* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [ər.] 1. Dini etiqada görə Allahın mərhəmətindən məhrum olma, nifrin (adətən köməkçi feillərlə işlənir). □ Lənət damğası basmaq – lənətləndirmək. Lənət etmək (eləmək, oxumaq, yağdırmaq) – nifrin etmək, qarğımaq. Ürəyində ağrı, gözündə həsrət; O, lənət yağdırdı çərxi-dövrana. B.Vahabzadə. ◊ Lənət sənə, kor şeytan!, lənət şeytana! – arzuedilməz bir hərəkətdən çəkinmək istərkən deyilən nida ifadəsi. [Süleyman:] Əsgər mənə etibar edib elçiliyə göndəribdir, özü də qıza bənddir. Necə ola bilər ki, onu məyus eləyim, lənət şeytana! Ü.Hacıbəyov. Belə-belə fikir Məşədi Əsgərin başına gəldikcə … “lənət şeytana!” deyib başından çıxardırdı. S.M.Qənizadə. Xalıqverdi kişi özünü toxtatdı, ürəyində “lənət sənə, kor şeytan!” – dedi. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / lənət2 LƏ’N(ƏT) ə. qarğama; nifrin, qarğış, lənətləmə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / lənət1 Ərəbcədir, məlun sözü ilə qohumdur. Bizdə onun əvəzinə qarğış sözü işlənib. “Qarğamaq” “lənətləmək” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / lənət2 сущ. проклятие, анафема; lənət etmək (eləmək) проклинать, проклясть, подвергать, подвергнуть проклятию; lənət oxumaq kimə, nəyə проклинать, проклясть кого, что ◊ lənət olmuş (lənətə gəlmiş) проклятый (проклятая); lənət yağdırmaq проклинать на чём свет стоит; lənət sənə kor şeytan, lənətə gələsən! будь ты проклят! чёрт побери!
Azərbaycanca-rusca lüğət / lənət1 i. curse, anathema; imprecation; malediction; ~ oxumaq / yağdırmaq bax lənətləmək; Lənət olsun! Damn it! Damnation!; Lənətə gələsən! Lənət sənə! Oh, damn! Damn you! Allah (sənə) lənət eləsin! God damn you! Lənət ona! Damn / Curse him! Lənətə gəlim əgər yalan danışıramsa I’ll be damned / I’m damned if I tell a lie; Lənət şeytana, lənət sənə kor şeytan! Deuce take it; lənətə layiq deserving to be damned; Ona lənət damğası basdılar He was damned / cursed; ~ə gəlmiş cursed, damned, accursed
Azərbaycanca-ingiliscə lüğət / lənət1 is. malédiction f, anathème m, exécration f ; ~ yağdırmaq maudire vt
Azərbaycanca-fransızca lüğət / lənət1 [ər.] лянет; lənət etmək (eləmək, oxumaq, yağdırmaq) лянет авун (кӀелун, къурун), лянетун, къаргъишун; ** lənət sənə, kor şeytan! лянет шейтӀандиз!
Azərbaycanca-ləzgicə lüğəti / lənət