* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Bünövrə, özül, bina, təməl. Evin əsası çox möhkəmdir. // məc. Bir şeyin özülünü, təməlini, özəyini təşkil edən şey; kök. Operanın əsasını xalq dastanı təşkil edir. 2. Sif. mənasında. Başlıca, ən mühüm, zəruri. Əsas əlamət. Əsas səbəb. Əsas məsələ. Ağacın əsas budağı. Əsas qüvvələr. Əsas iş yeri. İnkişafın əsas mərhələsi. Əsas şərtlər. – Xilqətin əsası olan analıq duyğusunun bəzi qadınlara yabançı olması həyatın anlaşılmaz sirlərindən biridir. M.İbrahimov. Səriyyə xalanın Qərənfilə müştəri gözü ilə baxmasının əsas səbəbi Bahadır idi. S.Rəhman. 3. Bir hərəkətin və s.-nin düzgünlüyünü, gerçəkliyini izah edən, əsaslandıran, ona haqq qazandıran, ağlabatan ciddi səbəb, bəhanə, dəlil, sübut. Qorxmağa əsası var. Əsas yoxdur. Hansı əsasla? // İstinad nöqtəsi. 4. Adətən cəm şəklində: əsaslar – hər hansı bir elmin başlıca müddəaları, prinsipləri, elementləri. Kimyanın əsasları. Nəzəri mexanikanın əsasları. – İlk həndəsənin əsasları ilə oxucu orta məktəbdə tanış olmuşdur. Z.Xəlilov. 5. qram. Sözün, sözdəyişdirici şəkilçidən qabaq gələn başlıca (sadə, düzəltmə və ya mürəkkəb) hissəsi. 6. kim. Turşularla birləşəndə duz əmələ gətirən kimyəvi birləşmə. Qələvi əsaslar. 7. riyaz. Həndəsi fiqurun hündürlüyünə perpendikulyar olan tərəfi. Üçbucağın əsası. ◊ Əsas etibarilə – əsasən, başlıca olaraq, ümumiyyətlə. C.Məmmədquluzadənin “Şərqi-Rus”dakı fəaliyyəti əsas etibarilə ədəbi xarakter daşımışdır. M.İbrahimov. Əsas götürmək (almaq, tutmaq) – bir əsas kimi qəbul etmək, əsaslanmaq. Siz mənim xahişimi əsas ala bilərsiniz. Mir Cəlal. Əsas kapital iqt. – kapitalın istehsal vasitələrinə sərf edilən hissəsi. Əsas qanun – konstitusiya. Əsası qoyulmaq – 1) təsis edilmək, bünövrəsi, təməli, özülü qoyulmaq; 2) başlanmaq. Əsasına qədər – tamamilə, bütünlükdə, büsbütün, kökündən. Əsasını qoymaq – 1) bünövrəsini, özülünü, təməlini qoymaq; 2) təsis etmək. …əsasında durmaq, …əsasını təşkil etmək – bir şeyin mənbəyi, onun əmələ gəlməsinin başlıca səbəbi olmaq.
Azərbaycan dilinin izahlı lüğəti / əsas2 ə. 1) özül, bünövrə; özək; 2) başlıca.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / əsas3 \ – bir şeyin üzərində təməlləndiyi, təşkil olunduğu şey. Müəyyən hadisələrin \ mövcudluğunun ilkin şəraiti və onların izahından ibarət zəruri şərt. Əsas kökündən ərəbcədə bir neçə söz də əmələ gəlir; təsis, müəssisə və s.
Fəlsəfə terminlərinin izahlı lüğəti / əsas4 is. [ər.] 1. infor. □ Əsas açar – ana açar. İnformatikada fayldakı yazını birqiymətli təyin edən açar. 2. iqt. □ Əsas indiqatorlar (leading indicators) – əsas indiqatorlar (leading indicators) – iqtisadiyyatın gələcək inkişafını müəyyənləşdirməyə imkan yaradan statistik göstəricilərdir. Əsas məhsul - muəssisənin istehsalının yönəldildiyi və muəssisənin ümumi məhsulun həcmində daha çox xüsusi çəkiyə malik olan məhsuldur. Əsas seçmə - müşahidə obyektinin cox məqsədli müayinələrinin keçirilməsi üçün nəzərdə tutulmuş iri ölçülü (həcmli) seçmə. Əsas valyuta (base currency) – əsas valyuta (base currency) – Valyuta cütündə ön mövqedə dayanan valyutadır. Valyuta cütünün qiyməti əsas valyutanın ikinci mövqedəki valyutada ifadə olunmuş qiymətini əks etdirir. Əsas zoğ- nəb. Ali bitkilərdə ucdan böyüyən orqan. 3. bot. Əsas toxuma – keçirici və ötürücü toxumaların aralarını dolduran hüceyrələrin cəmi.
