mül sözü azərbaycan dilində

mül

Yazılış

  • mül • 86.6667%
  • Mül • 13.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hacı Mustafa Rəsulovun mülkü
Hacı Mustafa Rəsulovun mülkü — 1884–1885-ci illərdə Hacı Mustafa Rəsulovun sifarişi ilə Anton Kandinov və Nikanor Tverdoxlebov tərəfindən tikilmiş bina. 1918-ci ilə qədər binanın birinci mərtəbəsində müxtəlif dükanlar və anbarlar ikinci mərtəbəsində isə İslamiyyə mehmanxanası yerləşib. 1918-ci il Mart soyqırımında bina ermənilər tərəfindən yandırılıb. == Haqqında == Ev sahibi Hacı Mustafa Rəsulovun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasına təqdim etdiyi məlumatlara əsasən mülkün birinci mərtəbəsində çöldə 26 daxildə isə 14 mağaza yerləşirdi. Yuxarı mərtəbədə isə 60 otaqdan ibarət İslamiyyə mehmanxanası yerləşib. Əsas fasad Qubernskaya küçəsi boyunca 70 addım uzunluğunda, yan fasad Bazarnaya küçəsi boyunca 55 addım uzunluğundadır, evin arxa fasadı isə 70 addım uzunluğunda Staro-Poçtovaya küçəsinə çıxır. Binanın aşağı mərtəbəsi Rəsulovlara icarəyə verilib, İslamiyyə mehmanxanası isə İsmayıl Qulu oğlu Mahmudova məxsus olub. 1918-ci ilin qiymətləndirməsinə görə binanın qiyməti 1 milyon rubldan artıq olub. Bina 1918-ci ildə Mart soyqırımı dövründə ermənilər tərəfindən yandırılıb. Həmin dövrdə evdən yalnız yarımdağılmış iki mərtəbəli, aşağı hissəsində – Bazarnaya küçəsi tərəfdən isə üç mərtəbəli, üzərində alov və tüstü izləri olan divarlar qalmışdır.
Hacı Quluların mülkü
Hacıquluların malikanəsi — Şuşa şəhərində yerləşən tarix-memarlıq abidəsi. Üç mərtəbəli saray tipli evin inşasına 1849-cu ildə İkinci Gildiya taciri Qulu Məhəmmədəli oğlunun sifarişi əsasında başlanılmışdır. Hacı Qulu sarayı kimi tanınan bu mülk, öz memarlıq üslubu və milli koloriti ilə Şuşada hər kəsdə heyrət doğururdu. Sarayın 46 otağı və iki böyük qonaq zalı var idi. Evin uzadılmış düzbucaqlı formasına malik planı, ara divarı boyunca inşa edilmiş və birinci mərtəbədəki xidməti otaqları ikinci mərtəbədəki yemək və yaşayış otaqları ilə birləşdirən pilləkəni ilə diqqət çəkir. Evin tamamilə parad xarakteri daşıyan üçüncü mərtəbəsi iri zal və onun yanlarında yerləşən qonaq otaqlarından ibarətdir. == Tarixi == Şuşanın Çuxur məhəlləsindəki bu mülk İkinci Gildiya taciri Qulu Məhəmmədəli oğlu tərəfindən 1849-cu ildə inşa etdirilib. Bir zamanlar Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşirə xidmət edən Hacı Qulu, daha sonra, ticarətlə məşğul olur. Sonralar Şuşanın varlı tacirlərindən birinə çevrilir və əqli, fərasəti və zirəkliyi sayəsində xeyli var-dövlət toplayır. Hacı Qulu sarayı kimi tanınan bu mülk, öz memarlıq üslubu və milli koloriti ilə Şuşada hər kəsdə heyrət doğururdu.
