IA sözü azərbaycan dilində

IA

Yazılış

  • IA • 56.5217%
  • Ia • 34.7826%
  • ıa • 8.6957%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA)
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (ing. International Air Transport Association). 1945-ci ilin aprel ayında Havanada keçirilən 31 ölkənin 57 hava nəqliyyatı şirkətinin iştirak etdiyi Konfransda təsis olunmuşdur. IATA hava nəqliyyatı sahəsində qeyri-hökumət təşkilatıdır. IATA-nın fikir və tövsiyələrini ICAO nəzərə alır və istifadə edir. IATA-nın üzvləri həqiqi (beynəlxalq hava daşımaları həyata keçirən istənilən kommersiya avia şirkətlər) və assosiasiya edilmiş (daxili hava daşımalarını həyata keçirən avia şirkətlər) üzvlərə bölünürlər. IATA tarif və rüsumlara, sərnişinlərə ümumi xidmət standartlarına dair tövsiyələrin işlənib hazırlanması, daşıma sənədlərinin unifikasiyası və standartlaşdırılması kimi işlərlə məşğul olur. IATA-nın üzvü olan aviaşirkətlər arasında özünün xüsusi hesablama orqanı vasitəsilə maliyyə hesablamaları aparır. IATA-nın idarəedici və işçi orqanları: Ümumi İclas, İcraiyyə Komitəsi, Daimi Komitələr, Katiblik, Daşımalar üzrə müvəqqəti regional konfranslar. Mənzil-qərargahı Monrealda yerləşir.
IAB
İnternetin Arxitekturası Şurası və ya qısaca IAB (ing. Internet Architecture Board) – internetin rəhbər orqanlarından biri. ISOC-un tərkibinə daxil olan bu qurum yeni protokolları, standartları, şəbəkənin inkişafı layihələrini, ünvanların verilməsi qaydalarını və s. təsdiq edir. İctimai əsaslarla fəaliyyət göstərir, ancaq IAB-ın üzvləri yalnız peşəkarlar və nüfuzlu şəxslər ola bilər. IAB IANA, IETF, IRTF komitələrinə (qruplarına) rəhbərlik edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2017, 996 s.
IAI Harop
IAI Harop və ya IAI Harpy 2 — İsrail Aerokosmik Sənayesi tərəfindən istehsal edilən kamikadze dron. Anti-radiasiya kateqoriyasına aiddir. Hədəfin yaydığı radiodalğalara kilidlənərək özünü həmin hədəfə vurur. Həm avtonom olaraq özününün radar siqnallarını qəbul edən sensorları vasitəsilə hədəfi tapır və məhv edir, yaxud da yerüstü idarəetmə mərkəzindən idarə olunur. Əgər hədəf aşkarlanmazsa, dron özü avtomatik olaraq bazaya qayıdır. Dron dizayn olunarkən radar ölçüsünün kiçik olması nəzərdə saxlanılıb. Bu cür kiçik dronlar düşmənin əsas hava hücumundan müdafiə sistemlərinə demək olar ki görünməz olduqlarına görə onlardan asanlıqla yayınırlar və buna görə də onlar döyüşdə ilk sırada göndərilirlər. Beləliklə, düşmənin radar bazalarını, hava hücumundan müdafiə sistemlərini yararsız vəziyyətə saldıqdan sonra digər dost təyyarələr düşmən hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmaq riski daha az şəkildə düşmən ərazisində əməliyyatlara başlayırlar. == Ümumi == IAI Harop havada 6 saat qala bilər və maksimal uçuş məsafəsi 1000 kilometrdir. Harop özünün əvvəlki versiyası sayılan IAI Harpy-nin daha böyük versiyasıdır.
IAI Harpy
IAI Harpy İsrail Aerokosmos Sənayesi tərəfindən istehsal olunmuş pilotsuz uçuş aparatıdır. Harpy düşmənin radar sistemlərini sıradan çıxarmaq məqsədilə hazırlanmışdır. Bu, yüksək partlayıcı gücə malik döyüş başlığı ilə təchiz olunmuşdur. Harpy indiyə qədər bir neçə xarici ölkəyə ixrac edilmişdir ki, bu ölkələr də Cənubi Koreya, Türkiyə, Hindistan və Çindir.
