TAV sözü azərbaycan dilində

TAV

Yazılış

  • TAV • 86.3636%
  • tav • 9.0909%
  • Tav • 4.5455%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Albert Tavxelidze
Tavxelidze Albert Nikiforoviç (16 dekabr 1930, Tiflis, Gürcüstan SSR, SSRİ – 27 fevral 2010, Moskva) — Sovet və Gürcüstan fiziki, SSRİ Elmlər Akademiyasının akademiki (1990), Gürcüstan Elmlər Akademiyasının prezidenti (1986–2005). == Həyatı == Albert Nikiforoviç Tavxelidze 16 dekabr 1932-ci ildə Tbilisi şəhərində anadan olmuşdur. 1948-ci ildə Tbilisidə orta məktəbi, 1953-cü ildə isə Tbilisi Dövlət Universitetini "Nəzəri fizika" ixtisası üzrə bitirmişdir. 1956-cı ildən A. N. Tavxelidze N. N. Boqolyubov və A. A. Loqunovun dəvəti ilə öz elmi fəaliyyətinə Nüvə Tədqiqatları Birləşmiş İnstitutunun (NTBİ) nəzəri fizika laboratoriyasında (NFL) başlamışdır. A. N. Tavxelidze 1956–1970-ci illərdə Dubnada (Rusiya) işləmiş və elmi işçidən nəzəri fizika laboratoriyasının direktor müavini vəzifəsinə qədər bir yol keçmişdir. 1963-cü ildə A. N. Tavxelidze NTBİ-nin NFL-inin elmi şurasında fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 1956-cı ildə ona professor rütbəsi verilmişdir. 1986-cı ildə A. N. Tavxelidzenin Gürcüstan Elmlər Akademiyasının prezidenti seçildiyi vaxtda, institutda, demək olar ki, bütün ilkin işlər başa çatdırılmış, İtaliyanın, Amerikanın və başqa ölkələrin elmi mərkəzlərilə beynəlxalq əməkdaşlıq əlaqələri genişlənmiş, ilk eksperimentlər başlanmışdı. Bu institutun əməkdaşlarının nəzəri və eksperimental tədqiqatları geniş elmi ictimaiyyətə artıq yaxşı məlum idi. Nüvə Tədqiqatlari İnstitutunda (NTİ) A. N. Tavxelidze bu günə qədər məhsuldar işini davam etdirir, nəzəri fizika şöbəsinin müdiri — NTİ-nin elmi rəhbəridir.
Anje Tavçar
Anje Tavçar (2 dekabr 1994, Lyüblyana) — Sloveniyalı üzgüçü. Anje Tavçar Sloveniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Anje Tavçar birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 49.38 saniyəlik nəticəsi ilə 36-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Florensiya vəftizxanasının tavan mozaikaları
Florensiya vəftizxanasının tavan mozaikaları (it. Mosaici del battistero di Firenze) — Florensiya vəftizxanasının günbəzinin daxilini və apsidalarını bəzəyən mozaikalardır. 1225-1330-cu illərdə məşhur rəssamlar Çimabue, Koppo di Markovaldo, Meliore di Yakopo və Maestro della Maddalenanın eskizləri əsasında hazırlanmış mozaikalar orta əsrlər İtaliya mozaika sənətinin öyrənilməsi üçün ən mühüm mənbələrdən biridir. == Tarixi == Vəftizxananın apsidalarında ilk mozaikalar Fransiskan rahib Yakopo tərəfindən yaradılmışdır. Vazari özünün “Məşhur rəssamlar, heykəltəraşlar və memarların həyatı” əsərində həmin rahibi səhvən Yakopo Torriti ilə qarışdırır. Dörd apsidaya bölünmüş kitabədə işlərin başlanması tarixi qeyd edilmişdir. Mozaika hazırlanması çətin və bahalı bir iş idi. Vəftizxananın bəzədilməsi və saxlanılmasına “Arte di Calimala” adlı balıqçı gildiyası cavabdeh idi; gildiya tikilinin günbəzinin bəzədilməsi üçün 1271-ci ildə kanonla müqavilə bağlayır və işlərə başlanılır. Lakin, hazırda günbəzin fənərə yaxın hissəsini bəzəyən mozaikaların daha erkən dövrdə - 1228-ci ildə, skrasellanın (düzbucaqlı apsida) mozaikalarının tamamlanmasından dərhal sonra rahib Yakopo tərəfindən başlanılmasına daha çox inanılır. İşlər XIV əsrin əvvəlinə kimi davam etdirilmiş və Covanni Villaninin əsərində qeyd olunduğu kimi təxminən 1330-cu illərdə tamamlanmışdır.
