ta sözü azərbaycan dilində

ta

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ta • 76.9282%
  • Ta • 18.4840%
  • TA • 4.4548%
  • tA • 0.1330%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ta' Qali
Ta' Qali — Maltada yerləşən kənd. İkinci Dünya Müharibəsi dövründə burada hərbi aerodrom yerləşirdi.
Ta-Dmeyrek
Ta-Dmeyrek (malta Ta' Dmejrek) — Malta dövlətinin ən hündür nöqtəsi. Hündürlüyü 253 metrdir. Faktiki olaraq Dinqli təpələrinin ən hüdür nöqtəsidir. Burada Dinqli kəndi yerləşir. Zirvə Malta adasının cənub-qərbiundə yerləşir. == Tarixi == İlk əvvəllər Maltanın ən hündür nöqtəsi Dinqli kəndindən qərbdə yerləşən 232 metrlik zirvə hesab edilirdi. Sonradan isə bu zirvədən cənub-şərqdə yerləşən 235 metrlik zirvə olur. Bir müddət sonra 241 metr hündülüyə malik Maqdalena kapellası təyin edilir. Ta-Dmeyrek Maltanın ən hündür təbii zirvəsi olaraq təsdiq edilmişdir. == İstinadlar == == Mənbə == "Ta' Dmejrek" (ingilis).
Ta-Seti
Ta-Seti (transkripsiyası Ta-kens, q.misir tȝ-stj; mənası: "Ox (silah) ölkəsi", "Satis (mineral) ölkəsi", "Satis (tanrıça) ölkəsi", "Əyrilmiş") — Yuxarı Misirin e.ə. XXIII–XXII əsrlərində yaranmış Nil çayı boyu yerləşən ən cənub vilayəti. Yunan-Roma dövründə Ombos ya Kom-Ombo nomu ,(lat. Nomos Ombites) adlandırılırdı. Nomlar misirşünaslar tərəfindən nömrələrlə təsnif olunduğuna görə Yuxarı Misirin birinci (I) nomu sayılır. Sülalə öncəsi dövrdə (e.ə. III minillikdə) vilayət Aşağı Nubiya, Sülalələr dövrü isə Elefantina kimi tanınırdı.
Conatan Ta
Conatan Ta (alm. Jonathan Tah‎; 11 fevral 1996, Hamburq) — Bundesliqa təmsilçisi "Bayer Leverkuzen" klubunda və Almaniya milli futbol komandasında, mərkəz müdafiəçisi mövqeyində çıxış edən peşəkar futbolçu.
Gəncə (tanker)
"Gəncə" — Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tankeri. Gəncə şəhərinin adını daşıyır. == İnşası == Bu tanker “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Caspian Marine Services” Alyansı tərəfindən sifariş olunan tankerlərdən biridir. == Texniki göstəriciləri == Tanker 7 min ton yükgötürmə qabiliyyətinə malikdir. Uzunluğu 140,9, eni 16,7, saya oturumu isə 4,2 metr olan bu tanker Volqa-Don-Maks tipli, yəni, dayaz sularda üzməklə maksimum yükgötürmə qabiliyyətinə malikdir. Bu tanker ən müasir avadanlıqla təchiz olunub. == Fəaliyyət istiqaməti == “Gəncə” tankerinin texniki göstəriciləri onun gələcəkdə Xəzər hövzəsində dayaz limanlara daxil olmasına, eyni zamanda, Volqa-Don, Volqa-Balt kanallarında üzməsinə imkan yaradır. == İstismara verilməsi == "Gəncə" tankerinin istismara verilməsi mərasimində 18 noyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak etmişdir.
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu
Gəncə Dövlət Tarix – Mədəniyyət Qoruğu — 1988-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarına əsasən, qədim Gəncənin ərazisi qoruq elan edilib. == Haqqında == Qədim Gəncə ərazisində tarixən müəyyənləşmiş ərazi və landşaftının qorunması, onun fərdi simasının saxlanması, bərpası məqsədilə Qoruq yaradılmışdır. Qoruq Azərbaycan SSR Nazirlər Sovetinin "Qədim Gəncə ərazisinin Tarix – Mədəniyyət Qoruğu elan edilməsi haqqında" 18 aprel 1988-ci il tarixli 136 №li qərarına əsasən elmi – tədqiqat müəssisisəsi kimi təşkil olunmuşdur. Qoruq ərazisində yerləşən elmi, tarix və yaxud bədii əhəmiyyət kəsb edən bütün tarix – mədəniyyət abidələri dövlət tərəfindən qorunur. Qoruğun Əsasnaməsi Azərbaycan SSR Nazirlər Sovetinin 25 noyabr 1988-ci il tarixli 420 №li qərarı ilə təsdiq olunmuşdur. Qoruq bütün fəaliyyəti boyu bu Əsasnaməni rəhbər tutmuşdur. Azərbaycan Respublikası Prezidentinin 13 iyun 1998-ci il tarixli 725 №li fərmanı ilə "Tarix və Mədəniyyət abidələri haqqında" qanunun qüvvəyə minməsi tarix mədəniyyət abidələrinin qorunması işində böyük addım oldu. Qoruğun yaradılması haqqında əsasnamə 1988-ci ildə təsdiq edilsə də, Qoruq 1989-cu il 23 yanvar tarixindən fəaliyyətə başlamışdır. Qədim Gəncə ərazisi – Qoruq 1482 ha sahəyə malikdir. Bu ərazinin 610 ha Samux rayonu inzibati ərazisi daxilindədir.
Gəncə Dövlət Tarix – Mədəniyyət Qoruğu
