Mob sözü azərbaycan dilində

Mob

Yazılış

  • Mob • 76.1792%
  • mob • 23.3491%
  • MOB • 0.4717%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
ABŞ-da mobil telefon sənayesi
ABŞ-də mobil telefonu sənayesi bu məqalədə yer alır. Mobil telefonlar dedikdə ümumilikdə ağıllı telefon və ya cib telefonu nzərdə tutulur. == Simsiz xidmət təminatçıları == === Milli operatorlar === ABŞ-də ümummilli simsiz xidmətlər təqdim edən üç əsas operator var: Verizon, AT&T və T -Mobile; Hər üçü də 4G üçün LTE standartından istifadə edən şəbəkələri idarə edir və 5G xidmətləri də təklif edir. Verizon Wireless Baş ofisi Basking Ridge, New Jerseydə yerləşən Verizon Wireless, Verizon Communications şirkətinin törəmə şirkətidir.AT&T Mobilliyi AT&T Mobility. Baş ofisi: Dallas, Texas , AT&T Inc -in törəməsi. .T-Mobile ABŞ Baş ofisi Vaşinqtonun Bellevue şəhərində yerləşən T-Mobile US Almaniyanın telekommunikasiya şirkəti T-Mobile International AG- nin bir hissəsidir (əksər pay sahibi Deutsche Telekomdur). === Regional operatorlar === U.S. Cellular C Spire Wireless Claro Puerto Rico Liberty Puerto Rico === Mobil virtual şəbəkə operatorları (MVNOs) === Mobilliyi Gücləndirin Dish Network-un törəməsi olan Boost Mobile, T-Mobile ABŞ-nin CDMA və 4G LTE şəbəkəsindən istifadə edərək əvvəlcədən ödənilmiş simsiz xidmət göstərir. BLU BLU Telecommunication Inc-in xidmət markası. BLU Mobile, AT & T -nin GSM, HSPA+və LTE şəbəkəsindən istifadə edərək xidmətlər göstərir. M2M və statik IP xidmətləri ilə tanınan ABŞ və Meksikada qlobal sim təmin edin.
BenQ Mobile
BenQ-Siemens == Haqqında == BenQ-Siemens, 2005-ci ildə BenQ Siemens Mobil Qrupunu alarkən təsis edilmişdir. Məqsəd BenQ-in həyat tərzi təcrübəsini, dizayn qrupunu və Siemens-in mühəndis imkanlarını bir araya gətirmək idi. Mobil rabitədə yeni bir lider yaratmaq. Yeni qurulan şirkət 2006-cı ildə ən çox iF məhsul dizayn mükafatlarını qazandı və Almaniyanın qırmızı nöqtə yarışmasında bir neçə dizayn mükafatını aldı. 2006-cı ilin oktyabrında Münhen məhkəməsində iflas iddiası qaldırdı. Bu, BenQ-nin Siemens mobil bölməsini yalnız bütün patentlər və əqli mülkiyyət üçün alıb Almaniyada mobil telefon istehsal etmək niyyətində olmadığı ilə əlaqədar Almaniyada mübahisəyə səbəb oldu. BenQ, Asiyadan mobil ticarəti bərpa etməyi planlaşdırdığını söylədi. 30 yanvar 2007-ci ildə Alman bölməsində investor tapılmadan Kamp-Lintfortdakı BenQ Mobile zavodu bağlandı. Həmkarlar ittifaqı nümayəndələri IG ll, son 165 işçi ilə vidalaşır. Lakin şirkət bağlandıqdan sonra ana şirkət BenQ 2007-ci ildə BenQ-Siemens markası altında beş yeni telefon açdı.
