xa sözü azərbaycan dilində

xa

Yazılış

  • xa • 85.5513%
  • Xa • 7.2243%
  • XA • 6.4639%
  • xA • 0.7605%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xa-Çu çayı
Xa-Çu çayı — Butanın qərb hissəsində yerləşən çaydır. Çinçu çayının sağ qolunu əmələ gətirir. == Coğrafiyası == Xa-Çu çayı mərkəzi Himalay dağları silsiləsinin cənub meyli hissəsindən öz başlanğıcını götürür. Çayın mənbəyi Comolxari rayonundan cənubda yerləşmişdir. Buzlaqlardan əmələ gələn bir sıra xırda çaylar əsasən bu çaya tökülürlər. Bundan sonra Xa-Çu çayı cənub-şərq istiqamətində axır və sağda Çinçu çayına tökülür. == Dolina çayı == Qərb Butanında bir neçə əhəmiyyətli vadi yerləşmişdir: Xa (uzunluğu 2700 m), Paro (2200 m), Tximpxu (2300 m). Vadinin yuxarı hissəsindən Xa-Çu çayı dağlıq dərələrlə axır, amma alt və orta axında çay dərin çay vadisi üzrə hərəkət edir. Çayın uzununa bir çox qayalığa çıxışı var. Xa Vadisi Çinlə sərhəddə yerləşmişdir.
Habil Əliyev (xalq artisti)
Habil Mustafa oğlu Əliyev (28 may 1927, Ağdaş – 8 sentyabr 2015, Bakı) — Azərbaycanlı kamança ifaçısı, Azərbaycan SSR xalq artisti (1978). == Bioqrafiya == Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik Ağdaş musiqi məktəbinə qəbul olub. İlk vaxtlar ailəsinin təkidi ilə tar sinfində dərs alsa da uşaqlıqda çox cılız olduğundan tara gücü çatmır sonradan kamança sinfinə keçir. Elə həmin vaxtdan da meylini kamana salıb. Yeddinci sinfi və həm də musiqi məktəbini bitirəndən sonra pedaqoji məktəbə daxil olub. Habil Əliyev 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirrlərini öyrənməyə başladı. Habilin ifaçılığı bəstəkar Soltan Hacıbəyovun da diqqətindən yayınmamışdı. Bəstəkar, Habilin potensial imkanlarını nəzərə alıb ona filarmoniyada işləməyi məsləhət görüb.
Haci İbrahim xan Kələntər Şirazi
Mirzə İbrahim xan Kələntər və ya Hacı İbrahim Şirazi (d. ?-ö. 1801) — Qacarlar dövlətinin ilk baş naziri. == Həyatı == Hacı Mirzə İbrahim xan Şiraz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şiraz hakimi Hacı İbrahim xan Kələntər Ağa Məhəmməd xanı Şiraza dəvət edəndə xan qardaşı Mustafaqulu xanı ora göndərmişdi. Ağaməhəmməd xan Hacı İbrahim xan, Kələntərin köməyilə Şirazı tutdu və Zənd sülaləsi üzərində qələbə çaldı. Əksər cənub məntəqələrində öz hakimiyyətini möhkəmləndirib qardaşıoğlu Fətəli xanı cənub vilayətlərinin hakimi təyin etdi. О, paytaxtı Qacar mülkünün yaxınlığında adı məlum olmayan bir qəsəbəyə-Tehrana köçürdü və sonra şimali-şərq əyalətlərini tutmaq üçün qoşun göndərdi. Hüseynqulu xan Qovanlı-Qacarın göstərişi ilə kor edilən bu üç nəfərdən biri Mirzə Nəsrulla Əliabadi idi ki, şah onu Hüseynqulu xanın vəzirliyinə təyin etmişdi.
Haciyə xanım Gərgəri
Pərinisa xanım — Haciyə xanım Gərgəri adıyla tanınan Qudrət xanın qızı və Hacı Hüseynqulu xanın bacısı Qacar dövründə Gərgər mahalının hakimi idi.Mehdiqulu xan Hidayət məşhur Xatirələr və Xətərlər kitabında Haciyə xanım Gərgəridən Gərgər hakimi kimi ad aparır və yazır:"Gərgər mahalı Culfanın iki ağaclıqındadır.Bu nahiyənin hökuməti Haciyə xanım Gərgərinin əlindədir". == Mənbə == .Mehdiqulu xan Hidayət.Xatirələr və Xətərlər.5-ci çap.Tehran:Züvvar nəşrləri,1996.ISBN 964-401-021-3.
