* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] köhn. 1. Qayırma, yaratma, qurma, vücuda gətirmə, tikmə. Gəmi inşası. Mədən inşası. – Xəndəkdə qazıntı işləri qurtarandan sonra, dörd iri borunun inşasına başlanacaqdı. Ə.Sadıq. □ İnşa etmək – qurmaq, yaratmaq, quraşdırmaq, qayırmaq. Fərdi evlər birtipli layihələr üzrə inşa edilir. (Qəzetlərdən). Sadıq ilə Rəhilə bir kömürçü çocuqları idilər. Ormanda … inşa edilmiş bir külbədə sakin olurlardı. C.Cabbarlı. [Qulam müəllim:] …Qoy bu qızlardan birisi xəstələrimizə şəfa versin, … o birisi də bizim bu dağlı məhəlləsində yeni-yeni binalar inşa etsin. S.Rəhimov. 2. Qələmə alma, bir mətləbi ədəbi şəkildə ifadə etmə, yazma. [Bahadır:] İnşa yazanlarımıza baxırsan, “əlfazlar” o qədər gözlərini kor edib ki, əsli məqsudu yaddan unudublar. N.Nərimanov. □ İnşa etmək – qələmə almaq, bir mətləbi ədəbi şəkildə ifadə etmək, əsər yazmaq. Vamberi ismində bir [alman] ki müsəlman vilayətlərində səyahət edib, indi “İslam” adlı bir kitab inşa edib. “Əkinçi”. [Vaqif] Ağa Məhəmməd şahın Şuşa qələsində qətlə yetişməyi barəsində bu şeirləri inşa edib, Molla Vəliyə göndərmişdi. F.Köçərli. Şair cənabları da Münəvvər xanımın gözəlliyinə dair bir yaxşı qəzəl inşa etdi. M.S.Ordubadi. // Şagirdlərin təfəkkürünü və yaradıcılıq təsəvvürlərini, yazmaq qabiliyyətlərini inkişaf etdirmək məqsədi ilə aparılan sərbəst yazı işi. [Zəki əfəndi:] Biz sənə burada bir tema verərik və burada bizim gözümüzün qabağında haman temaya bir inşa yazarsan. C.Məmmədquluzadə. Diktə və inşa kimi yazı qisimlərini köhnə məktəb bilməzdi. F.Ağazadə. [C.Cabbarlı] nəinki imlanı, hətta inşanı da səhvsiz yazırdı, müəllimlər də onu tərifləyirdilər. M.Arif. 3. Keçmişdə: məktublaşma üsullarını öyrətmək üçün müxtəlif məktub, təbriknamə, təziyənamə, ərizə, müqavilənamə və s. nümunələri olan kitab, məcmuə.
Azərbaycan dilinin izahlı lüğəti / inşa2 İNŞA’ ə. 1) meydana çıxarma, düzəltmə, qayırma; 2) qələmə alma; yazma // yazı; 3) məktub, sənəd və s. nümunələrindən tərtib olunmuş kitab; 4) tikinti.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / inşa2 сущ. 1. строительство, стройка, постройка. Metronun inşası строительство метро, dəmir yolunun inşası строительство железной дороги 2. пед. сочинение (письменная работа на заданную тему). İnşa yazmaq писать сочинение
Azərbaycanca-rusca lüğət / inşa1 i. 1. (yazı) composition; essay; ~ yazmaq to write* a composition; 2. building; construction; yol ~sı road building; ~ etmək to build* (d.), to construct (d.)
Azərbaycanca-ingiliscə lüğət / inşa1 is. 1) composition f ; narration f, rédaction f ; 2) construction f ; ~ etmək construire vt, bâtir vt
Azərbaycanca-fransızca lüğət / inşa1 [ər.] сущ. куьгьн. 1. расун, авун, туькӀуьрун, арадиз акъудун (мес. гими); inşa etmək а) расун, туькӀуьрун; б) эцигун (мес. кӀвал); 2. эцигун (мес. муьгъ, дарамат); 3. къелемдиз къачун, кхьин; inşa etmək къелемдиз къачун, эсер кхьин; 4. сочинение (школада ученикри чпиз гайи темадикай кхьидай); 5. виликра: сада-садаз ччарар кхьинин къайдаяр чирун патал жуьреба-жуьре ччарарин, арзайрин, алхишрин, договоррин ва мс. чешнеяр къалурнавай улуб, кӀватӀал.
Azərbaycanca-ləzgicə lüğəti / inşa