* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 top. nifr. Keçmişdə aşağı təbəqələrə mənsub adamlara verilən təhqirli ad. [Xırdaxanım:] …Başın qarışıb gədə-güdəyə, uşaq-muşağa, gecələr qumar, gündüz qumar. N.Vəzirov. [Sara xanım:] Murad bəyin o qədər mülkünü, bağını əlimizdən alıb öz gədəgüdələrinizə vermisiniz. Qantəmir. // top. Nökərlər. [Məhərrəm bəy:] Ay Hacı, işlər olub çox, özüm də tək, əgər gədə-güdə ümidinə qoyursan, hərəsi bir tərəfə çəkib evini dağıdır. S.S.Axundov. // məc. zar. Adi adamlar, cəmiyyətdə aşağı mövqe tutan adamlar. Olmaya damağına xanımlıq şirnisi dəyəndən sonra nazlanmısan, daha gədə-güdəyə məhəl qoymaq istəməyirsən? B.Talıblı.
Azərbaycan dilinin izahlı lüğəti / gədə-güdə1 сущ. собир. 1. люди незнатного происхождения 2. перен. низкие, недостойные люди, шкурники
Azərbaycanca-rusca lüğət / gədə-güdə1 гада-гуьдуь (виликра агъа къатарикай тир ксариз санал лугьудай тӀвар); нуькверар (санал).
Azərbaycanca-ləzgicə lüğəti / gədə-güdə