Hass (torpaq mülkiyyəti)
Hass (osman. خاص, ərəb. خاص‎; mənası – "xüsusi") — Osmanlı imperiyasında mütləq şəxsi hərbi xidmətlə əlaqəli olmayan böyük bir torpaq mülkiyyəti. 1839-cu ildə hərbi sistem ləğv edilənə qədər mövcud olmuşdur. Sultan I Muradın hakimiyyəti dövründə yaradılmışdır. Bir hassdan illik gəlir 100 min akçadan çox olmuşdur. Hass sahibi bəy idi. Hökumət hərbi yürüş təşkil edərsə, bəy hər 5 min akça gəliri olan bir cəbəli verirdi.
Henrix Müller
Henrix Müller (d. 28 aprel 1900 - ?) — Nasist Almaniyasında siyasi polis idarəsi Gestapo rəisi və Holokost edamlarının məsulu. == Həyatı == Henrix Müller Mühafizə Baş dairəsində (RSHA) planlanmış, hazırlanmış və təşkil edilmiş əsasən bütün fəaliyətlərdə məsul olaraq önəmli rol oynamışdır. 1939-cu ilin sentyabrında siyasi müxaliflərin öldürülmələri təlimatını vermişdir. Adolf Eyxmanın başında olduğu Yəhudi şöbəsi də Müllerin nəzarəti altındaydı. SSRİ yəhudilərinin qətl edilməsi planının uyğulamağa qoyulmasının ən kiçik detallarınadək Müllerin doğrudan təsiri olmuşdur. Başçısı olan Reinhard Heydrixin ona verdiyi təlimatların, şəxsi birlikləri tərəfindən yerinə yetirilməsinə nəzarət edir və gerçəkləşdirilən işləri məruzə və təbliğ ediri. Henrix Müller 1 may 1945-ci ildə Berlindəki Fürerbunkerdə son görülen faşist zabiti idi. Qızıl ordunun Berlinə girməsindən sonra qeyb oldu.
Herd Müller
Gerhard Müller (alm. Gerhard Müller‎; 3 noyabr 1945 – 15 avqust 2021), əsasən Gerd Müller kimi tanınır — tanınmış alman futbolçusu, futbol üzrə Avropa və dünya çempionu. Bayern Münhen klubunda, AFR-in milli yığma komandasında hücumçu mövqeyində oynamışdır. Dünya futbolu tarixinə ən çox qol vuran futbolçulardan biri kimi düşmüşdür. Qərbi Almaniya millisində 62 oyunda 68 qol, klub səviyyəsində, Bayern Münhen ilə Bundesliga'nın 427 oyununda 365 qol, 74 Avropa klub oyununda isə 66 qol vurmuşdur. Qızıl top və 2 dəfə Qızıl buts lauteatı olmuşdur. == Uğurları == Dünya çempionu: 1974 Avropa çempionu: 1972 AFR çempionu: 1969, 1972, 1973, 1974 Avropa Çempionlar Kubokunun qalibi: 1974, 1975, 1976 UEFA Kuboklar Kubokunun qalibi: 1967 AFR kubokunun qalibi: 1966, 1967, 1969, 1971 Qitələrarası kubokun qalibi: 1976 Dünya çempionatının ən yaxşı bombardiri: 1970 Avropa çempionatının ən yaxşı bombardiri: 1972 Bundesliqanın ən yaxşı bombardiri: 1967, 1969, 1970, 1972, 1973, 1974, 1978 Qızıl buts sahibi: 1970, 1972 Qızıl top sahibi: 1970 AFR-in ən yaxşı futbolçusu: 1967, 1969 FİFA 100 siyahısına daxildir == Çıxışlarının statistikası == === Karyerasının icmalı === === Ətraflı statistika === Mənbələr: Vladimir Kolos. "Prolific scorers data — Gerd Müller". RSSSF.com (ingilis). 2012-11-19 tarixində arxivləşdirilib.