IMI Tavor TAR-21
TAR-21 (qısaca Tavor) avtomat silahı — 5,56×45 mm NATO sursatı işlədən, tək-tək yada avtomatik olaraq atəş edəbilmə bacarığına sahib bir silah sistemidir. TAR-21 İsrail Silahlı Qüvvələrinin perspektiv döyüş avtomatı hesab edilir. 2006-cı ildən İsrailin Givati briqadasının, 2008-ci ilin Qolani briqadasının və 2010-cu ilin başlanğıcından isə Nahal briqadasının standart silahı olaraq işlədilir. MTAR-21 versiyasının gələcək 5 il içində İsrail Silahlı Qüvvələrinin standart döyüş silahı olacağı planlaşdırılıb. TAR-21, 2008-ci ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin istifadəsindədir.
Jan Batist Tavernye
Jan Batist Tavernye (fr. Jean-Baptiste Tavernier; 1605[…], Paris – 1689[…], Moskva) — XVII əsr fransız cəvahirat taciri və səyyahı. 1630–1668-ci illər aralığında altı dəfə İran və Hindistana səfərlər edərək bu bölgələrinin tarixi, mədəniyyəti və gündəlik həyatı ilə bağlı müxtəlif faktları qələmə almışdır.
Kiçik Tava
Kiçik Tava — Xəzər dənizinin Azərbaycana məxsus məhəlli sularında yerləşən kiçik ada. Dəniz səviyyəsindən −28 metr aşağıda yerləşir. Elə də böyük hündürlüyə malik deyil. Ada iki hissədən ibarətdir. Bu torpaq parçaları dayazlıqlarla bir-birinə birləşir. Çilov ilə Pirallahı adası arasında yerləşir. İnzibati cəhətdən Pirallahı rayonu ərazisinə daxildir. == Faunası == Sahil sularında dənizdə yayılmış balıqlara rast gəlinir. Xəzər suitilərinə burada rast gəlmək olar.
Litosfer tavaları
Podlesnaya Tavla
Podlesnaya Tavla (erz. Вирь Тавла) — Mordoviya Respublikasının Koçkurovski rayonunda yerləşən kənd. Kənd Podlesno-Tavlinski kənd məskunlaşmasının inzibatı mərkəzidir. Podlesnaya Tavla meşə massivinin yaxınlığında olan Tavla çayının sahilində yerləşir. Rayon mərkəzinə (Koçkurova kəndi) olan məsafə 7 km, Voevodskoe dəmiryol stansiyasına qədər ki, məsafə isə 19 km-dir. Toponimin əsasında türk dillərinə məxsus leksik element var: Тау/tav — «dağ» (türk.). Dmitri Vladimiroviçə görə finn-uqor dillərindən rus dilinə hərfi tərcümədə Tavla «dağlıq» mənasını verir. İlk dəfə olaraq «Saransk gömrük kitabında» xatırlanır (1692). 1706-cı ilin sənədlərinə əsasən Podlesnaya Tavlada 57 həyət var idi. 1867-ci ildə Tavla kəndində "İsa Məsih" məbədi inşa edilmiş.
Pyayanne Tavastiya
Pyayanne Tavastiya və ya rəsmi olaraq Pyayat-Hyame (fin Päijät-Häme; isv. Päijänne-Tavastland) - Finlandiyanın vilayətidir. Bu vilayət Uusimaa, Kanta-Hyame, Pirkanmaa, Cənubi Finlandiya, Cənubi Savoniya, və Kyumenlaakso vilayətləri ilə sərhəddir. Mərkəzi Lahti şəhəridir. Vilayət 1 rayon və 9 kommunadan ibarətdir. 3 kommuna şəhər statusuna sahibdir.
