ti sözü azərbaycan dilində

ti

Yazılış

  • ti • 86.2768%
  • Ti • 9.3675%
  • Tİ • 4.3556%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Lennart Ti
Lennart Ti (25 fevral 1992-ci ildə anadan olub) — Erediviziya təmsilçilərindən olan Zvolle klubunda hücumçu kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == 18 yanvar 2016-cı ildə Bundesliqa təmsilçilərindən olan Verder Bremen klubu Ti ilə 2016-17 mövsümü üçün müqavilə imzaladığını açıqlamışdır. Müqavilə üç illik idi. Kluba qayıtdıqdan sonra 24 sentyabr 2016-cı ildə Ti Volfsburq klubuna qarşı oyunda qolla yadda qalmış və komandası rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. 2017-ci ilin iyul ayında Ti Erediviziya təmsilçilərindən olan VVV-Venlo klubuna 2017-18 mövsümünün sonuna kimi icarəyə verilmişdir. 2018-ci ilin iyul ayında Ti Süper Liqin yeni komandalarından olan BB Erzurumspor klubuna transfer olmuşdur. 2018-ci ilin sentyabr ayında Ti 2018 The Best FIFA Football Awards FİFA Fair Play Mükafatının qalibi olmuşdur. Ti Venlo klubunun PSV Eyndhoven klubuna qarşı oyununda iştirak etməmişdir. Buna səbəb isə onun təcili qana ehtiyacı olan leykoz xəstəsinin həyatını xilas etmək üçün qan bağışlaması olmuşdur. Onun bu hərəkəti bütün dünya xəbər saytlarında geniş yer aldı.
Vensyossel-Ti
Vensyossel-Ti (Şimali Yutlandiya; dan. Nørrejyske Ø, hərfi mənası. «Şimali-yot adası», və ya dan. Vendsyssel-Thy) — Danimarkanın şmalında yerləşən ada. Sahəsi 4685 km², Danimarkanın əsas ərazisində yerləşən ikinci böyük ada. Adada 306 373 (2003) nəfər yaşayır. 1825-ci ilə qədər ada Yutlandiya yarımadası ilə qum bərzəxi ilə birləşir. Lim-Ford boğazı əmələ gəlmişdir. Ənənəvi olaraq Yutlandiyanın tərkib hissəsidir. Şimaldan Skagerrak boğazının suları ilə əhatələnir.
Ceyk Ti Ostin
Jake Toranzo Austin (d. Jake Toranzo-Szymanski, 3 dekabr 1994, Nyu-York, Nyu-York ştatı), ABŞ-lı gənc aktyor. Veyverli Pleysli sehrbazlar adlı Disney Channel orijinal serialında Max Russo rolunu canlandıraraq şöhrət qazanmışdır. Bunun yanında Nickelodeonda yayımlanan "Go, Diego, Go!" 'da Diegonu səsləndirmişdir. == Həyatı == Nyu-Yorkda Giny Rodriquez Toranzo v' Joe Szymanskinin övladı olaraq Jake Toranzo-Szymanski adıyla dünyaya gəlmişdir. Onun Ava adında kiçik bir qardaşı var. Atası mənşə olaraq Polşalı, İngilis və İrlandalıdır. Anası isə Puerto Riko və Argentina kökənlidir.Jake T. Austin'in ailəsi 'CLARKSVILLE Inn' adlı tarixi bir restorana malikdir. WEST NYACK, New Yorkda yerləşən restoran, əslində bir otel olaraq 1840-ci ildə açılıb. Ayrıca onların Bogey və Beju adında iki itləri vardır.
Vo Ti Konq
Vo Ti Konq (vyet. Võ Chí Công) və əsl adı ilə Vo Toan, (vyet. Võ Toàn; 7 avqust 1912 – 8 sentyabr 2011, Hoşimin) — Vyetnam inqilabçısı və dövlət xadimi, Vyetnam Sosialist Respublikası Dövlət Şurasının sədri (1987–1992). O, dünyanın ən uzunömürlü dövlət və hökumət başçılarından biridir, 2016-cı ilə qədər Vyetnamın ən uzunömürlü prezidenti (Vyetnam Dövlət Şurasının sədri) olmuşdur. == Mükafatları == "Qızıl ulduz" ordeni . "Oktyabr inqilabı" ordeni (5 avqust 1988-ci il, SSRİ) — "inqilabi hərəkatda fəal iştirakına, Sovet Sosialist Respublikaları İttifaqı ilə Vyetnam Sosialist Respublikası arasında hərtərəfli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində böyük və səmərəli fəaliyyətinə və yetmiş beşinci doğum gününə" görə.
