Talas sözü azərbaycan dilində

Talas

Yazılış

  • Talas • 99.4490%
  • talas • 0.5510%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Talas
Talas (qırğ. Талас) — Qırğızıstanda şəhər, Talas vilayətinin mərkəzi. == Tarixi == Mahmud Qaşqaridə Talas şəhərinin Kiçi və Kümi kimi fərqləndirici leksik vahidləri özünü göstərir. 751-ci ildə baş verən Talas döyüşü ilə İslama qovuşur. Talas döyüşündən sonra Türk boyları at belində Anadoluya, Balkan və Avropa ölkələrinə qədər irəliləyirlər. == Coğrafiyası == Talas şəhəri yerləşdiyi Talas vadisinin adını daşıyan kiçik bir şəhərdir. Bura Manas Torpağı adlanır. Ehtimal edilir ki, eposun qəhrəmanı bu şəhərdə doğulub və onun qəbiri bu şəhərin yaxınlığındadır. Bu şəhərin mərkəzində, çay kənarında gözoxşayan təbii park yerləşir. 20 km aralıda yerləşən üç şəhərdə Kulan Say, Terek Say və Kurqan Taş şəhərlərində bir neçə qiymətli daş abidələr və petroqlif nümunələri var.
Bense Talas
Talas (Kayseri)
Talas (türk. Talas) — Kayseri ilinin ilçəsi.
Talas abidələri
Talas abidələri - Qədim türklərə məxsus daş-yazı abidələridir. Talas çayı sahilində yerləşdiyinə görə bu cür adlandırılıb. 1896-cı ildə Övliya-ata (Talas)qəza rəisi V.A.Kallur həmin şəhər haqqında tədqiqat əsəri nəşr etdirir. Bu əsərdə o Akçı kəndinin Şərqində 8 km aralı Ayırtan-oy deyilən yerdə Orxon-Yenisey əlifbası ilə yazılmış bir daşın olduğunu göstərir. Bundan sonra daha bir neçə abidə tapılır. Abidələrin tapılmasında V.A.Kallurdan başqa fin arxeoloqları Q.Heykel, K.Münik və O.Donnerin də böyük rolu olub. Abidələrin ilk nəşri Q.Heykelə məxsusdur. Lakin Q.Heykeldən başqa V.V.Radlov, P.M.Melioranski, Y.Nemet, H.N.Orkun, S.Y.Malov və İ.A.Batmanov da abidələri tədqiq etmişlər. 1932–1933-cü illərdə hələlik yeganə olan Talas Çubuğunun tapılması, oxunması və nəşrində M.Y.Masson və S.Y.Malovun xidmətləri olub. Sonralar bu abidəni H.N.Orkun, C.Cumaqulov (S.Y.Malovun tərcüməsində) da nəşr etmişdir.
Talas döyüşü
Talas döyüşü — 751-ci ildə bugünkü Qırğızıstan sərhədləri daxilindəki Talas çayı sahilində, Abbasilər və onların müttəfiqi olan Qarluqlar ilə Çinlilər arasında 5 gün davam edən döyüşdür. Çin ordusunun məğlubiyyəti ilə nəticələnən döyüş həm Çin, həm də Türk, həm də İslam tarixi baxımından mühüm hadisədir. == Döyüşün səbəbləri == Parçalanan Türkeşlərin Qara Türkeşlər adlanan qrupu 742-ci ildə çinlilərin dəstəyi ilə Tumoçanın komandanlığı altında müstəqilliklərini qoruya bildi. Keş şəhərindəki (indiki Daşkənd) Qara Türkeşlərin sonrakı hökmdarı Bahadur Tudun Çinli komandan Kao Siya Çe tərəfindən 751-ci ildə öldürüldü və bütün mülkü müsadirə edildi. Ardıyca da bütün şəhər çinlilər tərəfindən yağmalandı. Çinli komandanın Bahadur Tudun ilə razılığa gəlməsinə baxmayaraq onu öldürməsindən sonra Bahadur Tudunun oğlu qaçmağı bacardı və ərəblərdən kömək istədi. Bu hadisələrdən bir il əvvəl Əməvi sülaləsi hakimiyyətdən qovulmuşdu və onların yerinə hakimiyyətə Abbasilər gəlmişdi (750). Əbu Həsən 745-ci ildə Əməvilərn Xorasan valisi Nəsr ibn Seyyarı məğlub edərək Xorasandan çıxartmışdı. Türkeş şahzadəsinin kömək istədiyi zaman Xorasanın valisi olan Əbu Oğuz xan digər ərəb sərkərdələri kimi düşünmədi və kömək üçün Ziya ibn Salehi göndərdi. == Döyüş == Talas döyüşündə iştirak edən orduların nə qədər şəxsi heyətdən ibarət olması barədə müxtəlif iddialar mövcuddur.
Talas vilayəti
Talas Vilayəti — Qırğızıstanda vilayət.
Talas çayı