Hacı Abbas xan Külali
Hacı Abbas xan Əmir Əsədulla xan oğlu Külali (?-?) — Xorasan qiyamının iştirakçısı. == Həyatı == Hacı Abbas xan Xorasanda anadan olmuşdu. Əmir Əsədulla xan Şövkətüddövlənin oğludur. Seyid Əmir Külali həzrətlərinin nəslindəndir. Salari-Şüca ləqəbini daşıyırdı. == Ailəsi == Hacı Abbas xanın Teymur xan adlı oğlu vardı.
Hacı Ayaz xan Qaşqayın səyahətnaməsi (kitab)
Bu kitab Qaşqay xanlarından Hacı Ayaz xan tərəfindən yazılmışdır. Bu səyahatnamə İslamın müqəddəs yerlərini ziyarət etmək üçün İran, Səudiyyə Ərəbistanı və İraqda olarkən qələmə alınmışdır. Ziyarət 1922-ci ilin dekabr ayından aprelədək baş verib. == Kitabın haqqında == Kitabda bir fəsil Qacarlar sülaləsindən sonuncu İran şahı Sultan Əhməd şah Qacarın hakimiyyətinin axırlarından bəhs edir. Həmin dönəmdə baş verən hadisələr Qaşqay xanının qələmi ilə hərtərəfli təsvir olunur. Hacı Ayaz xan olduğu şəhərləri, müqəddəs yerləri və həmin yerlərin həyat tərzini aydın şəkildə, gözəl boyalarla təsvir etmişdir. Onun kitabında iqtisadi məsələlər də təhlil olunur. Gəzdiyi yurdların sosial problemlərinə işıq tutan Qaşqay xanı İranı İraq, Səudiyyə Ərəbistanı, Yəmən və qonşu ölkələrlə müqayisə edir, düzgün nəticələr çıxarır.
Hacı Ağalar xan Cavanşir
Cavanşir Hacı Ağalar xan Qasım bəy oğlu (1758, Şuşa – 1834, Tehran) — Qarabağ bəyi, kapitan, Pənahəli xanın qardaşı nəvəsi. == Həyatı == Qasım bəyin dördüncü oğlu Ağalar bəy 1758-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Böyüyüb özünü tanıyandan savaş sənəti ilə məşğul idi. Qardaşları Hacı Bəylər bəy və Rüstəm bəylə bərabər Mehdiqulu xana xidmət edirdi. Xan bu qardaşların xətrini çox istəyirdi. Onlara Qarabağ ərazisində bəs deyincə tiyul vermişdi. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi. Hacı Ağalar bəy Zabux, Şəki, Qarakilsə, Əngələvüd, Daşkənd, Qubadlı, Yuxarı Hal kəndlərinin, Hacıağalarbəyli, Şükür-Muğanlı, Bərgüşadlı, Əliyanlı, Tatar, Tatarlı, Xocamusaqlı, Eyvazsərkarlı, Zodmanlı, Çullu obalarının yiyəsi idi. Hacı Ağalar bəy 1810-cu il olaylarında atası Qasım bəylə bərabər Abbas mirzənin qoşunlarına qarşı göstərdiyi səylərə görə ruslar tərəfindən kapitan çini ilə ödüllənmişdi.
Hacı Baba xan Ərdəbili
Hacı Baba xan Həbib oğlu Ərdəbili (1877, Ərdəbil – 1922, Ərdəbil) — İran Məşrutə hərəkatının üzvü. == Həyatı == Hacı Baba xan Həbib oğlu Ərdəbil şəhərində anadan olmuşdur. Hacı Baba xan Ərdəbili 19 aprel 1922-ci ildə vəfat edib.