Bulbophyllum mobilifilum
Bulbophyllum mobilifilum (lat. Bulbophyllum mobilifilum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Edge by Mobigame
GSM-mobil rabitə üçün qlobal sistem
GSM - Mobil rabitə üçün qlobal sistem - (ing.GSM-(Global System for Mobile Communications), ru.GSM-(глобальная система для мобильной связи)) -– kanalların zamana (TDMA) və tezliyə (FDMA) görə ayrılmasına əsaslanan rəqəmsal mobil rabitənin qlobal standartı. Ötən əsrin 80-ci illərinin sonunda Avropa Telekommunikasiya Standartları İnstitutunun (European Telecommunications Standards Institute, ETSI) himayəsi altında işlənib hazırlanıb. GSM ikinci nəsil (2 Generation) şəbəkələrə aiddir (1G – analoq hücrəsəl rabitə, 2G – rəqəmsal hücrəsəl rabitə, 3G – çoxamaclı kompüter şəbəkləri, o cümlədən İnternet vasitəsilə kommutasiya olunan genişzolaqlı rəqəmsal hücrəsəl rabitə). Hücrəsəl telefonlar 4 tezlik diapazonu üçün buraxılır: 850 MHs, 900 MHs, 1800 MHs, 1900 MHs. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kral Mobon
Kral Mobon (d. 30 – ö. 53) - Goguryeo krallığının beşinci kralıdır. 48-53-cü illərdə hökmdarlıq etmişdir.Kral Demusinin oğludur. Hakimiyyəti əmisi Kral Minjunqdən təhvil almışdır. Ondan sonra hakimiyyətə Kral Demusinin qardaşı Go Jaesanın (재사, 再思) oğlu Kral Taejodae keçmişdir.
Latvijas Mobilais Telefons
Latvijas Mobilais Telefons, LMT – Latviyada mobil operator. Şirkət 1992-ci ildə qurulub və ölkədəki ilk mobil operatordur. Şirkətin səhmlərinin yüzdə 51-i dövlət tərəfindən idarə olunur. 1995-ci ilin yanvar ayında mövcud NMT şəbəkəsi ilə birlikdə bir GSM şəbəkəsi işləməyə başlayır. Bazar araşdırmalarına əsasən 1999-cu ilin yayında icazə verilən 1800 MHz diapazonundan istifadəyə icazə vermək üçün lisenziyasının genişləndirilməsini istəyir. 1 dekabr 1999-cu il tarixində artıq 14 aktiv GSM 900/1800 baza stansiyası var idi. == Tarix == Latviya-İsveç-Finlandiya birgə müəssisəsi olaraq 2 yanvar 1992-ci ildə qurulmuşdur. Latviya dövləti kapitalın 51% -ə, xarici tərəfdaşlar - İsveç operatoru Telia və Finlandiya operatoru Sonera 49%-ə sahib olur. Əvvəlcə LMT NMT standartında rabitə xidmətləri göstərirdi. 1995-ci ilin yanvar ayından bu yana GSM standartında rabitə xidmətləri göstərir.
MOBESE
MOBESE (Mobil Elektron Sistemlər İnteqrasiyası), Türkiyənin 81 vilayətində yaradılmış sistem ilə cinayət və cinayətkarlıqla mübarizə aparan təhlükəsizlik qüvvələrinin əlini gücləndirmək məqsədi ilə yaradılmış kameralı təhlükəsizlik sistemləridir. 2007-ci ildən bəri quraşdırılmış sistemlərin xərcləri Daxili İşlər Nazirliyinin büdcəsi və xüsusi vilayət idarələri tərəfindən qarşılanır. Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən 148 milyon 193 min TL xərclənmişdir. Tabeliyində olan təşkilatlar; Komanda İdarəetmə Mərkəzi Avtomobil Müşahidə Sistemi Səyyar Avtomobil Sorğu Sistemi Nəzarəti Təkmilləşdirmə və İdarəetmə Sistemi Zona Müşahidə Sistemi Nömrə Müəyyənləşdirmə Sistemi Mərkəzi Mobil Əməliyyatların İdarəedilməsi Polis Şöbələrinin Kompüter Şəbəkəsi. == İstanbul == 2012-ci ilin aprel ayına kimi sayı 4220 olan kameralar, daha 480 ədəd artırılaraq 4700-ə çatdırılacaqdır. Bundan əlavə, 25 məntəqəyə quraşdırılacaq nömrə müəyyənləşdirmə sistemi qısa bir müddət ərzində hərəkətdə olan nəqliyyat vasitələrinin oğurluq olub-olmadığı barədə məlumat verəcəkdir. Kamera sayının 10.000-ə çatdırılması hədəflənir. 1.206 məntəqə (4.212 kamera), 40 yerdə 160 HD kamera. === Vertolyotdan görüntü ötürmə sistemi === Helikopterlərdə yerləşdirilmiş kameralardan əldə olunan görüntülər MOBESE mərkəzində quraşdırılmış simsiz sistem və polis helikopterində quraşdırılmış qəbuledici vasitəsi ilə MOBESE mərkəzinə ötürülür. Bu layihə 40 km radiusda olan ərazidən vizual təsvirləri mərkəzə ötürür.
