ergo sözü azərbaycan dilində

ergo

Yazılış

  • ergo • 50.0000%
  • Ergo • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ergo Proxy
Ergo Proxy (エルゴプラクシー, Eruqo Purakuşi:, azərb. Erqo Proksi‎) — kiberpank, müəmma, macəra, döyüş janrında olan, Manglobe tərəfindən istehsal olunmuş, ssenarisi Day Sato tərəfindən yazılmış, rejissoru Şuuko Murase olmuş anime serialı. Anime serialı 25 fevraldan 12 avqust 2006-cı ilə qədər WOWOW peyk şəbəkəsi ilə yayımlanmışdır və 23 seriya davam etmişdir. Hadisələr gələcəkdə baş verir: insanlar və avtoreyv androidləri birlikdə sülh içərisində yaşayırlar. Ta ki avtoreyvlərə iradə vermək qabiliyyətinə malik virus peyda olana qədər. Robotlar üsyan edirlər və bir sıra cinayətlər işləyirlər. İnspektor Riel Meyer bu işi araşdırmaq üçün işə cəlb olunur. Amma Riel işi araşdırdıqca daha qarmaşıq faktlarla tanış olur: hökumətin gizli tədqiqat planına daxil olan xüsusi humanoid növü — Proksilərlə qarşılaşır. Qnostisizm və fəlsəfədən təsirlənən anime serialı 2D rəqəmsal animasiyasının, 3D kompüter modelləşdirməsinin və xüsusi rəqəmsal effektlərin kombinasiyasından istifadə edilərək çəkilmişdir. Anime serialı Yaponiyada yayımlandıqdan sonra ABŞ-da Geneon Entertainment USA tərəfindən DVD formatında yayımlanması üçün lisenziyalaşdırılmışdır.
Ergo decedo
Ergo decedo, Latınca "çıx get" və ya "tərk et" mənasına gəlir, argumentum ergo decedo və ya xain tənqidçi səfsətəsi, tənqidçinin tənqidin özünə cavab verməkdənsə, tənqidçinin hansısa bir qrupa bağlılığını və ya mənsubiyyətindən qaynaqlandığını irəli sürərək tənqidçinin tənqid etdiyini deyir tənqidə cavab verməmək, boyun qaçırmağa deyilir. Səfsətə, tənqidçinin tənqid olunan qrupun dəyərlərini və adətlərini qiymətləndirmədiyini və ya vətənə xəyanət etdiyini dolayısıyla iddia edir və beləliklə, tənqidçinin ümumiyyətlə tənqid olunan qrupdan çıxaraq sualdan və ya mövzudan tamamilə çəkinməsini təklif edir. Argumentum ergo decedo ümumiyyətlə təsnif edilməsinə görə səfsətənin bir növü kimi təqdim edilir, daha dəqiq desək ad hominem səfsətəsinin alt sinifinin bir növü olaraq təsnif edilir. == Siyasətdə == Argumentum ergo decedo birbaşa tu quoque səfsətəsinə bağlıdır siyasi tənqidlərinə cavab verərkən. Kənar tənqidlərə qarşı whataboutism istifadə edilərkən, ergo decedo daxili tənqidə qarşı istifadə olunur. == Nümunələr == Tənqidçi : "Düşünürəm ki, Azərbaycanın vergi sistemini təkmilləşdirmək üzərində işləməliyik. Mövcud sistem, Gürcüstan və Türkiyə kimi digər ölkələrdə həll edilmiş bir çox problemdən əziyyət çəkir. " Cavabdeh "Yaxşı əgər Azərbaycanı bəyənmirsənsə, niyə tərk edib daha yaxşı olduğunu düşündüyün bir yerə getmirsən?"Tənqidçi : "Ofisimizin atmosferi şirkətin gələcəyi üçün islahatlar haqqında konstruktiv söhbətlərə başlamaq üçün uyğun deyil. Bir sıra təkmilləşdirmələrə ehtiyac var ". Cavabdeh "Korporativ sistemdən xoşunuz gəlmirsə, onda niyə buradasınız?
Cogito, ergo sum
Latınca cogito, ergo sum , adətən Azərbaycan dilinə "Mən düşünürəm, deməli mövcudam" kimi tərcümə olunur, Rene Dekartın fəlsəfəsinin "birinci prinsipidir". O, latın dilinin icazə verdiyindən daha geniş auditoriyaya çatmaq üçün onu ilk olaraq 1637-ci ildə “Metod haqqında diskurs” əsərində je pense , donc je suis kimi fransız dilində nəşr etdirdi. Daha sonra o, latın dilində Fəlsəfənin prinsipləri kitabında çıxdı və oxşar ifadə onun İlk fəlsəfə haqqında meditasiyalarında da diqqəti cəlb etdi. İfadə bəzən kogito kimi də adlandırılır. Dekartın bir kənar qeydində izah etdiyi kimi, "şübhəli olduğumuz halda varlığımıza şübhə edə bilmərik." Dekartın ölümündən sonra nəşr olunan "Təbii işıqla həqiqət axtarışı" əsərində o, bu fikri dubito, ergo sum, vel, quod idem est, cogito, ergo sum ifadə etdi. ("Şübhə edirəm, ona görə də mövcudam - və ya eyni olan şey - düşünürəm, deməli, mövcudam"). Antuan Léonard Tomas, 1765-ci ildə Dekartın şərəfinə yazdığı essedə onu dubito, ergo cogito, ergo sum kimi təqdim etdi. ("Şübhə edirəm, deməli düşünürəm, deməli mövcudam"). Dekartın bəyanatı radikal şübhələr qarşısında bilik üçün müəyyən zəmin yaratmağı nəzərdə tutduğu üçün Qərb fəlsəfəsinin əsas elementinə çevrildi. Digər biliklər təxəyyül, aldatma və ya səhv məhsulu ola bilsə də, Dekart iddia edirdi ki, insanın öz varlığına şübhə ilə yanaşması, ən azı, öz ağlının reallığına sübut kimi xidmət edir; düşüncənin olması üçün düşünən varlıq - bu halda mənlik - olmalıdır.
