ın sözü azərbaycan dilində

ın

Yazılış

  • ın • 99.3697%
  • In • 0.5910%
  • IN • 0.0378%
  • ıN • 0.0015%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Give In To Me
Give In To Me, Pop müğənnisi Maykl Ceksonun Dangerous albomundan çıxan yeddinci sinqldır. Sinql, Epic Records tərəfindən yayımlanmışdır. Mahnının prodüserliyini Maykl Cekson və Bill Bottrell üstlənmişdir. Mahnı, Guns N' Roses gitaristi Slashın gitar sololarını özündə əks etdirir. Sinql, Şimali Amerika və Asiyada heç yayımlanmadı. Sinql, B üzündə yenə Cekson'un hard rok mahnılarından "Dirty Diana" və "Beat It"ə oxşaması baxımından əhəmiyyətlidir.
In Rainbows
In Rainbows - İngilis rok qrupu Radiohead-in yeddinci musiqi albomudur. Albom internet üzərindən 10 oktyabr 2007-ci il tarixində, fiziki olaraq isə 3 Dekabr 2007-ci ildə yayımlanıb. Qrup albom üzərində 2 il çalışıb. Albom tamamlandıqdan sonra Radiohead əvvəlcə albomu onlayn olaraq yayımlamağa qərar verdi.
In absentia
In absentia — hüquqi termin olub Latın dilində mənası iştirakı olmadan deməkdir.
In vitro
In vitro (lat. vitrum — "şüşə", azərb. şüşənin içində‎) — eksperimental biologiyada canlı orqanizmlərdən kənarda, sınaq şüşəsində təcrübələrin aparılması texnologiyası. Təcrübələrin canlı orqanizmlər, insan və ya heyvanlar üzərində aparıldığı in vivo terminin əksidir. Molekulyar biologiya, biokimya, farmakologiya, tibb, genetika və digər sahələrə aid olan bir çox eksperimentlər in vitro, canlı hüceyrələrin və ya hüceyrəsiz modellərin üzərində aparılır. Canlı orqanizmlər həddən artıq mürəkkəb funksional sistem olub, on minlərlə gendən, zülal və RNT molekullarından, kiçik üzvi birləşmələrdən, qeyri-üzvi ionlardan, çoxhüceyrəli orqanizmlərdə isə orqanlar sistemindən ibarətdirlər. Canlı orqanizmin yaşaması üçün bu saysız-hesabsız komponentlər bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqədə olmaqla qida əldə etmək, tullantıları çölə atmaq, başqa orqanizmlərə, işığa, səsə, istiyə və s. reaksiya vermək bacarığına sahib olmalıdır. Canlı orqanizmlərin belə xüsusi mürəkkəbliyə sahib olması onların müxtəlif komponentlərinin təyin edilməsi və əsas bioloji funksiyalarının öyrənilməsində çətinliklər yaradır. In vitro təcrübənin əsas üstünlüyü isə tədqiq olunan sistemin istənilən səviyyədə sadələşdirilməsinin mümkünlüyü və tədqiqatçının çox kiçik komponentlər üzərində işləməsinə şərait yaratmasındadır.
ABŞ-ın qurucuları
Amerika Birləşmiş Ştatlarının qurucu ataları (ing. The Founding Fathers) — Amerika dövlətçiliyinin yaranmasında və əsasının qoyulmasında mühüm rol oynamış amerika xadimləri qrupu. Bəzi tarixçilərə görə, bura Amerika inqilabını təşkil edən və aparan ABŞ siyasətçiləri, hüquqşünaslar, dövlət xadimləri, əsgər və diplomatlar və ya sadəcə adi vətəndaşlar olaraq meydana gətirən On üç İngilis koloniyasının nümayəndələri daxildir. 1973-cü ildə tarixçi Riçard Morris aşağıdakı yeddi əsas qurucu atanı təyin etmişdir: Con Adams, Bencamin Franklin, Aleksandr Hamilton, Con Cey, Tomas Cefferson, Ceyms Medison və Corc Vaşinqton.