Herta Müller
Herta Müller (alm. Herta Müller‎; 17 avqust 1953[…])) — alman şairə və yazıçı, ictimai xadim, rəssam, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2009). == Həyatı == Herta Müller 1953-cü ildə Rumıniyada, alman icmasının ailəsində doğulub. Orta və universitet təhsilini Rumıniyada alıb. Timişoara Universitetini bitirib, Rumıniya və alman ədəbiyyatı üzrə mütəxəssisdir. O, 1976-cı ildə zavodda tərcüməçi işləməyə başlayıb, amma gizli polislə əməkdaşlıqdan imtina etdiyi üçün iş yerini itirib. Uşaq bağçasında işləyib, fərdi şəkildə alman dili dərsi deyib. 1987-ci ildə əri, yazıçı Rixard Vaqnerlə birlikdə Almaniya Federativ Respublikasına köçüb. Universitetdə mühazirələr oxuyub. Hazırda Berlində yaşayır.
Həsən Mülkülü
Həsən Mülkülü (1904, Aşağı Mülkülü – 6 aprel 1994, Aşağı Mülkülü, Tovuz rayonu) — Şair. == Həyatı == Hüseynov Həsən Hüseyn oğlu 1904-cü ildə Tovuz rayonunun Aşağı Mülkülü kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb. Onun atası Hüseyn kişi sadə kəndli olsa da, söz xiridarı idi. Babası Nəcəf, əmisi Məmmədcəfər isə el-obada aşıq kimi tanınırdı. Güzəranın ağırlığı üzündən məktəb təhsili görməyən, oxuyub-yazmağı öz gücünə öyrənən Həsənin sözlə ilk ülfəti də ailə mühitində yaranır. Qocaman el sənətkarı 1994-cü il aprel ayının 6-da dünyasını dəyişib, Aşağı Mülkülü kənd qəbiristanlığına – ömür-gün yoldaşı Məleykə xanımın və nakam oğlu şair Əziz Məftunun yanına köçdü. == İstinadlar == Qənirə Paşayeva, "Bülbül kimi gül aşiqi", "Ozan dünyası" jurnalı, № 3(10) 2012.
Kafi-ül Mülk (Şəbüstər)
Kafi-ül Mülk (fars. کافی‌الملک‎, Kâfi ol Molk) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,340 nəfər yaşayır (415 ailə).
Kristian Müllek
Kristian Müllek — Fransız meteoroloq, ornitoloq, fotoqraf və eko-aktivist. 1960-cı ildə Fransanın Loryan şəhərində anadan olmuşdur. == Məşhurluğu == 1995-ci ildə Müllek köçəri quşların miqrasiya yollarına insanın təsiri probleminə ictimaiyyətin diqqətini çəkir. Xüsusilə o, qeyd edir ki, ağ alınqazlar artan hava uçuşlarına görə illik uçuşlarını Almaniyadan İsveçə etməkdə getdikcə çətinlik çəkirlər. Avstriyalı zooloq Konrad Lorenzlə məsləhətləşdikdən sonra Mullek qazları əhliləşdirməyi və onları çox yüngül olan deltaplanda müşayiət etməyi öyrəndir, sürünü təhlükəsiz marşrutla idarə edir. Müllek nəsli kəsilməkdə olan kiçik ağqaşlı qazların (lat. Anser erythropus) qorunmasında da fəal iştirak edir. Kristian Müllekin hekayəsi fransız rejissoru Nikolas Vanerin “Qanadlarını aç” filminin əsasını təşkil edib. Filmin premyerası 25 oktyabr 2019-cu ildə Fransada baş tutmuşdur.
