inf sözü azərbaycan dilində

inf

Yazılış

  • inf • 84.0909%
  • İNF • 11.3636%
  • İnf • 4.5455%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
"Azərbaycan Elmi-Texniki İnformasiya İnstitutu-74" sistemi (film, 1974)
"Azərbaycan Elmi-Texniki İnformasiya İnstitutu-74" sistemi — qısametrajlı sənədli filmi Rejissor Vladimir Konyagin tərəfindən 1974-cü ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Reklam xarakterli elmi-kütləvi kinolentdir. == Məzmun == Bu, reklam xarakterli elmi-kütləvi kinolentdir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: S. Qodnıy Rejissor: Vladimir Konyagin Operator: Vladimir Konyagin, Yefim Abramov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
.info
.info - veb, yaxud e-poçt ünvanları üçün suffiks. Bəzi suffikslərdən (məsələn, .biz) fərqli olaraq .info suffiksli domen adları istənilən ölkədə hər hansı fərdə, yaxud quruma verilə bilər. — informasiya saytları üçün yuxarı səviyyəli ümumi domendir. Domen zonası 30 yanvar 2001-ci ildə yaradılmışdır. .info domeni əsasən informasiya resurslarının qeydiyyatı üçün nəzərdə tutulmuşdur, amma heç bir ciddi məhdudiyyət yoxdur. .info domenində simvolların mümkün miqdarı 3-dən 63-ə qədərdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == RPN or DAL?
ADNSU İnformasiya texnologiyalarının idarəetməsi fakültəsi
Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsi (İTİF) — Azərbaycan Dövlət Neft Akademiyasının fakültələrindən biridir. == Tarixi == “İnformasiya texnologiyaları və idarəetmə” fakültəsinin əsası 1961-ci ildə “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinin yaranması ilə qoyulub. Bu fakültə energetika, neft-qaz və neft-kimya sahələrinin avtomatlaşdırılması, idarəolunması və onları həyata keçirməyə imkan verən texniki vasitələrin işlənməsi və istismarı problemləri ilə bağlı tarixi zərurət nəticəsində yaranıb. Fakültənin yaranmasında və inkişafında xüsusi rol oynamış alim və pedaqoqlardan akademiklər İ.Ə.İbrahimov, T.M.Əliyev, AMEA-nın müxbir üzvləri R.Ə.Əliyev, Ə.Ə.Abdullayev, S.Q.Kərimov, professorlar İ.Ə.Nəbiyev, N.H.Fərzanə, R.M.Mirsəlimov, İ.M.Abdullayev, İ.R.Əfəndiyev və başqalarını göstərmək olar. Yeni yaradılan “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinin nəzdində fəaliyyət göstərən “Nəzarət-ölçmə cihazları” kafedrası “İstehsal proseslərinin avtomatlaşdırılması” və “Avtomatika və telemexanika” kafedralarına bölünmüş, daha sonra üç müstəqil “İstehsal proseslərinin avtomatlaşdırılması”, “Avtomatika, telemexanika və elektronika” və “Elektrik ölçmələri və hesablama texnikası” kafedraları yaradılıb. Daha sonra mövcud kafedraların bazasında “Tətbiqi riyaziyyat”, “Metrologiya, standartlaşdırma və keyfiyyətin idarə olunması”, “Avtomatlaşdırılmış idarəetmə sistemləri”, “Kompüter texnologiyaları və proqramlaşdırma” və “Biotibbi cihazlar” kafedraları yaradılıb. Bundan əlavə, fakültənin nəzdində “Texnoloji proseslərin və istehsalatın avtomatlaşdırılması”, “Avtomatikanın lokal sistemləri”, “İdarəetmənin avtomatlaşdırılması və informatika”, “Elmi cihazqayırma” və “İntellektual idarəetmə sistemləri” elmi-tədqiqat laboratoriyaları fəaliyyət göstərib. 2015-ci ildən fakültənin dekanı dosent Səməd İmaməli oğlu Yusifovdur. == Rəhbərlər == Fakültədə dekan vəzifəsini müxtəlif dövrlərdə ardıcıl olaraq aşağıdakı şəxslər icra etmişdir: dosent İ.Ə.Nəbiyev (1961-1963) dosent H.H.Səmədov (1963-1979) dosent R.Ə.Zeynalov (1979-1993) professor İ.M.Abdullayev (1993-2003) dosent T.A. Əliyev (2003-2011) dosent R.N.Allahverdiyev(2011-2015). == Kafedralar == İdarəetmə və sistemlər mühəndisliyi; Kompüter mühəndisliyi; Cihazqayırma mühəndisliyi; Ümumi və tətbiq riyaziyyat.