ABŞ-ın əraziləri
ABŞ-nin əraziləri ABŞ federal hökumətinin nəzarət etdiyi inzibati-ərazi vahididir. Onlar məhdud suverenliyə malik ABŞ ştatları və yerli amerikalı qəbilələrindən fərqlidirlər. Ərazilər inkorporativliyinə və ABŞ Konqresinin qəbul etdiyi orqanik akta əsasən "mütəşkil" bir hökumətin varlığına görə təsnif edilir. Hal-hazırda ABŞ Karib dənizində və Sakit Okeanda on altı əraziyə malikdir. Beşi (Amerika Samoası, Quam, Şimali Marian adaları, Puerto-Riko və ABŞ Vircin adaları) daimi məskunlaşmış, qeyri-inkorporativ ərazidir; digər on bir ərazi yerliləri (və ya daimi əhalisi) olmayan kiçik ada, atoll və riflərdir. Bu on bir dənədən yalnız biri (Palmira rifi) inkorporativ ərazi kimi təsnif edilir. İki ərazi (Baxo-Nueva və Serranilla bankəsi) de-fakto Kolumbiya tərəfindən idarə olunur. Tarixən, ərazilər yeni əldə edilmiş torpaqları idarə etmək üçün yaradılmışdır. Bir çox ərazi nəticədə ştatlığa çevrildilər. Filippin, Mikroneziya Federativ Ştatları, Marşall adaları və Palau kimi müəyyən vaxt ərzində ABŞ tərəfindən idarə olunan digər ərazilər nəticədə daha sonra müstəqil ölkələr oldular.
In My Bed
"In My Bed (Mənim Yatağımda), ingilis musiqiçi Amy Winehouse-un Frank albomu üçün yazdığı və səsləndirdiyi single-dır. Winehouse-un 3-cü olan bu single'ı 3 aprel 2004-də dərc olundu.
In The Closet
In The Closet — Maykl Ceksonun bir mahnısı.
In This Moment
In This Moment — Amerikan Alternativ metal qrupu. 2005-ci ildə Maria Brink və gitarist Chris Howorth tərəfindən yaradılmışdır. Daha sonra qrupa zərb alətləri üçün Jeff Fabb, gitarist Blake Bunzel ilə bas gitarist Josh Newell qrupa qatıldı. Qrup ilk demo sinqllarını MySpace, musiqi şəbəkəsin də yaymağa başladı. In This Moment-in ilk studio albomu "Beautiful Tragedy" 2007-ci ildə bıraxıldı. Bir sonrakı il isə qrupun ikinci studio albomu "The Dream" adlı albom diskləri ABŞ-də geniş şəkildə satılmağa başladı. 2010-ci ildə isə "A Star-Crossed Wasteland" adlı albomları çıxdı. Bu albomdan sonra In This Moment 2012-ci il avqustun 14-də "Blood" adlı albomları bıraxıldı.
In Too Deep
In Too Deep (azərb. Çox dərində‎) — Serbiyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Tiyana Boqiçeviç "In Too Deep" mahnısı ilə Serbiyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən müsabiqədə təmsil etmişdir. Mahnı Borislav Milanov, Yoakim Persson, Yohan Alkenas və Lisa Dezmond tərəfindən bəstələnmişdir.
Kim Çen In
Kim Çonq-ın (kor. 김정은; 8 yanvar 1984, 8 yanvar 1983 və ya 8 yanvar 1982, Pxenyan) — Şimali Koreya siyasi xadimi, Kim Çen İrin oğlu, Koreya İşçi Partiyasının Birinci Katibi, Koreya Xalq Demokratik Respublikası Dövlət Müdafiə Komitəsinin Birinci Sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandanı. Kim Çen I, Ko Yonq-hui və 1994-cü ildən 2011-ci ilə qədər ölkənin lideri olan Kim Çen İrin ikinci övladıdır. O, 1948-dən 1994-cü ilə qədər Şimali Koreyanın qurucusu və ilk lideri olan Kim İr Senin nəvəsidir. Kim ölkənin qurulmasından sonra dünyaya gələn ilk Şimali Koreya lideridir və eyni zamanda dünyanın ikinci ən gənc hökumət başçısıdır. Kim Çen İnin siyasəti nüvə silahlarının davamlı inkişafı, kosmik peyklərin buraxılması, iqtisadi islahatlar, Çin Xalq Respublikası ilə dostluq münasibətlərinin inkişafı, eləcə də Cənubi Koreya və Qərb ölkələri ilə münasibətlərin dalğalanması ilə diqqət çəkir.
Love In Rewind
Da Da Dam — Bosniya və Herseqovinanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Dino Merlin ifa etdiyi mahnıdır.