Mobbinq
=== “Mobbing” – latınca “mobile vulgus”dan gəlir. İngiliscə “mob” hücum etmək, narahat etmək mənasınadadır. “Mobbing” termin olaraq dilimizə psixoloji terror, şiddət və ya zorakılıq olaraq tərcümə edilir. Bu yazıda psixoloji şiddət “mobbing” sözünün dilimizdəki qarşılığı olaraq qəbul edilmişdir. === “Mobbing” sözü ilk dəfə uşaqların bir-birləri ilə kobud münasibətlərini təsvir etmək üçün istifadə edilmişdir. 1950-1960-cı illərdə iş yerlərində aparılan araşdırmalar, mobbingin təkcə uşaqlar arasında yaşanmadığını ortaya qoydu. Mobbing emosional bir hücumdur. Yaşından, irqindən, cinsindən asılı olmayaraq pis davranış yolu ilə istənilən şəxsə yönəlmiş təcavüzdür. Psixoloji şiddət anlayışı ilk dəfə Dr. Hayns Leymann tərəfindən 1984-cü ildə istifadə edilib.
Mobek (İzer)
Mobek (fr. Maubec) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. L'İl-d'Abo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38223. Kommunanın 1999-cu il üçün əhalisi 1671 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 40 km cənub-şərqdə, Qrenobldan 60 km şimal-qərbdə yerləşir.
Mobil
Mobil (Alabama) — ABŞ-də, Alabama ştatında şəhər. Mobil telefon — rabitə vasitəsi. Mobil körfəzi — ABŞ-nin Alabama ştatı ərazində, Meksika körfəzində buxta. Mobil bulud texnologiyaları — Mobil genetik elementlər — ilk dəfə olaraq Barbara Mak-Klintok tərəfindən müəyyənləşdirilib.AdlarMobil Babayev — azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2007). Mobil Əhmədov — azərbaycanlı teatr aktyoru, vokal ifaçı, Azərbaycan Respublikasının xalq artisti (2000).
Mobil (Alabama)
Mobil (ing. Mobile) — ABŞ-də, Alabama ştatında şəhər. Meksika körfəzi sahilində bir portdur. Arağ emalı, süllüloz-kağız, kimya sənyesi var. Gəmi, alüminium oksidi, sement istehsal olunur. 1711-ci ildə salınmışdır.
Mobil Babayev
Mobil Rəşid oğlu Babayev (23 dekabr 1945, Kirovabad) — azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2007). == Həyatı == Mobil Babayev 23 dekabr 1945-ci ildə Gəncə şəhərində dünyaya gəlmişdir. O, 1953-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka sinfinə qəbul olunmuş, təqribən, 5–6-cı siniflərdə olarkən musiqi bəstələməyə başlamışdır. Bəstəkarlıqdan ilk müəllimi Ədilə Hüseynzadə, daha sonra Müdhət Əhmədov, 8-ci sinifdən etibarən məktəbi bitirənə kimi isə Nazim Əliverdibəyov olmuşdur. 1964-cü ildə viola və bəstəkarlıq üzrə məktəbdən məzun olur və həmin ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının viola sinfinə daxil olmuşdur. 1972-ci ildə Konservatoriyadan məzun olmuş və diplom işi olan 1-ci simfoniya Rafiq Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin ifasında səslənmişdir. 1972-ci ildə hərbi xidmətə yollanmış, orada Qırmızı bayraq ordenli mahnı və rəqs ansamblında çalışmışdır. 1973-cü ildə hərbi xidmətdən qayıtdıqdan sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru, daha sonra isə baş redaktor kimi fəaliyyət göstərmişdir. İlk mahnılarından biri, sözlərinin müəllifi Zeynal Vəfa olan "Vəfalı dost" olmuşdur. Həmin mahnı 1974-cü ildə Vilnüs şəhərində "Vilnüs qalaları" beynəlxalq mahnı müsabiqəsində birinci yerə layiq görülmüşdür.