Qriqori Tavmaturq
Qriqori Tavmaturq (213, Niksar[d], Toqat ili – 270, Niksar[d], Toqat ili) — xristian dünyasının məşhur ilahiyyatçılarından biri. Məşhur xristian müqəddəslərindən olan Qriqori Tavmaturq 213-cü ildə Roma İmperiyasının Neokesareya (müasir Türkiyədə Niksar şəhəri) şəhərində doğulmuşdur. Onun bütpərəst ailəsində böyüdüyü salnaməçilər tərəfindən nəql edilmişdir. Yeniyetmə yaşlarında atasını itirmişdir. Öz dövrünə görə standart təhsil almış, anasının istəyinə əsasən, ritor (natiq) sənətinə yiyələnsə də, bundan tamah məqsədilə istifadə etməmişdir. Latın dili müəlliminin təsirinə düşərək fəlsəfə məktəbinə daxil olmaqdan imtina etmiş və hüquqşünaslıqla məşğul olmuşdur. Qardaşı ilə birgə Beyrut şəhərinə yollanaraq, orada digər məşhur ilahiyyatçı Origenlə tanış olmuşdur. Onun təsiri altında xristianlığı qəbul etmiş, nəticədə də bütün həyat tərzini dəyişmək qərarına gəlmiş və onun tələbəsi olmuşdur. Origenin yanında beş il təhsil alan Qriqori antik və xristian fəlsəfəsinin əsaslarını öyrənmiş, bu barədə biliklərini möhkəmləndirmişdir. Daha sonra vətəninə qayıtmış, burada da elmi məlumatlarını zənginləşdirməklə məşğul olmuşdur.
Sikstin kapellası tavanı
Sikstin kapellası — Vatikanda Renessans dövrü italyan incəsənətinin ən görkəmli abidələrindən biri. Kapellanın yerləşdiyi bina (1473–81, memar C. de Dolçi) 1483-cü ildə Papa IV Sikstin vaxtında müqəddəsləşdirilmişdir. 1481–83-cü illərdə kapellanın divarlarına Musanın və İsanın həyatından səhnələr təsvir olunan freskalar çəkilmişdir (S. Bottiçelli, D. Girlandayo, P. Perucino və başqalar). 1508–1512-ci illərdə Mikelancelo kapellanın tavanının (plafon), 1536–1541-ci illərdə isə mehrab divarının ("Məhşər günü") rəsmlərini yaratmışdır. Sikst kapellası həm də muzeydir. Sikstin kapellasının tavanı — İtalyalı heykəltaraş Mikelancelo Buonarroti tərəfindən 1508–1512-ci illərdə yaradılıb. Renesans rəsm sənətinin nümunəsidir. Sistine kilsəsinin uzunluğu 40 metr, eni 14 metrdir. Həmin möhtəşəm tavanın yerdən yuksəkliyi 20 metrdir. Bu tikilinin tavan üslubu Serovegni Şapelindən götürülmüşdür.
Sikstin kapellasının tavanı
Sikstin kapellasının tavanı 1508-1512-ci illərdə Mikelancelo tərəfindən yaradılmış sənət əsəri olmaqla Yüksək İntibah incəsənətinin şah əsərlərindən biri hesab edilir. 1477-1480-ci illərdə Roma papası IV Sikstin sifarişi ilə inşa edilmiş papa kapellasının interyeri Roma papası II Yulinin sifarişi ilə dövrün müxtəlif məşhur rəssamları tərəfindən bəzədilmişdir. Sikstin kapellası əsrlər boyu papa seçimləri və bir çox başqa məşhur mərasimlərin keçirilmə məkanı olmuşdur. Kapellanın altar divarında Mikelancelo tərəfindən işlənmiş nəhəng “Böyük məhkəmə” freskosu, XV əsrin Sandro Botiçelli, Domeniko Girlandayo və Pyetro Perucinyo kimi məşhur rəssamlarının kapella divarlarını bəzəyən əsərləri, Katolik kilsəsinin əsas doktrinalarını ifadə edən Rafaelin müəllifi olduğu xalçalar və kapellanın tavanında Mikelancelo tərəfindən işlənmiş əsərlər bir vəhdət təşkil etməklə, vahid dekorasiya sxeminə malikdir. Tavan dekorasiyasının