Yeni sözlər və yeni mənalar lüğəti / əsas5 1) bünövrə, özül, bina, təməl; 2) başlıca, ən mühüm, zəruri. Məsələn, əsas səbəb, əsas məsələ; 3) bir hərəkətin və s.-nin düzgünlüyünü, gerçəkliyini izah edən, əsaslandıran, ona haqq qazandıran, ağlabatan ciddi səbəb, bəhanə, dəlil, sübut; 4) adətən cəm şəklində: əsaslar – hər hansı bir elmin başlıca müddəaları, prinsipləri, elementləri. Məsələn, kimyanın əsasları, nəzəri mexanikanın əsasları; 5) qrammatikada sözün, sözdəyişdirici şəkilçidən qabaq gələn başlıca (sadə, düzəltmə və ya mürəkkəb) hissəsi.
Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / əsas4 1. ƏSAS Səriyyə xalanın Qərənfilə müştəri gözü ilə baxmasının əsas səbəbi Bahadır idi (S.Rəhman); ƏN MÜHÜM, ƏN ÜMDƏ, ƏN ZƏRURİ 2. əsas bax bünövrə 3. əsas bax dəlil
Azərbaycan dilinin sinonimlər lüğəti / əsas1 ƏSAS – YARDIMÇI Əsas suallar qaldı kənarda, yardımçı suallarla tələbəni yordu.
Azərbaycan dilinin antonimlər lüğəti / əsas1 1. основание, основа, база, фундамент; 2. основной, существенный; 3. довод, мотив;
Azərbaycanca-rusca lüğət / əsas2 I сущ. 1. основание: 1) нижняя, опорная часть предмета, сооружения; фундамент. Binanın əsası (özülü) основание здания, körpünün beton əsası (özülü) бетонное основание моста, evin daş əsası (özülü) каменное основание дома, möhkəm əsas (özül) прочное (крепкое) основание, təbii əsas естественное основание, süni əsas (özül) искусственное основание 2) причина, достаточный повод, аргумент, оправдывающий что-л. Qanuni əsas законное основание, tutarlı əsas веское основание, zəruri əsas необходимое основание, narazılıq üçün əsas основание для недовольства, ittiham üçün əsas основание для обвинения, şikayət üçün əsas основание для жалоб, işdən azad etmək üçün əsas основание для увольнения, qorxmağa əsas var есть основание бояться, əsas axtarmaq nəyə искать основание для чего, əsas olmaq быть (являться, служить) основанием, əsasımız yoxdur у нас нет оснований 3) распоряжение, документ и т.п., в силу которого совершается какое-л. официальное действие. Əsas: iclasın protokolundan çıxarış основание: выписка из протокола заседания, əsas: dekanın məlumatı основание: докладная декана 4) хим. соединение, образующее при взаимодействии с кислотами соль. Suda həll olan əsaslar основания, растворимые в воде, qüvvəli əsaslar сильные основания, zəif əsaslar слабые основания 5) мат. Qüvvətin əsası основание степени (число, возводимое в степень) 2. основа: 1) сущность чего-л.; главное, на чем строится что-л. Romanın əsası основа романа, məruzənin əsası основа доклада, inkişafın əsası основа развития, cəmiyyətin əsası основа общества, siyasi əsas политическая основа, iqtisadi əsas экономическая основа 2) лингв. часть слова до окончания. Sözün əsası основа слова 3) только мн. ч. основы (исходные, главные положения какой-л. науки, теории и т.п.). Tarix elminin əsasları основы исторической науки, dillçiiliyin əsasları основы языкознания II прил. 1. основной (наиболее важный, главный). Əsas vəzifələr основные задачи, əsas səbəb основная причина, əsas məqsəd основная цель, əsas şərt основное условие, əsas məsələ основной вопрос, əsas keyfiyyətləri kimin, nəyin основные качества кого, чего; nəyin əsas xüsusiyyətləri основные свойства чего, əsas çətinlik(-lər) основные трудности, əsas səhv основная ошибка, əsas istiqamət основное направление, əsas müddəalar основные положения, əsas iş основная работа, əsas məşğuliyyət основное занятие, əsas