AMEA Dilçilik İns­ti­tu­tu
Nəsimi adına Dilçilik İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. İnstitutun hazırkı baş direktoru Nadir Məmmədlidir. == Tarixi == 1932-ci ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun bazasında müstəqil Dil, Ədəbiyyat və İncəsənət İnstitutu, 1936-cı ildə birləşmiş Ədəbiyyat və Dil İnstitutu yaradılmışdır. 1945-ci ildə müstəqil Dilçilik İnstitutu yaradılmışdır. 1951-ci ildə Dilçilik və Ədəbiyyat İnstitutları yenidən birləşdirilmişdir. 1969-cu ilin sentyabrından Dilçilik İnstitutu yenidən müstəqil fəaliyyətə başlamışdır. 1973-cü ildə Dilçilik İnstitutuna görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin adı verilmişdir. == Fəaliyyət istiqamətləri == Azərbaycan dilinin qaynaqları və inkişaf tarixi, Azərbaycan dilinin başqa türk dilləri və qohum olmayan dillərlə müqaisəli-tipoloji tədqiqi, Azərbaycanda yaşayan azsaylı xalqların dillərinin öyrənilməsi, çeşidli lüğətlərin hazırlanması, elmi-texniki terminologiyanın linqvistik məsələləri, nəzəri, tətbiqi dilçilik və onomastika məsələləri. == Rəhbərləri == Yusif Mirbabayev (1945—1951) Ağamusa Axundov (1990—2011) Tofiq Hacıyev (2014—2015) Möhsün Nağısoylu (2015–2021) Nadir Məmmədli == Nəşrləri == "Azərbaycan dili tarixi", (3 cilddə) fundamental monoqrafiyası; "Azərbaycan dilinin tarixi lüğəti", (2 cilddə); "Azərbaycan dialektoloji lüğəti", (2 cilddə); "Azərbaycan dilinin izahlı lüğəti", (3 cilddə); "Azərbaycan ədəbi dilinin tarixi", (4 cilddə); "Türk dillərinin müqayisəli-tarixi leksikologiyası", (3 cilddə); "Azərbaycan dilinin orfoqrafiya lüğəti" kimi əsərlər nəşr edilmiş və çapa hazırlanmışdır.
Doqquzuncu prospekt xətti, Ay Ar Ti
Doqquzuncu prospekt xətti, Ay Ar Ti (ing. IRT Ninth Avenue Line) — Manhetten və Bronks borolarında Ay Ar Ti şirkəti tərəfindən idarə olunan Nyu-York metropoliteninin keçmiş estakada xətti. 1870-ci illərdə inşa edilmiş, 1940-cı ildə demək olar ki tamamilə bağlanmışdır, nəhayət 1958-ci ildə tam bağlandı. Betteri Parkdan Kortland küçəsinə qədər olan ilk sahə 1868-ci ildə kanat tramvayı prinsipilə işləyən eksperimental birxətli xətt kimi istifadəyə verildi. Çoxsaylı texniki problemlər üzündən xətt 1870-ci ildə dayandırıldı və sonra yenidən satılaraq buxar dəmir yolu kimi yenidən quruldu. 1903-cü ildə xətt elektrikləşdirildi; elə həmin ildə mövcud sahədə elektrik liftləri olan xəttin ən yüksək (küçə səviyyəsindən 20 m yüksəklikdə idi) "110-cu küçə" stansiyası quruldu. 1917-ci ildə xətt üzərində ekspress qatarlar üçün üçüncü bir yol inşa edildi. Xətt 1940-cı ildə, şəhər rəhbərliyi metronun bütün hissələri birləşdirildikdən dərhal sonra bağlandı. 1958-ci ilə qədər işləyən son stansiya Polo Qraunds ("115-ci küçə" stansiyası yaxınlığında yerləşən o vaxt məşhur olan stadionun şərəfinə) adlanırdı.
Üçüncü prospekt xətti, Ay Ar Ti
Üçüncü prospekt xətti, Ay Ar Ti (ing. IRT Third Avenue Line) — Manhetten və Bronks borolarında "Ay Ar Ti" şirkəti tərəfindən idarə olunan Nyu-York metropoliteninin keçmiş stansiyası. 1878—1920-ci illərdə tikilmişdir, cənub hissəsi 1955-də, şimal hissəsi isə 1973-cü ildə bağlanmışdır. 1916—1917-ci illərdə xətt üzərində sürətli qatarlar üçün üçüncü bir yol inşa edildi. Yeraltı xətlərin çəkilməsinə başladıqdan sonra estakadalar köhnəlmiş elan edildi və söküldü. Bu xəttin digərlərindən daha uzun müddətdə fəaliyyətdə qaldı, çünki onu yeraltı İkinci prospekt xətti ilə əvəzlənməsi planlaşdırılırdı. Lakin bu yeraltı xəttin tikintisi maliyyə problemləri üzündən təxirə salındı ​​və nəticədə estakada xətti digərlərindən sonra söküldü. 1973-cü ilə qədər onun Bronksdaki şimal hissəsi Ay Ar Ti estakada xəttindən qalan fəaliyyətdə olan son hissə idi.