IAI Heron
IAI Heron (Machatz-1) — İsrailin Israel Aerospace Industries (IAI) şirkəti tərəfindən istehsal olunan orta yüksəklikdə uzun müddət uçuş həyata keçirmək imkanlarına sahib olan pilotsuz uçuş aparatı. Bu PUA yer səthindən 10 km-dən artıq yüksəklikdə 52 saatdan çox müddət ərzində əməliyyat uçuşu yerinə yetirir. 52 saat davamlı uçuş imkanları mövcud olsa da, əlavə vasitələrlə yüklənmə və uçuş profilindən asılı olaraq maksimal effektiv uçuş müddəti nisbətən aşağı ola bilir. PUA-nın daha da inkişaf etdirilmiş variantı olan Heron TP bəzi mənbələrdə IAI Eitan adı ilə də tanınır. 11 sentyabr 2005-ci ildə İsrail Müdafiə Qüvvələrinin 50 milyon ABŞ dolları dəyərində Heron sistemləri aldığı barədə açıqlama verilmişdir. == Əməliyyat tarixçəsi == 2008-2009-cu illərdə baş vermiş Qəzzə müharibəsi ərzində İsrail Müdafiə Qüvvələri Heron PUA-larından aktiv şəkildə istifadə etmişdir. Döyüş əməliyyatları ərzində hər bir briqadanı yaxın hava dəstəyi ilə təmin etmək vəzifəsi üçün bir Heron müəyyən edilmişdi. Bu müharibədə İsrail ilk dəfə olaraq pilotsuz uçuş aparatları, helikopterlər və döyüş təyyarələrini quru qoşunlarına asılı olmadan birbaşa şəkildə İsrail Hərbi Hava Qüvvələrinin komanda məntəqəsinin verdiyi qərarlara uyğun olaraq idarə etmişdir. Hava nəzarəti Heron və Hermes 450 pilotsuz uçuş aparatları, həmçinin Apaçi helikopterləri ilə təmin olunurdu. Hərbi hava qüvvələri və quru qoşunları arasındakı koordinasiya ilə birlikdə İsrailin quru qoşunları ölkənin təhlükəsizlik xidməti olan Şin Betin ön xəttə ezam olunmuş nümayəndələri ilə daim əlaqədə fəaliyyət göstərirdi.
IAI Kfir
IAI Kfir (İv כְּפִיר, “Aslan balası”) IAI tərəfindən buraxılmış İsrail istehsalı bir döyüş təyyarəsidir. Təyyarənin ilk prototipi 19 oktyabr 1970-ci ildə istehsal edilmiş, ilk uçuşunu 1973-cü ilin iyununda etmiş və 1976-cı ildə istismarına başlanılmışdır. Kfir, Fransa mənşəli Dassault Mirage V bazasında hazırlanmışdır və General Electric J79 mühərriki və İsrail istehsalı avionika və silahlarla təchiz edilmişdir.
IAI Nesher
IAI Nesher (İv: נשר, "Quzğun") IAI tərəfindən buraxılmış Dassault Mirage V-in İsrail istehsalı bir modeli döyüş təyyarəsidir. Təyyarələrin əksəriyyəti sonradan Argentina Hava Qüvvələrinə "Daggers" adı ilə satıldı və "Fingers" adı altında modernləşdirildi.
IANA
IANA— (ing. Internet Assigned Numbers Authority; azərb. İnternet nömrələrinin verilməsi mərkəzi‎) — internetdə .com, .net, .org kimi ən yüksək səviyyəli domenlərin inzibati idarə olunmasına cavabdeh olan və ABŞ hökumətinin maliyyələşdirdiyi qeyri-kommersiya təşkilatıdır. IANA qlobal ərazilər üzrə (əsasən Avropa, Asiya və Amerika) adlar fəzasını müəyyənləşdirəcək təşkilatları əlaqələndirir. 1998-ci ilin sentyabrından bu funksiyanı beynəlxalq qeyri-kommersiya təşkilatı olan ICANN öz üzərinə götürüb. ICANN tərəfindən yaradılan və onun strukturuna daxil olan IANA İnternet səbəkəsində rəqəmli ünvanların paylanması üzrə səlahiyyətli təskilatdır və əsas funksiyası (gTLDs) ümümi istifadəli domenlərin beynəlxalq verilənlər bazasını və (ccTLDs) yüksək səviyyəli milli domenləri dəstəkləməkdən ibarətdir. Bu təşkilatlar internet ictimaiyyətinin maraqlarını təmsil edirlər. == IANA fəaliyyətləri == IANA RFC-də müəyyən edilmiş protokollarda istifadə olunan bütün ehtiyatda saxlanılan adların və nömrələrin bölgüsü üçün cavabdehdir. === IP-ünvanların paylanması === IANA regionlarda hər bir ölkəyə məxsus olan birinci səviyyəli IP-ünvanları idarə edir. Regional registratorlar da, öz növbəsində, daha kiçik internet-provayderlərə nümayəndə göndərir.
