* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [ər.] köhn. Ən şərafətli, ən əziz, çox hörmətli. [Arif:] Bir fəzilətsə öldürüb ölmək; Canavar bizdən əşrəf olsa gərək. H.Cavid. Budur, Yer üzünün əşrəfi insan; Yaradır gündə bir hicranlı dastan. S.Vurğun. [Gülyanaq:] Təbiətdə mövcud olan bütün gözəlliklərin gözəli, həyatın əşrəfi olan insandır. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / əşrəf3 ə. ən şərəfli; daha şərəfli. Əşrəfi-məxluqat yaradılmışların ən şərəflisi (insan).
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / əşrəf1 Ərəbcədir, şərəf, şərif kimi sözlərlə kökdaşdır, mənası “yaradılmışların ən əlası” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / əşrəf1 [ər.] прил. куьгьн. виридалай сейли, лап азиз, гзаф гьуьрметлу.
Azərbaycanca-ləzgicə lüğəti / əşrəf