İkinci prospekt xətti, Ay Ar Ti
İkinci prospekt xətti, Ay Ar Ti (ing. IRT Second Avenue Line, digər adı İkinci prospektin estakada xətti) — 1878-1942-ci illərdə ABŞ-nin Nyu-York şəhəri Manhetten borosunda mövcud olmuş estakada dəmir yolu. 1940-cı ilə qədər "Interborough Rapid Transit Company" tərəfindən idarə olunsa da, daha sonra "IRT" (oxunuşu: Ay Ar Ti) keçdi. 57-ci küçədən şimal istiqamətində olan marşrut 11 iyun 1940-cı ildə bağlandı, xəttin qalan hissəsi isə 13 iyun 1942-ci ildə bağlandı. == Tarixi == 1875-ci ildə "Sürətli Tranzit Komissiyası" (ing. Rapid Transit Commission) "Gilbert Elevated Railway Company" şirkətinə Beteri Parkdan İkinci prospekt boyunca Harlem boğazınadək dəmir yolu çəkmək hüququnu verdi. Ayrıca komissiya "Gilbert Elevated Railway Company"-yə Altıncı prospekt xətti üzərində idarəçilik hüququnu verdi və qısa müddət sonra " Gilbert Elevated Railway" adını "Metropolitan Elevated Railway" olaraq dəyişdirdi. Təxminən 1900-cü ildə xətt elektrikləşdirildi. 1914-1916-cı illər arasında pik saatlarında xəttdə sürətli xidmətlər göstərmək üçün üçüncü yol inşa edilirdi. Ekspres xidmət 17 yanvar 1916-cı ildə başladı.
Gəncə Tibb Cəmiyyəti
"Yelizavetpol Tibb Cəmiyyəti" və ya "Gəncə Tibb Cəmiyyəti" — Azərbaycanda ilk səhiyyə-sağlamlıq cəmiyyəti == Haqqında == "Yelizavetpol Tibb Cəmiyyəti" Xudadat bəy Rəfibəylinin təşəbbüsü və rəhbərliyi ilə 1914-cü ildə yaradılmışdır. Bu cəmiyyətin əsas məqsədi Gəncədə yoxsullara, kimsəsizlərə pulsuz tibbi yardım göstərmək idi. Cəmiyyətin fəal üzvləri Həsən bəy Ağayev, Həmzə bəy Zeynalov, Musa bəy Rəfiyev və s. şəxslər idi. "Yelizavetpol Tibb Cəmiyyəti" Bakı, Şuşa, Şəki və şəhərlərdə fəaliyyət göstərən digər cəmiyyətlərlə daim sıx əlaqədə olurdu.
Gəncə Tibb Kolleci
Gəncə Tibb Kolleci (əvvəlki adı: Gəncə Tibb Məktəbi) — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Əvvəlki adı Gəncə Tibb Məktəbi olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Müalicə işi; Mamalıq işi; Əczaçılıq; Tibb bacısı işi; Ortopedik stomatologiya.
Gəncə Tibb Məktəbi
Gəncə Tibb Kolleci (əvvəlki adı: Gəncə Tibb Məktəbi) — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Əvvəlki adı Gəncə Tibb Məktəbi olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Müalicə işi; Mamalıq işi; Əczaçılıq; Tibb bacısı işi; Ortopedik stomatologiya.
Heçlik, Titanın qəzası (roman)
Nahaq yerə, Titanın qəzası (ing. Futility, or the Wreck of the Titan) — 1898-ci ildə, qısa hekayələr və romanlar müəllifi, amerikan yazıçı, Morqan Robertson tərəfindən yazılmışdır. Əsərdə Titan adlı bir gəminin Atlantik Okeanında (Şimali Atlantik) buz dağına çırpılaraq sulara qərq olmasından bəhs olunur. Əsərdəki Titan gəmisi, 14 il sonra yəni 1912-ci ildə batan əfsanəvi Titanik gəmisi ilə inanılmaz bənzərlik təşkil edir. Morqan Robertson bu əsərlə uğur qazanmır və kitab satılmır. Bu əsərdən sonra uğursuzluq onu buraxmır və digər yazdığı əsərlər heç vaxt maraq doğurmur. Bu səbəbdən böyük stress keçirərək psixoloji müalicə alır. Uğursuz bir yazar olaraq, 1915-ci ilin mart ayında bir otel otağında ayaq üstə keçirdiyi ürək tutmasından dünyasını dəyişir. Titanikin batışından 3 il sonra dünyadan köçsə də heç kəs onun bu əsərini yada salmamış və maraq göstərməmişdi. == Əsərin qısa məzmunu == Əsərdə böyük bir gəmi təsvir olunur və heç vaxt batmayan bir gəmi adlandırılır.
