Baya sözü azərbaycan dilində

Baya

Yazılış

  • Baya • 81.8182%
  • baya • 18.1818%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Raymond Ramazani Baya
Raymond Ramazani Baya (16 iyun 1943 – 1 yanvar 2019) — Konqo Demokratik Respublikası siyasətçisi. O, bir müddət ölkəsinin xarici işlər naziri olmuşdur. Baya 23 iyul 2004-cü ildə vitse-prezident Jan-Pyer Bemba tərəfindən bu vəzifəyə təyin edilmiş və hökumət nəzdində fəaliyyət göstərməyə başlamışdır. == Bioqrafiyası == Ramazani prezident Mobutu Sese Sekonun hakimiyyəti dövründə bir çox vəzifədə çalışmışdır. O, bir müddət İnformasiya Naziri və ölkəsinin Fransada səfiri kimi fəaliyyət göstərmişdir.Bir il sonra Mobutu devrildikdən sonra Ramazani Loran Kabilanın yeni hökumətində işləməkdən imtina etmişdir. O, mərkəzi Qbadolitdə yerləşən və Jan-Pyer Bembanın başçılıq etdiyi üsyançı qrup olan Konqo Azadlıq Hərəkatına qoşulmuşdur. 2003-cü ildə qrup digər üsyançı qruplarla birləşdi və Cozef Kabila hakimiyyətə gəldi. Bemba vitse-prezident oldu və o, digərləri arasından xarici işlər naziri seçmək hüququnu əldə etdi. Antuan Qonda xarici işlər naziri oldu. Bu müddətdə Ramazani Bembanın diplomatik əlaqələr üçün ən mühüm məsləhətçisi kimi çalışmışdır.
Abbas Bayat
Abbas Bayat (14 iyul 1947, Tehran) — İran işadamı. O, Belçikanın Şarlğua(Charleroi) futbol klubunun sədridir.
Abbasqulu xan Bayat
Abbasqulu xan Həsən xan oğlu Bayat (1735, Nişapur – 1779) — Bayat elindən olan sərkərdə, Nişapur valisi. == Həyatı == Nadir şah Əfşardan sonra onun qazandığı torpaqlarda ağır vəziyyət yarandı. Bu zaman İran dovlətinin taxt-tacına yiyələnən Adil şah dövran sürürdü. Onun sarayının görkəmli səxsiyyətlərindən biri, Xorasanın Bayat tayfalarından olan Abbasqulu xan Bayatdır. Abbasqulu xan Bayat Cəfər xan Bayatdan sonra Nişapur hakimi təyin edilmişdi. 1751-ci ildə Dürranilər sülaləsinin hökmdarı Əhməd xan Abdali ikinci dəfə Xorasana gəldi. Nişapuru mühasirə etdi. Şahrux şah Qırxlı-Avşar tərəfindən Nişapurda hakim olan Abbasqulu xan Bayat 2.000 nəfərlə müdafiəyə başladı. Dalbadal bir neçə döyüşdən sonra əfqanlar 12 min tələfat verdikdən sonra yenə Herata qayıtdılar.1752-ci ildə Əhməd xan yenidən Nişapura hücum etdi. Mühasirədə olan şəhərin vəziyyəti ağırlaşdığından Abbasqulu xan Bayat məsləhət gördü ki, Şahqulu xanın vasitəsilə Əhməd xana tabe olsun, bu şərtlə ki, əfqanlar keçən ilki müharibənin intiqamını almayıb, xalqın malına və canına toxunmasınlar.Abbasqulu xan Bayat Nişapurun məşhur Came məscidini təmir etdirmişdi.