Gəncə Dövlət Tarix – Mədəniyyət Qoruğu — 1988-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarına əsasən, qədim Gəncənin ərazisi qoruq elan edilib. == Haqqında == Qədim Gəncə ərazisində tarixən müəyyənləşmiş ərazi və landşaftının qorunması, onun fərdi simasının saxlanması, bərpası məqsədilə Qoruq yaradılmışdır. Qoruq Azərbaycan SSR Nazirlər Sovetinin "Qədim Gəncə ərazisinin Tarix – Mədəniyyət Qoruğu elan edilməsi haqqında" 18 aprel 1988-ci il tarixli 136 №li qərarına əsasən elmi – tədqiqat müəssisisəsi kimi təşkil olunmuşdur. Qoruq ərazisində yerləşən elmi, tarix və yaxud bədii əhəmiyyət kəsb edən bütün tarix – mədəniyyət abidələri dövlət tərəfindən qorunur. Qoruğun Əsasnaməsi Azərbaycan SSR Nazirlər Sovetinin 25 noyabr 1988-ci il tarixli 420 №li qərarı ilə təsdiq olunmuşdur. Qoruq bütün fəaliyyəti boyu bu Əsasnaməni rəhbər tutmuşdur. Azərbaycan Respublikası Prezidentinin 13 iyun 1998-ci il tarixli 725 №li fərmanı ilə "Tarix və Mədəniyyət abidələri haqqında" qanunun qüvvəyə minməsi tarix mədəniyyət abidələrinin qorunması işində böyük addım oldu. Qoruğun yaradılması haqqında əsasnamə 1988-ci ildə təsdiq edilsə də, Qoruq 1989-cu il 23 yanvar tarixindən fəaliyyətə başlamışdır. Qədim Gəncə ərazisi – Qoruq 1482 ha sahəyə malikdir. Bu ərazinin 610 ha Samux rayonu inzibati ərazisi daxilindədir.
Gəncə Tarix-Diyarşünaslıq Muzeyi
Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyi — Gəncə şəhərində yerləşən ən böyük və qədim muzey. Əsası 1924-cü ildə qoyulmuş muzeydə hazırda 30.000-dən çox eksponat saxlanılır. == Muzey binası == Hazırda muzeyin yerləşdiyi bina XIX əsrdə tikilmişdir. Bu bina Cavad xanın nəticələri İsmayıl xan və Adil xan Ziyadxanovların şəxsi mülkü olmuşdur. Adil xan və İsmayıl xan Ziyadxanovlar Cavad xanın nəvəsi Əbülfət xan Ziyadxanovun oğulları idi. Adil xan ADR dövründə Azərbaycanın İrandakı səlahiyyətli nümayəndəsi olmuş, ADR-in süqutundan sonra isə Türkiyəyə mühacirət etmişdi. Gəncənin milis rəisi olan İsmayıl xan isə 1920-ci ildə istintaqsız, məhkəməsiz güllələnmişdir. Onların şəxsi mülkü olan bina da, zadəgan ailələrinə məxsus bir çox binalar kimi ictimailəşdirilmişdi. Sovet dövründə burada bir çox idarə və təşkilatlar yerləşib. 1972-ci ildən bina Gəncə Tarix-Diyarşünaslıq Muzeyinə verilmişdir.
Gəncə Tarix Diyarşünaslıq Muzeyi
Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyi — Gəncə şəhərində yerləşən ən böyük və qədim muzey. Əsası 1924-cü ildə qoyulmuş muzeydə hazırda 30.000-dən çox eksponat saxlanılır. == Muzey binası == Hazırda muzeyin yerləşdiyi bina XIX əsrdə tikilmişdir. Bu bina Cavad xanın nəticələri İsmayıl xan və Adil xan Ziyadxanovların şəxsi mülkü olmuşdur. Adil xan və İsmayıl xan Ziyadxanovlar Cavad xanın nəvəsi Əbülfət xan Ziyadxanovun oğulları idi. Adil xan ADR dövründə Azərbaycanın İrandakı səlahiyyətli nümayəndəsi olmuş, ADR-in süqutundan sonra isə Türkiyəyə mühacirət etmişdi. Gəncənin milis rəisi olan İsmayıl xan isə 1920-ci ildə istintaqsız, məhkəməsiz güllələnmişdir. Onların şəxsi mülkü olan bina da, zadəgan ailələrinə məxsus bir çox binalar kimi ictimailəşdirilmişdi. Sovet dövründə burada bir çox idarə və təşkilatlar yerləşib. 1972-ci ildən bina Gəncə Tarix-Diyarşünaslıq Muzeyinə verilmişdir.
Gəncə rus-tatar məktəbi
Rus-Azərbaycan məktəbləri və ya Rus-tatar məktəbləri— XIX əsrin sonu — XX əsrin əvvəllərində Qafqaz azərbaycanlıları arasında geniş yayılmış məktəblər. Daha çox rus-müsəlman məktəbləri adı ilə tanınırdılar. Əsası 1887-ci ildə Bakıda Həbib bəy Mahmudbəyov və Sultanməcid Qənizadə tərəfindən qoyulmuşdur. Xüsusi şəkildə açılmış ilk rus-Azərbaycan məktəbi dörd il şagirdlərdən toplanmış təhsil haqqı hesabına fəaliyyət göstərmişdir. == Rus-Azərbaycan məktəbləri == 1891-ci ildə Bakı əhalisinin xahişi ilə ilk xüsusi rus-Azərbaycan məktəbinin işinə xitam verilmiş, onun yerində xalq məktəbləri direktorunun nəzarəti altında şəhər bələdiyyə idarəsinin vəsaiti hesabına iki ibtidai təhsil ocağı yaradılmışdır. Birinci məktəbə S.Qənizadə müdir təyin edilmişdi.Şəhər əhalisinin təhsilə olan ehtiyacını təmin etmək üçün rus-müsəlman məktəblərinin sayı ildən ilə artırılmış, birinci rus inqilabı ərəfəsində Bakıda 12 oğlan, 4 qız rus-Azərbaycan məktəbi açılmışdı. 1898-ci ildə S.Qənizadənin təşəbbüsü ilə onun müdir olduğu ikinci rus-Azərbaycan məktəbi natamam orta təhsil verən ikinci dərəcəli məktəbə çevrilmiş, Aleksey ali ibtidai məktəbi adı ilə tanınmışdır. Rus-Azərbaycan məktəbi xalqın təhsil maraqlarına cavab verən güclü təhsil hərəkatına çevrilmiş, onun nümunəsində Bakı, Tiflis, Gəncə, İrəvan quberniyalarında rus-Azərbaycan məktəbi açılmışdır. Rus-Azərbaycan məktəbinin təsiri ilə əski molla və məhəllə məktəblərində islahatlar aparılmış, onların böyük əksəriyyəti müasir tələblərə uyğunlaşdırılmışdır. Rus-Azərbaycan məktəbi Azərbaycanda siyasi müstəqillik və istiqlaliyyət, milli dirçəliş uğrunda mübarizə tarixində, xalq maarifınin və mədəniyyətin inkişafında misilsiz rol oynamışdır.