Həfte Tir terroru
Həfte Tir terroru — 28 iyun 1981-ci il tarixində (İran təqviminə görə 7 Tir 1360 (Haft-i Tir - هفت تیر)) İranın İslam Respublikası Partiyasının (İCP) liderləri partiyanın Tehrandakı qərargahında görüşərkən baş vermiş çox güclü bir partlayış. Görkəmli partiya nümayəndələrindən 73-ü, o cümlədən İran məhkəmə sisteminin başında olan və Ayətullah Ruhullah Xomeynidən sonra İran İslam İnqilabının ən güclü şəxsiyyəti kimi göstərilən Ayətullah Məhəmməd Behişti də həmin hücum zamanı vəfat etmişdi. Hücuma görə məsuliyyətin İran Xalq Mücahidləri Təşkilatının üzərində olduğu düşünülür. İran İslam Respublikası hücuma görə əvvəlcə SAVAK və İraq rejimini günahlandırır, iki gün sonra isə Ayətullah Ruhullah Xomeyni tərəfindən bu hadisənin İran Xalq Mücahidləri Təşkilatı tərəfindən həyata keçirilirdiyi bildirilmişdir. == Arxa plan == İran İnqilabından sonra Ayətullah Xomeyninin başçılıq etdiyi yeni qurulmuş teokratik hökumət, digər müxalif qrupları bir-bir ləğv edərək bütün siyasi qüvvələri birləşdirirdi. Xalq Mücahidləri Təşkilatı (XMT) kimi İslam sosialist təşkilatları da aradan qaldırılmağa çalışılan qruplar arasında idi. Ayətullah Ruhullah Xomeyni XMT-ni ”eklektik”, “Qərb heyranı”, ”ikiüzlü” və “kafir” adı ilə günahlandırırdı. 1980-ci ilin fevral ayında Hizbullah yaraqlıları tərəfindən XMT tərəfdarlarına və digər solçu kitab mağazalarına, görüş yerlərinə və s. yerlərə güclü bir hücum başladılmışdı. Bu hücumlar nəticəsində İranın solçu təşkilatları yer altına çəkildi.
Həlqəvi qurdlar tipi
Həlqəvi qurdlar (lat. Annelida) — İkitərəflisimmetriyalılar bölməsinə aid tip. Həlqəvi qurdlar bütün qurdlar qrupunun ən yüksək inkişaf etmiş formaları olub, ali qurdlar adlanırlar. Bu qurdlar qazandıqları bir çox əlamətlərinə görə ali onurğasız heyvanların təkamülünün izah edilməsində mühüm yer tutur. Bədən ölçüləri 0.5 mm-dən 2–3 m-ə qədər uzunluqda olur. Onlar dənizlərdə, şirin sularda, torpaqlarda yayılır. 9000-ə qədər növü vardır. == Xarici quruluşu == Həlqəvi qurdların xarici quruluşunda diqqəti cəlb edən əsas əlamət bədənin buğumlu olmasıdır. Bədən az və ya çox miqdarda buğumlardan ibarətdir. Bu buğumluluq, həmçinin daxili hissədə vardır ki, o da arakəsmələr (dissepimentlər) adlanır.
Həm ziyarət, həm ticarət... (film, 1995)
Həm ziyarət, həm ticarət... — 1995-ci ildə Rasim Ocaqov tərəfindən çəkilmiş dram filmi. == Məzmun == "Ad günü"ndəki Mustafa (Hacı İsmayılov) nə edir, hansı qayğılarla yaşayır? Bu filmdə həmin o kasıb coğrafiya müəllimi Mustafa həyat yoldaşının təhriki ilə olan-olmazını satıb borc-xərclə Türkiyəyə həm qohumunu (Həsən Məmmədov) görməyə, həm də alverə gedir. Bazar iqtisadiyyatının qanunlarından xəbəri olmayan bu adamın işləri uğursuz olur. Lakin düşdüyü bu tragikomik vəziyyətdə belə o öz insani-ləyaqətini qoruyub saxlaya bilir. Film adında bir daha xatırlansa da müəlliflər ticarət, alverlə bağlı problemlərimizə qətiyyən toxunmamışlar. Çünki məqsəd alveri, alverçiləri tənqid etmək deyil, sadəcə Mustafa kimilərin timsalında belə müdrik kəlamı bir daha xatırlatmaqdır: "Həyatda hər kəsin öz ruzisi, öz qisməti olur". Filmdəki hadisələr əsasən Şəkidə və İstanbulda cərəyan edir. == Film haqqında == Film "Mosfilm-color" kinolaboratoriyasında aşkarlanmışdır.
IV Tiqran
IV Tiqran (e.ə. 35 – 1) (arm: Տիգրան Դ) - III Tiqranın oğlu Artaşşidlər sülaləsinin nümayəndəsi və Ermənistan kralı. III Tiqranın ölümündən sonra oğlu IV Tiqran Roma qanunlarına əhəmiyyət verməyərək taxta çıxmışdır. Yunan dünyasının qanunlarına görə öz bacısı Erato ilə evlənmişdir. Lakin, e.ə. 5-ci ildə Romalılar onu taxtdan məhrum etmiş və onun yerinə uzun müddət əsir saxlanılmış başqa bir qardaşı olan III Artavazdeni kral təyin etmişlər. Ancaq onu yalnız üç il taxtda saxlaya bildilər. Çevrilişin köməyi ilə Tiqran və Erato yenidən taxta qayıtdılar. Lakin Tiqran tezliklə şimaldan gələn və Ermənistana hücum edən Alanlara qarşı döyüşdə öldürüldü və Erato qısa müddət sonra taxtdan imtina etdi.