Kröller-Müller muzeyi
Kröller-Müller Muzeyi (Niderlandca tələffüz: [krɵlərˈmylər myˌzeːjɵm]) Hollandiyanın Otterlo bölgəsindəki Hoge Veluwe Milli Parkında yerləşən milli sənət muzeyi və heykəltəraşlıq bağıdır. İncəsənət kolleksiyaçısı Helen Kröller-Müller tərəfindən əsası qoyulan muzey, özünün və ərinin keçmiş mülkünün ərazisi (hal-hazırda milli park) daxilində 1938-ci ildə açıldı. Van Qoq muzeyindən sonra Vinsent van Qoqun ən böyük rəsm kolleksiyasına sahibdir. Muzeyi 2015-ci ildə təxminən 380.000 nəfər ziyarət edib. == Tarixi == Kröller-Müller Muzeyi Vinsent van Qoqu yaxından tanıyan və onun əsərlərini kolleksiya şəklində yığan H. P. Bremmer-in tövsiyəsi ilə həvəskar sənət kolleksiyaçısı Helene Kröller-Müller tərəfindən qurulmuşdur. 1935-ci ildə bütün kolleksiyasını Hollandiya dövlətinə bağışladı. 1938-ci ildə Henri van de Velde tərəfindən dizayn edilmiş muzey ictimaiyyətə açıldı. 1961-ci ildə heykəltəraşlıq bağı əlavə edilmiş və 1977-ci ildə Vim Qvist tərəfindən hazırlanmış yeni sərgi açılmışdır. == Kolleksiya == Muzeydə Vincent van Qoqun "Kafe terasında gecə", Kədərlənən Qoca (Əbədiliyin qapısında) və Kartof Yeyənlərin bir versiyası kimi bəzi əhəmiyyətli rəsm əsərləri qorunub saxlanılır. Bu da muzeyi dünyada ikinci ən böyük (Amsterdamdakı Van Qoq Muzeyindən sonra) Van Qoq rəsmlərinin kolleksiyası olan muzeyə çevrilmişdir.
Mirzə Mülküm xan
Mirzə Mülküm xan (1834, Yeni Culfa – 1908, Roma) — erməni əsilli İran diplomatı, publisisti, siyasətçisi. == Həyatı == Mirzə Mülküm xan 1833-cü ildə İsfahanda bir erməni ailəsində dünyaya göz açmışdır. Mülküm xan Fransada təhsil almış, İranda «Fəramuşxanə» adlı təşkilat qurmuşdur. «Qanun» qəzetini nəşr edən Mülküm xan müasir bir cəmiyyət qurmaq məqsədi güdürdü. Millətçilik onun təfəkküründə mərkəzi yer tutmurdu. Fəqət onun fəaliyyətləri fars millətçiliyinin inkişafı üçün ilham qaynağı olmuşdur. Mirzə Mülküm xanın hədəfi İranda qərb cəmiyyətlərinin analoqu olan bir cəmiyyət qurmaq idi və millətçilik bu nəzəriyyənin sadəcə bir ünsürü idi. Mirzə Mülküm «şeyx və vəzir» formasında iki cür millətçilikdən, ənənəvi və müasir millətçilikdən danışırdı. Onun fikrinə görə ənənəvi millətçiliyin təməlini din təşkil edir və ənənəvi millətçiliyin siyasi və ictimai səviyyədə təmsilçisi molla və şeyxdir. Müasir millətçiliyin təməlini isə dil təşkil edir və təmsilçisi nazirdir.
Mülayim enliklərin iqlimi
Mülayim enliklərin musson iqlimi
Mülayim iqlimlərin musson tipi- Alisovun bölgüsünə əsasən bu iqlim tipi ayrılmış və Şərqi Asiyada yayılmışdır. Rusiya ərazisində Sakit okean sahili əraziləri, Kanadanın sahilləri və Argentina üçün xarakterikdir. == Şimal yarımkürəsi == Şərqi Asiyada bu iqlim tipi mussondur. Belə ki, mülayim enliklərin musson iqlim tipi subtropik və tropik mussonların davamı olub şimali Kamçatkaya qədər davam edir. Beləliklə, Primorsk əyalətində, Kamçatkanın və Yaponiyanın şimalında və Çinin şimal-şərqində yayılmışdır. Qışda materikin şərq qurtaracaqları Asiya antisiklonunun təsirinə məruz qalır, az buludlu və az yağışlı dövr müşahidə edilir. Yayda isə siklonların təsiri ilə ərazidə yağıntıların miqdarı xeyli artır. Xabarski əyalətində iyul ayının orta temperaturu +22 °C, yanvar ayının orta temperaturu isə −20 °C, orta illik yağıntıların miqdarı isə 684 mm olur. Yalnız oktyabr-mart aylarında 74 mm yağıntı düşür. Qış yaydan az yağıntılı olur.