Hacı Bağır xan Mərəndi
Hacı Bağır xan Nəzərəli xan oğlu Mərəndi (1797–1856) — siyasi mühacir. == Həyatı == Bağır xan Nəzərəli xan oğlu 1795-ci ildə Mərənd şəhərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Abbas mirzə Qovanlı-Qacara xidmət etmişdi. Şahzadə atası Nəzərəli xanı öldürdükdən sonra Rusiyaya mühacirət etmişdi. İrəvan rəisi onu ailəsi ilə birlikdə İrəvan şəhərində yerləşdirmişdi. Ona mülk ayrılmış, təqaüd kəsilmişdi. == Ailəsi == Hacı Bağır xan Hacıyə xanımla ailə qurmuşdu. Nəzərəli xan, Rza xan, Həbib xan, Məmmədbağır xan, Xanlar xan adlı oğlanları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Mərənd xanlığı, Bakı, Mütərcim, 2012.
Hacı Fətulla xan Səidüssəltənə
Hacı Fətulla xan Hacı Mirzə Məhəmmədrəfi oğlu Diba-Təbatəbai (1871–1926) — ədib, İran hərbçisi. == Həyatı == Hacı Fətulla xan Hacı Mirzə Məhəmmədrəfi oğlu Təbatəbai-Diba 1871-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Atası Hacı Mirzə Məhəmmədrəfi Nazimülüləma şəhərin böyük mərtəbəli din xadimlərindən idi. Oğlu Fətullaya əvvəlcə ev, sonra mədrəsə təhsili vermişdi. Hacı Fətulla xan bütün elmlərə bələd olduqdan sonra hərbi işlərlə ilgilənmişdi. Səidüssəltənə ləqəbini daşıyırdı. Hacı Fətulla xan Müzəffərəddin şah zamanı (1896-1907) Marağanın Müqəddəs Topçu alayının rəisi olmuşdu. Həmin dövrdə Tehranın idarəsi ona tapşırılmışdı. Sonra Tehran şəhər polis idarəsinin rəisi təyin edilmişdi. O, 1901-1902-ci illərdə Kirman əyalətinin hakimi, əmisi və qaynatası olan Mirzə Mahmud xan Əlaülmülkün müavini vəzifəsində çalışmışdı.
Hacı Kərim xan Qovanlı-Qacar
Hacı Kərim xan Məhəmmədibrahim xan oğlu Qovanlı-Qacar (?-1909)—Qacar əyanı, müctəhid, Kərimxani təriqətinin banisi. == Həyatı == Məhəmmədkərim xan Məhəmmədibrahim xan oğlu Kirman şəhərində anadan olmuşdu. Kərim xan kimi tanınırdı. Mükəmməl mədrəsə təhsili almışdı. Seyid Kazım Rəştinin yanında dini elmlərə yiyələnmişdi. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi. Müctəhid idi.Şeyxiyyə məktəbinə mənsub idi. Sonra Kərimxani təriqətini yaratmışdı. Sağlığında bu təriqət Ağayi adlanırdı. Özünü "Dördüncü sütun" ("Rükni-rabe") adlandıran bu şəxsin əqidəsini M. F. Axundzadə kəskin tənqid etmişdir.
Hacı Mehdiqulu xan Əmirsüleymani
Əmirsüleymani Hacı Mehdiqulu xan İsa xan oğlu (18 noyabr 1850, Tehran – 6 may 1937) — Nasirəddin şahın yaxını, vali, Qacar elinin elxanı. == Həyatı == İsa xan Qovanlı-Qacarın dördüncü oğlu Mehdiqulu xan 1850-ci ildə Tehran şəhərində dünyaya göz açmışdı. Mükəmməl ailə təlim-tərbiyəsi, təhsili almışdı. Məcdəddövlə ləqəbini daşıyırdı. Mehdiqulu xan Nasirəddin şahın məiyyətində üç dəfə Avropada olmuşdu. Şahın yaxınlarından sayılırdı. Xas xidmətçilərdən idi. Biyutat rəisi vəzifəsində çalışmışdı. Bir müddət əmiraxur olmuşdu. 1897-ci ildə Xəmsə, 1901-ci ildə Kirmanşah əyalətlərinə vali təyin olunmuşdu.
Hacı Mir Əbutalib xan Qarabaği
Hacı Mirzə Hüseyn xan Sərabi
Hacı Mirzə Hüseyn xan Mirzə Abdulla oğlu Sərabi (?-?)—şair, diplomat. == Həyatı == Hüseyn xan Mirzə Abdulla oğlu Sərab şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi. Hacı Mirzə Hüseyn xan əvvəlcə Cahangir xan Şəqaqiyə xidmətdə idi. Sonra ondan ayrılıb qacarlara meyil etmişdi. Məhəmməd şah və Nasirəddin şah Qacarın hakimiyyəti dönəmində Xarici işlər nazirliyində çalışmışdı. Hacı Mirzə Hüseyn xan şair idi.