I Tiridat
I Trdat və ya I Tiridat (erm. Տրդատ Ա, lat. Tiridatus) — 53–72-ci illər arasında fasilələrlə hakimiyyətdə olmuş Ermənistan çarı. Parfiya çarı II Vononun oğlu olan Trdat Arşakuni sülaləsindən olan ilk Ermənistan çarı idi. Onun hakimiyyəti ilk dəfə 54-cü ildə başlamış, lakin 58-ci ildə taxtından enmişdir və bu vəziyyət 63-cü ilə qədər davam etmişdir. Demək olar ki, yalnız Roma müəlliflərinin qələmə aldığı mənbələrin azlığı onun hakimiyyətinin bir çox aspektlərinin naməlum olduğunu göstərir. 66-cı ildə Roma ilə Parfiya arasında Ermənistan haqqında bağlanmış müqaviləyə əsasən, Parfiya hakimi I Vologezin qardaşı Trdat Ermənistanın çarı olmuş, Romada imperator Neron tərəfindən taclandırılmışdır. Razılaşmanın şərtlərinə görə, onun varisləri Parfiya şahzadələri olacaqdı, lakin onların Ermənistan taxtına çıxması üçün Romanın razılığı alınmalı idi. Beləliklə, Ermənistan həm Romanın, həm də Parfiyanın vassalına çevrilmişdi. Dövrün bir sıra Roma müəllifləri Neronun Ermənistanı de-fakto olaraq Parfiyaya verdiyini düşünürdü.
Indigofera tinctoria
Boyaq indiqoferası (lat. Indigofera tinctoria) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin i̇ndiqofera cinsinə aid bitki növü.
Kabellərin tipləri
Kanal səviyyəsinin protokolları kabelin uyğun tipləri ilə əlaqələndirilirlər. Bu protokollar həm də kabel seqmentinin maksimal uzunluğunu müəyyən edirlər. Sizin kompüter şəbəkəniz üçün daha çox uyğun gələn protokolu müəyyən etdikdə nəzərə almaq lazımdır ki, hansı müvafiq kabel tipi istifadə edilməlidir və o, sizin şəbəkə qurduğunuz yer üçün nə qədər uyğun gəlir. Bundan başqa, bu tip kabelin və onunla əlaqəli komponentlərin – şəbəkə platalarının, konnektorların dəyərini, həmçinin bütün bu komponentlərin quraşdırılması üzrə işlərin tələb olunan həcmini nəzərə almaq lazımdır. Həmçinin müəyyən etmək lazımdır ki, verilən tipli hansı sort kabel sizin seçdiyiniz yer üçün daha çox uyğun gəlir. Kabelin sortu kateqoriya, ekranlamanın mövcud olması və naqilin qalınlığı kimi parametrlərdən asılıdır. Kompüter şəbəkəsində istifadə etmək üçün kabelin sortunu müəyyən etdikdə nəzərə almaq lazımdır ki, divarların bütün üzlük panelləri, kommutasiya panelləri və konnektorlar daha etibarlı şəbəkə mühitini təmin etmək üçün verilmiş kabel sortu ilə eyni kateqoriyaya malik olmalıdırlar. Üç əsas kabel tipi vardır: koaksial kabel, burulmuş cüt əsaslı kabel və optik lifli kabel. Koaksial kabel və burulmuş cüt əsaslı kabel elektrik siqnallarını keçirirlər və onların tərkibundə mis naqil olur. Optik lifli kabel işıq siqnallarını keçirir və şüşə və plastmas lifdən ibarətdir.
Kabildə təcili tibbi yardım maşınının partladılması (2018)
Kabildə təcili tibbi yardım maşınının partladılması (2018) — 2018-ci ilin yanvarın 27-də Əfqanıstanın Kabildəki Sidarat Meydanı yaxınlığında təcili tibbi yardım maşını partlayıcı qurğu kimi istifadə olundu. Hücumda ən az 103 adam öldü, 235 nəfər isə yaralandı. Taliban hücuma görə məsuliyyəti öz üzərinə götürdü. == Terror == 2018-ci ilin yanvarın 27-də terrorçular gur saatlarında Kabildəki Daxili İşlər Nazirliyi binasının yaxınlığında yerləşən, güclü mühafizə olunan küçəsində partlayıcı maddələrlə dolu təcili tibbi yardım maşınını partlatdılar. Terrorçular bombaları Avropa İttifaqı konsulluğu, o cümlədən Kabilin səfirlikləri və hökumət binaları yaxınlığında yerləşən növbətdi yoxlama məntəqəsinə keçərkən partladıblar. Partlayış o qədər güclü olub ki, paytaxt yaxınlığında da hiss olunub və dərhal ətraf mühit məhv olub. Jurnalistlər Xəstəxanası, dövlət idarələri, iş yerləri və məktəblər partlayışdan sonra bağlanıb. Bu Cəlalabad və Kabildə “İnter-Continental” mehmanxanasındakı yardım agentliyi çəkilişləri sonrası 7 gün içində olan ən böyük terror idi. Rəsmi şəxslərin bəyanatlarına görə, bomba təcili yardım maşınında gizlədilib və ikinci polis məntəqəsində partladılıb. Həmçinin yaxınlıqda yerləşən nəqliyyat vasitələri, mağazalar və binalar dağılıb.