Mülazimi sani
Mülazimi sani (osman. ملازم ثانی)) — Osmanlı imperiyasının son dövrlərində və Türkiyə Respublikasının ilk illərində istifadə edilmiş və müasir rütbələr arasında leytenant rütbəsinə bərabər olmuş hərbi rütbə. Mülazimi sani rütbəsi 26 noyabr 1934-cü il tarixli 2590 saylı Ləqəb və Adların Ləğvi Haqqında Qanunun üçüncü maddəsinə uyğun olaraq ləğv edilmişdir.
Mülazimi əvvəl
Mülazimi əvvəl (osman. ملازم اول) — Osmanlı imperiyasının son dövrlərində və Türkiyə Respublikasının ilk illərində istifadə edilmiş və müasir rütbələr arasında baş leytenant rütbəsinə bərabər olmuş hərbi rütbə.
Mülhaym
Mülhaym (alm. Mülheim‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin Düsseldorf inzibati dairəsində şəhər. Sahəsi 91.26 km², əhalisi 166 640 nəfərdir (2013).
Mülk
Mülk — (ərəb) Orta Əsrlərdə şərtsiz torpaq mülkiyəti. İqtadan fərqli olaraq mülk irsən keçən torpaq mülkiyəti idi. Xilafətin genişlənməsi zamanı ərəblər onlara müqavimət göstərən mülkədarların torpaqlarını müsadirə edib, öz əskərlərinə iqta kimi verirdilər, ərəblərlə anlaşan mülkədarların mülkləri isə öz sahiblərinin mülkiyətində saxlanırdı. Mülkədarlar, iqtadarlar kimi çox vaxt hərbi mükəlləfiyyət daşıyırdılar. Məsələn hüquqi baxımdan Teymurlənglə şirvanşah I İbrahimin münasibətləri vassal-süzeren münasibətləri idi, Şirvan İbrahimin mülkiyətində qalırdı, bununla belə o Teymurun siyasi hakimiyətini qəbul edirdi ona qoşunla və təchizatla yardım etməli idi. Mülkiyyət hüququ 1. Azərbaycan Respublikasında mülkiyyət. hüququ Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və şərtlərlə yaranır. 2. Mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir.
Mülk (Miyanə)
Mülk (fars. ملك‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 414 nəfər yaşayır (93 ailə).
Mülk Rac Anand
Mülk Rac Anand – hind yazıçısı, alim, ictimai xadim. == Yaradıcılığı == Mülk Rac Anand Pəncab (1925) və London (1929) universitetlərini bitirmişdir. Beynəlxalq Sülh mükafatı laureatı (1953), Pəncab Universitetinin professorudur (1962). M.R. Anand ingilis dilində yazmışdır. Mütərəqqi hind yazıçıları cəmiyyətinin təşkilatçılarından olmuşdur (1936). Bəzi hekayələri Azərbaycan dilinə tərcümə olunmuşdur. O, Asiya və Afrika ölkələri yazıçıları ilə sovet əlaqə komitəsinin Bakıda keçirilmiş iclasında iştirak etmişdir (1966). == Romanları == “Toxunulmaz” (1935) “Kuli” (1936) “Yol” (1961) “Qəhrəmanın ölümü” (1963) “Sübhün çöhrəsi” (1964) “Toxunulmaz” (1935) “Kuli” (1936) romanları insanların zülmə, istibdada qarşı azadlıq mübarizəsinə həsr olunmuşdur.
Mülkdərə (Hurand)
Mülkdərə (fars. ملك درق‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 127 nəfər yaşayır (23 ailə).
