əmcək sözü azərbaycan dilində

əmcək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əmcək • 89.2857%
  • ƏMCƏK • 7.1429%
  • Əmcək • 3.5714%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

əmcək sözünün leksik mənası və izahı

  • 1 is. Məmə, döş. Fəxrəddin!… Mən səni bu əmcəklərimlə bəsləmişəm, Fəxrəddin! N.Vəzirov. İnəyin əmcəyindən çıxan süd balaca bulaq kimi şırhaşırla sərniclərə tökülürdü. Ə.Vəliyev. □ Əmcək uşağı – südəmər uşaq. Övrətlər əmcək uşaqlarını bağırlarına basıb tökülmüşdülər küçəyə. C.Məmmədquluzadə. Vaqonumuzun o başında bir əmcək uşağı hərdənbir ağlayırdı. Ə.Haqverdiyev. Əmcəkdən kəsmək – süd verməyi dayandırmaq, süddən kəsmək, daha süd verməmək. Uşağı əmcəkdən kəsmək. ◊ Anasının (nənəsinin) əmcəyini kəsən – çox bic, fırıldaqçı, dələduz adam haqqında. Bir şahıya nənəsinin əmcəyini kəsənlər var. M.İbrahimov. Anasının əmcəyini kəsmək – fırıldaqçılıqla məşğul olmaq. Adam da anasının əmcəyini belə kəsərmi? S.Rəhman.

    Azərbaycan dilinin izahlı lüğəti / əmcək

əmcək sözünün etimologiyası

əmcək sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 ƏMCƏK Burla xatun əmcəyini bir sıxdı, südü gəlmədi, iki sıxdı südü gəlmədi, üçüncüdə qan qarışıq gəldi (Anar); DÖŞ [Rəmziyyə:] ...döşünü çıxarıb verdi, uşaq əminədi, yenə də bərkdən ağlamağa başladı (A.Şaiq); MƏMƏ Qadın: Məmələrindən əmdiyi zəhərdir; Xəstə sənsən, xəstəlik səndən gəlir (A.Şaiq); YELİN (yalnız heyvanlarda) Tut qoyunun belini; Ələ gəlmir yelini; Bir doyunca görəydim; Onun sağan əlini (Bayatı); MƏMƏŞ (uşaq dilində).

    Azərbaycan dilinin sinonimlər lüğəti / əmcək

əmcək sözünün rus dilinə tərcüməsi

  • 1 сиська, вымя

    Azərbaycanca-rusca lüğət / əmcək
  • 2 сущ. 1. вымя (молочные железы с сосками, выделяющие молоко у самок млекопитающих) 2. разг. грудь (у женщины). Əmcəkdən kəsmək отнять от груди (младенца) ◊ anasının əmcəyini kəsən отъявленный мошенник

    Azərbaycanca-rusca lüğət / əmcək

əmcək sözünün inglis dilinə tərcüməsi

əmcək sözünün fransız dilinə tərcüməsi

  • 1 is. sein m ; mammelles f pl, tétine f (yelin) ; anat. organe m glanduleux uşağa ~ vermək allaiter un enfant ◊ anasının əmcəyini kəsən fripouille f déclarée

    Azərbaycanca-fransızca lüğət / əmcək

əmcək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. мам; хуру; əmcək uşağı мамунихъ (хурудихъ) галай аял, некӀедихъ галай аял; əmcəkdən kəsmək мамунихъай гатӀурун (галудун), хурудихъай гатӀурун, аялдиз хурудин нек хугун тавун; ** anasının (nənəsinin) əmcəyini kəsən гзаф биж, гьарамзада касдин гьакъинда.

    Azərbaycanca-ləzgicə lüğəti / əmcək

"əmcək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əmcək nədir? #əmcək sözünün mənası #əmcək nə deməkdir? #əmcək sözünün izahı #əmcək sözünün yazılışı #əmcək necə yazılır? #əmcək sözünün düzgün yazılışı #əmcək leksik mənası #əmcək sözünün sinonimi #əmcək sözünün yaxın mənalı sözlər #əmcək sözünün əks mənası #əmcək sözünün etimologiyası #əmcək sözünün orfoqrafiyası #əmcək rusca #əmcək inglisça #əmcək fransızca #əmcək sözünün istifadəsi #sözlük