Abbasqulu xan Şəhamülmülk Bayat
Abbasqulu xan Əliqulu xan oğlu Bayat (1874-?)—Bayat elindən olan siyasətçi, ictimai xadim. == Həyatı == Abbasqulu xan Əliqulu xan oğlu 1874-cü ildə Sultanabad şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şəhamülmülk ləqəbini daşıyırdı. Abbasqulu xan Şəhamülmülk İran Milli Məclisinin üzv idi. == Ailəsi == Abbasqulu xanın Məhəmməd Musaddıqın bacısı ilə ailə qurmuşdu. Mürtəzaqulu xan, Mustafaqulu xan, İzzətulla xan adlı oğlanları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Bayat eli və tanınmış simaları, "Soy" dərgisi, Bakı, 2011, səh.32-45.
Bayaskaya
Bayaskaya — Tiflis quberniyasının Axalsix qəzasında dağ adı. == Toponimkası == Türk dillərində bayaz "ağ" və kaya (qaya) sözlərindəndir. Aqqaya mənasındadır.
Bayat
Bayat (Şuşa) — Bayat (Urmiya) — Bayat nahiyəsi — Bayat qalası — Qarabağ xanlığına inzibati mərkəz kimi tikilmiş qala. Bayat tayfası — türkdilli tayfalardan birinin adı.
Bayat-i Süfla (Miyanə)
Bayat-i Süfla (fars. بيات سفلي‎) və ya Aşağı Bayat — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 391 nəfər yaşayır (89 ailə).
Bayat (Həştrud)
Bayat (fars. بيات‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 185 nəfər yaşayır (35 ailə).
Bayat (Urmiya)
Bayat (fars. اغبلاغ‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 35 nəfər. yaşayır (8 ailə).
Bayat (Şuşa)
Bayat — Şuşa qəzasında kənd adı. Səlcuq oğuzlarının Bayat tayfasının adındandır. Əvvəlcə Kiçik Aşura kimi sərbəst yaşamış, XV əsrdə Qızılbaşlara qoşulmuşdur. Şimali Azərbaycana Qızılbaş adı ilə gəlmişdir. XIX əsrdə Garcull və Cavanşir qəzalarında Bayat adlı ellər yaşayırdı. == İstinadlar == == Ədəbiyyat == Qızılbaşlar tarixi. Bakı, 1995. Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri. Bakı, 1966. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları.
Bayat nahiyəsi
Bayat nahiyəsi — Qarabağ bəylərbəyliyinin bölgələrindən biri. == Tarixi == Qarabağ bəylərbəyliyi ərazicə Səfəvilər dövlətinin böyük əyalətlərindən biri idi. Hətta XVIII əsrin I rübündə osmanlılar tərəfindən tutulduqda belə əyalətin ərazisi dəyişməz qalmışdı. Tədqiqatçı Hüsaməddin Məmmədov-Qaramanlı bu barədə yazır: "İstər XVI əsrin sonunda, istərsə də XVIII əsrin əvvəllərində Gəncə-Qarabağ əyalətinin ərazisi, əsasən, dəyişməz olmuşdur. Əyalətin sərhədləri şimalda Kür çayı boyunca davam etmiş, Kürün Araz çayı ilə birləşdiyi yerdən Araz çayı boyunca qərbə doğru, Bərgüşad livasına (sancaq, qəza-nəzərdə tutulur) və buradan da şimal istiqamətində Göyçə gölünün şərq hissəsindən keçərək yenə də şimala doğru, Tiflis əyalətinə daxil olmuş, Borçalının cənub hissəsi və Taşır nahiyəsi ilə həmsərhəd olan Lori qəzası na qədər uzanırdı".Bayat nahiyəsi Bərdə qəzasına bağlı idi. Bu qəza Bərdə şəhəri, Bərdə, İncərud, Sir, Bayad, Xaçın, Çelaberd, Keştək, Vərəndə, Dizaq, Köçəz, Zarıs, Keştasf nahiyələrindən ibarət idi. Bayat nahiyəsinin mərkəzi Bayat kəndi idi. Sərhədləri haqqında qaynaqlarda yazılır: "Kircəli tərəfdən, Kür çayının kənarından dönüb, Qarabağ adlanan Kəndəbil keçidinə və burdan Alaqarğı adlanan yerə qədər olan ərazi Bayat nahiyəsinin ərazisinin hüdudlarıdır. Cavanşir, Otuziki və Arasbarlıdan, Şirvana tabe olan Ağdaş, Ərəş və başqa yerlərdən olan əhali Kür çayını keçərək, buraya gəlib, tut bağlarında tut becərir, üşrlərini də torpaq sahibinə verir." Səfəvilər dövlətinin son dönəmlərində nahiyənin hakimi Sədrəddin sultan idi. Bayat nahiyəsi xanlıq dönəmində Kəbirli mahalı adlandı.