Gəncə tankeri
"Gəncə" — Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tankeri. Gəncə şəhərinin adını daşıyır. == İnşası == Bu tanker “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Caspian Marine Services” Alyansı tərəfindən sifariş olunan tankerlərdən biridir. == Texniki göstəriciləri == Tanker 7 min ton yükgötürmə qabiliyyətinə malikdir. Uzunluğu 140,9, eni 16,7, saya oturumu isə 4,2 metr olan bu tanker Volqa-Don-Maks tipli, yəni, dayaz sularda üzməklə maksimum yükgötürmə qabiliyyətinə malikdir. Bu tanker ən müasir avadanlıqla təchiz olunub. == Fəaliyyət istiqaməti == “Gəncə” tankerinin texniki göstəriciləri onun gələcəkdə Xəzər hövzəsində dayaz limanlara daxil olmasına, eyni zamanda, Volqa-Don, Volqa-Balt kanallarında üzməsinə imkan yaradır. == İstismara verilməsi == "Gəncə" tankerinin istismara verilməsi mərasimində 18 noyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak etmişdir.
Gəncə zərbxanası tarixindən
Gəncə zərbxanası — Gəncə şəhərində yerləşən sikkə zərbxanası. Güman edilir ki, Gəncədə zərbxananın fəaliyyəti Sasani dövründən başlamışdır. Zərbxana 1804-cü ilə, Gəncə xanlığının süqutuna qədər fəaliyyət göstərmişdir. == Tarixi == === Sasani və Xilafət dövrü === Sasani hökmdarı II Xosrov Pərvizin adından Gəncədə zərb edilmiş sikkəsi hazırda Milli Azərbaycan Tarixi Muzeyində qorunur. Sikkənin aversində II Xosrovun surəti, reversində atəşpərəst məbədinin təsviri verilmişdir. Şəklin ətrafında Gəncə zərbxanasının monoqrammı zərb edilmişdir. Əməvi dövründə Gəncə zərbxanasında II Xosrovun sikkə tipləri əsasında sasani-ərəb dirhəmləri zərb edilmişdir. Bu tip sikkələr h. 77-ci il (696-cı il) Əməvi xəlifəsi Əbd əl-Məlik Mərvanın pul islahatına qədər zərb olunmuşdur. Rusiya Dövlət Ermitaj Muzeyinin numizmatika fondunda h.
H.Z.Tağıyev adına Tarix Muzeyi
Milli Azərbaycan Tarixi Muzeyi və ya Azərbaycan Tarix Muzeyi — Bakıda yerləşən elmi tədqiqat müəssisəsi. Azərbaycanda fəaliyyət göstərən muzeylərdən biridir. Azərbaycan tarixinə və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur. == Muzeyin tarixi == 1920-ci ilin iyun ayında Azərbaycan SSR Xalq Maarif Komissarlığının məktəbdənkənar işlər şöbəsində yaradılmış "Muzekskurs" yarımşöbəsinin nəzdində az sonra "Doğma diyarın tədris muzeyi – İstiqlal" təşkil edildi. Artıq iyul ayından məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış mülkündə yerləşdirilmiş bu muzey həmin ilin oktyabr ayının 25-dən Azərbaycan SSR Dövlət Muzeyi adı ilə işləməyə başlamış, 1921-ci ilin may ayından ilk tamaşaçılarını qəbul etmişdir. Yarandığı ilk dövrdə muzeydə tarix, arxeologiya və etnoqrafiya, botanika və zoologiya, minerologiya və geologiya, təsviri incəsənət və bədii sənət, xalq təhsili, köməkçi tədris müəssisələri şöbələri, eləcə də Azərbaycan Doğma Diyarın Tədqiqi Cəmiyyəti və Qədim abidələrin mühafizəsi komissiyası fəaliyyət göstərirdi. 1923-cü ildə yaradılan və muzeylə sıx əlaqədə fəaliyyət göstərən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti muzeyin tərkibindəki cəmiyyət və komissiyanı özündə cəmləşdirdi. 1925-ci ildə XMK Kollegiyasının təsdiq etdiyi Azərbaycan Dövlət Muzeyinin "Əsasnamə"sinə görə Muzeyin strukturunda edilən dəyişiklik əsasında tarix-etnoqrafiya, incəsənət, biologiya, geologiya şöbələri və Qafqaza və Şərqə dair kitabları əhatə edən zəngin kitabxana fəaliyyətini davam etdirdi. Sonrakı illər dövrün tələbinə uyğun olaraq muzeydə dəfələrlə struktur dəyişikliyi edildi. 30-cu illərin ortalarında böyüməkdə olan nəslin siyasi-tərbiyə məsələlərinə qarşı diqqətin artması, muzey ekspozisiyalarında sosialist cəmiyyətinin üstünlüklərini nümayiş etdirməyin vacibliyinə dair partiya və hökumətin tələbləri tarixin öyrənilməsi və təbliğini günün əsas məsələlərindən biri etdi.
Hacı Mir Abbas bəy Talışinski