Mobil bulud texnologiyaları
Dünyada mobil qurğuların (notbuk, planşet, smartfonların və s.) istifadəsinin sürətlə artması və onların uyğun telekommunikasiya texnologiyalarının (GPS, 3G, 4G, Wi-Fi və s.) köməyi ilə internet üzərindən hesablama buludlarına qoşulması, yeni texnologiyanın – mobil bulud (ing. Mobile Cloud Computing) texnologiyasının yaradılmasına təkan verir. MHB-də məlumatların emalı və yadda saxlanılması mobil qurğulardan kənarda həyata keçirilir. MHB-də mobil qurğular baza stansiyalarının (GPS, 3G, 4G, Wi-Fi və s.) köməyi ilə internet şəbəkəsi üzərindən hesablama buludları sisteminə qoşulur və ona lazım olan servislərdən istifadə edirlər. Hal-hazırda istifadəçilər bulud servislərin üç növündən (IaaS, PaaS və SaaS) geniş istifadə edirlər. IaaS (ing. Infrastructure as a Service - infrastruktur xidmət kimi) xidməti istifadəçilərə bulud sistemlərinin hesablama və yaddaş resurslarından (məsələn, ing. Amazon Elastic Cloud Computing - EC2 və Amazon S3 - Simple Storage Service) istifadə etməyə imkan verir.Hal-hazırda mobil bulud provayderlərinin xidmətindən istifadə etməklə dünyada milyonlarla mobil istifadəçi mobil proqram əlavələrindən (mobil kommersiya, mobil təhsil, mobil sağlamlıq, mobil oyunlar və s. sahələr üzrə) geniş istifadə edir. ==== Mobil Ticarət ==== Mobil ticarət: mobil qurğulardan istifadə etməklə ticarət işlərini həyata keçirməkdir.
Mobil genetik elementlər
Mobil genetik elementlər — ilk dəfə olaraq Barbara Mak-Klintok tərəfindən müəyyənləşdirilib. O, genlərin yerdəyişmə hadisəsini transpozisiya, hərəkət edən lokusları isə nəzarət elementləri adlandırmışdır . Transpozonlar və ya mobil elementlər bir neçə əlamətlə xarakterizə olunur: onlar bir saytdan digərinə keçirilə bilir. onların müəyyən sahəyə daxil olması yaxınlıqda yerləşən genlərin aktivliyini dəyişdirir. Nəzarət elementlərinin itirilməsi mutabil lokusun stabil lokusa çevrilməsinə səbəb olur Nəzarət elementləri olan sahələrdə delesiyalar,translokasiyalar,transpozisiyalar,inversiyalar və xromosomların parçalanması baş verir.Prokariotlarda 3 tip mobil element məlumdur. İS — elementləri,transpozonlar və bəzi bakteriofaqlar. Bunlar həm quruluş və həmçinin tənzimləyici genlərdə mutasiya əmələ gətirir. Mobil elementlərin yerdəyişməsi müxtəlif dəyişikliklərlə nəticələnə bilər. Mobil element genə daxil olub, ekzonu parçalyaraq onu zədələyə bilər. Bu zaman gen zülal kodlaşdırıcı funksiyasından məhrum olur.
Mobil körfəzi
Mobil ABŞ-nin Alabama ştatı ərazində, Meksika körfəzində buxta. Şərqini Fort-Morqan yarımadası və qərbini sədd ada olan Dofin-Aylend formalaşdırır. Mobil çayı və Tenso çayı buxtanın şimalına tökülərək estuari əmələ gətirir. Bundan başqa buxtanın qərbinə Doq çayı, Dir çayı və Faul çayı və şərqinə Fiş çayı kimi bəzi çaylar da tökülür. Saniyədə 62,000 cubic feet (1,800 m3) su axını ilə Mobil buxtası ABŞ-da ən böyük dördüncü estuaridir. Hər il və bəzən yay aylarında bir neçə dəfə balıq və xərçəngkimilər sahilin dayaz hissəsinə və buxtanın sahilinə toplaşırlar. Təzə və asantutulan dəniz məhsulları əldə etmək üçün bura böyük izdiham toplanır və buna görə də bu hadisə yubiley adlanır. Mobil buxtası bu növ yubileyin ad hal olduğu dünyada yeganə yerdir. Mobil buxtasının ərazisi 413 kvadrat mil () təşkil edir. Uzunluğu 31 mil (50 km), eni isə 24 mil (39 km)-dir.