Hacı Musa xan Həkimi
Hacı Musa xan Mirzə Əbülhəsən oğlu Həkimi (1864, Təbriz – 1944, Tehran) — İran Kazak diviziyasının generalı. == Həyatı == Hacı Musa xan Həkimi Təbriz şəhərində anadan olmuşdu. Mirpənc (general) rütbəsinədək yüksəlmişdi. Nizamüssəltənə ləqəbini daşıyırdı. Hacı Musa xan Həkimi Mirzə İbrahim xan Həkiminin böyük qardaşıdır. Hacı Musa xan Həkimi 1909-cu ildən sonra Zəncan əyalətinin valisi təyin edildi. 1921-ci ildə Avropaya getmişdi. Hacı Musa xan Həkimi 1944-cü ildə Tehran şəhərində vəfat edib. Zəhirəssəltənə gorgahında dəfn edilib.
Hacı Möhsün xan Əmini
Hacı Möhsün xan Hacı Əli xan oğlu Əmini (?-?)— İran siyasətçisi. == Həyatı == Hacı Möhsün xan bin Hacı Əli xan bin Mirzə Məhəmməd xan Ləvasani Qacarlar dövrünün məşhur şəxslərindən biridir. Atası Mirzə Əli xan Əminəddövlə Qacarlar dövlətinin baş naziri olmuşdu. Maarifpərvər şəxs olduğundan məmləkətdə çoxlu məktəblər açmışdı. Möhsün xan da mükəmməl mədrəsə təhsili almışdı. O atasının dövründə siyasi həyata atılmışdı. Bir müddət maliyyə idarəsində içləmişdi. Hacı Möhsün xan Əmini Məşrutə hərakatı dönəmində fəal rol oynamışdı. == Ailəsi == Hacı Mirzə Möhsün xan Əminəddövlənin övladları Əmini sоyadını daşıyırlar. Mirzə Möhsün xan Əminəddövlə Fəxrəddövlə Əşrəf xanım Müzəffərəddin şah qızı Qovanlı-Qacar ilə ailə qurmuşdu.
Hacı Məhəmməd xan Qaragözlü
Qaragözlü Hacı Məhəmməd xan Hacı Abdulla xan oğlu (?-?) — Qaradağın hakimi (1811-?). == Həyatı == Hacı Məhəmməd xan Qaragözlü Şamlı elinin Qaragözlü oymağının Hacılı tayfasındandır. Həmədan ətrafında dünyaya gəlmişdi. Abbas mirzə Qovanlı-Qacarın sərkərdəsi idi. 1811-ci ildən Cənubi Azərbaycanın Qaradağ vilayətinin hakimi təyin edilmişdi. Rus-İran savaşlarının fəal iştirakçısı olmuşdur. == Mənbə == Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh. Ənvər Çingizoğlu,Qaradağlılar.
Hacı Məhəmmədhüseyn xan İsfahani
Hacı Məhəmmədhüseyn xan İsfahani (?-?)—Mirzə Məhəmmədşəfi Mazandaranindən sonra Qacarlar dövlətinin baş naziri, Sədri. == Həyatı == Hacı Məhəmmədhüseyn xan İsfahan şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Sədr-əzəm Mirzə Məhəmmədşəfi Mazandaranindən sonra, 1819-cu ildə Qacarlar dövlətinin vəziri-əzəmi təyin olunmuşdu.Əminüddövlə ləqəbini daşıyırdı. 1816-cı ildə Qacarlar sarayına səfarətdə iştirak etmiş Pyotr Berje "A. P. Yermolovun İrana səfirliyi" adlı kitabında yazır: "Yermolovun gəlişi zaman Mirzə Şəfinin 80 yaşı vardı. O, 19 ramazan 1234 (1818 – 1819) ildə Qəzvin şəhərində Sultaniyədən qayıdarkən vəfat etmişdi və Kərbəlada dəfn olunmuşdu. Onun davamçısı, birinci nazir vəzifəsilə, daxili işlər nazirini Nizamüddövlə Məhəmmədhüseyn xan oldu. O, Ağaməhəmməd xanın yanında xidmətə başlamışdı və bəzi vaxtlarda Kaşanın, Qum və İsfahanın hakimi idi, orada isə onun haqqında çox xoş xatirələr qalmışdır. Bütün cismanı ilə torpağa bağlı idi və çox zaman özünün şəxsi hərəkəti ilə kəndlinin əməyini qiymətləndirməsi ona çoxlu pul qazandırmışdı, onları da bütünlüklə kasıblara və xeyriyyəçilik işlərinə sərf etmişdi". Hacı Məhəmmədhüseyn xan İsfahani Hacı Mirzə İbrahim Kələntərin yeznəsi, Mirzə Əbülhəsən xan Şirazinin bacanağı idi.
Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər
Hacı Məhəmmədsadıq xan Mirzə Yusif oğlu Müşiri-Dəftər (?-?) — Məşrutə hərəkatının üzvü == Həyatı == Hacı Məhəmmədsadıq xan Mirzə Yusif Mustovfinin oğlu, o da Mirzə Məhəmməd Mustovfinin, o da Mirzə Mətiya Mustovfi Təbrizinin oğludur. Bu ailə Azərbaycanın qədim əyanlar zümrəsinə məxsusdur. Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər Hacı Səməd xan Şücaəddövlənin hakimiyyəti dönəmində şəhərin ədliyyə idarəsinin rəisi olmuşdu. Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər Məşrutə inqilabı dövründə Təbrizin maliyə idarəsində çalışmışdı. Sonra Həştirud bölgəsində maliyə idarəsinə başçılıq etmişdi. Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər Müxbirüssəltənənin valiliyi dönəmində şəhərdə "Heyəti-Fəllah" adlı əncümən təşkil etmişdi. Hacı Məhəmmədsadıq xanın Məhəmmədvəli xan, Zeynalabdin xan adlı oğlanları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Hacı Məhəmmədəli xan
Hacı Məhəmmədəli xan (1682 – 1763, Ağsu) — 1747-ci ildən 1761-ci ilə kimi Yeni Şamaxıda hakimiyyət sürən Şirvan xanı. == Həyatı == Təxminən 1682-ci ildə Sufi Nəbi Zərnəvainin ailəsində doğulmuşdur. 1747-ci ildə Nadir şah Əfşar tərəfindən Yeni Şamaxının hakimi kimi təsdiqlənmişdir. Zərnava kəndindən Hacı Məhəmmədəli xan oturaq əyan-əşrəfin nümayəndəsi idi. Köçəri əmirlər onun başçılığı ilə barışa bilmirdilər. Xançobanlı elindən çıxmış Əsgər bəy Allahverdi bəy oğlu ona qarşı mübarizə aparırdı. 1749-cu ildə şəkili Hacı Çələbi xan, qarabağlı Pənahəli xan, gəncəli Şahverdi xan ilə birlikdə Kartli-Kaxetiyaya hücum etmək üçün razılığa gəlmişdi. Lakin İrəvan xanının xəbərdarlığı ilə baş verə biləcək hadisəyə qarşı II İraklinin hazırlığı bu ittifaqın pozulması ilə nəticələndi. Şamaxı xanlığında ikihakimiyyətliliyin mövcud olması xanlığın mübarizə qüdrətinə mənfi təsir göstərirdi. 1755-ci ildə Hacı Çələbi xan çox sayda qoşunla Şirvanı almaq məqsədilə gəlib Ağsu şəhərini mühasirə etdikdə Yeni Şamaxı hakimi Hacı Məhəmmədəli xan Quba hakimi Hüseynəli xandan kömək istədi.