AMEA İnformasiya Texnologiyaları İnstitutu
İnformasiya Texnologiyaları İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində elmi-tədqiqat institutu. == İnstitutun yaranma tarixi == İnstitutun əsasını 1971-ci ildə AMEA Kibernetika İnstitutunun nəzdində yaradılmış Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsi (AİS Şöbəsi) təşkil edir. 1982-ci ildən AİS Şöbəsi sərbəst hüquqi şəxs kimi fəaliyyət göstərir. 1997-ci ildə AİS Şöbəsinin əsasında İnformasiya-Telekommunikasiya Elmi Mərkəzi (İTEM) yaradılmışdır. 21 may 2002-ci ildə İTEM-nin əsasında İnformasiya Texnologiyaları İnstitutu təşkil olunmuşdur. Dövlətin elm siyasətini həyata keçirən Azərbaycan Milli Elmlər Akademiyasına ali dövlət elmi təşkilat statusu verildikdən sonra elmin inkişafında yeni dövr başlamışdır. Artıq ölkədə verilənlərin analitik tədqiqi və veb-texnologiyaları, informasiya təhlükəsizliyi, sosial şəbəkələr, biometrik identifikasiya sistemləri, informasiya resurslarının formalaşdırılması, informasiya-kommunikasiya texnologiyaları (İKT), linqvistik, coğrafi informasiya, sosioinformasiya texnologiyaları, virtual məkanda Azərbaycan dilinin tətbiqi problemləri, elm və təhsilin informasiyalaşdırılması və digər problemlər istiqamətində elmi tədqiqatların innovativ tələblərə müvafiq aparılması, bu sahələrdə mövcud elmi-texniki problemlərin həlli, innovativ layihələrin işlənilməsi, o cümlədən dövrün tələblərinə cavab verən kreativ təfəkkürlü yeni nəsil kadrların yetişdirilməsi məqsədlərinə xidmət edəcək institutun yaradılmasına zərurət yaranmışdı. 2002-ci ildə İTEM əsasında İnformasiya Texnologiyaları İnstitutu yaradılmışdır. İnstitut qısa müddət ərzində İKT-nin müasir problemlərinə dair innovativ elmi tədqiqatlar aparan bir quruma çevrilmiş, informasiya texnologiyaları və informasiya cəmiyyətinin aktual elmi nəzəri problemlərinin araşdırılmasının təməli qoyulmuş, yeni elmi şöbələr və mərkəzlər açılmışdır. İnstitut elmi tədqiqatlarda səmərəli nəticələrin əldə edilməsi, innovasiya fəaliyyətin yüksək səviyyədə təşkili üçün beynəlxalq standartlara cavab verən şəraitin yaradıldığı, cəmiyyət üçün vacib olan layihələrin həyata keçirildiyi bir elmi müəssisədir.
APA informasiya agentliyi
Azərbaycan Press Agentliyi və ya qısa olaraq APA — 2005-cü ildən fəaliyyət göstərən Azərbaycanın informasiya agentliyi. "APA" informasiya agentliyi 2005-ci ildən fəaliyyət göstərir. 2012-ci ilin 3 oktyabrında agentliyin əsasında "APA Holdinq" təsis olunub. Holdinqə Azəri Press Agentliyi, "Lent.az" İnformasiya Agentliyi MMC, "Vesti.az" İnformasiya Agentliyi MMC, "Kulis.az", "APASport.az" İnformasiya Agentliyi MMC, APA TV, "APA ADVERTİSEMENT PR" MMC, "APA SERVİS" MMC daxildir.2018-ci ildə bir müddət fəaliyyətini dayandırıb.Holdinqin prezidenti Vüsalə Mahirqızı, Direktorlar Şurasının sədri isə Nurşən Quliyevdir.