mərkəzi hissəsini Yaradılış kitabı əsasında çəkilmiş doqquz səhnə təşkil edir ki, bunlardan da ən məşhuru Leonardo da Vinçinin “Mona Liza” əsərindən sonra Yüksək intibah incəsənətinin ən məşhur nümunəsi hesab edilən “Adəmin yaradılışı” təsviridir. Həmin əsərdən Adəm və Tanrının əllərinin toxunuşu səhnəsinin müxtəlif rəssamlar tərəfindən işlənmiş çoxsaylı imitasiyaları vardır. Tavanın kompleks dizaynının tərkib hissələri olan çoxsaylı çılpaq və geyimli insan fiqurları Mikelanceloya insan pozalarının təsvirində ustadlığını göstərməyə imkan yaratmış və bu təsvirlər bu günə kimi bir çox rəssamlar üçün ilham mənbəyi və tədqiqat obyekti olmuşdur. Roma papası II Yuli “döyüşçü papa” idi, onun hakimiyyəti dövrü geniş siyasi fəaliyyətin aparılması, İtaliya ərazisinin kilsənin rəhbərliyi ilə vahid hakimiyyət altında birləşdirilməsi ilə yadda qalmışdır. Papa simvolikaya böyük önəm verərək, hakimiyyətini əks etdirən binaların tikilməsi, qələbələrini əks etditən abidələrin ucaldılmasına dəstək verirdi. Məhz II Yulinin hakimiyyəti dövründə, 1506-cı ildə, papa hakimiyyətinin və gücünün ən mühüm simvolu olan Müqəddəs Pyotr bazilikasının yenidən inşa edilməsinə başlanmışdır.
Tava
Tava adası - Xəzər dənizinin Bakı buxtasında yerləşən Azərbaycana məxsus ada.. Böyük Zirə adası ilə Daş zirə adası arasında yerləşir. Sahildən 6 km məsafədə yerləşir. Kiçik adalar sırasına daxildir. Bununla belə bura Xəzər suitisi, Xəzər qağayısı, Fitçi çürə və sair canlılar məskun olur. Ada Bakı arxipelaqına aiddir.
Tava (ada)
Tava adası - Xəzər dənizinin Bakı buxtasında yerləşən Azərbaycana məxsus ada.. Böyük Zirə adası ilə Daş zirə adası arasında yerləşir. Sahildən 6 km məsafədə yerləşir. Kiçik adalar sırasına daxildir. Bununla belə bura Xəzər suitisi, Xəzər qağayısı, Fitçi çürə və sair canlılar məskun olur. Ada Bakı arxipelaqına aiddir.
Tava (dəqiqləşdirmə)
Tava (məişət əşyası) — məişət əşyası. Tava (ada) — ada. Tava əti — yemək resepti. Tava kababı — yemək resepti.
Tava Kolo
Tava Kolo (22 dekabr 1902 – 1 may 2021, Mamudzu) — Ən yaşlı insanlar arasında olan Mayotten olan Fransız qadın. Kolo 22 dekabr 1902-ci ildə Mayotte Passamainty şəhərində anadan olub. Eudoxie Baboulun ölümündən sonra, doğulduğu tarixin qeyri-müəyyənliyi səbəbiylə Fransada yaşayan ən yaşlı insan idi. 2017-ci ilin oktyabrında medianın diqqətini çəkən Kolonun doğum qeydləri şübhə doğururdu. Ən yaşlı insan tituluna sahib olan Yapon vətəndaşı Chiyo Miyakonun ölümündən sonra, 22 iyul 2018-ci ildə, 1977-ci ildən əvvəl Mayotte doğum qeydlərinin etibarlı olmadığı hesab edildikdən sonra bu ad Yaponiyanın Kane Tanakaya verildi. Kolo 118 yaşında, Fransanın Mayotte şəhərindəki Mamoudzouda 1 may 2021-ci ildə vəfat etdi.
Tava adası
Tava adası - Xəzər dənizinin Bakı buxtasında yerləşən Azərbaycana məxsus ada.. Böyük Zirə adası ilə Daş zirə adası arasında yerləşir. Sahildən 6 km məsafədə yerləşir. Kiçik adalar sırasına daxildir. Bununla belə bura Xəzər suitisi, Xəzər qağayısı, Fitçi çürə və sair canlılar məskun olur. Ada Bakı arxipelaqına aiddir.
