* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••••••• | 37.69 |
2003 | •• | 3.15 |
2004 | ••••• | 9.10 |
2005 | •••• | 6.75 |
2006 | •• | 3.60 |
2007 | ••• | 4.02 |
2008 | ••• | 4.87 |
2009 | •• | 2.88 |
2010 | • | 1.36 |
2011 | ••• | 4.46 |
2012 | •••• | 6.20 |
2013 | ••• | 4.52 |
2014 | ••••• | 8.58 |
2015 | ••• | 5.44 |
2016 | ••• | 5.38 |
2017 | ••••••••• | 15.28 |
2018 | ••••• | 8.09 |
2019 | ••• | 5.29 |
2020 | •• | 3.71 |
1 is. 1. Ov gözlənilən yer, pusqu, marıq. Ovu bərədə vurmalı. (Ata. sözü). Aslantək bərəyə yataq; Düşmənlərə şeşpər ataq. “Koroğlu”. Kəmənd əldə, səyyad ov bərəsində; Ovçu da ağlayar, maral da ağlar. Aşıq Növrəs İman. Kişlək ovu tam bərəyə, birbaş ovçunun üzərinə gətirir. S.Rəhimov. 2. Çıxacaq yer, yol, aralıq. Tutulub bəndərgah, kəsilib bərə; Tapmırıq çıxmağa yol, aman, aman! “Koroğlu”.
Azərbaycan dilinin izahlı lüğəti / bərə2 is. 1. Böyük çayların üstündə qurulan mütəhərrik körpü, yaxud üzərində şey daşımaq üçün yan-yana rəbt edilmiş şalbanlardan ibarət üzücü körpü; sal. Orada bir bərəyə rast gələcəksiniz. Traktorları bərəyə qoyub, o taya keçirdərsiniz. M.Hüseyn. 2. Bənd (çayda, arxda). Qədim dayı … bərədə hərlənir, ancaq mirab Zülqədərin və cuvarların gözündən bir tük belə yayındıra bilmirdi. S.Rəhimov. 3. Sahildə gəmi dayanan yer; dənizin, çayın sahilə dayaz yeri. 4. Bağ və bostanların arasında qoyulan cığır, ara, sərhəd, açıq yer, mərz. Bostanın bərəsini tikanla tutmaq.
Azərbaycan dilinin izahlı lüğəti / bərə3 1. Ov gözlənən yer, pusqu, marıq. 2. Çıxacaq yer, yol, aralıq. (“Koroğlu” dastanının lüğəti) Hərdən bərədə yataram, Ortada şeşpər ataram, Paşanı diri tutaram, Qaçırmaz meydandan məni. (“Eyvazın Çənlibelə gətirilməyi”) * Laçıntək bərədə yatan, Əmud vuran, şeşpər atan, Yağılar qol-qola çatan Düşkün Koroğlu mənəm, mən. (“Koroğlunun qocalığı”)
Azərbaycan dastanlarının leksikası / bərə4 1. Ov gözlənən yer, pusqu, marıq. 2. Çıxacaq yer, yol, aralıq. Şirtək bərələrdə yatdı, Atasıynan güştü tutdu. Cavan getdi, qana batdı, Söhrab nalan dünya, səndən. (“Fərhad və Şirin”) Bağ və bostanların arasında qoyulan çığır, ara, sərhəd, açıq yer, mərz. Sandıq su ilə gedərək İstambulda Şıx Nəsir adlı bir şəxsin bağının bərəsinin ağzında durdu. Bağbançı suyun kəsildiyini görcək bayıra çıxıb gördü ki, bir sandıq bərənin deşiyini kəsib, amma üstündə də bir nəfər oturmuşdur. (“Mahmud-Niyar xanım”)
Azərbaycan dastanlarının leksikası / bərə1 Farsca “pusqu yeri” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / bərə5 I BƏRƏ (dənizçilikdə və çayda üzən nəqliyyat vasitəsi, yaxud gəmi, körpü) Dalğalar axıb gedir; üstü köpüklü; Elə bil ağ saçlı bir qoca; göy rəngli bərə çəkir (R.Rza); KEÇİD Bu keçid nadir keçiddir. Bərə nəqliyyatı sahəsində dünya təcrübəsində buna oxşar bir keçid yoxdur (Qəzetlərdən); SAL Uğuldayır uzaqda – o tayda torpaq; sal üstündə üzərəm o taya mən də (Ə.Cəmil); PAROM. II bərə bax pusqu
Azərbaycan dilinin sinonimlər lüğəti / bərə1 BƏRƏ I is. Ov gözlənilən yer, pusqu yolu. Ceyranın güzgüsü; Ovçunun bərəsi; Dərənin gözüydün, ay bulaq… (M.Araz). BƏRƏ II is. Çaylar üzərində qurulan mütəhərrik körpü, üzücü körpü, sal. ...Gecə ikən bərələrlə Dnepri üzüb o biri sahilə keçmişdi (S.Qədirzadə). BƏRƏ III is. Qoyunların sağın yeri. Qoyunları sağmaq üçün bərəyə saldılar.