Talas çayı (qaz. Талас, qırğ. Талас) — Qırğızıstan və Qazaxıstan ərazisindən axan çay. Çayın uzunluğu 661 km, hövzəsinin sahəsi 52,700 km²-dir. == Təsviri == Çayın qidalanmasının əsasını buzlaq və qar suları təşkil edir. Qırğızıstanın Talas silsiləsinin buzlaqlarından başlayan Karakol və Üç-Koşoy çaylarının axması nəticəsində formalaşır. Axarı boyunca Talas çayı çoxlu sayda qol qəbul edir: Urmaral, Qara-Buura, Kumuştak, Kalba, Beş-Taş. Aşağı axınlarda çay Muyunqum qumlarında itir. Çayın sol sahilində Qırğızıstanın Talas vilayətinin inzibati mərkəzi Talas, aşağıda isə Qazaxıstanın Cambul vilayətinin inzibati mərkəzi Taraz yerləşir. Çayda Talas, Temirbek, Jiembet və Uyuk su elektrik stansiyaları vardır.
Talas döyüşü (e.ə. 36)
Birinci Talas savaşı – Qərbi Hunlar və Şərqi Hun-Çin ittifaqı arasında döyüş. Döyüşdə Hun ordusu çinlilərə uduzmuşdur. Bu savaşda Qərbi Hun Tenqri Kutu Çiçi xaqan ilə birgə daha 1518 hun türkü savaşaraq həyatını itirmişdir. == Haqqında == Hər şey e.ə. 58-ci ildə başladı. Anası çinli olan Hun xaqanı Huxanye çinli arvadı Van Çaocünün təsiri altında Han imperatoruu Süandiyə bağlılığını bildirdi. Onun türk qadından olan qardaşı Çiçi qardaşına üsyan etdi və qərbə çəkilib burada öz dövlətini qurdu. Ancaq e.ə. 36-cı ildə işlər dəyişdi. Çin imperatoru Yuandi Huxanye ilə birlikdə Çiçi üzərinə hücuma keçdi.
Echinops talassicus
Echinops talassicus (lat. Echinops talassicus) — mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
Ligularia talassica
Ligularia talassica (lat. Ligularia talassica) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid bitki növü.
Samoa talası
Samoa talası — Samoanın pul vahidi.
Talassa
Talassa, Falassa, Talatta (q.yun. Θάλασσα q.yun. Θάλασσα Θάλασσα, "dəniz") — qədim yunan mifologiyasınıda personaj, dəniz ilahəsi. Efir və Hemeranın qızı, Pontun həyat yoldaşı. Telxinlərin və Qaliyanın anası . Heykəli Korinfdə yerləşir, gənc Afroditanı əlində saxlamış vəziyyətdədir. . Talassa eyni zamanda Tefiinin epitetidir ; XXII Orfik himni ona həsr edilmişdir. == Maraqlı faktlar == A. Klarkın "Uzaq diyarın nəğmələri" povesti (1956) və romanı (1986)ndakı hadisələrin baş verdiyi okean-planet Talassa adlanır. Fransada Talassa adında (1975 — bu günə qədər) ətraf mühit, idman, insan və tarixi baxımdan dəniz və əlaqəli süjetlər mövzusundakı populyar həftəlik televeriliş yayımlanır. . Neptunun peyki Talassanın şərəfinə(1991) adlandırılmışdır.
Talassa (Neptunun peyki)
Talassa (yun. Θάλασσα) və ya Neptun IV — Neptunun daxili peyklərindən biri. Bu peykə Yunan mifalogiyasıda dəniz allahı olan Talassanın adı verilib. Talassa eyni zamanda yunanca dəniz deməkdir. Talassa 1989-cu il sentyabrın ortalarında Voyacer 2 zondu tərəfindən çəkilmiş şəkilərdən əvvəl kəşf edilmişdir və müvəqqəti olaraq S/1989 5 adlandırılmışdır.Kəşf 1989-cu il sentyabrın 29-da elan edilmişdir.Adı isə 16 sentyabr 1991-ci ildə verilmişdir. Talassa düzənsiz formalaşır və hər hansı geoloji dəyişikliklərin əlamətinin olmadığını göstərir.Çox güman ki, bu peyk, Neptunun orijinal peyklərinin hissələrinin yenidən biləşərək əmələ gətirdikləri dağıntılardan ibarət bir yığndır.Qeyri-adi nizamsız hissələri təxminən disk formasında görünür. Talassanın radiusu Neptunun sinxron orbital radiusundan aşağıda olduğundan,o nəhəg yavaşlama ilə içəriyə doğru spiralvari dolanır və ola bilsin ki sonda Neptunun atmosferinə təsir göstərsin.Nisbətən daha tez bir vaxta ola bilsin ki,qırıntılar yayaraq Despiranın orbiti ilə toqquşsun.
Talassa (peyk)