Kalium tiosionat
Kalium tiosionat (kalium rodanid) – kimyəvi birləşmə, tiosian turşusunun kalium duzudur. == Tapılması == Kalium tiosionat insan orqanizmində (tüpürcəkdə orta hesabla 0,01% və qanda (13 mq/l) olur. == Fiziki xassələri == Kalium tiosionat iyi olmayan rəngsiz kristaldır. Hiqroskopikdı. Maddə 430 °C–də göy rəngə çevri- lir, soyudan zaman yenədən rəngsiz kristal olur. == Kimyəvi xassələri == == Alınması == Kalium tiosionatı ammonium tiosianatın kalium hidroksidlə qarşılıqlı reaksiyası zamanı almaq olar NH4SCN + KOH = KSCN + NH3 + H2O == Tətbiqi == Kalium tiyosyanat (KCNS) toxuculuq sənayesində, üzvi sintezdə (məsələn, tiokarbamidin, süni xardal yağın), tiosianat ların və ya insektisidlərin alınmasında istifa də etmək olar. == Toksikliyi == Kalium tiyosyanat (KCNS) – zəhərli maddədir. Ölümcül doza - 854 mq/kq təşkil edir. == Mənbə == "Химическая энциклопедия" т.4 М.: Советская энциклопедия, 1995 стр. 586-587 Рабинович В.А., Хавин З.Я. "Краткий химический справочник" Л.: Химия, 1977 стр.
Kava de' Tirreni
Kava de' Tirreni (it. Cava de' Tirreni) — İtaliyanın Kampaniya regionunda şəhər.
Kazan Dövlət Tibb Akademiyası
Kazan Dövlət Tibb Akademiyası, Rusiya Səhiyyə Nazirliyinin Davamlı Peşəkar Təhsil Tibb Akademiyasının təhsil şöbəsidir və əvvəllər müstəqil bir ali təhsil müəssisəsidir. == Tarixi == 22 aprel 1920-ci ildə V. İ. Kazan Vilayət İcraiyyə Komitəsinin Leninin 50 illiyinə həsr olunmuş iclasında universitet "V. Mən Lenin adına Kazan Klinik İnstitutu ". 1923-cü ildə Kazan Klinik İnstitutu RSFSR Xalq Səhiyyə Komissarlığının elmi müəssisələri siyahısına daxil edildi. 1925-ci ildə institut "VI. Lenin Dövlət Həkimlərin İnkişafı İnstitutu. " 1995-ci ildə Akademiya adlandırıldı. 2003-cü ildən — Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Kazan Dövlət Tibb Akademiyası. Qurumun ilk rektoru professor Roman Albertoviç Luria idi. Mars Konstantinoviç Mixaylov 1980–2007-ci illərdə rektor vəzifəsində çalışıb. 2007–2015-ci illərdə akademiyanın rektoru Kamil Shaharovich Ziyatdinov vəzifəsində çalışıb. 2015-ci ildə Rüstəm Şamiloviç Xasanov rektor təyin edildi (2016-cı ildən filial direktoru).
Kazan Dövlət Tibb Universiteti
Kazan Dövlət Tibb Universiteti (KSMU) Kazandakı tibb universitetidir.\ Kazan Dövlət Tibb Universiteti Rusiyanın ən böyük və ən qədim universitetlərindən biridir. Təməli 1814-cü ilin mayında, Kazan Universitetində tibb fakültəsi qurulduğu zaman qoyuldu. Təhsil rus və ingilis dillərində aparılır. Tatar dilinin istifadəsi ilə bağlı tibbdə dərslər verilir. == Tarix == 18 noyabr 1804-cü il İmperator I Aleksandr Kazan Universitetini və onun Tibb Elmləri Bölməsini yaratdı. 15 may 1814-cü il Tibb Elmləri Fakültəsi Kazan Universitetində açılır. XIX əsrin ilk yarısı. İlk professorlar: K. F. Fuchs, F. H. Erdman, I. O. Brown, N. A. Skandovski, E. F. Aristov. Anatomiya Teatrının (1837, klassikliyin şah əsəri) və Universitet Klinikasının tikintisi. XIX əsrin ikinci yarısı.