Bayat qalası
Bayat qalası — Qarabağ xanlığına inzibati mərkəz kimi tikilmiş qala. Qarabağın Kəbirli mahalında 1748-ci ildə inşa edilmiş qalanın memarı bəlli deyil. Pənahəli xan onun yerinin düzgün olmadıgını fikirləşərək xanlığın mərkəzini Şahbulaq qalasına dəyişir. Pənahəli xan Bayat qalasını qaynı Hacı Səhliyalı bəy Hacı Əli bəy oğlu Kəbirlinin məsləhəti ilə tikmişdir. Tarixçi Mirzə Camal bəy yazır: "Məşvərətdən sonra, indi Kəbirli mahalının içində olan Bayat qalasının binası qoyuldu. Qısa bir zamanda möhkəm hasar çəkilib ətrafında xəndək qazıldı. Bazar, hamam və məscid tikildi. Xan, bütün ailəsinin, qohumlarının və el böyüklərinin əhl-əyalını oraya topladı. Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini, yaxşı, məhəbbətamiz rəftarını eşidən Təbriz, Ərdəbil vilayətinin bir çox əhalisi və sənətkarları belə öz ailələri ilə gəlib Bayat qalasında yerləşdilər. Bayat qalası müsəlman tarixi ilə 1161, xristian tarixi ilə 1745-ci ildə tikilmişdir.Mirzə Camal Cavanşir yazır: "Xan bütün ailəsini, qohumlarının və el böyüklərinin əhli-əyalını oraya topladı.
Bayat tayfası
Bayat (Boyat, Bəyat) tayfası — türk tayfalardan birinin adı olub IX–X əsrlərdə Qayı boyu ilə yanaşı Şimali Qazaxıstan çöllərində oğuzlara başçılıq etmiş tayfalardandır. Oğuz Xaqan Dastanına görə Oğuz türklərinin 24 boyundan biri və Qaşqarlı Mahmuda görə Divân-ı Lügati't-Türk'təki yirmi iki Oğuz boyundan doqquzuncudur.Azərbaycan xalqının formalaşmasında əsas amilə malik olan tayfalardan biri də Bayat tayfası olmuşdur. Həmin tayfanın söylədikləri nəğmələr isə Bayat tayfasının nəğmələri, yəni bayatı adı altında termin kimi formalaşmışdır. Deməli, Azərbaycan şifahi xalq ədəbiyyatının ən geniş yayılan, ən kütləvi bir növü də bayatların adını yaşadan bayatılardır. Şah İsmayıl Səfəvi yeni hökumətə dayaq olmaq və onu əldə saxlamaq üçün İranda yaşayan Boyat türklərindən bir dəstəsini siyahı uzrə köçürüb Dərbənddə və Şabranda yerləşdirmişdir. Həmin tayfanın üzvləri tərəfindən salınmış yaşayış məntəqələri onların adı ilə Boyat adlandırılmışdır. Bayat coğrafi adına Ağcabədi, Salyan, Neftçala, Ucar, Şamaxı, Şabran, eləcə də Şimali Azərbaycanda – Qədim Albaniyada – Arran–Şirvan ərazisində və digər yerlərdə təsadüf edilir. Türk Muntəhəb-i tavarixi-səlcuqiyyə nin məlumatına görə, Sultan Səncərin oğuz-səlcuq qoşununda bayatlar daim sağ cinahda qayyılarla birgə dururdular, sol cinahda — bayandurlar və peçeneqlər.
