* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Müharibədə ələ keçirilən düşmən əsgəri, zabiti və s. Hərbi əsir. Əsir düşmək. Əsir olmaq. Əsir tutmaq. Əsirlərin azad edilməsi. Hərbi əsirlər vətənlərinə döndülər. – [Səlim bəy:] Bax, yenə əlimdə əsirsən, əsir; Duyuram, qorxudan ürəyin əsir. S.Rüstəm. 2. Kölə, qul, məhkum. Dedim: – Ey gül, niyə etdin məni zülfündə əsir? Dedi: – Divanə olan şəxsə gərəkdir zəncir. S.Ə.Şirvani. Özünü insan əlində əsir görən kəklik qurtulmaq üçün … əllərimizi dimdikləyirdi. A.Şaiq. Ey dilsiz gözlərin qara röyası; Ardınca qarğadı qullar, əsirlər. S.Vurğun. 3. məc. Dustaq, azadlıqdan, sərbəstlikdən məhrum edilmiş. □ Əsir olmaq – 1) azadlıqdan məhrum olmaq; 2) tamamilə tabe olmaq. Qız qayın-qudanın, qayınatanın, baldızın, qayınananın hökmünə əsir olar, onların dedi-qodusuna düşərdi. H.Sarabski. 4. məc. Vurğun, məftun, mübtəla. Eşq əsiri. Gözəllik əsiri. – Görməmişəm belə zülfü dəhəntək; Yüz min əsiri var, əlbəttə, mən tək. Aşıq Məhəmməd. Bir ahu baxışlı gözələ çoxdan əsirəm; Ahimlə şikar olsan, mən neyləyə billəm. Ə.Vahid. □ …əsiri olmaq – …vurğunu olmaq, …düşkünü olmaq, …mübtəla olmaq. [Bəhram:] Belə də insaf olar ki, biçarə Saranın illərlə divam edən məhəbbətin sındırıb da, əhdimi buraxıb da, bir başqasına əsir oldum? C.Cabbarlı.
Azərbaycan dilinin izahlı lüğəti / əsir2 ə. 1) müharibədə qarşı tərəfin diri tutduğu düşmən; 2) kölə, qul; 3) dustaq; 4) m. məftun, vurğun.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / əsir1 Ərəb mənşəlidir, biz onun yerinə bulun sözünü işlətmişik. Bulmaq (əldə etmək) feili ilə bağlıdır, bucaq sözünün sinonimi də bulun olub (görünür, “xətlərin bulunduğu yer” deməkdir). Bizdə tutuq sözü də işlənib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / əsir4 1. ƏSİR [Səlim bəy:] Bax, yenə əlimdə əsirsən, əsir; Duyuram, qorxudan ürəyin əsir (C.Cabbarlı); DƏSTGİR Allah qəsəm ki, mən fəqirəm; Köç-külfət əlində dəstgirəm (M.Ə.Sabir). 2. əsir bax qul I 1 3. əsir bax vurğun 4. əsir bax dustaq 1
Azərbaycan dilinin sinonimlər lüğəti / əsir2 сущ. пленник, пленный 1. тот, кто находится в плену. Əsirləri azad etmək освободить пленных, əsirləri aparmaq вести пленных 2. перен. тот, кто находится во власти, в плену кого-л., чего-л. Eşq əsiri пленник любви, gözəllik əsiri пленник красоты ◊ əsir düşmək попасть в плен; əsir almaq взять в плен
Azərbaycanca-rusca lüğət / əsir1 i. 1. (ələ keçmiş düşmən əsgəri) captive, prisoner; ~ almaq to captivate (d.), to take* (d.) prisoner; ~ düşmək to be* captivated (by), to be* taken prisoner (by); ~ olmaq to be* a captive / a prisoner; 2. məc. (vurğun, məftun) captive, prisoner; ~ etmək to fascinate (d.), to charm (d.); bir şeyin / kəsin ~i olmaq məc. to be* fascinated by smb. / smth., to be* captivated by smb. / smth.
Azərbaycanca-ingiliscə lüğət / əsir1 is. prisonni//er m, - ère f ; capti//f m, -ve f ; ~ almaq faire prisonnier ; məc. ; ~ etmək charmer vt, ensorceler vt, passionner vt, séduire vt
Azərbaycanca-fransızca lüğət / əsir1 [ər.] сущ. 1. есир (дяведа кьунвай душмандин аскер, забит ва мс.); əsir olmaq есир хьун; hərbi əsirlər дяведин есирар; 2. лукӀ, къул; 3. пер. дустагъ; əsir olmaq есир хьун а) дустагъ хьун, азадвиликай магьрум хьун; б) тамам табий хьун; 4. пер. кьаруди, ашукьди; gözəllik əsiri гуьзелвилин есир; // ...əsiri olmaq ...есир хьун, ашукь хьун, кьару хьун).
Azərbaycanca-ləzgicə lüğəti / əsir