Mobil sursat
Mobil sursat (həmçinin intiharçı pilotsuz uçuş aparatı, intiharçı dron, kamikadze pilotsuz uçuş aparatı, rouminq silahları və ya kamikadze dron kimi tanınır) sursatların müəyyən müddət ərzində hədəf ərazinin ətrafında fırlandığı və yalnız hədəf aşkar edildikdən sonra hücum etdiyi hava silah sistemidir. Mobil sursatlar, yüksək dəyərli platformalar hədəf əraziyə yaxın yerləşdirildikdən qısa müddət sonra görünən gizli və ya məxfi hədəflərə qarşı daha sürətli cavab müddətlərini təmin edir və həmçinin də hücum əmri asanlıqla ləğv oluna bilindiyi üçün daha seçici olaraq vacib hədəflərə tuşlanmağa imkan yaradır. Mobil sursatlar qanadlı raketlər ilə silahlı pilotsuz uçuş aparatları (SPUA) arasında qəbul edilir və hər ikisi ilə eyni xüsusiyyətlərə malikdir. Onlar qanadlı raketlərdən hədəf ərazinin ətrafında nisbətən uzun müddət dövrə vurması üçün nəzərdə tutulması, SPUA-lardan isə mobil sursatın bir hücumda sərf edilməsinin nəzərdə tutulması və daxili döyüş başlığına malik olması ilə fərqlənirlər. Buna görə də onları qeyri-ənənəvi mənzilli silahlar da hesab etmək mümkündür. Mobil silahlar ilk dəfə 1980-ci illərdə yer-hava raketlərinə (SAM) qarşı Düşmənin Hava Hücumundan Müdafiəsinin Zəiflədilməsi (SEAD) rolunda istifadə üçün ortaya çıxmışdırlar və 1990-cı illərdə bir sıra hərbi hava qüvvələrində SEAD rolunda çıxış etməsi üçün yerləşdirilmişdirlər. 2000-ci illərdən başlayaraq, rouminq silahları nisbətən uzun mənzilli hücumlardan və atəş dəstəyindən tutmuş kürək çantasına sığan bir taktiki döyüş vasitələrinə və hətta çox qısa mənzilli döyüş sistemlərinə qədər əlavə rollar üçün hazırlanmışdır.
Mobil telefon
Mobil telefon — rabitə vasitəsi. Ən çox şəbəkəli danışma üçün işlədilir. Telefonun ikinci dəfə "dünyaya gəlişi" isə XX əsrin 80-ci illərində simsiz rabitə sisteminin tətbiqi nəticəsində baş verdi. Mobil telefonun ixtirası mühəndis Martin Kuperin adı ilə bağlıdır. Satış məqsədiylə ilk portativ mobil telefon 1983-cü il martın 6-da istehsal olunmuşdur. Həmin gün "Motorolla" şirkəti layihəsinə 100 milyon dollar xərclənən bir aparatı təqdim etdi. Onun çəkisi 794 qram, həcmi isə 33 x 4,4 x 8,9 sm idi. Akkumulyator 8 saat müddətində telefonu işlədə bilirdi. Bu telefonların satış qiyməti 3995 dollar olsa da, minlərlə amerikalı onu almaq üçün növbəyə yazılırdı. Uzun-uzadı təkmilləşdirmələrdən sonra mobil aparata saat, təqvim və digər rahatlığı olan qrafik displey əlavə olundu.