Mülki-Arslan nahiyəsi
== Tarixi == XVI əsrdə Naxçıvan ölkəsinə daxil olan nahiyələrdən biri də Mülki-Arslan nahiyəsi olmuşdur. AMEA-nın müxbir üzvü A. Bağırovun fikrincə bu ad Azərbaycan Atabəylər dövlətinin başçısı Müzəffərəddin Özbəyin (1210–1225) oğlu Qızıl Arslanın adı ilə bağlıdır. Tədqiqatçı qeyd edir ki, atasının ölümündən sonra Naxçıvanın hakimi olmuş Qızıl Arslana (1225–1229) məxsus torpaq sahələri və kəndlər "Mülki-Arslan" adlandırılmışdır. Qeyd edək ki, tədqiqatçı bu fikri ifadə edərkən tarixdə daha çox Xamuş ləqəbi ilə qalmış Qızıl Arslanı nəzərdə tutmuşdur. Tarix üzrə fəlsəfə doktoru E. Kəlbizadənn fikrincə də bu ərazinin adının formalaşmasının Atabəylər dövrü ilə bağlı olduğu şəksizdir. Lakin "Mülki-Arslan" sözündəki "Arslan" hissəsinin məhz Qızıl Arslan Xamuşla niyə əlaqələndirilməsi maraq doğurur. Qeyd edək ki, Azərbaycan Atabəylər dövlətinin mövcudluğu illərində Eldənizlər sülaləsində 2 Qızıl Arslan olmuşdur. Bunlardan biri Şəmsəddin Eldənizin Möminə Xatından olan ikinci oğlu Müzəffərəddin Qızıl Arslan (1186–1191), digəri isə Eldənizlərin sonuncu — 5-ci hökmdarı Müzəffərəddin Özbəyin İraq Səlcuqlu Sultanı III Toğrulun qızı Məlikə Xatından olan oğlu Qızıl Arslan Xamuşdur I Qızıl Arslanın daha böyük ərazilərin hakimi və Atabəylər dövlətinin hökmdarı, II Qızıl Arslanın isə xarəzmşahlar və monqollar dönəmində qısamüddətli Naxçıvanın hakimi olması faktını nəzərə alsaq, bu əsaslandırmanı məntiqi qəbul etmək lazımdır. == Səfəvilər dövrü == Bu nahiyə şimaldan Məvaziyi-Xatın, şərqdən Dərəşahbuz, cənubdan Naxçıvan nahiyələri, qərbdən Qarabağlar sultanlığı ilə həmsərhəd olmuşdur. Nahiyənin ərazisi, təqribən, 320 km2 -dən artıq olmuşdur.
Mülki (Abaran)
Mülki — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonununda kənd. == Tarixi == Abaran çayının sahilində yerləşir.Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Kəndin digər adı Mülkünkənd, Mülkümkənd olmuşdur. Toponim ərəb dilində «dövlətə aid», «qeyri-hərbi, qeyri-əsgəri» mənasında işlənən mülki sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. == Əhalisi == Ermənilər buraya 1829-cu ildə İrandan köçürülüb yerləşdirilmişdir.
Mülki Aviasiya Akademiyası (Almatı)
Mülki Aviasiya Akademiyası — mülki aviasiya uçuşları, istismarı və xidməti işçiləri, habelə mülki aviasiya müəssisələrinin mütəxəssislərinin yenidən hazırlanması və ixtisasartırması üçün mühəndis və texniki işçilər hazırlayan Almatı şəhərində bir ali təhsil müəssisəsidir. Mülki Aviasiya Akademiyası, Qazaxıstan Respublikası və Mərkəzi Asiyada mülki aviasiya uçuşu, texniki və texniki qulluq heyəti üçün yüksək ixtisaslı mühəndis və texniki mütəxəssislər üçün hazırlıq, habelə mülki aviasiya mütəxəssislərinin yenidən hazırlanması və ixtisasartırma təhsili verən yeganə ali təhsil müəssisəsidir. == Tarixi == 1937-ci ildə Almatı şəhərində Qazaxıstan Mülki Aviasiya İdarəsinin təlim dəstəsi yaradıldı. 1962-ci ildə UTO KUQA-nın bazasında, Kiyev Mülki Aviasiya Mühəndisləri İnstitutunun bir təlim və məsləhət mərkəzi təşkil edildi. 6 iyul 1995-ci ildə UTO KUQA Başçısı Qres A.M.-nin təşəbbüsü sayəsində Kiyev Mülki Aviasiya Mühəndisləri İnstitutunun təlim və məsləhət mərkəzi. və texnika elmləri namizədi Maxanova S.R. — "Mülki Aviasiya Akademiyası" təhsil sahəsində qeyri-kommersiya təşkilatı kimi bir ali təhsil müəssisəsi statusunu alır. Akademiyadakı təhsil fəaliyyətləri azaldılmış təhsil proqramlarına uyğun olaraq və distant təhsil texnologiyasından istifadə etməklə əyani şəkildə həyata keçirilir. Təhsil əyalətdə aparılır (yalnız birinci və ikinci kurs), rus və ingilis. Akademiya ayrıca Qırğızıstan, Tacikistan, Fələstin və digər ölkələrin vətəndaşlarına da təlim verir. Əyani və qiyabi şöbələr var.