Talassemiya
Talassemiya — genetik defekt nəticəsində hemoqlobin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunan irsi qan xəstəliyi. == Ümumi məlumat == Talassemiya hemoqlobin istehsalı zamanı yaranan zülal çatışmazlığıdır. Bu zülal qırmızı qan hüceyrəsində tapılıb. Bu oksigeni ağciyərlərdən bütün bədən hissələrinə nəql edir və qana qırmızı rəng verir. Yetkinlərdə hemoqlobin 4 elementin birləşməsindən yaranır. Bu elementlər "zülal zənciri" kimi adlandırılır. Burada 2 tip zülal zənciri var. Onlardan 1-i "β zənciri" və biri də "α zənciri" adlanır. A hemoqlobin molekulu adətən 2 α zəncirindən və 2 β zəncirindən düzəlir. Talassemiya xəstələrində hemoqlobin zəncirindən biri olmur.
Talassidlər
Talassidlər (rus. талассиды, ing. thalassides) — yun. thalassa- dəniz, nov – okean qabığının aralanması (spredinq) nəticəsində əmələ gələn mütəhərrik okean qurşaqlarını göstərmək üçün təklif olunan termin.
Talassofobiya
Talassofobiya — Dəniz və Okeandan qorxmaq . Dəniz və Okean fobiyası. Bu sadəcə dənizdən qorxu deyil, okean və dənizin dərinliyində olacaq heyvan və s. dən qorxmaq. Okeanı və ya Dənizi təssəvür edəndə, insanın daxilində qorxu baş verirsə, deməli Talassofobiyası vardır. Elə düşünülür ki, insan həyatında bir dəfə belə dənizdə boğulma baş veribsə, o hadisədən Talassofobiya yaranmaqdadır.
Talassogenez
Talassogenez (rus. талассогенез, ing. thalassogenesis) — okean çökəkliklərinin formalaşması prosesi.
Talassokraton
Talassokraton (rus. талассократон, ing. thalassocraton) — yun. talassa-dəniz və kratos – güc, qüvvə – okean dibinin tektonik cəhətdən nisbətən sabit, zəif hərəkətli hissəsi, əsasən abissal düzənlikləri əhatə edir.
Urus talası
Urus talası — Yuxari Qarabağda Tərtər rayonunda orta əsrlərdə maldar ellər üçün yaylaq yerlərindən birinin adı. == Toponimikası == XIX əsrdə Tiflis quberniyasının Tioneti qəzasında Urosxevi ("Urus dərəsi"), Azərbaycanda Arus (Yardımlı rayonu), Dağıstanda Urus-Koşlar ( koş "köç" müvəqqəti yaşayış yeri"), Şimali Qafqazda Uruzgöl toponimləri ilə mənşəcə eynidir. Şimali Qafqazda karaçaylarda və bolqarlarda Uruspili (Urusbəyli) tayfası vardı. Qıpçaqların Urus tayfasının adından ibarətdir. Özbəklərdə, kazaxlarada və qaraqalpaqlarda Urus tayfası var.
Zoothera talaseae
Zoothera talaseae (lat. Zoothera talaseae) — asiya qaratoyuğu cinsinə aid heyvan növü.
Çaqqallı talası
Güllüqoruq (Çaqqallı) — Qəbələ şəhəri ərazisində qədim yaşayış yeri. Qəbələ şəhər xarabalığından 3–4 km şərqdə yerləşir. Onun şimal tərəfini indiki Tövlə kəndi ilə qoruq arasındakı meşəlik, cənub tərəfini isə süni torpaq sədd və böyük bir əkin sahəsi, qərb tərəfini Covurluçay, şərq tərəfini Qocalançay sərhədləndirir. Covurluçay Güllüqoruq ilə Qəbələ şəhər xarabalığı arasında təxminən 2 km enində eyni adlı dərədən axır. İndiki zamanda Güllüqoruq 50 hektaradək sahəsi olan əkin yeridir. Əkin sahəsinə çevrilməzdən əvvəl burada yastı təpələr, qədim qəbristanlıq, pir yerləri və həddindən artıq cırlaşmış qızılgül kolları olmuşdur. Məhz qızılgül kollarına görə yerli əhali buranın bir hissəsini Güllü qoruq adlandırmışdır. Bu qoruq yararlı əkin sahəsinə çevrildikdən sonra kəsəyənlə qidalanmaq üçün bura çoxlu çaqqal gəldiyinə görə yerli əhali buranı eyni zamanda Çaqqallı tala da adlandırmağa başlamışdı. 1959-u ildə Güllü qoruqda təsərrüfat işləri zamanı buradakı yastı təpələrdən biri dağıdılmışdır. Təpəliyin altından üzə çıxan çoxlu miqdarda kirəmit qırıqlar və daş sütun altlıqları diqqəti cəlb etmişdir.
Çaqqallı talası yaşayış yeri

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.54 dəfə / 1 mln.
2007 0.21
2009 0.16
2010 •••• 2.90
2011 ••• 1.80
2014 0.51
2015 0.17
2017 •••••••••••••••••••• 17.72
2018 •• 0.90

"talas" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#talas nədir? #talas sözünün mənası #talas nə deməkdir? #talas sözünün izahı #talas sözünün yazılışı #talas necə yazılır? #talas sözünün düzgün yazılışı #talas leksik mənası #talas sözünün sinonimi #talas sözünün yaxın mənalı sözlər #talas sözünün əks mənası #talas sözünün etimologiyası #talas sözünün orfoqrafiyası #talas rusca #talas inglisça #talas fransızca #talas sözünün istifadəsi #sözlük