IATA
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (ing. International Air Transport Association). 1945-ci ilin aprel ayında Havanada keçirilən 31 ölkənin 57 hava nəqliyyatı şirkətinin iştirak etdiyi Konfransda təsis olunmuşdur. IATA hava nəqliyyatı sahəsində qeyri-hökumət təşkilatıdır. IATA-nın fikir və tövsiyələrini ICAO nəzərə alır və istifadə edir. IATA-nın üzvləri həqiqi (beynəlxalq hava daşımaları həyata keçirən istənilən kommersiya avia şirkətlər) və assosiasiya edilmiş (daxili hava daşımalarını həyata keçirən avia şirkətlər) üzvlərə bölünürlər. IATA tarif və rüsumlara, sərnişinlərə ümumi xidmət standartlarına dair tövsiyələrin işlənib hazırlanması, daşıma sənədlərinin unifikasiyası və standartlaşdırılması kimi işlərlə məşğul olur. IATA-nın üzvü olan aviaşirkətlər arasında özünün xüsusi hesablama orqanı vasitəsilə maliyyə hesablamaları aparır. IATA-nın idarəedici və işçi orqanları: Ümumi İclas, İcraiyyə Komitəsi, Daimi Komitələr, Katiblik, Daşımalar üzrə müvəqqəti regional konfranslar. Mənzil-qərargahı Monrealda yerləşir.
Ian McShane
Ian David McShane, (29 sentyabr 1942, Blekbörn, Lankaşir), İngilis mənşəli komediya aktyoru və kino aktyoru. Bir çox filmlərdə və seriallarda rol almışdır. Keçmiş futbolçu Harry McShanenin oğludur. 2004-cü ildə Deadwood teleserialındakı roluna görə "Dram Serialının Ən Yaxşı Aktyoru" nominasiyasında Qızıl qlobus mükafatını qazanmışdır. 2007-ci il istehsalı olan Butterfly on a Wheel (azərb. Xəyanətin əvəzi‎ filmində Meredith rolunu canlandırmışdır.
Ian Somerhalder
Yan Cozef Somerhalder (ing. Ian Joseph Somerhalder; d. 8 dekabr, 1978) — ABŞ–lı aktyor, model və prodüser. Lost serialındakı Boone Carlyle və The Vampir Diaries serialındakı Damon Salvatore obrazları ilə tanınmışdır. == Həyatı == Somerhalder ailənin ikinci evladıdır. İki qardaşı var Robert və Robin. O 10 yaşından 13 yaşına qədər model kimi fəaliyyət göstərib. == Karyeradan əvvəl == Yan Somerhalder, 8 dekabr 1978-ci ildə masaj terapisti Edna Somerhalder və podratçı Robert Somerhalderın oğlu olaraq Kovinqton, Luizianada doğulub, böyüyüb. Bob adında keçmiş peşəkar velosipedçi, qardaşı və Robin adında bir radio və televiziya jurnalisti bacısı var. Atası Fransız və İngilis mənşəlidir.
Iasminaceae
Zeytunkimilər (lat. Oleaceae) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Fəsiləyə 30 ağac və kol cinsini özündə birləşdirən bitki fəsiləsi. Göyrüş, zeytun, yasəmən, jasmin fəsiləyə daxil olan ən tanınmış cinslərdir. Fəsiləyə daxil olan növlər demək olar ki, dünyanın hər yerinə yayılmışdır. == Sinonimləri == Bolivariaceae Griseb. Forstiereae( Forstieraceae) Endl. Fraxineae ( Fraxinaceae) S.F. Gray Iasmineae ( Iasminaceae) Link Jasmineae ( Jasminaceae) Juss. Lilacaceae Ventenat Nyctantheae ( Nyctanthaceae) J.G. Agardh Syringaceae Horan.