Stranger In Moscow
Stranger In Moscow – Maykl Ceksonun HIStory: Past, Present and Future, Book I albomundan çıxardığı beşinci və axırıncı sinql. Mahnı Epic Records şirkəti tərəfindən 1996 – cı ildə yayımlanmışdır.Mahnı əvvəlcə Avropada, daha sonra isə ABŞ-də yayımlanmışdır. Mayklın böyük uğur qazanan mahnı, bir çox Avropa ölkələrində birinciliyi əldə etmişdir. Maykl Cekson mahnını Moskva şəhərində bəstələmişdir. Belə ki, Maykl bu mahnıda Dangerous World Tour çərçivəsində Moskvada yerləşdiyi otel otağında ikən düşündüklərini qələmə almışdır. Qeyd edək ki, bu səfəri zamanı Moskvada Rusiya dövlət orqanları tərəfindən Maykla qarşı hörmətsizliklər edilmiş və Moskvadan ayrılarkən Maykl bir daha Moskvaya dönməyəcəyinə söz vermişdir. Mahnının klipi də olduqca uğurlu alınmışdır. Belə ki, ağ-qara şəkildə çəkilən klipdə Maykldan başqa hər şey çox yavaş hərəkət edir və xüsusi effekt yaradır. Beləliklə də mahnının musiqisi və sözlərindəki məna dolğun şəkildə tamaşaçıya çatdırılır.
ABŞ-ın ştatları
ABŞ ştatları — Öz suverenliyni ABŞ federal hökuməti ilə bölüşən 50 inzibati ərazi vahidinin hər biri. Hər bir ştat öz suverenliyini federal hökumət ilə bölüşdüyü üçün Amerika vətandaşları həm ABŞ-nin, həm də yaşadığı ştatın vətəndaşı sayılır. Ştat vətandaşlığı və ya oranın sakini olma şərtidir və ştatlararası yerdəyişmə üçün heçbir xüsusi icazə tələb olunmur (əksini göstərən məhkəmə əmri yoxdursa). Ştatların əhalisi müxtəlif ola bilir (məs. Vayominq — 600 000, Kaliforniya 38 mln.) Ştatlar qraflıqlara və ya buna bərabər inzibati ərazi vahidlərinə bölünür. Qraflıqlar heçbir suverenliyə malik deyillər. Bu bölgü hər ştatda müxtəlifdir. Hər bir ştatın öz konstitusiyası vardır. ABŞ Konstitusiyasına ratifikasiya etməklə, ştatlar öz məhdud suverenliklərini bu konstitusiya vasitəsilə federal hökumətə köçürülür. Tarixən hüquq-mühafizə, ictimai təhsil, səhiyyə, nəqliyyat və infrastruktur əsasən ştatların məsuliyyətində olub, lakin federal hökumətin bütün bu sahələrdə də nəzərəçarpan maliyyələşdirməsi və nəzarəti mövcuddur.
ABŞ-ın ştatı
ABŞ ştatları — Öz suverenliyni ABŞ federal hökuməti ilə bölüşən 50 inzibati ərazi vahidinin hər biri. Hər bir ştat öz suverenliyini federal hökumət ilə bölüşdüyü üçün Amerika vətandaşları həm ABŞ-nin, həm də yaşadığı ştatın vətəndaşı sayılır. Ştat vətandaşlığı və ya oranın sakini olma şərtidir və ştatlararası yerdəyişmə üçün heçbir xüsusi icazə tələb olunmur (əksini göstərən məhkəmə əmri yoxdursa). Ştatların əhalisi müxtəlif ola bilir (məs. Vayominq — 600 000, Kaliforniya 38 mln.) Ştatlar qraflıqlara və ya buna bərabər inzibati ərazi vahidlərinə bölünür. Qraflıqlar heçbir suverenliyə malik deyillər. Bu bölgü hər ştatda müxtəlifdir. Hər bir ştatın öz konstitusiyası vardır. ABŞ Konstitusiyasına ratifikasiya etməklə, ştatlar öz məhdud suverenliklərini bu konstitusiya vasitəsilə federal hökumətə köçürülür. Tarixən hüquq-mühafizə, ictimai təhsil, səhiyyə, nəqliyyat və infrastruktur əsasən ştatların məsuliyyətində olub, lakin federal hökumətin bütün bu sahələrdə də nəzərəçarpan maliyyələşdirməsi və nəzarəti mövcuddur.