Aerodramus infuscatus
Aerodramus infuscatus (lat. Aerodramus infuscatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin aerodramus cinsinə aid heyvan növü.
Ageratina infiernillensis
Ageratina infiernillensis (lat. Ageratina infiernillensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Amblyseius infundibulatus
Anaerob infeksiya
Anaerob infeksiya — yara infeksiyanın bir növüdür və oksigensiz, havasız yerdə baş verir.Mühüm cəhəti iltihab olmadan ağrının baş verməsi, ödəmin, qazın və tez bir zamanda toxumalarda yerli ölümün əmələ gəlməsidir. Anaerob infeksiyanın törədiciləri əsasən insan, heyvanların bağırsaqlarında müşahidə edilir və torpağa düşərək uzun müddət orada yaşayırlar. Ən çox əkin yerlərində, bostan və bağlarda, peyində gübrə məqsədilə istifadə olunan yerlərdə təsadüf edilir, bundan əlavə anaerob mikroblar insanın dərisində, alt və üst paltarlarında da ola bilər. Ən çox anaerob infeksiya müharibə zamanı müşahidə edilir. Məsələn, böyük Vətən müharibəsi illərində yaralıların arasında 1,5–2% anaerob qanqrena və 10,5% halda isə anaerob qanqrenadan ölüm halları təsadüf edilmişdir.Anaerob infeksiya qazlı qanqrena, qanqrena, orqanın çürüməsi və s. adını daşıyıb, hal-hazırda isə anaerob qanqrena adlandırılır. == Anaerob infeksiyanın yaranmasının səbəbləri == Xəstəliyin səbəblərinə kor güllə yarası, yad cisimlərlə yaralanma, geniş və dərin, çoxlu ciblərə malik yaralar, qanı saxlamaq məqsədilə ətrafa uzun müddət kəmərin və ya damara liqaturanın qoyulması, aclıq, yorğunluq, kəskin anemiya, şok, orqanizmin müqavimətinin azalması, torpaqla çirklənmiş yaralar daxildir. == Anaerob infeksiyanın gedişatı == Xəstəliyin gizli dövrü 1–7 günə qədərdir. Klinik gedişinə görə ildırımsürətli, kəskin sürətli və zəif inkişaf edən qazlı qanqrena müşahidə edilir. Xəstəliyin yerli və ümumi əlamətləri mövcuddur.
Asiya İnfrastruktur İnvestisiya Bankı
Asiya İnfrastruktur İnvestisiya Bankı (ing. Asian Infrastructure Investment Bank) — Çin hökumətinin təşəbbüsü ilə yaradılmış beynəlxalq maliyyə institutu. Mənzil-qərargahı Çin Xalq Respublikasının Pekin şəhərində yerləşir. == Tarixi == Bankın yaradılması ilə bağlı ilk sənəd 24 oktyabr 2014-cü ildə imzalanmışdır. Həmin gün Asiya qitəsinin 21 ölkəsi bu nəhəng investisiya bankının yaradılması məqsədilə memorandum imzalayıblar. == "Maddələr Sazişi" == Bankın əsas təsis sənədi olan "Maddələr Sazişi"dir.2015-ci ilin 27-28 aprel tarixlərində Pekin şəhərində və 20-22 may tarixlərində Sinqapurda gələcək təsisçi üzvlərinin nümayəndələrinin müvafiq olaraq keçirilmiş 4-cü və 5-ci iclaslarında yekdilliklə razılaşdırılmış "Maddələr Sazişi"i 29 iyun 2015-ci il tarixində Pekində təsisçi üzv statusuna malik olan 57 ölkədən 50-si tərəfindən imzalanmışdır. == Nizamnamə kapitalı == Əsasən Asiya regionunda infrastrukturun inkişaf etdirilməsini dəstəkləyəcək bankın nizamnamə kapitalı 100 milyard ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bunun da təxminən 75 faizini Asiya ölkələri təmin edəcəkdir. Ölkələrin payı onların iqtisadiyyatının həcminə uyğun müəyyən edilir. Bankın səhmdarları bunlardır: Çin - 26,06%; Hindistan - 7,5%; Rusiya - 5,92%; Azərbaycan - 0,25% (245,1 mln.