Hacı Mir Abbas bəy Talışinski — Çar ordusunun hərbiçisi. Mir Mustafa xanın beşinci oğlu Hacı Mir Abbas bəydir. Atasının əmlak bölgüsündə ona Astara mahalı düşmüşdü. Hətta Mirzə Əhmad bu haqda “Əxbərnamə”də də yazır: “Mir Mustafa Xan öz ogulları arasında Mir Abbası çox istəyirdi və əmlak bölgüsündə Astara mahalını və özünün bir neçə nökərini Mir Abbasa bagışlamışdı, üstəlik məni də Mir Abbasa mirzə verdi.” Hacı Mir Abbas bəyə 1829-cu ildə mayor rütbəsi verilir. 1831-ci ildə Rusiyaya qarşı iddialarına görə həbs olunur. Helə həmən ilin axırlarında da həbsdən azad olunur. 1860-cı ildə Astaradan Peterburqa köçür. Astaranın idarə olunmasını öz oğlu Mir Tagıya tapşırır. 1860-cı illərdə Peterburqda yaşaması haqqında arxivdə belə bir məlumat var: “Mir Abbas bəy Qraf Orlov Davıdovun 1 hissəli 2-ci kvartalının 3 nömrəli evində yaşamışdır”. Peterburqa getmeyinin məqsədi o idi ki, vəfat etmiş bacısının qəbrini ziyaret etsin və bacısının saxladığı vəsiyyətnamələri Talışa gətirsin.
Hacı Mirhaşım Talışlı
Mirhaşım Mirmurtuza oğlu Talışlı (Hacı Mirhaşım; 21 mart 1926, Lənkəran, Lənkəran qəzası – 6 aprel 2018) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, şair, ədəbiyyatşünas, tədqiqatçı-alim,Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü. == Həyatı == Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində, Lənkəran Dövlət Universtetində müəllim işləyib. 6 aprel 2018-ci ildə Bakıda vəfat edib. Lənkəranda dəfn olunub.
Hacı Məmmədov (tarzən)
Hacı Məmməd oğlu Məmmədov (28 aprel 1920, Şamaxı – 2 avqust 1981, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan SSR xalq artisti (1963), Azərbaycan Tibb İnstitutunun müəllimi. == Həyatı == Hacı Məmmədov 1920-ci il aprelin 28-də Şamaxı şəhərində anadan olmuşdur. 1943–1948-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almışdır. 1949-cu ildən 1970-ci ilə qədər həkim-cərrah kimi fəaliyyət göstərmişdir. 1930–1948-ci illərdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrində işləmiş, 1949-cu ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. Hacı Məmmədov rus və Qərbi Avropa müəlliflərinin klassik əsərlərinin tarda ilk ifaçısı olub. Bülbül, Seyid Şuşinski, Zülfü Adıgözəlov kimi müğənniləri müşayiət etmiş, Belçika, Polşa, Macarıstan, İran, Suriya, Əlcəzair və digər ölkələrdə qastrol səfərlərində olmuşdur. Hacı Məmmədov 1981-ci il avqustun 2-də Bakıda vəfat etmişdir. == Mükafatları == "Azərbaycan SSR xalq artisti" fəxri adı — 18 may 1963 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 25 sentyabr 1954 "Şərəf nişanı" ordeni — 9 iyun 1959 Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı — 25 aprel 1980 == İstinadlar == == Ədəbiyyat == Həsənova, Şəhla. Hacı Məmmədov.
Hacı Tapdıq və Şeyx Yunis İmrə məqbərəsi
Hacı Tapdıq və Şeyx Yunus məqbərəsi Qax rayonunun Oncallı kəndində, meşənin içərisində yerləşən qəbiristanda, görkəmli şəxsiyyətlərin məzarları üstündə inşa olunmuşdur. Qəbiristan yerli əhali arasında Oğuz adı ilə tanınır. Bu iki məzar müqəddəs sayılır və ziyarət yeridir. Məzarların ikisi də yerdən bir metr hündürlükdə çay daşından tikilmiş hörgü ilə əhatələnmişdir. Şeyx Yunisin məzarının üstü təxminən 1400-cü ildə Mirzə Çələbi Soltan ibn Məhəmməd ibn Məhəmməd Zaman ibn İmam Əli adlı şəxs tərəfindən, Hacı Tapdığın məzarının üstü isə 1786-cı ildə Şeyx Mirzə Çələbi və Şeyx Salman ibn Saleh adlı şəxs tərəfindən inşa edilmişdir. Tapdıq baba və Şeyx Yunis xanəgahı bir vaxtlar beynəlxalq karvan-ticarət yolu üzərində böyük fəaliyyət göstərmiş siyasi-ideoloji mərkəzlərdən biri olmuşdur.
Hacı Tapdıq və Şeyx Yunus ziyarətgahı
Hacı Tapdıq və Şeyx Yunus məqbərəsi Qax rayonunun Oncallı kəndində, meşənin içərisində yerləşən qəbiristanda, görkəmli şəxsiyyətlərin məzarları üstündə inşa olunmuşdur. Qəbiristan yerli əhali arasında Oğuz adı ilə tanınır. Bu iki məzar müqəddəs sayılır və ziyarət yeridir. Məzarların ikisi də yerdən bir metr hündürlükdə çay daşından tikilmiş hörgü ilə əhatələnmişdir. Şeyx Yunisin məzarının üstü təxminən 1400-cü ildə Mirzə Çələbi Soltan ibn Məhəmməd ibn Məhəmməd Zaman ibn İmam Əli adlı şəxs tərəfindən, Hacı Tapdığın məzarının üstü isə 1786-cı ildə Şeyx Mirzə Çələbi və Şeyx Salman ibn Saleh adlı şəxs tərəfindən inşa edilmişdir. Tapdıq baba və Şeyx Yunis xanəgahı bir vaxtlar beynəlxalq karvan-ticarət yolu üzərində böyük fəaliyyət göstərmiş siyasi-ideoloji mərkəzlərdən biri olmuşdur.
