Artur Taymazov
Artur Borisoviç Taymazov (rus. Артур Борисович Таймазов, özb. Artur Borisovich Taymazov, oset. Таймӕзты Барисы фырт Артур; 20 iyul 1979, Noqir, Şimali Osetiya MSSR) — Rusiya siyasi xadimi, Özbəkistan millisini təmsil etmiş osetiyalı sərbəst güləşçi. VII çağırış Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının deputatı, 18 sentyabr 2016-cı ildən Dövlət Dumasının Bədən Tərbiyəsi, İdman, Turizm və Gənclər Məsələləri Komitəsinin sədr müavini. 9 iyun 2021-ci il tarixindən Vahid Rusiya Partiyasının Şimali Osetiya regional bölməsinin katibi.
2004-cü il Olimpiya çempionu, 2000-ci il Olimpiya Oyunlarının gümüş mükafatçısı, ikiqat dünya çempionu (2003, 2006), ikiqat Asiya çempionu (2000, 2011), üçqat Asiya Oyunlarının çempionu (2002, 2006, 2010).
== Həyatı ==
20 iyul 1979-cu ildə Şimali Osetiyada, Vladiqafqazın şəhərətrafı qəsəbəsi Nogir kəndində anadan olub. Qardaşları ilə birlikdə ağır atletika və sərbəst güləşlə məşğul idi. Taymazovun sərbəst güləş üzrə ilk məşqçisi Apayev Xasan Vladimiroviç olmuşdur.