Iasmineae
Zeytunkimilər (lat. Oleaceae) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Fəsiləyə 30 ağac və kol cinsini özündə birləşdirən bitki fəsiləsi. Göyrüş, zeytun, yasəmən, jasmin fəsiləyə daxil olan ən tanınmış cinslərdir. Fəsiləyə daxil olan növlər demək olar ki, dünyanın hər yerinə yayılmışdır. == Sinonimləri == Bolivariaceae Griseb. Forstiereae( Forstieraceae) Endl. Fraxineae ( Fraxinaceae) S.F. Gray Iasmineae ( Iasminaceae) Link Jasmineae ( Jasminaceae) Juss. Lilacaceae Ventenat Nyctantheae ( Nyctanthaceae) J.G. Agardh Syringaceae Horan.
Lee Iacocca
Lido Antoniy "Li" Yakoka (15 oktyabr 1924[…], Allentaun, Pensilvaniya – 2 iyul 2019[…]) Amerikalı biznesmen. Ən çox 1980-ci illərdə Chrysler şirkətinin yenidən doğuşundakı rolu ilə tanınır. 1979-cu ilə qədər Chrysler-in sədri və direktoru, 1979-cu ildən isə bunlardan əlavə olaraq idarə heyətinin sədri vəzifələrində işləmişdir. 1992-ci ildə təqaüdə çıxmışdır. Kitablar yazmış və bir çox kitaba da ilham vermişdir. Bunlara nümunə olaraq William Novakın yazdığı tərcümeyi-halını və özünün yazmış olduğu “Bütün liderlər hara getdi?” (Where all the leaders gone?) əsərləri göstərilə bilər. Dünyanın ən məşhur iş adamlarından biri olan Lee Iacocca, 1980-ci illərdə Amerika ixracatçılarının iddialı bir müdafiəçisi olmuşdur.
IAD
Integrated access device (azərb. İnteqrasiya edilmiş giriş cihazı‎) və ya qısaca IAD — geniş ərazi şəbəkələrinə və İnternetə çıxışı təmin edən müştəri tərəfindən təchiz edilmiş avadanlıq. O xüsusilə daşıyıcı və ya provayder PoP-u ilə paylaşılan keçid vasitəsilə səs və məlumat da daxil olmaqla bir çox məlumat kanallarını birləşdirir. Giriş bağlantısı T1 xətti, DSL bağlantısı, kabel (CATV) şəbəkəsi, genişzolaqlı simsiz əlaqə və ya metro-Ethernet bağlantısı ola bilər. PoP-də müştərinin ümumiləşdirilmiş məlumatı adətən müştərilərlə əsas şəbəkə arasında oturan mürəkkəb və bahalı qurğular olan ADM və ya MSPP-yə (multiservis təminat platforması) yönəldilir. Onlar müştərilərdən gələn trafik axınlarını idarə edir və həmin axınları ictimai telefon şəbəkəsinə və ya müvafiq genişmiqyaslı şəbəkələrə (ATM, Frame Relay və ya İnternet) yönləndirirlər. IAD bəzən müştərinin qoşulmaq istədiyi provayder tərəfindən quraşdırılır. Bu provayderə giriş bağlantısının xüsusiyyətlərini idarə etməyə və istifadə zamanı onun əməliyyatını idarə etməyə imkan verir. Rəqabətli provayderlər indi simsiz optik (yəni Terabeam) və metro-Ethernet şəbəkələri də daxil olmaqla müxtəlif giriş texnologiyaları üzərindən xidmətlər təklif edirlər. Köhnə telekommunikasiya protokolları və nəqliyyat üsulları (T1 xətləri və vaxt bölgüsü multipleksasiyası) əsas daşıma üçün uyğun olan giriş metodları ilə əvəz olunur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2014 •••••••••••••••••••• 0.51
2016 ••••••• 0.17
2017 ••••••• 0.16
2018 •••••••••••• 0.30
2019 •••••• 0.14

Oxşar sözlər

#ıa nədir? #ıa sözünün mənası #ıa nə deməkdir? #ıa sözünün izahı #ıa sözünün yazılışı #ıa necə yazılır? #ıa sözünün düzgün yazılışı #ıa leksik mənası #ıa sözünün sinonimi #ıa sözünün yaxın mənalı sözlər #ıa sözünün əks mənası #ıa sözünün etimologiyası #ıa sözünün orfoqrafiyası #ıa rusca #ıa inglisça #ıa fransızca #ıa sözünün istifadəsi #sözlük