandır, məni öp" (Dannie); 1993 - "Hexed" (Qloriya O'Konnor); 1994 - "Opera N.1" ( Feyri #2); 1994 - "Yadlarla yatmaq" (Cenni); 1994 - "Teresanın Tatusu" (Teresa/Qloriya); 1994 - "Yol qatilləri" (Red); 1994 - "Mənimlə yat" (Pamela); 1995 - "Kalamazoo"; 1996 - "Gözlənilməz Manhetten" (Donna); 1997 - "Professionallar"; 1997 - "Ağır" (Ceni); 1998 - "Alliqatorlarla güləş" (Meri); 1999 - "Səni oralara aparacam" (Lusi); 2000 - "Bob və Zeldanın kölgələri" (Zelda); 2001 - "İnqilab N.9" (Kim Kelli); 2001 - "Ölü it" (Mme Marquet); 2004 - "Pələng, onun çöküşü və yüksəlişi" (Terri); 2005 - "Faktotum" (Cerri); 2007 - "Ofisiant" (Daun). === Rol aldığı seriallar === 1994 - "Cinayət, küçədəki həyat" (Ines Kuin); 1997 - "Erkən nəşr" (Emma Şau); 1998 - "Oz" (Sarah); 2000 - "Hüquq və qaydalar" (Radia Alston); 2001 - "Atlantik gizli sövdələşmə" (Meriyami).
Edrman adası
Edrman adası (rus. ) — Sakit okeana daxil olan Berinq dənizinin Vsadnik buxtasında yerləşir. İnzibati cəhətdən Çukotka muxtar dairəsi, Providenski rayonu ərazisinə daxildir. Xəritəyə 1887-ci ildə Maksimovun topoqrafik materilları əsasında salınmışdır. Ada kontr-admiral Qustav Edrmanın şərəfionə adlandırılmışdır. Ada dəniz dibinin terrasvari formada səthə çıxmasıdır. Üstəlik ona qumlu-gilli dildə birləşir. Gələcəkdə adanın qorunan təbiət ərazilərinə daxil edilməsi düşünülür.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.50 dəfə / 1 mln.
2007 •••••••••••••••••••• 1.69
2008 ••• 0.24
2010 •• 0.09
2011 ••••••••••• 0.86
2012 •••••••••• 0.77
2013 •••• 0.29
2014 ••• 0.17
2015 ••••••••••••• 1.02
2016 ••••••••••••••••• 1.39
2017 •••••••• 0.65
2019 •••••••••• 0.83

Oxşar sözlər

#edr nədir? #edr sözünün mənası #edr nə deməkdir? #edr sözünün izahı #edr sözünün yazılışı #edr necə yazılır? #edr sözünün düzgün yazılışı #edr leksik mənası #edr sözünün sinonimi #edr sözünün yaxın mənalı sözlər #edr sözünün əks mənası #edr sözünün etimologiyası #edr sözünün orfoqrafiyası #edr rusca #edr inglisça #edr fransızca #edr sözünün istifadəsi #sözlük