Hacı Zeynalabdin Tağıyev
Hacı Zeynalabdin Tağı oğlu Tağıyev (yanvar 1838, Bakı – 1 sentyabr 1924, Mərdəkan, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ) — Azərbaycan milyonçusu, mesenat, Rusiya imperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı. II və III dərəcəli laureatı. == Həyatı == === Erkən illəri === Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə(başqa mənbədə isə 1823-cü ildə) Bakıda kasıb başmaqçı Məşhədi Məhəmməd-Tağı Dostməhəmməd oğlunun ailəsində anadan olmuşdur: o təxmini 1791-ci ildə, Miyanə mahalının məşhur Tikmədaş kəndində dünyaya gəlmiş, gənc yaşında Şamaxıya gələrək məskunlaşmış, yetkin dövründə Bakıya köçmüş, burada (Bilgəh kəndindən olan xanımla) evlənmişdir. Zeynalabidinin anası Ümmü-xanım onun 10 yaşı olanda vəfat edir. Özündən 3 yaş kiçik Əliqulu adlı qardaşı vardı. İkinci nikahdan atasının daha beş övladı dünyaya gəlir. Kiçik Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş idi. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə qoyur. 12 yaşına çatanda o artıq daş yonurdu, 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir müddətdən sonra Tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır.
Hacı Zeynalabdin Tağıyevin ev muzeyi
Hacı Zeynalabdin Tağıyevin ev muzeyi — Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşayış mülkündə yerləşən Milli Azərbaycan Tarixi Muzeyində 9 otaqdan ibarət xatirə muzeyi. Xatirə muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri H. Z. A. Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa edə bilmişlər. Muzeyi təşkil edən otaqlar bunlardır: H. Z. A. Tağıyevin iş kabineti Şərq zalı kitabxana bilyard otağı yemək otağı məlumat otağı Sona xanım Tağıyevanın bəzək otağı – buduar yataq otağı Təmizlik otağı == Muzeyin strukturu == Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynal Abdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşayış mülkündə yerləşən Milli Azərbaycan Tarixi Muzeyində 9 otaqdan ibarət H. Z. A. Tağıyevin xatirə muzeyi yaradıldı. Xatirə muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri Hacı Zeynalabdin Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa edə bilmişlər. Muzeyi təşkil edən otaqlar bunlardır: 1) Hacı Zeynalabdin Tağıyevin iş kabineti, 2) Şərq zalı, 3) kitabxana, 4) bilyard otağı, 5) yemək otağı, 6) məlumat otağı, 7) Sona xanım Tağıyevanın bəzək otağı – buduar. Xatirə muzeyinin ekspozisiyası Hacı Zeynalabdin Tağıyevin iş kabinetindən başlayır. Kabinet özünün sadə gözəlliyi ilə seçilir. Onun divarları qırmızı ağacdan düzəldilmiş panellərlə və naxışlı tünd yaşıl divar kağızı ilə bəzədilmişdi. Burada bilavasitə Hacının özünə məxsus kitab şkafı, yazı stolu, kreslo, stul və dolabla yanaşı köhnə ailəvi fotoalbom əsasında hazırlanmış digər əşyalar da vardır. Kitab şkafında Rusiya imperiyasının qanunlar toplusu, məlumat kitabları, ensiklopediyalar saxlanılır.
Hacı Zeynalabdin Tağıyevin heykəli (Bakı)
Azərbaycan milyonçusu və mesenat Hacı Zeynalabdin Tağıyevin heykəli 18 yanvar 2022-ci il tarixində “İçərişəhər” metro stansiyasının qarşısında ucaldılıb. Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir. Heykəltəraş Azərbaycan Respublikasının Xalq Rəssamı Xanlar Əhmədovdur. Prezident İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışında iştirak edib == Təklif == 2019-cu il martın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüş keçirir. Həmin görüşdə əməkdar artist Bəhram Bağırzadə Hacı Zeynalabdin Tağıyevin Bakıda heykəlinin ucaldılması barədə təklif səsləndirir. Daha sonra Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltaraşlıq müsabiqəsi elan edir. Tanınmışlarla yanaşı, gənc rəssam-heykəltaraşlar və əcnəbi müəlliflərin də qatıldığı müsabiqəyə təqdim olunan 26 əsərdən Xanlar Əhmədovun işi qalib olur. == Heykəl haqqında == Prezident İlham Əliyevin Sərəncamı ilə ucaldılan abidə bürüncdəndir. Abidənin önündə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb.
Hacı Zeynalabdin Tağıyevin portreti
