faq sözü azərbaycan dilində

faq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • faq • 54.0541%
  • FAQ • 24.3243%
  • Faq • 16.2162%
  • fAq • 5.4054%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
FAQ
TVS tez-tez verilən sualların siyahısı (FAQ) və müəyyən bir mövzuya dair cavablar (suallar və cavablar [Q & A] və ya tez-tez verilən suallar) kimi tanınır. Format tez-tez ümumi sualları təkrar edir, məsələn, ümumi məlumat boşluqlarına aid yeni istifadəçilər tərəfindən göndərilən mesajlar və sorğular vasitəsilə yazılır, veb saytlar, elektron poçt siyahıları və onlayn forumlarda istifadə olunur.TVS məqsədi, tez-tez verilən suallar və ya problemlər barədə məlumat verməkdir. Baxmayaraq ki, bəzən, təqdim olunan sual tez-tez verilən suallardan olmur, lakin format məlumatların təşkili üçün faydalı bir vasitədir və buna görə suallardan ibarət olan mətn tez-tez soruşulan suallar adlandırılır. == Yaranması == Adın yeni olmasına baxmayaraq, TVS formatı özü olduqca köhnədir. Misal üçün, Metyu Hopkins (ing. Matthew Hopkins) 1647-ci ildə "Cadugərlərin kəşfi" adlı əsərini sual-cavab siyahısı olaraq yazmışdı və bunu "Müəyyən Sualların cavablandırılması" kimi təqdim etmişdi. XIII əsrin ikinci yarısında Akvinalı Foma tərəfindən yazılmış "Summa Theologica" xristianlıq haqqında bir sıra sualların cavablarını əks etdirir. Platonun dialoqları hətta daha qədimdir. == İnternetdə == "TVS" 1980-ci illərin əvvəllərində NASA-nın erkən poçt siyahıları texniki məhdudiyyətlərindən irəli gələn İnternet mətninin ənənəsidir. ARPANET-in SPACE poçt siyahısında, arxivlənmiş keçmiş mesajların yeni istifadəçilər tərəfindən FTP (Faylların ötürülmə protokolları) vasitəsilə yükləyəcəyi ehtimal olundu.
Faqnan qalası
Faqnan qalası - Orta əsrlərdə Naxçıvan vilayəti ərazisində XII-XIII əsrlərdə mövcud olmuş əsas qalalardan biridir. Qala haqqında yalnız Həmdullah Qəzvininin "Nüzhət əl-qülub" əsərində məlumata rast gəlinir.Naxçıvanın tarixi coğrafiyasını araşdıran tarix üzrə fəlsfə doktoru Elnur Kəlbizadə H.Qəzvininin adını çəkdiyi dörd qaladan üçünün (Əlincə, Sürməli, Tağmar) lokalizasiyasını aparsa da dördüncü qala olan Faqnan haqqında apardığı araşdırmalar bir nəticə verməmiş, bu səbəbdən də bu qalanın harada yerləşdiyi, hansı məqsədlərlə istifadə olunduğu barədə konkret fikir irəli sürməmişdir. Tədqiqatçı yalnız Culfa rayonunun Gülüstan kəndi yaxınlığında qalıqları qalmış bir gözətçi-istehkam qalasının Faqnan qalası ola biləcəyi ehtimalını bəzi yerli sakinlərə istinadən irəli sürsə də bununla bağlı tarixi faktın olmadığını göstərmişdir.Qala monqolların hücumları nəticəsində dağıdılmışdır. == Mənbə == Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin birinci yarısı), Naxçıvan:Əcəmi, 2016, 200 s.
Faqot
FAQÓT (it. fagotto, alm. Fagott‎, fr. basson, ing. bassoon) - konusvari kanalı və ikiqat qamış dilçəyi olan, nəfəsli musiqi aləti. Faqot ağcaqayından düzəldilir. Faqotun konusvari gövdəsi ikiqat əyilmiş uzun boru formasındadır. Faqot isə XVI əsrdə İtaliyada quraşdırılmışdır, orkestrdə XVII əsrin sonlarından tətbiq edilir, XVIII əsrdən orkestrlərdə daimi istifadə olunur. == Xarici keçidlər == Faqotun iştirakı ilə əsərlər. Faqota həsr olunmuş sayt.
Suhrab Faqir
Suhrab Faqir (Sind dilində: سُهراب فقير صوفي‎) ( d.1934 – ö. 23 oktyabr, 2009) — Pakistanın Sind əyalətindən olan sufi musiqiçi. == Haqqında == Suhrab Faqirin tam adı Sohrab Fakir Manganhar idi. Suhrab Faqir 1936-cı ildə Xayrpur dairəsinin Kot Diji şəhərinin Talpur Vada kəndində dünyaya göz açmışdırb. Suhrab Faqirin atası Hammal Faqir tabla və sarangi üzrə böyük istedada sahib musiqiçi idi. Suhrab Faqir Sinddə sufi musiqisinin kralı hesab edilirdi və Pakistanın ən böyük mistik musiqiçilərindən biri idi. Suhrab Faqir musiqiçi ailəsində dünyaya gəlib. Bu da onun yetişməsində müstəsna rol oynayıb. Suhrab Faqirin ailəsi Birtaniya Hindistanında Racastanın Caisalmer ştatından köçüb gəlmişdi. 23 oktyabr 2009-cu il tarixində Suhrab Faqir doğulduğu Xayrpur dairəsinin Kot Diji şəhərinin Talpur Vada kəndində də vəfat edib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.14 dəfə / 1 mln.
2011 •••••••••••••••••••• 0.69
2012 ••• 0.09
2015 ••••• 0.17
2016 ••••••••••• 0.35
2017 ••••• 0.16
2018 ••••••••• 0.30
2019 ••••• 0.14

"faq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#faq nədir? #faq sözünün mənası #faq nə deməkdir? #faq sözünün izahı #faq sözünün yazılışı #faq necə yazılır? #faq sözünün düzgün yazılışı #faq leksik mənası #faq sözünün sinonimi #faq sözünün yaxın mənalı sözlər #faq sözünün əks mənası #faq sözünün etimologiyası #faq sözünün orfoqrafiyası #faq rusca #faq inglisça #faq fransızca #faq sözünün istifadəsi #sözlük