Kiklop tikililər
Kiklop (Siklop, Təpəgöz) tikililər — tunc dövründə yaşamış ibtidai insanların yaşadığı süni mağaralardır. Bəşər övladı özünün fiziki imkanlarına bələd olduqca yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə müxtəlif vasitələrdən istifadə etməyə başlayıb. İnsanı ilk düşündürən hər cür kənar təsirlərdən özlərini daimi muhafizə edə biləcəkləri yerin seçilməsi və ya özləri tərəfindən yaradılması idi. Bu məqsədlədə insanlar təbi mağaralarla yanaşı süni yaşayış yerləridə inşa etməyə başlamışlar. İlkin çağlarda bəsit inşat işlərinə başlayan əcdadlarımız sonrakı bəşəri sivilizasyaya səbəb ola biləcək addımlar atmışdır. Bu baxımdan antiq yaşayış sahələrinin öyrənilməsi strateji istiqamət kimi Arxiyoloqları, eləcə də etnoqrafları maraqlandırmalıdır. Kiklop (Siklop, Təpəgöz) tikililəri son tunc və ilk dəmir dövrünə aid edirlər. Kəlbəcər rayonu Ağcakənd kəndinin 13–14 km də Balxıdüzü adlanan ərazidə geniş bir sahəni əhatə edən nəhəg qaya parcalarında, böyük daş buloklardan inşa edilən bu tikilinin Azərbaycanda analoqu yoxdur. Ölkəmizdə olan Siklop qalacalar mövcuddur lakin bu qalacalardan fəriqli olaraq Balxıdüzü siklopu daha yüksək və daha mötəşəmdir. Ehtimalki bu Siklop tiklilər düşmən hucumundan müdafiə olunmaq məqsədilə inşa edilib.
Kon-Tiki
" Kon-Tiki " (norv. Kon-Tiki ) — Norveç səyyahı və kəşfiyyatçısı Tur Heyerdal və beş yoldaşının 1947 -ci ildə polineziyalıların əcdadlarının Cənubi Amerikadan miqrasiya yolu ilə Sakit Okean sularında üzdüyü sal (Heyerdal nəzəriyyəsinə görə). == Dizayn == Sal uzunluğu 10 metrdən 14 metrə qədər olan 9 balsa kündəsindən ibarət idi, salın iti burnu olması üçün bükülmüşdü. "Kon-Tiki" düzbucaqlı yelkən, sərt avar və iki paralel cərgə xəncər lövhələri ilə təchiz edilmişdi (salın dibindən aşağıya doğru uzanan və həm keil, həm də sükan rolunu oynayan lövhələr). İnkaların 50 dəniz milinə qədər sənədləşdirilmiş okean səyahətləri etdiyi salların dizaynı. "Kon-Tiki" bir çox Polineziya əfsanələrinin əfsanəvi qəhrəmanının adını daşıyırdı. Bu əfsanələrə görə, Kon-Tiki, Polineziya adalarında yaşayış məntəqələri quran və yerli mədəniyyətin yaranmasına səbəb olan bir qrup qəbilə həmkarı ilə birlikdə şərqdən üzdü. == Ekspedisiya == Kon-Tiki 28 aprel 1947 -ci ildə Perunun Kallao limanından yola düşdü. İlk 50 mil üçün sal Peru Hərbi Dəniz Qüvvələrinin yedək gəmisi Guardian Rio tərəfindən Humboldt cərəyanına çatana qədər çəkildi. Ekipaj ilk dəfə iyulun 30 -da Puka Puka adası idi.
Kon-Tiki (film, 2012)
Kon-Tiki- 2012-ci il Norveç istehsalı tarixi dram janrında bir film. Film Tur Heyerdalın 1947-ci il "Kon-Tiki" adlı qayıq ilə səyahətinə həsr edilib. Film , əsasən, Malta adasında çəkilib. Tur Heyerdal rolunu Pol Sver Valheym Hagen ifa edir. Film 16.6 milyon xərc ilə Norveçin həmin döbrə qədər ən bahalı filmi olmuş və həmçinin həmin il ölkədə baxış göstəriciləri ilə rekorda imza atmışdır. Film 85-ci Xarici dildə Ən Yaxşı Film Akademya Mükafatına namizəd seçilmişdir. Bundan başqa film 70-ci Qızıl qlobus mükafatının Xarici Dildə Ən Yaxşı Film namizədi olmuşdur. Film Norveç kino tarixində Oskar və Qızıl Qlobus mükafatına namizəd seçilmiş ilk film olmuşdur.
Konfidant (personaj tipi)
Sirdaş və ya konfidant (ing. confidant) — uydurmada, protaqonistin sirr verdiyi və inandığı personaj. Sirdaşlar mühüm personajlar arasında və ya əksinə, süjetdə ayrı bir rola malik olmayan obrazlar ola bilərlər. == Rol == Sirdaşlar hər hansı bir süjetdə ikinci dərəcəli rola malik olurlar və adətən protaqanistin sirrlərinə qulaq asan, onun şəxsiyyətini araşdıran və ona tövsiyə verən bir dostu canlandırırlar. Protaqonistin monoloji nitqlərində passiv bir dinləyici rolu canlandırmaq yerinə, sirdaşlar hekayənin davam etdirə və ya izləyicinin reaksiyalarını təmsil edə bilər. Termin rəqəmsal dünyada "PocketConfidant" (azərb. Cib-Sirdaşı‎) adı yaratmaqda istifadə olunub. "PocketConfidant" istifadəçilərin süni intellektin yardımı ilə öz problemlərini və işlərini daha yaxşı anlaması üçün nəzərdə tutulan texnoloji bir markadır. == Tarix == Sirdaşın qərb ədəbiyyatında mövcudluğu Qədim Yunanıstan dramına, xüsusilə də Evripidin əsərlərinə gedib çıxır. Hekuba pyesindəki Aqamemnon personajları və Orest preysindəki Pilad protaqonist üçün bir məsləhətçi, öz şəxsiyyətləri üçünsə bir tərcüməçi rolunu canlandırdıqlarından onlar sirdaş kimi xidmət göstərirlər.