"Hacı Zeynalabdin Tağıyevin portreti" — 1912-ci ildə Hacı Zeynalabdin Tağıyevin sifarişi ilə rəssam İsaak Brodski tərəfindən çəkilmiş portret. == Tarixi == İriölçülü (238x129 sm) bu portret 1912-ci ildə zamanında gənc olmasına baxmayaraq, Rusiya məkanında çox məşhur olan rus-sovet rəssamı İsaak İzrailoviç Brodski (1883–1939) tərəfindən Bakıda işlənib. Portretin çəkilməsi həmin vaxtlar Hacı Zeynalabdin Tağıyevin hamilik etdiyi Bakı orta texniki məktəbin yaradılmasının 25 illiyinə hazırlıqla bağlı olub. Həmin ərəfədə məktəbin pedaqoji şurası Rusiyanın Qafqazdakı canişini İllarion Vorontsov-Daşkova məktub yazaraq ondan Hacı Zeynalabdin Tağıyevin portretinin çəkilməsini və ümumi iclas salonunda yerləşdirilməsini, eləcə də kimya laboratoriyasına onun adının verilməsini xahiş etmişdi. Azərbaycanlı mesenatla mehriban münasibəti olan canişin Bakıdan gələn bu məktuba müsbət cavab verir. Bundan sonra onun işlənməsi üçün Sankt-Peterburqdan istedadlı fırça ustası 29 yaşlı İ. Brodski dəvət olunur. Ona təklif olunan müqavilədə Hacının portreti ilə yanaşı, daha üç nəfərin, o cümlədən, II Nikolayın portretini çəkmək sifariş olunurdu. İ. Brodski qeyd edir ki: == Xüsusiyyətləri == Əsərdə H. Z. Tağıyev qara geyimdə, ayaq üstə təsvir olunub. Onun təntənəli mərasimlər üçün nəzərdə tutulan geyimini göy lent, qılınc tamamlayır, müxtəlif orden və medallar bəzəyir. Hacının nurani siması, ağayana ciddi duruşu, naməlum istiqamətə yönəlmiş baxışları, ümumi kompozisiyanı tamamlayan müxtəlif məntiqli atributlar rəssam tərəfindən məharətlə işlənmişdir.
Hacı Zeynalabdin Tağıyevin sarayı
Hacı Zeynalabdin Tağıyevin sarayı — Bakı şəhəri, H. Z. Tağıyev küçəsi 4 (köhnə Qorçakovskaya küçəsi 6) ünvanında yerləşən, əvvəllər Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevə məxsus olmuş, hazırda isə Azərbaycan Tarix Muzeyinin yerləşdiyi saray binasıdır. Bina 1893–1902-ci illərdə mülki mühəndis Y. V. Qoslavski tərəfindən inşa olunub. Saray həyat yoldaşı Sona xanım üçün Tağıyevın hədiyyəsi idi. Bina şəhərin mərkəz hissəsində bütöv bir kvartalı əhatə edir və zəngin planlaşdırma strukturuna malikdir. Bu əzəmətli saray hər dörd fasadı və nəhəng gümbəzləri ilə diqqəti cəlb edirdi. Əsas simmetrik fasad italyan renessansının təmtəraqlı formalarında həll olunub. Sarayın tikintisi zamanı, Qoslavski klassik order sistemindən istifadə etsə də, kompozisiyanın bəzi elementləri və zalların interyerləri Azərbaycan memarlıq ənənələrindən ilhamlanmışdır. Sarayın tikintisi zamanı müxtəlif memarlıq üslublarından istifadə olunmuşdu. Belə ki, simmetrik baş fasad italyan intibahının təmtəraqlı formalarında, təmizlik otağı fransız rokokosu, yemək otağı flamand barokkosu, yataq otağı isə modern üslubunda həll olunmuşdur. == Tarixi == H. Z. Tağıyev İ. Qoslavskini memar kimi yüksək qiymətləndirir və ona mehribanlıqla yanaşırdı.
Hacı Zeynalabdin Tağıyevin villası
Tağıyevin villası — Mərdəkanda yerləşən, əvvəllər Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevə məxsus olmuş villa. Bina 1893–1895-ci illərdə mülki mühəndis İosif Qoslavski tərəfindən inşa olunub. == Tarixi == XX əsrin əvvəllərində kapitalizm Bakı sənayesinin bütün sahələrində böyük uğurlara nail oldu, şübhəsiz bu da memarlığa öz təsirini göstərdi. Böyük mədaxilli evlər, burjuaziyanın sarayları, əhalinin orta təbəqəsinin binaları və şəhərdə əhalinin sinfi bərabərsizliyini göstərən kənarlarda kasıbların daxmaları. == Memarlıq xüsusiyyətləri == === Planlaşdırılması === Tağıyevin villası memarlıq-planlaşdırma qərarına və yaşıllaşdırma tərtibatına görə nümunədir. Onun planlaşdırılmış kompozisiyası landşaft xüsusiyyətlərini yarpaqlı və iynəyarpaqlı ağacların növləri, daş lövhələrlə döşənmiş düz yollar hesabına heç də geridə qoymur. Döşəmə həmçinin torpağın üst hissələrinin bəzədilməsində bədii rol oynamışdır. Yeni villalar əvvəlkilərin təkrarı deyildir. Sifarişçilər memarların qarşısında hər dəfə yeni vəzifələr qoyurdular ki, bu da dənizkənarı villaların orijinal olmasına və böyük təmtəraqına və əzəmətinə görə fərqlənməsinə səbəb olmuşdur.
Hacı Şeyx Mehdi Taha
Hacı Şeyx Mehdi Taha ibn Şeyx Muhəmməd Rza ibn Hacı Nəcəf ət-Təbrizi (1825–1905) — İslam alimi, müctəhid. == Həyatı == Mehdi Şeyx Muhəmmədrza oğlu 1825-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Hacı Şeyx Mehdi XIV (XX) əsrin böyük müctəhid və mühəddislərindən olmuşdur.O, Şeyx Mürtəza Ənsarinin yanında dərs almışdır. Alimin fiqh, üsul, hədis haqqında və eləcə də din alimlərinin tərcümeyi-halı haqqında əsərləri vardır. Belə əsərlərdən biri hədis alimlərinə həsr olunmuş "Ehyaul-məvat fi əhvalir-ruvat" adlı əsərdir. Hacı Şeyx Mehdi 1328 (1905) ildə vəfat etmişdir. == Mənbə == Tərbiyət M.Ə. Danişməndani Azərbaycan. Tərcümə Q.Kəndli, Bakı,1991.
Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyi
Hacıqabul rayon Tarix-Diyarşünaslıq Muzeyi — 1989-cu ildə Hacıbaqbul razyonu ərazisində yaradılmış, eksponatlarının sayı 3000 keçmişdir. == Muzeyin tarixi == Hacıqabul rayon Tarix-Diyarşünaslıq muzeyinin əsası 1989-cu ildə, onun ilk direktoru olmuş Hüseyin Hənifə oğlu İsayev tərəfindən qoyulmuşdur. 1000-ə yaxın eksponatla iki kiçik otaqda yerləşmiş həmin muzey normal fəaliyyəti üçün şərait olmadığından 1993-cü ildə bağlanmış, 10 il sonra onun fəaliyyəti bərpa olunmuşdur. == Muzey binası == Bina 1975-ci ildə tikilməyə başlamış, 1977-ci ilin aprel ayında istifadəyə verilmiş və hazırda istifadəyəqismən yararlı vəziyyətdədir. Binada muzeylə yanaşı Yeni Azərbaycan Partiyasının rayon təşkilatı, rayon Məşğulluq Mərkəzi (birinci mərtəbə), rayon Gənclər və İdman İdarəsi (ikinci mərtəbə), rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı filialı, rayon Arxivi, Hacıqabul qəzetinin redaksiyası yerləşir. == Muzey ekspozisiyası == Muzey fəaliyyətini bərpa etdiyi 2003-cü ilin iyun ayından etibarən "Azərxalça" İstehsalat Birliyinin balansında olan və Hacıqabulşəhər İsmət Qayıbov küçəsi 4 ünvanında yerləşən üç mərtəbəli binanın ikincimərtəbəsində, ümumi sahəsi 220 m2 olan iki zalı (ekspozisiya sahəsi) və üç otaqda (direktorun digər işçilərin və fond otaqları) yerləşdirilmişdir. Muzeyin ekspozisiya sahəsi çox kiçik olduğundan əsas fondun yalnız az bir hissəsini nümayiş etdirməyə şərait vardır. 2003-cü ildə yenidən fəaliyyətə başlamış muzey iki böyük zal və üç köməkçi otaqda fəaliyyət göstərməklə, 4058-ə qədər eksponat 15 kolleksiyada (saxsı, bürünc, alüminium, parça, polad, kağız) toplanıb. Saxsı, mis və digər materiallardan hazırlanmış, əkinçilik, maldarlıq, toxuculuq (xalçaçılıq) kimi fəaliyyətlərə aid əşyalarla bərabər, elm, incəsənət, təhsil, hərb, dəmir yolu kimi sahələrlə bağlı sənəd, şəkil və digər eksponatlar rayonun tarixi, onun görkəmli adamları barədə kifayət qədər məlumat verir. == Həmçinin bax == Hacıqabul Hacıqabul rayonu == Xarici keçidlər == "Hacıqabul tarixinin əks olunduğu məkan".
Hadi Takdaş
Hadi Takdaş (tatar. Hadi Taqtaş; əsl adı tatar. Мөхәммәтһади Хәйрулла улы Такташев; Mөxəmməthadi Xəyrulla uğlı Taqtaşev; 1 yanvar 1901 – 8 dekabr 1931, Kazan) — tatar şair və dramaturq. Tatar Sovet poeziyasının banilərindən biri. == Yaradıcılığı == === Poemaları === "Gizli silahlar" "İtmiş gözəllik" "Kamil" "Əsr və dəqiqə", V. İ. Leninə həsr olunmuşdur (1924-cü il) "Alsu" "Sevgi peşmançılığı" "Gələcəyə məktublar" (tamamlanmadı) == Həmçinin bax == Şair Dramaturq == İstinadlar == == Xarici keçidlər == Хади Такташ — Стихи на русском языке Хади Такташ.
Haegiela tatei
Haegiela (lat. Haegiela) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Haegiela tatei (F.Muell.) P.S.Short & Paul G.Wilson Sinonim Epaltes tatei F.Muell.
Haldun Taner
Haldun Taner — Türkiyə yazıçısı, jurnalist. == Həyatı == Haldun Tanerı 16 mart 1915-ci ildə İstanbulda anadan olmuşdur. Orta təhsilini 1935-ci ildə Qalatasaray Sultanisində bitirib məzun olandan sonra dövlət tərəfindən təhsilini davam etdirmək üçün Almaniyaya — Heidelberq Universitetinə göndərilib. 1938-ci ildə ağır vərəm xəstəliyinə görə təhsilini yarım qoyub vətəninə qayıdır. 1938–1942-ci illərdə Erenköy Sanatoriyasında müalicə olunur. Ali təhsilini 1950-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Alman Filalogiyası bölməsində tamamlamışdır. 27 may 1960-cı ildəki hərbi çevrilişi nəticəsində universitetdən uzaqlaşdırılan və 147-lər adlanan alimlər arasında idi. == Yaradıcılığı == Ədəbiyyat yaradıcılığına gənclik illərində yazdığı eskizlərlə başlamışdır. "Töhmət" adlı ilk hekayəsi 1946-cı ildə Yedigün jurnalında "Haldun Yağcıoğlu" təxəllüsü ilə çap edilmişdir. Yazıçılıqla yanaşı İstanbul Universiteti Qəzetçilik İnstitutunda, Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsində, İstanbul Universiteti Ədəbiyyat Fakültəsində ədəbiyyat, sənat tarixi ve teatr dərsləri verən Haldun Taner, Milliyət Qəzetində redaktor işləyərkən, 7 may 1986-cı ildə İstanbulda vəfat etmişdir.