Bayatdoğanşalı
Bayatdoğanşalı (keçmişdə: Toxanşahlı Bayat və ya sadəcə Bayat) — İğdır ilinin Qaraqoyunlu ilçəsində kənd. == Coğrafiyası == == Əhalisi == === Milli tərkibi === 1886-cı ilə olan məlumata əsasən Rusiya İmperiyasının Qars vilayətinin Daşburun şöbəsinin Daşburun kənd cəmiyyətinin Toxanşahlı Bayat kəndində 413 nəfər əhali yaşayırdı, onların hamısını etnik tatarlar (azərbaycanlılar) təşkil edirdi.
Bayatlar (monqollar)
Bayatlar (monq. Баяд) — Monqolların bir qolu. == Tarixi == "Camiüt-Təvarix" adlı ünlü əsərin müəllifi Fəzlullah Rəşidəddin, adı çəkilən əsərində zikr etdiyi bir çox tayfanın adları X əsrdən öncəki Monqolustana aid tarixi sənədlərdə görüldüyü ifadə edilməkdədir. Əhməd Zəki Vəlidi Toğan isə bu mövzuda belə deyir: “Şimaldan və şimali-şərqdən qalxıb gəlmiş və cənuba yerləşmiş olan “Uyrat-Uyğurlar”, “Kayat-Kayılar”, “Kanıklıyut-Bayaut-Bayatlar” adlarını daşıyan qəbilələr əslən Türk olub Çingiz xanın ortaya çıxışına qədər Monqollaşmış ancaq buna rəğmən Türk ənənələrini də tamamilə unutmamış olduqları məlum olur... Şərqi Oğuzlardan olan Bayatlar, Monqollar arasında Moğol, Oğuz və Kiməklər arasında Türk qəbiləsi sayılmışdılar. Türk və Monqol qaynaşmasının bu dövrdə sürətləndiyi, aralarındakı əlaqələrin artdığı asanlıqla görünür. Bayatların Çingiz xan ilə əlaqələri haqqında mənbələr müxtəlif məlumatlar verməktədir. Bunlardan bəziləri Çingiz xanın Bayatları qul olmağa məcbur etdiyini iddia edərkən, digərləri da əksini irəli sürərək Bayatların qul deyil; Çingiz xan tərəfindən xətiri sayılı bir müamələ gördüklərini ifadə etməkdədir. Şərqşünas Y. Vlamidirtsov “Monqolların ictimai təşkilatı” adlı əsərində bu bilgiyə yer verməkdədir: “Çingiz xan orduda bəzi kimsələrə mükafat dağıtmaq istəməkdədir. Bu mövzuda, yaxın adamı Bayatlı Vangurdan fikrini sorar.
Bayatulla Məshud
Bayatulla Məshud (təq. 1973, Bannu dairəsi[d], Xayber-Paxtunxva – 5 avqust 2009, Vəziristan, Xayber-Paxtunxva) — Pakistan Təhriki Təlibanın şeyxi."Qurd" adı ilə bütün Pakistan və Əfqanıstanda məşhurlaşıb. == Həyatı == Beytullah Mehsud, 1970-ci illərin əvvəllərində, Pakistanın Xayber Paxtunxva əyalətinin Bannu bölgəsindəki Landi Dhok kəndində, Cənubi Vəziristan Agentliyindəki Mehsud tayfasının bazasından bir qədər məsafədə yerləşmişdir. Etnik bir pushtun, o, Mehsud qəbiləsinin Şabi Khel sublanının Broomi Khel tərəfdən salamladı və beş qardaşdan biri idi.Medianın diqqətindən yayındı və dini inancına uyğun şəkil çəkdirməkdən imtina etdi. Məktəbdə və ya dini mədrəsədə iştirak etməmişdir. 2004-cü ildə Nek Məhəmmədin ölümündən dərhal sonra böyük bir qəbilə başçısı olaraq ortaya çıxdı.Molla Dadullah da daxil olmaqla, beş Taliban komandirinin qatıldığı mərasimdə Beytullah Molla Ömərin Mehsud bölgəsinin valisi təyin edildi. Nek Məhəmmədin ölümündən sonra Abdullah Mehsud və Beytullah Mehsud hər ikisi Pakistan Talibanının hakimiyyəti uğrunda mübarizə apardılar. Pakistanın təhlükəsizlik qüvvələri tərəfindən edilən basqında Abdullah öldü və daha sonra varisi bomba partlayışında öldü, Qari Zain və Abdullah fraksiyasının digər üzvləri hücumlarda Beytullahın rol oynadığından şübhələndilər. Rəqabət Zeynuddin Abdullahın dəstəsinə rəhbərlik etdikdən sonra davam edirdi. Guantanamodan azad edilən ilk əsirlər arasında olan Taliban lideri Abdullah Mehsud, Beytullahın qardaşı olaraq təsvir edilmişdir.Digər mənbələr onların klançı və ya sadəcə ortaq olduqlarını iddia etdilər.İslam Online bildirir ki, Beytullah Abdullahın ikiqat agent olduğundan şübhələnirdi.