Konstantin Tix
Konstantin Tix — Çar, II Teodor Laskarisin kürəkəni. Mitso Asenin devrilməsindən sonra əyanlar tərəfindən taxta çıxarılmışdı. Əslən Asen sülaləsindən olmayıb, II İvan Asenin nəvəsi İrene Dukayana Laskarina ilə evli olduğu üçün bu soyadını götürmüşdür. == Hakimiyyəti == 1257-ci ildə taxta çıxmışdı. 2 il sonra Macarıstanla müharibəyə tutuşmuş, 1261-ci ildə rusların köməyi ilə müharibədən qalib olaraq çıxmışdı. 1264-cü ildə Bizansa monqolların köməyi ilə hücum etsə də bundan bir gəlir əldə edə bilməmişdi. 1269-cu ildə bu dəfə Mariya Kantakuzene ilə evlənərək Bizansla ittifaq siyasətini güdməyə başlamışdı, lakin Mariyanın cehizi olaraq Nisebar bölgəsinin verilməməsi bu əlaqənin gələcəyi olmadığını göstərmişdi. Siciliya kralı Anjulu I Karl ilə ittifaq bağlamağa cəhd etmiş, imperator da bu cəhdə öz qızı Yefrosinanı Noğay xanla evləndirərək cavab vermişdi. II Lyon məclisində ölkəni katolikləşdirməyə cəhd etmiş, bu Bizans tərəfindən etirazla qarşılanmışdı. == Son illəri == Hakimiyyətinin son illərində atdan yıxılıb qismi iflic olan Konstantinin yanında hakimiyyəti əslində Mariya Kantakuzene əlində toplamağa başlamışdı.
Korosman tirəsi
Korosman tirəsi — Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan dağarası çökəkliyinin Böyükdüz düzənliyini şərqdən hüdudlandırır. Böyükdüz kəndindən 1,5 km cənubda yaranaraq, qövsvari formada Araz su anbarınadək 8 km məsafədə uzanır. Ən hündür zirvəsinin hündürlüyü 833,9 m-dir. Alt və Orta Miosenin çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb cinahında Duzdağ və Böyükdüz qırışıqlarının batımında məskunlaşır.
Köhnə Timeşkə (Auırqazı)
Köhnə Timeşkə (başq. Иҫке Тимешкә, rus. Старотимошкино) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Ürşək kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 29 km, kənd sovetliyindən (Köhnə Əsmələm): 10 km. ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 50 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (97%) üstünlük təşkil edir.
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (ing. the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora, CITES) — 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət – "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur. Siyahıya, həmçinin, "KASPI" və "AB Siyazan Fish" şirkətləri daxil edilib. Onlar, demək olar ki, qara kürü biznesindən kənarlaşıblar. Xəzər dənizinin bioloji su resursları üzrə komissiya iyunda nərə balıqlarının tutulması və onların kürüsünün yığılmasına kvota qoyub.
Köməkçi (personaj tipi)
Köməkçi, bəradər və ya saydkik (ing. sidekick) — qeyri-mütləq halda adətən uydurmada, birlikdə səyahət etdiyi şəxsin tabeliyində olan və ya elə qiymətləndirilən yaxın yoldaş və ya həmkar. Tanınmış bəradərlərə Don Kixotun Saço Pansası, Şerlok Holmsun Doktor Uatsonu, Harri Potterin Ron Uizlisi, Şrekin Eşşəyi, Marionun Luicisi, Sonikin Teylzi və Betmenin Robini daxildir. == Mənşə == Köməkçi sözünün kökü olan "Kömək" qədim türk dilindən törəmişdir. Əlavə olaraq, bəradər sözü isə fars dilindən törəmişdir (برادر) və "qardaş" deməkdir. "Saydkik" termini əsrin XIX əsrin axırları və XX əsrin əvvəllərində cibgirlik slenqindən törəmişdir. "Kik" şalvar cibinin ön hissəsinə deyilirdi və ən təhlükəsiz hissə hesab edilirdi. Beləliklə, analoqiyaya görə, "sayd-kik" şəxsin ən yaxın yoldaşı olmuşdu. Tarixdə qeydə alınmış ilk köməkçilərdən biri Gilqameşin müttəfiqi olan Enkidudur. Digər erkən nümunələrə İliada dastanındakı Patrokl və Əhdi-Ətiqdəki Harun daxildir.

"ti" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ti nədir? #ti sözünün mənası #ti nə deməkdir? #ti sözünün izahı #ti sözünün yazılışı #ti necə yazılır? #ti sözünün düzgün yazılışı #ti leksik mənası #ti sözünün sinonimi #ti sözünün yaxın mənalı sözlər #ti sözünün əks mənası #ti sözünün etimologiyası #ti sözünün orfoqrafiyası #ti rusca #ti inglisça #ti fransızca #ti sözünün istifadəsi #sözlük