ta sözünün leksik mənası və izahı

  • 1 əd. 1. Bir şeyin başlandığı nöqtəni bildirir; lap (ondan sonrakı isim çıxışlıq halda olur). …Dənizin ta göbəyindən qopub gələn dalğalar … gəmini bir top kimi atıb-tuturdu. A.Şaiq. [Tahir] bəlkə də sərnişinlərin hamısından əvvəl pəncərəyə yanaşıb, ta uzaqlardan şəhərə baxırdı. M.Hüseyn. İnad və qətiyyət ta uşaqlıqdan [Ərəblinskinin] qəlbinə hakim olmuşdu. S.Rəhman. 2. Bir işin həddini, qurtaracağını, sonunu bildirir (ondan sonrakı isim yönlük halda olur). Onu ta saat üçə qədər gözlədik. Küçənin ta axırına qədər yüyürdüm. – [Məlik Məmməd] ta sübhə kimi barmağının ağrısından yata bilmədi. Çəmənzəminli. Məktəbin gen, hündür qapısından ta darvazaya qədər olan bir-iki yüz addımlıq ensiz xiyaban bir az kölgəlikdi. Ə.Əbülhəsən. Qayanın altındakı uçurumdan çınqıl süzərək ta dərəyə qədər gedirdi. B.Bayramov. 3. Məqsəd bildirir – ta ki, madam ki. Bahadır istədi ki, gizlənsin, ta qız onu görməyə. N.Nərimanov. □ Ta ki – bax ta (3-cü mənada). Ta ki mənzurun olubdur, Qövsi, ol qamət sənin; Yey gəlir min sərvdən bir misrəimövzun sənə. Q.Təbrizi. 4. Daha, bir də, artıq, bundan belə. [Niyazalı:] Məni öldürmə, ta heç kəsnən işim olmaz. “Qaçaq Nəbi”. // Daha. [Məşədi Ağakişi:] A balam, getmirsən getmə, ta yalan niyə deyirsən? C.Məmmədquluzadə. [Hacı Mehdi:] İndi ta mən bir zad bilmirəm. Ə.Haqverdiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / ta
  • 2 TA1 f. ədəd, dənə. TA2 ə. ərəb, fars və əski Azərbaycan əlifbalarında hərfinin adı.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / ta

ta sözünün rus dilinə tərcüməsi

  • 1 1. до, вплоть до, до самого; 2. впредь, больше;

    Azərbaycanca-rusca lüğət / ta
  • 2 I частица 1. с самого, с самой (употребляется для усиления обозначаемого другим словом начала чего-л.). Ta uşaqlıqdan с самого детства 2. до самого, до самой, вплоть до (употребляется для усиления обозначаемого другим словом предела во времени и пространстве). Səhərdən ta axşamadək с утра до самого вечера, ta ölənədək до самой смерти, Bakıdan ta Gəncəyədək от Баку до самой Гянджи, küçənin ta axırınadək до самого конца улицы II союз. пока. Ta onlar işə başlamayınca пока они не начнут работать, ta iş qurtarmayınca пока работа не закончится, ta mən gəlməyincə, getmə пока я не приду, ты не уходи III нареч. разг. больше, отныне, впредь. Məni döymə, ta heç kəslə işim olmaz не бей меня, больше я ни с кем не буду иметь дела

    Azərbaycanca-rusca lüğət / ta

ta sözünün inglis dilinə tərcüməsi

  • 1 I. z. any more, no more, any longer, again, from now on, no longer; Ta danışma! Don’t speak any more; Ta etməyəcəm! I won’t do it any more / again; Biz ta görüşmədik We did not meet again / any more; O, ta orada işləmir He doesn’t work there any longer, He works there no longer II. əd. (a particle used with postpositions to emphasize the meaning of the word it refers to): ta... kimi / qədər, ta... -dək / -cən (-can) till, until; Ta o gələnə qədər / kimi gözləyinWait till he comes; Mən ta 5-əcən işlədim I worked until five o’clock

    Azərbaycanca-ingiliscə lüğət / ta

ta sözünün fransız dilinə tərcüməsi

  • 1 zərf. 1) plus ; ~ danışma! Ne parle plus ; ~ etməyəcəm! Je ne ferai plus ; 2) əd. ~ . . . kimi, qədər, ~. . . -dək, -cən, -can jusqu’à ; ~ o gələnə qədər gözləyin Attendez jusqu’à ce qu’il vienne

    Azərbaycanca-fransızca lüğət / ta

ta sözünün ləzgi dilinə tərcüməsi

  • 1 кӀус. 1. та; лап; ta günortayacan та нисиналди; ta ki та хьи, мадам хьи; 2. мад; мадни, идлай анихъ.

    Azərbaycanca-ləzgicə lüğəti / ta

ta sözünün türk dilinə tərcüməsi

ta sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Ağdam, Bərdə, Gədəbəy, Şəmkir, Şuşa) daha. – Ə, ta bəsdi yatdıη, bir yeriηnən qalxsaηa (Ağdam); – Ta mənim saηa sözüm yozdu innən belə (Bərdə); – Ta niyə durufsaη, ged işiηi yör (Gədəbəy); – Ta səni heş yana buraxmaram gedəsəη (Şuşa)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"ta" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ta nədir? #ta sözünün mənası #ta nə deməkdir? #ta sözünün izahı #ta sözünün yazılışı #ta necə yazılır? #ta sözünün düzgün yazılışı #ta leksik mənası #ta sözünün sinonimi #ta sözünün yaxın mənalı sözlər #ta sözünün əks mənası #ta sözünün etimologiyası #ta sözünün orfoqrafiyası #ta rusca #ta inglisça #ta fransızca #ta sözünün istifadəsi #sözlük