ikri sözü azərbaycan dilində

ikri

Yazılış

  • ikri • 60.0000%
  • İkri • 40.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ömər Əbu Həfs İkritişi
Ömər ibn Həfs ibn Şüeyb ibn İsa Bəlluti, sonradan Qəliz ("kök") və İkritişi ("kritli"), adətən Əbu Həfs adlanır (ərəb. أبو حفص‎; yun. Ἀπόχαψ) — IX əsrdə yaşamış Əndəlüs dəniz qulduru, Krit əmirliyinin qurucusu. O, Krit adasının ilk əmiri olmuşdur. Əndəlüs mənşəli korsardır. 816–827-ci illərdə Aralıq dənizində fəaliyyət göstərmişdir. Kordova əmiri I Hakəmin hakimiyyəti dövründə radikal müsəlmanların iştirakı ilə bir sıra üsyanlar baş vermişdir. 805-ci və 806-cı illərdə Kordovada iğtişaşlar baş tutmuş və onlar tez bir zamanda yatırılmışdır. 814-cü ildə yenidən üsyan qaldırılmışdır. Onun iştirakçıları sarayı mühasirəyə almış, lakin Hakəm üsyançıların əksəriyyətinin yaşadığı şəhərətrafı əraziləri yandırmağı əmr etdikdən sonra onlar öz ailələrini xilas etməyə qaçmışdır.
İkrimə ibn Əbu Cəhl
İkrimə ibn Əbu Cəhl (ərəb. عكرمة بن أبي جهل‎) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri, Əbu Cəhlin oğlu olaraq İkrimə Məkkədə Məhəmməd peyğəmbərin əsas əleyhdarlarından biri idi. 630-cu ildə Məhəmmədin Məkkəni fəth etməsindən sonra İkrimə İslamı qəbul edir və gənc müsəlman dövlətinin görkəmli simalarından biri olur. Mürtədlərlə döyüşlər zamanı Əbu Bəkr İkriməni yalançı peyğəmbər Müseylimə əleyhinə Yəmamə göndərir. 636-cı ildə Yərmuq döyüşündə Suriyanın fəthi zamanı vəfat etmişdir. İkrimə Məhəmməd peyğəmbərin barışmaz rəqibi Əbu Cəhlin oğlu idi. İkrimə peyğəmbərliyin ilk illərində atası ilə birlikdə Məhəmməd peyğəmbəri və Məkkə müsəlmanlarını təhqir edir, məsxərəyə qoyurdu. Bədr döyüşündə Əbu Cəhlin ölümündən sonra İkrimə düşmənçiliyi qisas xarakteri alır. O, Məhəmmədə və onun tərəfdarlarına zərər vermək üçün bütün səylərini cəm edir. İkrimə Məkkənin fəthi günü bir dəstə Məkkəli ilə Xalid ibn Vəlidin ordusuna qarşı vuruşur, lakin məğlub olur.

Oxşar sözlər

#ikri nədir? #ikri sözünün mənası #ikri nə deməkdir? #ikri sözünün izahı #ikri sözünün yazılışı #ikri necə yazılır? #ikri sözünün düzgün yazılışı #ikri leksik mənası #ikri sözünün sinonimi #ikri sözünün yaxın mənalı sözlər #ikri sözünün əks mənası #ikri sözünün etimologiyası #ikri sözünün orfoqrafiyası #ikri rusca #ikri inglisça #ikri fransızca #ikri sözünün istifadəsi #sözlük