Tava kababı
Tava kababı — kababın növlərindən biri. Qoyun əti - 220q Ərinmiş yağ - 30q Soğan - 40q Yumurta - 2 ədəd şəkər - 5q Yay vaxtı şəkər və sirkə 50q pomidorla əvəz edilir. sirkə - 10q keşniş, şüyüd - 25q, duz, istiot. Qoyun ətinin yumşaq hissəsi soğanla ətçəkən maşından keçirilir, istiot və duz vurulub qarışdırılır. Hər pay üçün 3 ədəd girdə bitoçki hazırlanıb yağda qızardılır, şəkər və sirkə vurulub şirə hazırlanır. Tava kababını kiçik tavaya düzüb üstünə göyərti qarışdırılmış yumurta, habelə soğandan hazırlanmış şirə töküb hazır vəziyyətə gətirirlər. Süfrəyə verdikdə üstünə göyərti səpilir.
Təxti-Tavuz yurdu
Qaraköpəktəpə və ya Taxtı-Tavus — Azərbaycanın Füzuli rayonu ərazisində qədim yaşayış yeri. Yaşayış yeri Köndələnçayın sağ sahilində yerləşir. Abidə konusvari təpə formasındadır. Abidənin üzərindən toplanan yerüstü materiallar Eneolit dövründən başlayaraq Orta əsrlərə qədər uzun bir dövrü əhatə edir. Yaşayış yerində 1967-ci ildən başlayaraq 300 m2 sahədə tədqiqat aparılmışdır. Tarixçi Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərində bu abidə Qaraköpəktəpə və Taxtı-Tavus adları ilə qeyd olunub. XIX əsr tarixçisi Mirzə Adıgözəl bəyin “Qarabağnamə” əsərində də Qaraköpəktəpənin adı bir neçə dəfə çəkilir və elmi məlumatlar verilir. Daha sonra burada araşdırmanı alman mənşəli həvəskar arxeoloq E.A.Resler, sonra isə Moskva İmperator Arxeoloji Cəmiyyətinin üzvü A.A.İvanovski aparıb. Tədqiqat nəticəsində rus arxeoloqu abidənin ölçüsünü dəqiq müəyyən edib. Amma onların tədqiqatları sistemli olmayıb.
Vesle Tavleoya adası
Vesle Tavleoya (norv. Tavleøya) — Şpitsbergen arxipelaqına daxil adalardan biri. Sjuoyane adaları qrupuna daxildir. Şimal-Şərq Torpağından şimalda yerləşir. Ondan bir qədər cənubda Tavleoya adası qərarlaşır. Barens dənizi akvatoriyasına daxildir. Böyük ehtimalla adanın daxil olduğu adalar qrupu hələ 1618-ci ildə holland balina ovçuları tərəfindən kəşf edilmişdir. 1 yanvar 1973-cü ildən etibarən Spisbergen Şimal-şərq təbiət qoruğu ərazisinə daxildir.
Şüşə tavan
Şüşə tavan — görünməz bir maneəni ifadə etmək üçün istifadə olunan məcazdır Bu metafor adətən idarəetmənin yuxarı pillələrinə keçməyə imkan verməyən görünməz maneələr haqqında işlədilir. Metafor ilk dəfə yüksək nailiyyətli qadınların karyeralarındakı maneələrə istinad edərək feministlər tərəfindən tərtib edilmişdir. Amerika Birləşmiş Ştatları Federal Şüşə Tavan Komissiyası, şüşə tavanı terminini "azlıqlar və qadınların, ixtisaslarından və qazandıqlarından asılı olmayaraq yuxarı pillələrinə qalxmasının qarşınısını alan görünməz maneə" kimi qəbul edir. Devid Kotter və həmkarları, bir şüşə tavanın mövcud olduğunu müəyyən etmək üçün yerinə yetirilməli olan dörd fərqli xüsusiyyətləri müəyyənləşdiriblər. Bir şüşə tavan bərabərsizliyini yaranmasını təmir edir: "Ortalama Bir İşçinin iş xüsusiyyətlərinin aiddiyatı olmayan cinsiyyət və ya irqi fərqi." Gəlir fərqi Daha yüksək səviyyələrə qalxma şansı Karyera inkişafı Kotter və həmkarları şüşə tavanların cinslə güclü əlaqəli olduğunu aşkar edivlər. Həm ağ, müəyyən azlığa aid olan qadınlar karyeraları zamanı şüşə tavanla qarşılaşırlar. Bunun əksinə olaraq, tədqiqatçılar afroamerikalı kişilər üçün şüşə tavana dair sübüt tapmayıblar. Şüşə tavan terminini ilk istifadə edən şəxs 1978-ci ildə çıxışı zamanı Merilin Loden olmuşdur.
