aşmaq sözü azərbaycan dilində

aşmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • aşmaq • 98.3221%
  • Aşmaq • 1.3423%
  • AŞMAQ • 0.3356%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aşmaq (Həştrud)
Aşmaq (fars. اشمق‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 9 nəfər yaşayır (6 ailə).

aşmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Bir şeyin üzərindən atılıb keçmək, hündür bir şeyin üstünə çıxıb o biri tərəfinə enmək, düşmək, hoppanmaq. Qapını daldan bağlayaraq, divardan aşıb getdik. M.S.Ordubadi. Dərəni aşdım. Meşənin içərisinə cənuba doğru uzanan daşlı-qayalı bir dağ ətəyi ilə gedirdim. A.Şaiq. Aşıb şiş dağları, boz səhraları; Gündə bir zəfərlə gedək irəli. S.Vurğun. Keçərək Mil düzündən, sıra dağları aşdım; Kürün sahillərilə bütün eli dolaşdım. Ə.Cəmil. 2. Keçmək, düşmək, çıxmaq. [Sultan və Vəli] bir bağdan o birisinə aşırlar. Ə.Sadıq. // Ötmək, atlamaq, keçmək. Gecə ortasından aşmışdı və yayın isti xamuşluğunu pozan ancaq minarədən gələn minacat səsi idi. B.Talıblı. 3. Çevrilmək, yıxılmaq. [Göyərçin] o tərəf bu tərəfə çox aşdı. Ancaq gözlərinə yuxu gəlmədi. S.Rəhimov. Ortalıqda yanı üstə aşmış bir neçə dolu butulka … vardı. Ə.Əbülhəsən. 4. məc. Təmin olunmaq, düzəlmək, əmələ gəlmək. İşi aşmaq. – Gopnan əməl aşmaz, işə qeyrət gərək olsun. M.Ə.Sabir. Güc və zor ilə heç bir iş aşmaz; İş əlində həlim olan çaşmaz. A.Səhhət. [Məhərrəm:] Bilirsinizmi, nə var? Belə danışıqdan iş aşmaz. N.Vəzirov. Adamlar işi aşan yerdən dördəlli yapışırlar. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / aşmaq

aşmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

aşmaq sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 AŞMAQ I f. Keçmək; düşmək; çıxmaq. Oradan çıxıb erməni küçələrinə aşdılar (M.F.Axundzadə). AŞMAQ II f. Düzəlmək; keçmək; təmin olunmaq. A Gülər, rəng gətir, rəngsiz aşmaz işimiz (S.Rəhman). AŞMAQ III f. Çevrilmək, yıxılmaq. O tərəf-bu tərəfə çox aşdı, ancaq gözlərinə yuxu gəlmədi (S.Rəhimov).

    Azərbaycan dilinin omonimlər lüğəti / aşmaq

aşmaq sözünün rus dilinə tərcüməsi

  • 1 переходить, перейти, перешагнуть, перевалить

    Azərbaycanca-rusca lüğət / aşmaq
  • 2 глаг. 1. переходить, перейти, перелезать, перелезть. Dağları aşmaq переходить через горы, hasarı aşmaq перелезть через забор, sərhədi aşmaq перейти через границу 4. преодолевать, преодолеть. Maneələri aşmaq преодолевать препятствия 3. переворачиваться, перевернуться 4. сваливаться, свалиться, падать, упасть. Ağacdan aşmaq упасть с дерева 5. проваливаться, провалиться. Xəndəyə aşmaq провалиться в яму 6. исполняться, быть исполненным. Əmr aşmadı приказ не был исполнен 7. обходиться, обойтись чём-л. Bununla iş aşmadı этим дело не обошлось ◊ işi başdan aşıb kimin хлопот полон рот, дел хоть отбавляй у кого; həddini aşmaq: 1. перен. переходить (перейти) границы в чём-л.; 2. превышать, превысить полномочия

    Azərbaycanca-rusca lüğət / aşmaq

aşmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to get* across; (maneəni) to get* over, to cross (d.); 2. to climb over (d.), to get* over (d.); hasarı ~ to climb / to get* over the fence; 3. (maneələri) id. to clear (d.); maneələri ~ to clear obstacles; 4. to turn over, to tip over; (gəmi, qayıq və s.) to capsize; o yan - bu yana ~ turn from side to side; Qayıq aşdı The boat turned over / capsized; Stol aşdı The table tipped over; işi başdan ~ to have* much work to do, to be* too busy

    Azərbaycanca-ingiliscə lüğət / aşmaq

aşmaq sözünün fransız dilinə tərcüməsi

  • 1 f. enjamber vt ; franchir vt ; faire des culbutes ; tomber vi (ê) ; dağları ~ passer vt (traverser) les montagnes ; maneələri ~ franchir les obstacles ; sərhəddi ~ passer les bornes (les frontières) ◊ onun işi başdan aşıb il a des affaires par-dessus la tête ; il a les affaires à gogo (fam.) ; həddini ~ passer toutes les bornes ; dépasser toutes les limites ; excéder (və ya outrepasser) ses pouvoirs

    Azərbaycanca-fransızca lüğət / aşmaq

aşmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. элячӀун, алатун, фин, элячӀна фин (мес. дагъдин кьилелай а патаз, са багъдай маса багъдиз); 2. вегьин, алатун (мес. йиф кьуларилай); 3. элкъуьн; ярх хьун, акьалдун; 4. пер. дуьз хьун, туькӀуьн, арадал атун (мес. са кар).

    Azərbaycanca-ləzgicə lüğəti / aşmaq

aşmaq sözünün türk dilinə tərcüməsi

"aşmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#aşmaq nədir? #aşmaq sözünün mənası #aşmaq nə deməkdir? #aşmaq sözünün izahı #aşmaq sözünün yazılışı #aşmaq necə yazılır? #aşmaq sözünün düzgün yazılışı #aşmaq leksik mənası #aşmaq sözünün sinonimi #aşmaq sözünün yaxın mənalı sözlər #aşmaq sözünün əks mənası #aşmaq sözünün etimologiyası #aşmaq sözünün orfoqrafiyası #aşmaq rusca #aşmaq inglisça #aşmaq fransızca #aşmaq sözünün istifadəsi #sözlük