Bayatı
Bayatı — Azərbaycan lirik xalq şeir janrı. Qafiyə sistemi aaba prinsipi ilə qurulan dörd misralı və hər misrası yeddi hecadan ibarət olan şeir şəkli. İlkin-arxaik şeir biçimlərindən biri olduğu üçün bu şeir qəlibi təkcə Azərbaycan xalq ədəbiyyatında deyil, bütövlükdə türk folklor etnocoğrafiyasında geniş yayılmış formalardandır. == Məzmun == Bayatının mənşəçə bayatların adı ilə bağlı olduğu ehtimal edilir. 7 hecalı 4 misradan ibarətdir. 3-cü misrası sərbəst, qalanları həmqafiyə olur. Əsas fikir son iki misrada ifadə edilir. Bayatılar mövzuca rəngarəngdir. Bayatılarda xalqın kədəri, ictimai quruluşa, zülmə qarşı etirazı, yadelli işğalçılara nifrəti, azadlıq və xoşbəxtlik arzuları ifadə edilmiş, məhəbbətə, ayrılığa, dostluğa aid təsirli bayatılar söylənmişdir. Xalq ədəbiyyatının başqa janrları kimi, bayatılar da nəsildən-nəslə keçərək, müxtəlif variantlara düşmüşdür.
Bayatı-Qacar
Bayatı-Qacar – lad əsası baxımından Rastla eynidir. Bayatı–Qacar müstəqil dəstgah olmaqla yanaşı, eyni zamanda bir şöbə kimi vaxtilə "Dügah"da işlənmişdir. Yeri gəlmişkən, onu da əlavə edək ki, Bayatı–Qacar bir şöbə kimi Şur dəstgahının tərkibində də işlənir. Bayatı–Qacar öz xarakteri etibarilə dinləyicidə qəm-qüssə, kədər hissləri oyadır.Bayatı–Qacar 8 şöbə və guşədən ibarətdir: Bayatı–Qacar, Çoban bayatı, Bayatı–Türk, Qatar, Bayatı, Gəbri, Hicaz, Şikəsteyi–Fars [mənbə göstərin].