Azərbaycan dilinin omonimlər lüğəti / bərə2 1 сущ. 1. паром. Arabaları çayın o tayına bərə ilə keçirdilər арбы перевезли на тот берег на пароме 2. пристань 3. переправа, брод 2 сущ. 1. засада (на охоте). Bərədə oturmaq засесть в засаде 2. выход, дорога, тропинка, проход. Bərə kəsilib выход закрыт, dar bərə узкий проход (в горах или в лесу) 3 сущ. диал. развилка канавок для орошения посевов
Azərbaycanca-rusca lüğət / bərə1 I. i. (pusqu yeri) ambush; ~də durmaq to lie* in ambush, to lie* in wait II. i. 1. ferry-boat, raft; ~ ilə keçmək to ferry, to raft; ~ ilə keçirmək to ferry (d.), to raft (d.); 2. landing-stage, (landing) pier; amer. dock
Azərbaycanca-ingiliscə lüğət / bərə1 is. 1) embuscade f ; ~də durmaq embusquer (s’), mettre (se) en embuscade ; 2) bac m ; traille f ; ~ ilə keçmək traverser dans un bac
Azərbaycanca-fransızca lüğət / bərə1 сущ. 1. бере, гъуьрч хуьн патал чинеба чка, улам; 2. улам, аралух, рехъ, акъатдай чка.
Azərbaycanca-ləzgicə lüğəti / bərə2 сущ. 1. паром, бере, сал (чӀехи вацӀарин кьилел туькӀуьрнавай сирнавдай муьгъ); 2. банд (вацӀун, хвалан); 3. гьуьлуьн (вацӀун) къерехда гими акъваздай чка; гьуьлуьн (вацӀун) къерехда даяз чка; 4. багъларин, саларин арадай тунвай жигъир, ара, часпар, мезре.
Azərbaycanca-ləzgicə lüğəti / bərəI (Göyçay) sahilə yaxın dayaz yer. – Gəmini bərədən aparıblar II (Lənkəran, Kürdəmir) bağ və ya bostanların arasından gedən cığır III (Bakı, Füzuli, Göyçay, İmişli, Quba, Ucar) kiçik arx. – Adə, bəsdü dayi, bərəni bağla, püştəni su apardı (Bakı); – Bağa gedən arxa bərə deyirik (Göyçay); – Bü:n bərəni qazıb qutardım (Ucar) ◊ Bərə gəzdirmeg (Bakı) – suvarmaq, əkin yerinə su vermək. – Məmə qurban, bir ho:r bərə gezdir IV (Qarakilsə, Qazax, Şəki, Tovuz) 1. su arxının keçməsi üçün çəpərin altında düzəldilmiş yer, deşik. – Su no:rraşifdi, bərədən keşmiyi (Şəki) 2. arxda ləkə su buraxılan yer 3. çəpərin keçid yeri (Şəki) 4. qoyunları sağmaq üçün düzəldilən yer, keçid (Qarakilsə, Qazax, Tovuz). – Qoyun bərədən gəler (Qazax); – Qoyunu bərəyə verin, sağırıx (Qarakilsə) V (İsmayıllı) dərin olmayan yara. – Ağlama, uşağ döysən, balaca bərədi Bərə vurmağ (Şamaxı) – mane olmaq. – Sən işə bərə vurma
Azərbaycan dilinin dialektoloji lüğəti.