Avtomatlaşdırılmış İnformasiya Sistemi
Avtomatlaşdırılmış informasiya sistemi (AİS) − verilənlərin və informasiyanın yaradılması, ötürülməsi, emalı, yayılması, saxlanması və/və ya idarə edilməsi və hesablamaların aparılması üçün nəzərdə tutulmuş proqram və aparat vasitələrinin çoxluğu. == İstinadlar == == Əlavə ədəbiyyat == Avtomatlaşdırılmış informasiya sistemləri // Böyük İqtisadi Ensiklopediya (az.). I cild: ABCÇD. Bakı: "Şərq-Qərb" nəşriyyat evi. 2012. səh. 115.
Azadliq.info
"Azadlıq" – gündəlik ictimai-siyasi qəzet. == Tarixi == "Azadlıq" qəzeti 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının həftəlik nəşri kimi yaradılıb. İlk sayı həmin il dekabrın 24-də işıq üzü görüb. Qəzetin ilk redaktoru Nəcəf Nəcəfov olub (1989-1991). 1991-1994-cü illərdə "Azadlıq"a Qənimət Zahid, 1994-2001-ci illərdə Gündüz Tahirli, 2001-2003-cü illərdə Rövşən Hacıbəyli rəhbərlik edib. 2003-cü ildən "Azadlıq"ın baş redaktoru Qənimət Zahiddir. 1996-cı ildən gündəlik çıxan "Azadlıq" hazırda həftədə 6 dəfə işıq üzü görür. == İlk sayı == Qəzetin ilk sayı 8 səhifədən ibarət idi. Qəzetin loqotipi üstündə "El gücü – sel gücü!" yazılmışdır. Birinci səhifəsində Azadlıq meydanındakı mitinqdən foto, aşağı hissədə isə – türk şairi Tofiq Fikrətin "Millət şərqisi" şeri yerləşdirilmişdir.
AzərFoto Foto-İnformasiya Agentliyi
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsi
Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsi (İTİF) — Azərbaycan Dövlət Neft Akademiyasının fakültələrindən biridir. == Tarixi == “İnformasiya texnologiyaları və idarəetmə” fakültəsinin əsası 1961-ci ildə “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinin yaranması ilə qoyulub. Bu fakültə energetika, neft-qaz və neft-kimya sahələrinin avtomatlaşdırılması, idarəolunması və onları həyata keçirməyə imkan verən texniki vasitələrin işlənməsi və istismarı problemləri ilə bağlı tarixi zərurət nəticəsində yaranıb. Fakültənin yaranmasında və inkişafında xüsusi rol oynamış alim və pedaqoqlardan akademiklər İ.Ə.İbrahimov, T.M.Əliyev, AMEA-nın müxbir üzvləri R.Ə.Əliyev, Ə.Ə.Abdullayev, S.Q.Kərimov, professorlar İ.Ə.Nəbiyev, N.H.Fərzanə, R.M.Mirsəlimov, İ.M.Abdullayev, İ.R.Əfəndiyev və başqalarını göstərmək olar. Yeni yaradılan “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinin nəzdində fəaliyyət göstərən “Nəzarət-ölçmə cihazları” kafedrası “İstehsal proseslərinin avtomatlaşdırılması” və “Avtomatika və telemexanika” kafedralarına bölünmüş, daha sonra üç müstəqil “İstehsal proseslərinin avtomatlaşdırılması”, “Avtomatika, telemexanika və elektronika” və “Elektrik ölçmələri və hesablama texnikası” kafedraları yaradılıb. Daha sonra mövcud kafedraların bazasında “Tətbiqi riyaziyyat”, “Metrologiya, standartlaşdırma və keyfiyyətin idarə olunması”, “Avtomatlaşdırılmış idarəetmə sistemləri”, “Kompüter texnologiyaları və proqramlaşdırma” və “Biotibbi cihazlar” kafedraları yaradılıb. Bundan əlavə, fakültənin nəzdində “Texnoloji proseslərin və istehsalatın avtomatlaşdırılması”, “Avtomatikanın lokal sistemləri”, “İdarəetmənin avtomatlaşdırılması və informatika”, “Elmi cihazqayırma” və “İntellektual idarəetmə sistemləri” elmi-tədqiqat laboratoriyaları fəaliyyət göstərib. 2015-ci ildən fakültənin dekanı dosent Səməd İmaməli oğlu Yusifovdur. == Rəhbərlər == Fakültədə dekan vəzifəsini müxtəlif dövrlərdə ardıcıl olaraq aşağıdakı şəxslər icra etmişdir: dosent İ.Ə.Nəbiyev (1961-1963) dosent H.H.Səmədov (1963-1979) dosent R.Ə.Zeynalov (1979-1993) professor İ.M.Abdullayev (1993-2003) dosent T.A. Əliyev (2003-2011) dosent R.N.Allahverdiyev(2011-2015). == Kafedralar == İdarəetmə və sistemlər mühəndisliyi; Kompüter mühəndisliyi; Cihazqayırma mühəndisliyi; Ümumi və tətbiq riyaziyyat.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat-İnformatika fakültəsi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və informatika fakültəsi