Bayatı-Şiraz
Bayatı-Şiraz – Azərbaycan musiqisində 1) yeddi ladlardan (məqamlardan) biri, 2) yeddi əsas muğam dəstgahlarından biri. == Etimologiya == Bayatı türk ədəbiyyatında lirik şeir, mahnı janrıdır. Bayat həm də qədim türk tayfalarının birinin adı olub. Dahi şair Məhəmməd Füzuli də bu tayfadan olub. == Tarixçəsi == Bəhram Mansurov “Bayatı-Şiraz” muğamının müstəqil muğam kimi yalnız XIX əsrin axırlarından mövcud olduğunu və əvvəllər isə “Bayatı - İsfahan” dəstgahı kimi tanındığını söyləyir. "Bayatı-İsfahan" klassik Şərq musiqisində ”İsfahan” adlanaraq 12 əsas muğamdan biri olub . Hazırda Bayatı-İsfahan şöbəsi Bayatı–Şiraz dəstgahının əsas şöbələrindən biri. == Bayatı-Şiraz muğam dəstgahı kimi == Məcmusu: “Bərdaşt”, “Mayeyi-Bayatı-Şiraz”, “Nişibi–fəraz”, “Bayatı–İsfahan”, “Zil Bayatı-Şiraz”, “Xavəran”, “Üzzal”, “Dilrüba” və “Bayatı-Şiraza ayaq (kadensiya)” kimi şöbə və guşələrdən ibarətdir.Bu muğam dəstgah “sol” bayatı-şiraz məqam kökündə (tonallığında) ifa olunur. “Bayatı-Şiraz” muğamı öz gözəl, axıcı melodikasına və dərin təsir qüvvəsinə görə musiqiçilər tərəfindən çox zaman “ərusi – musiqi” (“musiqinin gəlini”) adlandırılır. Ü. Hacıbəyov “Bayatı-Şiraz”ı emosional baxımdan qəmli əhvali-ruhiyyə daşıyan muğam kimi xarakterizə etmişdir.
Bayatı (albom)
Bayatı (rus. Баяты) — Azərbaycan bəstəkarı Eldar Mansurovun 7 mahnıdan ibarət albomu. Albom SSRİ-nin "Melodiya" ümumittifaq musiqi şirkəti tərəfindən yayımlanmışdır. == Hazırlanması == Alboma yalnız Eldar Mansurovun Vahid Əzizin sözlərinə yazdığı mahnılar daxildir. Mahnıları Rafiq Babayevin bədii rəhbərlik etdiyi Azərbaycan SSR Dövlət Teleradio Şirkətinin Estrada-Simfonik Orkestrinin solist ansamblının üzvləri Brilliant Dadaşova, Cəfər Behbudov, Aygün Kazımova və Firəngiz Rəhimbəyova ifa etmişdir.
Bayatı Şiraz (dəqiqləşdirmə)
Bayatı-Şiraz – Azərbaycan musiqisində 1) yeddi ladlardan (məqamlardan) biri, 2) yeddi əsas muğam dəstgahlarından biri. Bayatı Şiraz təsnifi (mahnı) – Azərbaycan respublikasının xalq artisti Brilyant Dadaşova və Norveçin Skruk xorunun birgə 1997-ci ildə ifa etdiyi mahnı. Gülüstan-Bayatı-Şiraz – Fikrət Əmirov tərəfindən 1971-ci ildə bəstələnmiş simfonik muğamdır.
Bayatılar (mahnı)
Bayatılar — musiqisi Eldar Mansurov tərəfindən 1988-ci ildə yazılmış, sözləri Vahid Əzizin olan mahnıdır. Vahid Əzizin bu şeiri 1985-ci ildə "Əllərimin kölgəsi" kitabında çap olunub. Şair Vahid Əziz bəstəkar Eldar Mansurovun xahişi ilə şeirə mahnı üçün yeni bənd əlavə edib. Mahnı ilk dəfə 1989-cu ildə Brilliant Dadaşova tərəfindən ifa edilərək lentə alınmışdır. == Digər versiyaları == Mahnı Brilliant Dadaşovadan sonra dünyanın bir çox dillərində və ən müxtəlif ölkələrdən olan ifaçılar tərəfindən müxtəlif adlarla ifa edilmişdir. Həmin ifaçılar (Aşqabad qrupu istisna olmaqla) mahnının musiqisini saxlasalar da adını və sözlərini dəyişərək ifa etmişlər. Azərbaycanda isə bu mahnını müxtəlif illərdə müğənnilərdən İlqar Muradov (1989) və Faiq Ağayev (1996), skripkada isə Natiq Nuriyev (1989) və Kazbek Əliyev (1995) ifa ediblər.