Hacı Məhəmmədəli xan Zərnavi
Hacı Məhəmmədəli xan (1682 – 1763, Ağsu) — 1747-ci ildən 1761-ci ilə kimi Yeni Şamaxıda hakimiyyət sürən Şirvan xanı. == Həyatı == Təxminən 1682-ci ildə Sufi Nəbi Zərnəvainin ailəsində doğulmuşdur. 1747-ci ildə Nadir şah Əfşar tərəfindən Yeni Şamaxının hakimi kimi təsdiqlənmişdir. Zərnava kəndindən Hacı Məhəmmədəli xan oturaq əyan-əşrəfin nümayəndəsi idi. Köçəri əmirlər onun başçılığı ilə barışa bilmirdilər. Xançobanlı elindən çıxmış Əsgər bəy Allahverdi bəy oğlu ona qarşı mübarizə aparırdı. 1749-cu ildə şəkili Hacı Çələbi xan, qarabağlı Pənahəli xan, gəncəli Şahverdi xan ilə birlikdə Kartli-Kaxetiyaya hücum etmək üçün razılığa gəlmişdi. Lakin İrəvan xanının xəbərdarlığı ilə baş verə biləcək hadisəyə qarşı II İraklinin hazırlığı bu ittifaqın pozulması ilə nəticələndi. Şamaxı xanlığında ikihakimiyyətliliyin mövcud olması xanlığın mübarizə qüdrətinə mənfi təsir göstərirdi. 1755-ci ildə Hacı Çələbi xan çox sayda qoşunla Şirvanı almaq məqsədilə gəlib Ağsu şəhərini mühasirə etdikdə Yeni Şamaxı hakimi Hacı Məhəmmədəli xan Quba hakimi Hüseynəli xandan kömək istədi.
Hacı Rəhim xan Çələbiyanlı
Hacı Rəhim xan Hacı Əli xan oğlu Çələbiyanlı (1820-1909) — Məşrutə inqilabının əleyhidarı, general, Cənubi Azərbaycanın Qaradağ bölgəsində yaşayan Çələbiyanlı elinin elxanı. == Həyatı == Hacı Rəhim xan Hacı Əli xan oğlu 1820-ci ildə Qaradağ vilayətinin Kərmədüz mahalının Həsrətan kəndində anadan olmuşdu. 1877-ci ildə böyük qardaşını Çələbiyanlı elinin elbəyiliyindən və sərhəddar vəzifəsindən kənarlaşdırıb, özü yiyələndi. Qardaşı oğlu Kərim xan Rəşidəddövlə ölən günə qədər nə onu, nə də böyük oğlu Nüsrətəssultan Böyük xanı bağışladı. 1883-cü ildə Azərbaycan əyalətinin hakimliyini Əmir Nizam Həsənəli xan Gərrusini təyin etdilər. Həsənəli xanın Qacarlar səltənətində rüşvət almaqda tayı-bərabəri yox idi. O, vəzifəyə təyin olunan kimi adamları bir-bir işdən çıxarır, sonra böyük məbləğdə rüşvət alıb, yenidən bərpa edildi. Əmir Nizam Rəhim xanı da fərmanla sərhədçibaşı vəzifəsindən azad etdirdi. Rəhim xan şaha layiq bir peşkəş düzəldib Həsənəli xana təqdim etdi və yerində qaldı. Həsənəli xan ona üstəlik mirpənc (general-leytenant) rütbəsi və Nüsrətüssəltənə ləqəbini verdi.
Hacı Rəhim xan Çələbiyanlı (kitab)
Hacı Sara xanım Qaradağlı
Hacı Sara xanım - (XIX əsr) - Toxmaqlı oymağının məşhur simalarından biri. == Həyatı == Hacı Sara xanım Qaradağın sonuncu xanı Məhəmmədqulu xan Qaradağlının qızıdır. Həsənəliağa xan Qaradağski (ata), Məhəmmədhüseynağa xan Qaradağskinin bacısı. Müqəddəs Məkkəyi-müşərrəfi ziyarət etmişdi. Hacı Sara xanım Qulu xan Şambayatı-Qacarın nəticəsi, İran ordusunun məşhur komandanlarından olan Pirqulu xanın nəvəsi, Əmirnizam Məhəmmədbağır xanın oğlu İbrahim xanla ailə qurmuşdu. Əmir xan adlı oğlu, Fatiməbəyim xanım adlı qızı vardı. Əmir xan Əhər şəhərində dünyaya pənah gətirmişdi. Dövlət idarəsində qulluq etmişdi. Əmir xanın Ələkbər ağa adlı oğlu vardı. Bağiri soyadını daşıyırdı.