Ergo Proxy seriyalarının siyahısı
Ergo Proxy cizgi serialının seriyalarının siyahısı — Yaponiya anime serialı "Ergo Proxy"-nin 23 seriyasının siyahısı. "Ergo Proxy" anime serialı Manglobe tərəfindən istehsal olunmuşdur və anime serialının rejissorluğunu Şuko Murase etmişdir. Anime serialının yayımlanmasına 25 fevral 2006-cı ildə WOWOW peyk televiziyasında başlanılmışdır. Animenin ingilis versiyası Geneon Entertainment tərəfindən lisenziyalaşdırılmışdır. 9 iyun 2007-ci ildə animenin ingilis adaptasiyasının ilk seriyası Fuse TV kanalından göstərilmişdir. Serialın açılış mahnısı olan və Monoral rok qrupu tərəfindən ifa olunan "Kiri" mahnısı ilk dəfə 3-cü seriyada səsləndirilmişdir. "Paranoid Android" mahnısı isə anime serialının bağlanış mahnısı olmuşdur. == Seriyaların siyahısı == == DVD == == İstinadlar == == Xarici keçidlər == Ergo Proxy seriyalarının siyahısı (anime) Anime News Network Ensiklopediyasında Ergo Proxy seriyalarının siyahısı — Internet Movie Database saytında.
Post hoc ergo propter hoc
Post hoc ergo propter hoc (Latın dilindən tərcümədə: "bundan sonra, deməli buna görə") — məzmunu "X hadisəsindən sonra Y baş verirsə, deməli X hadisəsi Y hadisəsinə səbəb olur" olan qeyri-formal məntiqi səhv. Bu, adətən post hoc səhvi olaraq qısaldılır. Aydın olmayan səbəb müxtəlifliyi olan bu məntiqi səhv cum hoc ergo propter hoc ("bununla, deməli buna görə") səhvindən azca fərqlidir, hansı ki, ardıcılıq və ya xronoloji olaraq baş vermiş iki hadisə əhəmiyyətsiz və ya naməlumdur. Post hoc olduqca qaçınılmaz bir səhvdir, çünki korrelyasiya səbəb əlaqəsi hissi yaradır. Bu səhv nəticənin potensial səbəbkarı olan və qeyd edilən əlaqənin mövcud olmadığını sübut edə biləcək digər amillər əvəzinə, yalnız və yalnız hadisələrin gerçəkləşmə ardıcıllığından alınan nəticəyə əsaslanır. Bu səhvə sadə bir nümunə "xoruz günəşin doğmasından əvvəl banlayır, deməli xoruz günəşin doğmasına səbəb olur"dur. == Forma == post hoc səhvinin forması belədir: A baş verir, bundan sonra B baş verir. Deməli, A-nın səbəbi B-dir.B arzuolunmaz bir şeydirsə, bu nümunə antesedentin inkarı formal məntiqi səhvi ilə kombinasiya edilir. Beləliklə, bu fərz edilir: A-dan yayınmaq B-nin qarşısını alır. == Nümunə == Bir icarədar bir mənzilə köçür və binanın sobasında problem yaranır.
Kinesis ergonomik klaviaturası
Kinesis ergonomic keyboard ~ эргономичная клавиатура Kinesis ~ Kinesis ergonomik klavyesi ~ Kinesis ergonomik klaviaturası – işdə rahatlıq yaratmaq məqsədi ilə (məsələn, təkrarlanan rahat olmayan hərkətləri aradan qaldırmaqla) layihələndirilmiş klaviatura. Belə klaviaturanı proqramlaşdırmaq olar: əməliyyat sisteminin və ya tətbiqi proqramların imkanlarından istifadə etmədən klavişlərin təyinatını dəyişdirmək və onlara makros mənimsətməklə klaviaturanın öz yaddaşında saxlamaq olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Contoured keyboard page on the Kinesis site. Jamie Zawinski on keyboards and other ways of dealing with wrist pain. An in-depth review.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2010 ••••••••••••• 0.09
2013 •••••••••••••••••••• 0.15

Oxşar sözlər

#ergo nədir? #ergo sözünün mənası #ergo nə deməkdir? #ergo sözünün izahı #ergo sözünün yazılışı #ergo necə yazılır? #ergo sözünün düzgün yazılışı #ergo leksik mənası #ergo sözünün sinonimi #ergo sözünün yaxın mənalı sözlər #ergo sözünün əks mənası #ergo sözünün etimologiyası #ergo sözünün orfoqrafiyası #ergo rusca #ergo inglisça #ergo fransızca #ergo sözünün istifadəsi #sözlük