Mobil telefon jammeri
Passiv Jammer: Jammer-Siqnal kəsici (siqnal qarışdırıcı, siqnal pozucu) , qarşılıqlı sistemdə aradakı əlaqəni pozmaq üçün yaradılmış cihaz. Müasir texnikada alıcını (əksəriyyətlə radio) hədəfləyən qüvvətli bir ötürücü. Siqnalın daşınma şəkli ən sıx elektromexaniki dalğa olmaq üzrə səs, işıq (UV-dən IR-yə qədər) də ola bilər. Alıcının həssas olduğu bant aralığında yüksək gücdə siqnalı qəbul edərək alıcının giriş nötəsinin bütün bant üçün təzyiqlənməsini təmin edir və alıcını “karlaşdırar”. Siqnal boğucu, alıcıda seçicilik və həssaslıq xüsusiyyətlərini hədəf alır. Q faktoru yüksək alıcılar bu cür maneə törətmələrə qarşı daha müqavimətlidirlər. Əsasən aşağıdakı yerlərdə tətbiq olunur: İctimaiyyətdə yüksək səslə radio-tv dinləmələrinə maneə törətmək. Kino, konsert, teatr kimi cib telefonlarının istifadəsinin qadağan olunduğu mühitlərdə nizamı təmin etmək üçün. Uzaqdan idarə edilən alətlərin işinə maneə törədilməsi. Uzaqdan idarə edilən bombaların əvvəlcədən atılması ya da bloklanması.
Mobil Əhmədov
Əhmədov Mobil Salman oğlu — azərbaycanlı teatr aktyoru, vokal ifaçı, Azərbaycan Respublikasının xalq artisti (2000). == Həyatı == Mobil Əhmədov 10 sentyabr 1931-ci ildə Gəncədə doğulub. 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub. Bir il sonra isə Azərbaycan Dövlət Konservatoriyasına qəbul edilib və Bülbülün sinfində oxuyub. 1961-ci ildə təhsilini başa vuraraq bir neçə ay Dövlət Radiosunun xorunda işləməyə başlayıb. Sentyabr ayında isə MkT-yə solist dəvət olunub. Elə həmin vaxtdan da qırx ilə yaxın teatrın əksər tamaşalarında əsas partiyaları ifa edib. Teatrın yetmişdən çox tamaşasında oynamaqla zəngin yaradıcılıq irsi yaradıb, bir neçə rolunu müxtəlif quruluşlarda ifa edib. Müxtəlif təhsil ocaqlarında pedaqoji fəaliyyət göstərib. Sənət dostlarının yüzlərlə şarjını çəkib.
Mobile TeleSystems
Mobil Telesystems və ya MTS (rus. ОАО «Мобильные ТелеСистемы», abbr. МТС) — 31 dekabr 2009-cu ilə kimi 102,4 milyon abonenti ilə Rusiya və MDB-nin ən iri mobil operatoru.
Mobin
“Mobin” İranın çoxməqsədli yerüstü idarəeməyə malik pilotsuz uçuş aparatıdır. Bu PUA ilk dəfə 27 avqust 2019-cu ildə Rusiyanın Jukovski beynəlxalq hava limanında keçirilən MAKS aviaşousunda nümayiş etdirilib. Mobin düşmənin müdafiəsinə nüfuz edən raketləri ələ keçirmək üçün hazırlanıb. 2018-ci ildə İranda silahlanmaya qəbul edilən “Mobin” ixrac üçün də nəzərdə tutulub. == Qabiliyyətləri == “Mobin” həm zərbə, həm də kəşfiyyat PUA-sı kimi fəaliyyət göstərə bilər və radarlara gürünməyən stels xüsusiyyətlərə malikdir. 3 m qanad uzunluğuna malik PUA-nın EPR-i 0,1 m²-dən azdır. Korpusun burun hissəsindəki xüsusi bölmədə 120 kq-lıq (260 funt) müxtəlif döyüş başlıqlarının quraşdırılması mümkündür. Raketin yük bölməsinin həcmi 116 litrdir. Qısa, orta və uzun məsafələr üçün yanacaq idarəetmə sistemi mövcuddur.450 kilometr (280 mil) döyüş radiusuna malik PUA-nın çəkisi 670 kiloqramdır (1480 funt). “Mobin” 9.1 metrdən (14 fut) 14000 metr (45.000 fut) yüksəkliklərdə 45 dəqiqə ərzində uça bilər.
