tamğa sözü azərbaycan dilində

tamğa

Yazılış

  • tamğa • 71.4286%
  • Tamğa • 28.5714%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tamğa
Tamğa və ya Damğa — türk və monqol tarixi baxımından son dərəcə vacib sənəd. == Tarixi == Tamğalar hələ türklərdə yazının olmadığı zamanlarda meydana gəlib. O gündən bu günə qədər türk qrupları tərəfındən bir simvol olaraq işlədilib. Ayrıca bu tamğaların bəziləri türklərin ilk əlifbası olan Runik əlifbanın bəzi hərflərini meydana gətirib. Türk adının yazılı olduğu günümüzdəki ən qədim sənəd olan orxon abidələri də Runik əlifbayla yazılıb. Qədim türklərin xalı, kilim, məzar daşı kimi əsərlərdə vurduqları tamğalar, bəzən hərf, bəzən simvol, bəzən ornament, bəzən də bir sirr olaraq bizə gəlib çatıb. Tamğa qədim türk dilində "tamka", qumuq dilində "tamğa", tatarca "tamqa" Azərbaycan türkcəsində "damğa" , monqolca "tamaqa", rus dilində isə "tamqa" şəklində keçir. Elmə məlum olan ən qədim tamğaların təqribən 5000 il yaşı vardır. Qədim ornamentlərin ilk nümunələrinə Poleolit dövrünə aid qayaüstü təsvirlərdə, arxeoloji tədqiqatlar zamanı aşkar olunan saxsı qab, daş və sümük bəzək əşyaları və s. üzərində rast gəlinir.
Tamğa vergisi
Tamğa — Ticarət və istehsal edilən sənətkarlıq malları satılarkən onların üzərinə qoyulan vergi olub, əsasən, pul ilə yığılırdı. Tamğa haqqının ağırlığına görə şəhərlərdə təsərrüfat həyatı pisləşir və ticarət tənəzzül edirdi. Bəzən müəyyən bir yerin tamğası ləğv olunurdu ki, bu da, şəksiz, ticarət və mal istehsalını artırmaq məqsədilə edilirdi. Həsən bəy Rumlu və başqa tarixçilərin məlumatından aydın olur ki, 872 (1564/65)-ci ildə I Şah Təhmasib 30000 tümən məbləğində olan tamğanı, o cümlədən Naxçıvanın tamğasını da ləğv etmişdi. Təbiidir ki, o, belə hərəkət etməklə dövlət xəzinəsinin əsas gəlirlərindən biri olan vergidən məhrumolmaq istəməzdi. Görünür ki, onu belə hərəkətə rəiyyətin yoxsulluğu, xüsusilə sənət və ticarətin getdikcə zəifləməsi vadar etmişdi. Digər tərəfdən, hökmdar bu yolla xalq həyəcanlarının qarşısını almaq istəməşdir. Tamğanı toplayan şəxs tamğacı adlanmışdır.
II Yusif Tamğaç xan
Yusif bin Məhəmməd xan Qaraxani - Şərqi Qaraxanilər dövlətinin xaqanı. 1180. ildə atası III Məhəmməd Buğra xanın ölümündən sonra hakimiyyətə gəlmişdir.
Türkan xatun (İbrahim Tamğaç xanın qızı)
Türkan xatun və ya Cəlaliyə xatun Qaraxani xatunu. Atası Qaraxanilər dövlətinin hökmdarı İbrahim Tamğaç xan idi. == Həyatı == 1068. ildə Mərv şəhərində böyük bir şənliklə Türkan xatun və I Məlikşah nikahlandı. Türkan xatunun böyük bir cehizi var idi. O, Mərv şəhərindəki Səlcuq sarayına cehizindən başqa min türk qul və cariyə gətirmişdir. 1094. ildə İsfahanda vəfat etmişdir. == Ailəsi == === Şahzadə Davud xan Səlcuq (Xatunzadə Davud xan Qaraxani) === Davud xan vəliəhd elan edildikdən bir il sonra uşaq yaşda 1084. ildə vəfat etdi.
İbrahim Tamğaç xan

Oxşar sözlər

#tamğa nədir? #tamğa sözünün mənası #tamğa nə deməkdir? #tamğa sözünün izahı #tamğa sözünün yazılışı #tamğa necə yazılır? #tamğa sözünün düzgün yazılışı #tamğa leksik mənası #tamğa sözünün sinonimi #tamğa sözünün yaxın mənalı sözlər #tamğa sözünün əks mənası #tamğa sözünün etimologiyası #tamğa sözünün orfoqrafiyası #tamğa rusca #tamğa inglisça #tamğa fransızca #tamğa sözünün istifadəsi #sözlük