anlayış основное понятие, экон. əsas göstəricələr основные показатели, əsas balans основной баланс, əsas əmək haqqı основная зарплата, əsas istehsal fondları основные производственные фонды, əsas mübadilə основной обмен, əsas vəsait основные средства, əsas kapital основной капитал, əsas iqtisadi qanun основной экономический закон, əsas süxurlar геол. основные породы 2. главный. Əsas şəhərlər главные города, əsas miqyas главный масштаб 3. коренной. Əsas yastıqlar тех. коренные подшипники 4. хим. основный. Əsas oksidləri основные окислы ◊ əsas vermək kimə nə üçün давать, дать основание кому для чего, əsas götürmək (tutmaq) nəyi брать, взять за основу что, əsas kimi qəbul etmək nəyi принимать, принять за основу что, əsas kimi qəbul edilmək приниматься, быть принятым за основу, əsasını qoymaq nəyin закладывать, заложить основу чего, əsası qoyulmaq основываться, быть основанным, учреждаться, быть учрежденным, əsasının qoyulması nəyin основание чего, əsasını təşkil etmək nəyin составлять основу, лечь, ложиться в основу чего, nəyin əsasında на основании чего, hansı əsasla на каком основании, əsas etibarilə в основном; ümumi əsaslarla на общих основаниях, əsas yoxdur nəyə нет оснований для чего; əsas var nəyə есть основания для чего; tam əsasla demək olar ki, … с полным основанием можно сказать, что …
Azərbaycanca-rusca lüğət / əsas1 I. i. 1. (təməl, özül) base, basis (pl. bases); foundation; bed, bedding; ~ kimi götürmək / qəbul etmək to assume (d.) as a basis ~ını qoymaq to found (d.), to lay* down the foundations (of); ~ını qoyan founder; ~ında on the basis (of); qanun ~ında under the law; ümumi ~la on a universal basis; bərabərlik ~ında on the basis of equality; 2. (başlıca müddəa, prinsip) principles pl.; fundamentals pl.; Leninizmin ~ları the principles of Leninism; kimyanın ~ları the fundamentals of chemistry; 3. qram. stem; sözün ~ı the stem of the word; 4. (səbəb, dəlil) grounds pl., basis, cause, reason, motive; Hansı əsasa görə? On what grounds? Bu əsasa görə On these grounds; Heç bir əsas yoxdur There is no reason / cause (+to inf., for + ger.), There are no grounds (for + ger.); Şikayət etməyə əsas yoxdur There is no reason / cause to complain; tutarlı ~ good reason / cause II. s. fundamental, basic, cardinal, principal, main; essential; primary; ~ qanun basic law; ~ səbəb principal cause; ~ məsələ cardinal problem; ~ sahələr main branches; məhsulun ~ növləri principal / major items of production; sözün ~ mənası primary meaning of the word; ~ fikir keynote, main / basic idea
Azərbaycanca-ingiliscə lüğət / əsas1 is. base f, fondement m ; principes m pl ; ~ını qoymaq fonder vt, créer vt ; qram. racine f, base f ; riyaz. radical m ; base f ; sözün ~ mənası sens m essentiel du mot
Azərbaycanca-fransızca lüğət / əsas1 [ər.] сущ. асас (1. хандакӀ, кӀалуб, бине, темел; // пер. са затӀунин диб, пун; 2. прил. асул, кьилин, дибдин, лап важиб тир, асул кар алай (мес. себеб, месэла); 3. себеб, багьна, субут, делил; 4. грам. гафунин, гаф дегишардай акаланрилай вилик къвезвай асас пай; 5. хим. кислотайрихъ галаз акахьдамаз кьел арадал гъидай химиядин садхьанвайди; 6. мат. геометриядин фигурадин кьакьанвилиз перпендикуляр тир тереф); ** əsas etibarilə асас яз, асулдай, кьилди яз; гзафни-гзаф; са гафуналди; əsas götürmək (almaq, tutmaq) асас яз кьун, са асас хьиз кьабул авун; əsas qanun асас къанун, дибдин закон, конституция.
Azərbaycanca-ləzgicə lüğəti / əsas