* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Yarpağı, gülü, meyvəni budaqla birləşdirən nazik bərk hissəcik; bəndəm. Gülün saplağı. Almanın saplağı. – Sultan əlini soyuq kola uzadaraq dırnaqları ilə bənövşənin nazik saplağını kəsir. Ə.Sadıq. ◊ Boğazı (boynu) armud saplağına dönmək, boğazı armud saplağı kimi nazikləşmək (nazilmək) – son dərəcə arıqlamaq. Rüstəm bəy gülümsündü: – Onun üçün ikisinin də boynu armud saplağına dönüb də. Çəmənzəminli. Balaca qızın boğazı armud saplağı kimi nazilmişdi. M.Hüseyn. [Çimnaz arvad:] …O qədər arıqlamısan ki, boğazın uzanıb armud saplağına dönübdür. Ə.Əbülhəsən.
Azərbaycan dilinin izahlı lüğəti / saplaq1 Sap sözü ilə eyni kökə malikdir. Saplamaq feilindən -q şəkilçisinin köməyi ilə əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / saplaq1 1. черешок, черенок, цветоножка, основание, ножка, стебелек; 2. ручка, рукоятка, древко (топора, заступа и пр.);
Azərbaycanca-rusca lüğət / saplaq2 сущ. бот. 1. черенок, черешок. Yarpağın saplağı черенок листа 2. плодоножка (стебелёк, на котором сидит плод растения). Armudun saplağı плодоножка груши; çiçək saplağı цветоножка ◊ boğazı (boynu) armud saplağına dönmək, boğazı armud saplağı kimi nazilmək сильно похудеть, истощиться, исхудать
Azərbaycanca-rusca lüğət / saplaq1 сущ. ттум (пешин, цуькведин, емишдин ва мс.); ** boğazı (boynu) armud saplağına dönmək, boğazı armud saplağı kimi nazikləşmək (nazilmək) гардан чуьхвердин ттум хьиз шуькӀуь хьун, гзаф яхун хьун.
Azərbaycanca-ləzgicə lüğəti / saplaq