Azərbaycan Dövlət İnformasiya Agentliyi
Azərbaycan Dövlət İnformasiya Agentliyi və ya qısaca AZƏRTAC — Azərbaycanın milli informasiya agentliyi; yerli və xarici KİV-lər üçün yeganə rəsmi dövlət informasiya mənbəyi. İdarə Heyətinin sədri Vüqar Əliyevdir. == Tarixi == 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılıb. Agentlik sovet hakimiyyəti illərində müxtəlif adlarla fəaliyyət göstərib. Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən sonra agentlik özünün tarixi adını bərpa edib. 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılıb. AZƏRTAC rəsmi dövlət xəbərləri ilə yanaşı, ictimai-siyasi, iqtisadi mövzularda, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. haqqında fasiləsiz olaraq sutka ərzində Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb və Çin dillərində dəqiq və operativ informasiya buraxır. AZƏRTAC İTAR-TASS (Rusiya), Anadolu agentliyi (Türkiyə), Sinxua (Çin), Rompress Arxivləşdirilib 2019-11-02 at the Wayback Machine (Rumıniya), Ukrinform (Ukrayna), BTA (Bolqarıstan), ANSA (İtaliya), İRNA (İran), TANYUQ (Serbiya), BELTA (Belarus), Moldpres (Moldova), ATA (Albaniya), MTI (Macarıstan), MENA (Misir), PETRA (İordaniya), ANTARA (İndoneziya), Bernama (Malayziya), MONTSAME (Monqolustan), Yonhap (Koreya Respublikası), LETA (Latviya), Kabar (Qırğızıstan), Kazinform (Qazaxıstan), KUNA (Küveyt), Xovar (Tacikistan), KYODO (Yaponiya), BuaNews (Cənubi Afrika Respublikası), AGI (İtaliya), QNA (Qətər), ELTA (Litva), TELAM (Argentina), PAP (Polşa), SPA (Səudiyyə Ərəbistanı), Asia Pulse Ltd. (Avstraliya), VNA (Vyetnam), BERNAMA (Malayziya), WAM (Birləşmiş Ərəb Əmirlikləri), WAFA (Fələstin), TDX (Türkmənistan), STA (Sloveniya), JİJİPRESS (Yaponiya), EFE (İspaniya), IP (Paraqvay), BNA (Bəhreyn) informasiya agentlikləri ilə əməkdaşlıq haqqında sazişlər imzalayıb.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi — nəqliyyat (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), o cümlədən dəniz nəqliyyatı və mülki aviasiya, rabitə (telekommunikasiya və poçt), yüksək texnologiyalar (informasiya texnologiyaları, mikroelektronika, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar) sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. == Tarixi == Azərbaycanda ilk telefon xətti 1880-ci ilin dekabr ayında "Qafqaz və Merkuri" Paroxod Cəmiyyəti tərəfindən inşa edilib. Xətt cəmiyyətin "Naberejnaya" küçəsində yerləşən baş kontoru ilə Bakı limanında yerləşən "Kaspi" neft cəmiyyətinin kontorunu birləşdirib. 1881-ci ilin yanvar ayında "Nobel qardaşları cəmiyyəti" telefon çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə müraciət edib və fevralın 18-də icazə verilib. Həmin ilin noyabr ayının 23-də Azərbaycanda uzunluğu 6 km olan və "Nobel qardaşları cəmiyyəti"nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilib. Rəsmi olaraq bu xətt Azərbaycanda ilk telefon xətti hesab olunur və telefon rabitəsinin yaradılması həmin ilə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə Poçt və Teleqraf Nazirliyi yaradılıb. Məlikaslanov, A. Aşurov, C. Hacınski ilk rabitə nazirləri olmuşlar. 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra Poçt və Teleqraf komissarlığı yaradılıb. Azərbaycan Rabitəsi SSRİ Rabitə Nazirliyinin Azərbaycan üzrə daimi nümayəndəsi tərəfindən idarə olunub.