Tavaaltı
Tavaaltı — Xəzər dənizində yerləşən, Azərbaycana məxsus olan kiçik ada. Dəniz səviyyəsindən -29 metr aşağıda yerləşir. Elə də böyük hündürlüyə malik deyil. Yaxınlığında kiçik adalar vardır. Şimalında Böyük Tava adası yerləşir. İnzibati cəhətdən Pirallahı rayonu ərazisinə daxildir. Sahil sularında dənizdə yayılmış balıqlara rast gəlinir. Xəzər suitilərinə burada rast gəlmək olar.
Tavusgəran
Tavusgəran (kürd. Tawûsgeran) — yezidi dini bayramı. Tavusgəran əsnasında kəvallar və digər din xadimləri yezidi kəndlərini ziyarət edərək "sincaq" – Tavusi Mələk simvolu olan tovuz quşunun müqəddəs şəkillərini gətirirlər. Bunlara ehtiram edilir, dindarlardan haqq yığılır, xütbələr oxunur, müqəddəs su və berat (Lalişdən kiçik daşlar) paylanır.
Seyyid ibn Tavus
Seyyid ibn Tavus (ərəb. سيد بن طاووس‎; 1193- 1266) — Seyyid ibn Tavus miladi XIII əsrdə yaşamış görkəmli cəfəri alimlərindən biridir. O, 1193-cü ildə böyük alimlərin vətəni olan Hillə şəhərində doğulmuşdu. Ata tərəfdən şəcərəsi İmam Həsənə (ə), ana tərəfdən İmam Hüseynə (ə) çatırdı. Alimin bütöv adı Rəziyyəddin Seyyid Əli ibn Musadır, “Seyyid ibn Tavus” adı ilə tanınır. Onun mənsub olduğu Ali-Tavus nəsli İraqda böyük şöhrətə malik idi. Seyyid ibn Tavus Hillə, Nəcəf və Kərbəla şəhərlərində yaşamış, ömrünün sonlarına yaxın Bağdadda ömür sürmüş, Elxani hökmdarı Hülaku tərəfindən nəqib (şiələrin işlərini nizama salan şəxs) vəzifəsinə təyin edilmişdi. Seyyid ibn Tavus müxtəlif sahələrdə öz qələmini sınamış, “Lühuf”, “İqbal”, “Təraif”, “Fəlah əl-sail”, “Mühəc əl-dəavat” kimi dəyərli əsərlər yazmışdır. Kitablarının böyük bir qismi dua, ibadət əməlləri və əxlaq mövzusundadır. Ümumiyyətlə, alim mənəvi təkamül və əxlaq məsələlərinə xüsusi önəm vermişdir.
Tavropos su anbarı
Tavropos (yun. Λίμνη Ταυρωπού), Plastira gölü (yun. Λίμνη Πλαστήρα) — Yunanıstanda dağlıq ərazidə yerləşən su anbarı. Tavropos su anbarı və ya Plastira gölü ölkənin Nevrepol yaylasında, Fessaliya periferiyasının ərazisində, Keraseya kəndinin 3 km-də yerləşir. Su anbarı dəniz səviyyəsindən 800 metr yüksəklikdə yerləşir. Ümumi su tutumu 400 milyon m³-dir. Faydalı su həcmi isə — 300 milyon m³-dir. Maksimal uzunluğu 12 km, maksimal eni isə 4 km-dir. Su anbarının sahəsi 24 km²-dir. Ən dərin yeri 60 metr, orta dərinlik isə 13 metrdir.

tav sözünün leksik mənası və izahı

tav sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Tabasaran) baca. – Tav qurum tututdu

Azərbaycan dilinin dialektoloji lüğəti.

"tav" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tav nədir? #tav sözünün mənası #tav nə deməkdir? #tav sözünün izahı #tav sözünün yazılışı #tav necə yazılır? #tav sözünün düzgün yazılışı #tav leksik mənası #tav sözünün sinonimi #tav sözünün yaxın mənalı sözlər #tav sözünün əks mənası #tav sözünün etimologiyası #tav sözünün orfoqrafiyası #tav rusca #tav inglisça #tav fransızca #tav sözünün istifadəsi #sözlük