Mülki Aviasiyasının 75 illiyi (1938-2013) medalı
"Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" yubiley medalı — Azərbaycan Mülki Aviasiyasının 75 illik yubileyi münasibətilə təsis edilmiş medal. == Təsis edilməsi == 2013-cü il sentyabrın 30-da Azərbaycan Respublikasının Milli Məclisində Mülki Aviasiyanın 75 illiyi münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və təsdiqlənmişdir. Azərbaycan Respublikasının "Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri, habelə Azərbaycan Respublikası Mülki Aviasiyasının inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər Maddə 2. Təltif edən orqan Bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə müvafiq icra hakimiyyəti orqanı təltif edir. Maddə 3. Taxılma qaydası "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. == Təsviri == Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 721-IVQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1.
Mülki Hüquqlar Qanunu
1964-cü il Mülki Hüquqlar Qanunu (ing: The Civil Rights Act of 1964) ABŞ-də məktəblərdə, ictimai yerlərdə, işəgötürmədə qaradərililərə qarşı mənfi ayrı-seçkiliyi qadağan edən əlamətdar bir qanun idi. ABŞ-nin o zamankı Prezidenti Lyndon Johnson tərəfindən 2 iyul 1964-cü ildə imzalanaraq qüvvəyə minən bu qanunla, irqçi ayrı-seçkilik qanunsuz edildi. Qanun layihəsi 1963-cü ildə ABŞ Prezidenti John F. Kennedy tərəfindən hazırlanmışdır; lakin Kennedy məruz qaldığı sui-qəsd nəticəsində öldüyünə görə, qanunun qəbul edildiyini görə bilməmişdir. Qanunu imzalayan prezident Lyndon Johnson idi. Şübhəsiz ki, bu qanunun qəbul edilməsində və bu hüquqların əldə edilməsində ən böyük paylardan biri Amerika vətəndaş hüquqları hərəkatının lideri Martin Lüter Kinqə məxsusdur. Kinqin 28 mart 1963-cü il tarixində təşkil etdiyi Washingtona İş və Azadlıq Uğrunda Yürüş etirazında etdiyi bir xəyal qurdum nitqi böyük bir təsir bağışlamış və tarixin ən əhəmiyyətli çıxışlarından biri olmuşdur. Bu gün qara-ağ ayrı-seçkiliyi ABŞ-də qanuni səviyyədə mövcud deyil, lakin bəzi radikal qrupların irqçi hərəkatları və davranışları hələ də mövcuddur. 2008-ci ildə ABŞ-nin prezidenti seçilən Barak Hüseyn Obama bu vəzifəni tutan ilk Zənci oldu. Obamaya qarşı da bəzi irqçi reaksiyalar var idi; lakin bu reaksiyalar çox aşağı nisbətdə qalmışdı.

mül sözünün leksik mənası və izahı

"mül" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mül nədir? #mül sözünün mənası #mül nə deməkdir? #mül sözünün izahı #mül sözünün yazılışı #mül necə yazılır? #mül sözünün düzgün yazılışı #mül leksik mənası #mül sözünün sinonimi #mül sözünün yaxın mənalı sözlər #mül sözünün əks mənası #mül sözünün etimologiyası #mül sözünün orfoqrafiyası #mül rusca #mül inglisça #mül fransızca #mül sözünün istifadəsi #sözlük