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi — nəqliyyat (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), o cümlədən dəniz nəqliyyatı və mülki aviasiya, rabitə (telekommunikasiya və poçt), yüksək texnologiyalar (informasiya texnologiyaları, mikroelektronika, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar) sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. == Tarixi == Azərbaycanda ilk telefon xətti 1880-ci ilin dekabr ayında "Qafqaz və Merkuri" Paroxod Cəmiyyəti tərəfindən inşa edilib. Xətt cəmiyyətin "Naberejnaya" küçəsində yerləşən baş kontoru ilə Bakı limanında yerləşən "Kaspi" neft cəmiyyətinin kontorunu birləşdirib. 1881-ci ilin yanvar ayında "Nobel qardaşları cəmiyyəti" telefon çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə müraciət edib və fevralın 18-də icazə verilib. Həmin ilin noyabr ayının 23-də Azərbaycanda uzunluğu 6 km olan və "Nobel qardaşları cəmiyyəti"nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilib. Rəsmi olaraq bu xətt Azərbaycanda ilk telefon xətti hesab olunur və telefon rabitəsinin yaradılması həmin ilə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə Poçt və Teleqraf Nazirliyi yaradılıb. Məlikaslanov, A. Aşurov, C. Hacınski ilk rabitə nazirləri olmuşlar. 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra Poçt və Teleqraf komissarlığı yaradılıb. Azərbaycan Rabitəsi SSRİ Rabitə Nazirliyinin Azərbaycan üzrə daimi nümayəndəsi tərəfindən idarə olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) ― Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə yaradılmışdır. == Haqqında == Agentlik medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir. === Fəaliyyət istiqamətləri === Müvafiq sahənin inkişafını təmin etmək;Müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;Müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nİzamnaməsi" ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
Azərbaycan Xalq Cümhuriyyəti İnformasiya Şöbəsi
Azərbaycan Xalq Cümhuriyyəti İnformasiya şöbəsi, Əksinqilabla mübarizə təşkilatı ləğv edildikdən sonra yaradılan təşkilat. == Yaradılması == ƏMT-nin ləğvindən sonra Bakıda və onun ətrafında əks-kəşfiyyatı Bakı general-qubernatorluğunun tərkibində yaradılmış informasiya şöbəsi təmin etmişdir. ƏMT-nin təhqiqat, müşahidə, axtarış, həbs və s. Funksiyaları general-qubernatorun göstərişi ilə informasiya şöbəsinə verilmişdi. İnformasiya şöbəsinə Ələkbər xan Şahsuvarov rəhbərlik edirdi. Həsən bəy Fətəlibəyov rəisin köməkçisi, türk ordusunun polkovniki rütbəsini daşıyan Cəmil bəy xüsusi tapşırıqları yerinə yetirməklə yanaşı, rəisin köməkçisi idi. == Fəaliyyəti == İnformasiya şöbəsi əməkdaşları başda Ələkbər xan olmaqla, bir sıra əhəmiyyətli əməliyyatlar həyata keçirmişdilər. 1920-ci ilin aprelində Balaxanıda pozuculuq işi aparan 22 nəfər bolşevikin həbs edilməsi böyük əks-səda doğurmuşdu. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət və təhlükəsizlik orqanları == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət və təhlükəsizlik orqanları maddəsi.