Hacı Seyid Nəsrulla xan Dəbirəssəltənə
Hacı Seyid Nəsrulla xan Mirzə Rəfi oğlu Diba-Təbatəbai (1861-1933) — İranın ictimai-siyasi xadimi. == Həyatı == Hacı Seyid Nəsrulla xan Mirzə Rəfi oğlu Diba-Təbatəbai 1861-ci ildə Təbriz şəhərində doğulmuşdu. İbtidai təhsilini atası Məhəmmədrəfi Nizamülüləmadan almışdı. Sonra mədrəsədə oxumuşdu. Müzəffərəddin mirzə Cənubi Azərbaycanın valisi olarkən Nəsrulla xanı sarayına dəvət etmişdi. Münşibaşı vəzifəsində çalışmışdı. Şah Tehrana gedəndən sonra onu dövlət torpaqlarının (xalisəcat) rəisi vəzifəsinə təyin etmişdi. Əvvəlcə Nasirəssəltənə ləqəbini daşıyırdı. Hacı Seyid Nəsrulla xan Dəbirəssəltənə 1933-cü ildə vəfat edib. == Ailəsi == == Mənbə == Ənvər Çingizoğlu, Diba ailəsi, "Soy" elmi-kütləvi dərgi, 2011, №10, səh.52-64.
Hacı Xanməmmədov
Hacı Dadaş oğlu Xanməmmədov (15 iyun 1918, Dərbənd, Dağıstan vilayəti – 7 aprel 2005, Bakı) — Azərbaycan görkəmli bəstəkarı və dirijoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1967), dosent (1981), Azərbaycan SSR xalq artisti (1988), professor (1988), "Şöhrət" ordeni laureatı (1998) == Həyatı == Hacı Xanməmmədov 1918-ci il iyunun 15-də Dərbənd şəhərində anadan olub. 14 yaşında ikən Bakıya gələn Hacı Xanməmmədovun Üzeyir Hacıbəyovla tanışlığı onun gələcəyini, bütövlükdə taleyini müəyyənləşdirib, bəstəkar və musiqiçi kimi püxtələşməsində həlledici rol oynamışdır. O, Ü.Hacıbəyovun himayədarlığı ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki fəhlə fakultəsinə daxil olur və Səid Rüstəmovun tar sinfində təhsil alır. == Yaradıcılığı == 1934-cü ildə Ü.Hacıbəyov H.Xanməmmədovu özünün rəhbərlik etdiyi Azərbaycan Dövlət Radiosu nəzdindəki Xalq Çalğı Alətləri Orkestrinə solist kimi qəbul edir. 1937-cı ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Koroğlu" operası tamaşaya qoyulanda Ü.Hacıbəyovun Simfonik Orkestrə dəvət etdiyi 7 tarzəndən biri H.Xanməmmədov idi. 1938-ci ildə Moskvada keçirilən Birinci Azərbaycan Ədəbiyyatı və İncəsənəti ongünlüyündə H.Xanməmmədov "Koroğlu" operasının tamaşasında orkestrin tərkibində iştirak etmişdir və 1941-ci ildə həmin teatrla İranda qastrol səfərində olmuşdur. 1943-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir bəyin təşəbbüsü ilə "Xalq musiqisinin əsasları" şöbəsi açıldıqda H.Xanməmmədov bu şöbəyə qəbul olunur. İkinci Dünya Müharibəsi illərində H. Xanməmmədov Azərbaycan Dövlət Musiqili Komediya Teatrında dirijor kimi fəaliyyət göstərməklə yanaşı, müəlliminin rəhbərliyi ilə bir sıra mahnı və marşlar, habelə o zaman tez məşhurlaşmış "Gözəl Pəri" mahnısını, Xalq Çalğı Alətləri Orkestri üçün "Qəhrəmani" əsərini bəstələyir. 1947-ci ildə H. Xanməmmədov öz təhsilini Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsində davam etdirir. Əvvəl professor Boris Zeydmanın sinfinə daxil olan H. Xanməmmədov sonralar öz yaşıdı, böyük bəstəkarımız Qara Qarayevin sinfinə keçir.

xa sözünün leksik mənası və izahı

"xa" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xa nədir? #xa sözünün mənası #xa nə deməkdir? #xa sözünün izahı #xa sözünün yazılışı #xa necə yazılır? #xa sözünün düzgün yazılışı #xa leksik mənası #xa sözünün sinonimi #xa sözünün yaxın mənalı sözlər #xa sözünün əks mənası #xa sözünün etimologiyası #xa sözünün orfoqrafiyası #xa rusca #xa inglisça #xa fransızca #xa sözünün istifadəsi #sözlük