Bayatı–Türk
Bayatı–Türk — Şur dəstgahı tərkibində olmaqla özlüyündə dügah, fili, şikəstə, camədəran, Mehdiyi zərrabi, ruh-ül-ərvah kimi şöbələri birləşdirən muğam. Şərq musiqisində Rast dəstgahında niiriz və mübərriğə arasında səslənən şöbə.
Bayaz
Bayaz — XX əsrə qədər Azərbaycan ziyalıları mühitində ailələrdə saxlanılan əlyazmalar. Bayazda seçmə şeir parçaları, dualar, ailənin xeyir-şərinə (ölüm, təzə uşağın doğulması, evlənmə, səfərəçıxma və s.) dair qeydlər, tarixlər yazılırdı. Ədəbiyyat həvəskarları buraya xoşladıqları şeir parçalarını, hikmətamiz sözləri də yazıb saxlayardılar. Başqa sözlə, bayaz qismən müasir xatirə albomlarını, qismən cüngləri, qismən də indiki vətəndaşlıq sənədlərini əvəz edirdi.
Bayazidlu
Bayazidlu Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. == Toponimkası == Bayazidlu- Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. Qazax qəzasında (Şəmşəddil mahalında) Bayazidlu kənd adı ilə eynidir. Türkiyənin Bayazid əyalətindən gəlmiş ailələrdən özləri ilə gətirdikləri addır.
Bayazit Bikbay
Bayazit Bikbay (başq: Баязит Бикбай; 9 yanvar 1909, Novokalta[d] – 2 sentyabr 1968, Ufa, Başqırd MSSR, RSFSR, SSRİ) — Başqırd şairi, yazıçısı, dramaturqu, librettoçusu, Başqırdıstan Respublikasının Salavat Yulayev adına mükafatı laureatı == Həyatı == Bayazit Bikbay 9 yanvar 1909-cu ildə Orenburq vilayətinin Orenburq uyezdində yerləşən Kalta aulunda (Başqırdıstanın indiki Kuyurqazi rayonunun Yanı Kalta aulu) anadan olmuşdur. 1929-cu ildə Orenburq Pedaqoji Texnikumunu bitirmişdir. Təhsilini bitirdikdən sonra “Sesen” dərgisinin redaksiyasında, Tuymazinski rayonda çıxan “Lenin yolu” qəzetinin məsul katibi, “Başqırdıstan” qəzetinin şöbə müdiri, Ufa kitab nəşriyyatında bölüm başqanı, “Oktyabr” jurnalının məsul katibi vəzifələrində çalışmışdır. Başqırdıstan Dram Teatrının ədəbi hissə rəhbəri, Başqırdıstan Yazıçılar Birliyinin katibi vəzifələrini tutmuşdur. İkinci Dünya savaşı illərində səhhətinə görə cəbhədə ola bilməmişdir. Lakin onun “Yer üzünə həmd edirəm”, “Odlu misralar” şeir topluları hərbi mövzuda yazılmışdır. Başqırd ədəbiyyatının və incəsənətinin inkişafındakı xidmətlərinə görə Bayazit Bikbay Qırmızı Əmək Bayrağı və “Şərəf nişanı” ordenləri ilə təltif edilmişdir. 1970-ci ildə ölümündən sonra Salavat Yulayev adına mükafata layiq görülmüşdür. Bayazit Bikbay 2 sentyabr 1968-ci ildə vəfat etmişdir. O, Ufa şəhərindəki müsəlman qəbiristanlığında dəfn edilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2009 ••••••••••••••••••• 0.16
2011 •••••••••• 0.09
2014 •••••••••••••••••••• 0.17
2016 •••••••••••••••••••• 0.17

"baya" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#baya nədir? #baya sözünün mənası #baya nə deməkdir? #baya sözünün izahı #baya sözünün yazılışı #baya necə yazılır? #baya sözünün düzgün yazılışı #baya leksik mənası #baya sözünün sinonimi #baya sözünün yaxın mənalı sözlər #baya sözünün əks mənası #baya sözünün etimologiyası #baya sözünün orfoqrafiyası #baya rusca #baya inglisça #baya fransızca #baya sözünün istifadəsi #sözlük