Azərbaycan İnformasiya Texnologiyaları Universiteti
ADA Universiteti — Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarix == İnformasiya Texnologiyaları Universiteti Azərbaycan Respublikasında informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin edən ali təhsil müəssisəsi idi. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 1 fevral 2013-cü ildə yaradılmışdır. İnformasiya Texnologiyaları Universitetinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının əsasında, 13 yanvar 2014-cü ildə "ADA" Universiteti yaradılması ilə fəaliyyəti başa çatmışdır.Universitetin tarixi 2006-cı ildən başlayır. Belə ki, 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası adı altında ali təhsil müəssisəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universiteti yaradılmışdır. Əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. Akademiyanın əsasını qoyan rektor, Azərbaycan Xarici İşlər Nazirinin müavini və Azərbaycanın ABŞ-dəki sabiq səfiri Hafiz Paşayevdir.2012-ci ildə Bakı şəhərində "Dədə Qorqud" parkı yaxınlığında yerləşən yeni "Green and Smart" kampusuna köçmüşdür. 2009-cu ildən magistr pilləsi, 2011-ci ildən bakalavr pilləsində ali təhsil verir. == Tərkibi == Hazırda, universitetin nəzdində 4 institut fəaliyyət göstərir: İctimai və Beynəlxalq Münasibətlər İnstitutu Biznes İnstitutu İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutu Təhsilin İdarə Edilməsi İnstitutuBundan əlavə, 2022/2023-cü tədris ilindən etibarən ADA Universitetinin Qazax Mərkəzi fəaliyyətə başlamışdır.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası — İctimai Birliyi, qeyri-kommersiya təşkilatıdır, ümumi maraqlar əsasında birləşmiş, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan qeyri-hökumət təşkilatıdır. Fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir. == Tarixi == "Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" 12 avqust 2011 tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1111-Q37–2974 nömrəli qərarı ilə "İctimai Birlik" kimi qeydiyyatdan keçib.26 iyul 2022 tarixində "Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin idarə heyəti növbəti iclası keçirib. Toplantıda İTK müttəxəssisi Elvin Abbasov birliyə yeni rəhbər seçilib. Birliyin yeni dövr üçün fəaliyyəti "Texnologiya bütün sahələri birləşdirən dəyər zənciridir" şüarı ətrafında tənzimlənəcək. Birliyin misyası; İKT sektorunun davamlı inkişafı vǝ rǝqabǝt qabiliyyǝtini artırmaq, qlobal rǝqabǝtçiliyǝ yüksǝlmǝk. Vizyonu; Müasir elm vǝ texnoloji nailiyyǝtlǝrǝ ǝsaslanan innovasiya vǝ yüksǝk texnologiya sahǝlǝrində inkişaf etmiş ən güclü ölkəyə verilmək. == Fəaliyyət == Birliyin fəaliyyət pridmeti və məqsədi Azərbaycan Respublikasında fəaliyyət göstərən informasiya-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsinə və inkişafına dəstək vərmək, onların sosial-iqtisadi, məlumat və digər inkişaf proqramlarını inkişaf etdirmək və bu sahədə elmi bilgiləri artırmaqlarına köməklik göstərmək. Ölkəmizdə fəaliyyət göstərən yerli və xarici şirkətlərin həmcinin İKT sahələri üzrə peşə fəaliyyətləri ilə məşqul olan şəxslərin kütləviləşməsinə şəraət yaratmaq, Birliyin bir digər məqsədi Azərbaycanı İKT sahəsi üzrə beynəlxalq formlarda layiqincə təmsil etmək, bu sahədə həyata keçirilən dövlət siyasətinə uygun fəalliyyət göstərməkdədir. Birlik fəaliyyət göstərdiyi müddətcə qurumlarla sıx əməkdaşlıq əlaqələri inkişaf etdirir, İKT qanunvericiliyinin təkmilləşdirilməsi, İKT sektorunda fəaliyyət göstərən şirkətlər arasında beynəlxalq əlaqələrin qurulması, İKT mühitinin münbitləşməsi məqsədilə dövlət qurumlarından müxtəlif imtiyazlar yaradılması, hökumət və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən aparılan islahatlarının dəstəklənməsi istiqamətində mühüm işlər görülməsi nəzərdə tutulur.
