* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 “Qalibə verilən pul” deməkdir. Şətəl qatmaq, görünür, pul verib işə maneçilik törətməklə bağlı yaranıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / şətəl2 сущ. 1. разг. проделка (предосудительный поступок) 2. нечестный спорщик (обычно в игре) 3. диал. шалун, баловень, озорник ◊ şətəl qatmaq мешать, помешать чему; расстраивать, расстроить (игру, план и т.п.)
Azərbaycanca-rusca lüğət / şətəl1 i. trick; ~ qatmaq to prevent (from+ ger.); to disorder (d.), to disturb (d.), to throw* into confusion (d.)
Azərbaycanca-ingiliscə lüğət / şətəlI (Qax, Quba, Oğuz, Şamaxı) bax şatal I. – Şətəli ləzgilər giyir (Qax) II (Ağdam, Astara, Bakı, Böyük Qarakilsə, Cəlilabad, Əli Bayramlı, Lənkəran, Oğuz, Salyan, Tovuz) nadinc, dəcəl <uşaq>. – Bu şətəl beş gün bizdə qalsa evi xaraba qoyar (Lənkəran); – Murad çox şətəl uşaxdı (Salyan); – Yaman şətəl uşağsən, heş sözə baxmeysən (Cəlilabad) III (Bakı, Xanlar, Qazax, Laqodexi, Tovuz) əngəl, ziyan, maneçilik ◊ Şətəl qatmax (Ağdam, Bərdə) – mane olmaq, maneçilik etmək. – Sən mənim işimə şətəl qatmasaη bağrıη çatdar (Ağdam); – Sən na:x yerə bu işə şətəl qatırsaη (Bərdə). Şətəli dəyməx’ (Xanlar, Qazax) – ziyanı dəymək, xətası dəymək. – Buradan get, şətəliη bizə dəyər (Qazax); – Əlinin şətəli bizə dəydi (Xanlar). Şətəli keşməx’ (Xanlar, Tovuz) – ziyanı dəymək, xatası dəymək. – Şətəli sənnən keşdi, yoxsa razılaşmışdıx (Tovuz); – Mənnən nəyrazı olmaynan, şətəl ya sənnən keçir, ya da qardaşınnan (Xanlar)
Azərbaycan dilinin dialektoloji lüğəti.