Mobutu Sese Seko
Mobutu Sese Seko (ing. Mobutu Sese Seko Nkuku Ngbendu wa za Banga) - 1965-1997-ci illərində əvvəlki adı Zair Respublikası olan Konqo Demokratik Respublikasının prezidenti. Mobutu və ya Yozef Mobutu Sese Seko kimi tanınmışdır. Sese Sekonun hakimiyyətə gəlişi 1965-ci ildə əvvəlki prezident Yozef Kasavubunun hərbi çevirilişlə devirilməsindən sonra gercəkləşib. Hakimiyyəti dövründə, Konqo 32 il ərzində dəmir yumruq siyasəti ilə idarə olunmuşdur.Dəyərli və zəngin yeraltı təbii sərvətlərə sahib olan Konqo Demokratik Respublikası zəif idarəçilik və kütləvi korrupsiya səbəbindən sürətlə zəifləmiş və ölkə dünyanın ən kasıb ölkələrindən birinə çevirilmişdir. 1965-ci ildə hakimiyyətə gəlməsinə Qərb və ABŞ tərəfindən isti yanaşılan Mobutu, zaman keçdikcə bu dəstəyini itirmiş və bundan qısa müddət sonra hakimiyyətdən kənarlaşdırılmışdır. == Həyatı == 1949-cu ildə Bekçika Konqosunun ordusunda maliyyə idarəsində məmur olaraq əmək fəaliyyətinə başlamışdır. Hərbi xidmətdə olduğu zaman Leopoldvil (indiki Kinşasa) şəhərində yayımlanan müxtəlif qəzetlərdə məqalələrlə çıxış etmişdir. 1956-cı ildə ordudan tərxis olduqdan sonra L'Avenir adlı gündəlik qəzetin muxbiri kimi işləməyə başlamışdır. Növbəti iş yeri həfətəlik nəşr olunan Actualites Africaines jurnalının redaktor işi olmuşdur.
Mobutu Sese Seko gölü
Albert gölü (ing. Lake Albert) — Şərqi Afrika ərazisində, Uqanda ilə Konqo Demokratik Respublikası arasında sərhəddə yerləşən göl. Uqanda ərazisində gölü Nyanza (ing. Nyanza), Konqoda isə 1973–1997 illər arası diktator Mobutu Sese Seko şərəfinə adlandırırdılar. Göl 615 metr yüksəklikdə yerləşir. Sahəsi 5,3 min km²-dir. Maksimal dərinliyi 56 netrdir. Mərkəsi Afrika qırılma xətti üzərində yerləşir. Sahillərinin böyük qismi sıldırımlıdır. Gölə Semliki və Viktoriya-Nil çayı tökülür.
Moby
Riçard Mellvil Holl (ing. Richard Melville Hall) – Moby adı ilə məşhur olan amerikalı bəstəkar, musiqiçi və dj. == Həyatı == Riçard 11 sentyabr 1965-ci il Nyu-York ştatının Harlem şəhərində anadan olub. Konnektikut ştatının Darien şəhərində böyüyüb. Valideynləri onu uşaqlıqdan bəri Moby deyə çağırırdılar. Bu ad onun əcdadı olan Herman Mellvil tərəfindən yazılmış Mobi-Dik adlı əsərdən götürülmüşdü. O uşaqlıqdan bəri gitara, bass-gitara, zərb alətləri və klavişli musiqi alətlərində çalmağı öyrənir. == Musiqi Karyerası == Hələ 13 yaşında olarkən o, hardkor pank-rok qrup olan "The Vatican Commandoes" qrupunda çıxış edirdi. 1989-cu ildə "Instict Records" səsyazma şirkəti ilə müqavilə bağlayır. Bundan əvvəl isə müxtəlif klublarda house dj-i kimi çalışırdı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.67 dəfə / 1 mln.
2010 0.36
2011 0.26
2012 ••••• 2.15
2013 •••••••••••••••••••• 8.75
2014 •• 0.69
2015 •••• 1.36
2016 •••••••• 3.30
2017 ••••••• 2.93
2018 ••••••• 2.85
2019 ••••••• 2.92
2020 ••• 1.06

"mob" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mob nədir? #mob sözünün mənası #mob nə deməkdir? #mob sözünün izahı #mob sözünün yazılışı #mob necə yazılır? #mob sözünün düzgün yazılışı #mob leksik mənası #mob sözünün sinonimi #mob sözünün yaxın mənalı sözlər #mob sözünün əks mənası #mob sözünün etimologiyası #mob sözünün orfoqrafiyası #mob rusca #mob inglisça #mob fransızca #mob sözünün istifadəsi #sözlük