Baku WS İnformasiya Agentliyi
"Baku WS" — Azərbaycanda fəaliyyət göstərən müstəqil informasiya agentliklərindən biri. Azərbaycan və rus dillərində fəaliyyət göstərən Agentlik siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb. 5 yanvar 2004-cü il tarixində Orxan Məmmədov dostları ilə birlikdə sayt yaratmaq qərarına gəlib və beləliklə "baku.ws" saytını yaradıblar. Dostları daha sonra saytı başqalarına satmaq istəsələr də, cəmi 40 dollara Orxan saytı alıb və inkişaf etdirib. "baku.ws" saytının 2020-ci ildə olan statistikasına əsasən sayta 4 milyondan çox giriş olub. Agentliyin özəl xəbərlərini gün ərzində 100-dən çox yerli və xarici mötəbər kütləvi informasiya vasitələri istinadla dərc edir. "Baku WS" informasiya agentliyi mütəmadi olaraq beynəlxalq və yerli tədbirlərin informasiya dəstəkçisi kimi çıxış edir. 2013-cü ildə "baku.ws" saytı "Netty" – Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk mükafatının "İlin ən yaxşı əyləncə saytı" kimi qalibi olmuşdur. 2018-ci ildən Global Media Groupa daxildir. == Tarixi == 5 yanvar 2004-cü il tarixində Orxan Məmmədov dostları ilə birlikdə sayt yaratmaq qərarına gəlib və beləliklə "baku.ws" saytını yaradıblar.
Başqırdıstan kütləvi informasiya vasitələri
Başqırdıstan kütləvi informasiya vasitələri — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının kütləvi informasiya vasitələri. Başqırdıstan Respublikasında başqırd, rus, tatar, çuvaş və mari dillərində qəzet və jurnallar çıxır. 2007-ci ilin məlumatlarına əsasən “Respublika Başkortostan”, “Başkortostan”, “Kızıl tan”, “Molodyojnaya qazeta”, “Veçernyaya Ufa”, “Ural səsi”, “Çolman” (“Kama”) qəzetləri, “Vətəndaş”, “Ufa”, “Hənək” (satira və yumor), həmçinin uşaq və gənclər üçün “Amanat” və “Akbuzat” jurnalları respublikanın əsas mətbu orqanları idi. “Başkortostan” dövlət teleradio şirkətinin tərkibində “Radio Başkortostana” radiostansiyası və Başqırdıstan peyk telekanalı fəaliyyət göstərir. “Başinform” dövlət informasiya agentliyi 1994-cü ildə yaradılmışdır. == Həmçinin bax == "Başkortostan" qəzeti == Ədəbiyyat == Кузбеков Ф. Т. Башкирская журналистика: история и современность. — Уфа: БГУ, 1998.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.16 dəfə / 1 mln.
2004 •••••••• 0.34
2007 •••••••••••••••••••• 0.85
2008 •••••••••••• 0.49
2011 ••••• 0.17
2015 ••••••••••••••••• 0.68
2018 •••• 0.15
2019 ••••••• 0.28
2020 ••••••• 0.27

"inf" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#inf nədir? #inf sözünün mənası #inf nə deməkdir? #inf sözünün izahı #inf sözünün yazılışı #inf necə yazılır? #inf sözünün düzgün yazılışı #inf leksik mənası #inf sözünün sinonimi #inf sözünün yaxın mənalı sözlər #inf sözünün əks mənası #inf sözünün etimologiyası #inf sözünün orfoqrafiyası #inf rusca #inf inglisça #inf fransızca #inf sözünün istifadəsi #sözlük