In medias res
In medias res (latın dilindən – «işin ortasında») — hadisələrin zəmin təqdim edilmədən, müəllifin adı ilə, ya da personajların monoloq və dialoqlarında təqdim olunaraq fabulanın (giriş və ya peripetiyası) mərkəzi epizodundan başlamasına aid edilən ənənəvi poetika termini. "In medias res" ifadəsi Horasinin "Ars poetika" əsərindən sitatıdır. O, burada Homeri öz hekayəsinə "ab ovo" başlamadığına görə tərifləyir. In medias res // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
ABŞ-ın Azərbaycandakı səfirləri
ABŞ-nin Azərbaycanda ilk səfiri Riçard Mayls olub. O, bu vəzifədə 1992–1993-cü illərdə işləyib. İkinci səfir Riçard Kozlariç Azərbaycanda 1994–1997-ci illərdə, üçüncü səfir Stenli Eskudero 1997–2000-ci illərdə işləyib. Sonrakı səfirlər bunlar olub: Ross Vilson (2000–2003), Rino Harniş (2003–2006), Enn Dörsi (2006–2009). 2011-ci il fevralın 7-dən Metyu Brayza ABŞ-nin Azərbaycandakı səfiri kimi Bakıdakı səfirlikdə fəaliyyətə başlayıb. Metyu Brayza Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən bəri ABŞ-nin ölkəyə təyin etdiyi 7-ci səfirdir. Metyu Brayza Azərbaycanda səfir kimi fəaliyyətini 2012-ci ilin yanvarın 3-də tamamlayaraq öz ölkəsinə geri dönüb.
ABŞ-ın Somali səfirliyi
ABŞ-nin Somali səfirliyi — ABŞ-nin Somalidə yerləşən əsas diplomatik nümayəndəliyidir. 1991-ci ildə Somalidə gedən vətəndaş müharibəsi səbəbindən səfirlik fəaliyyətini dayandırmışdır. Yalnız 24 il sonra - 2015-ci ildə fəaliyyətini bərpa etmişdir. Yeni səfir Katherine Simonds Dhanani seçilmişdir.
ABŞ-ın Sülh Korpusu
Sülh Korpusu — ABŞ hökumətinin qeyri-siyasi, qeyri-dini agentliyidir. Sülh Korpusu 1961-ci ildə prezident Con F.Kennedi tərəfindən yaradılmışdır. Sülh Korpusunun əsas məqsədi maraq göstərən ölkələrə amerikalı könüllüləri göndərməklə dünyada sülh və dostluğun yayılmasına kömək etməkdən ibarətdir. Sülh Korpusu sülh və dostluq quraraq mədəniyyət mübadilə proqramları ilə ölkələr arasında qarşılıqlı anlaşmanın dərinləşdirilməsinə təkan verir. 1961-ci ildən bu vaxtadək 200.000 Sülh Korpusu könüllüsü dünyanın 139 ölkəsində xidmət etmişdir. Sülh Korpusu proqramı Azərbaycanda 2003-cü ildən fəaliyyət göstərir. Könüllülər Azərbaycanda İngilis dilinin tədrisi, Gənclərin İnkişafı və İqtisadi İnkişaf sahələri üzrə texniki biliklərə olan ehtiyacların ödənilməsinə köməklik göstərir, Amerika və Azərbaycan xalqları arasında dostluğu daha da möhkəmləndirirlər. Könüllülərin aylıq xərcləri və onların sağlamlığı ilə bağlı xərclər Sülh Korpusu tərəfindən ödənilir. Könüllünü qəbul edən təşkilat həmin Könüllüyə heç bir maliyyə ayırmır. Onlardan yalnız Könüllünün işinə nəzarət etmək və onun səmərəli işləməsi üçün lazım olan dəstəyi təmin etmək tələb olunur.
In God We Trust
In God We Trust — ABŞ və Floridanın rəsmi dövlət devizi. Mənası "Biz Tanrıya Ümid Bağlayırıq" deməkdir.
Man In The Mirror
Man In The Mirror – Qlen Ballard və Siedah Garrett tərəfindən yazılmış və Maykl Cekson tərəfindən ifa olunmuş mahnıdır. Ceksonun ifasına Kuinsi Cons və Cekson özü prodüserlik etmişdir. 1988-ci ilin yanvarında Ceksonun yeddinci solo albomu olan “Bad”dan dördüncü sinql kimi satışa çıxarılan mahnı qısa zamanda ABŞ hit-paradlarında birinciliyə yüksəlmişdir. Ceksonun ən ciddi işlərindən biri kimi dəyərləndirilən mahnı, İlin Ən Yaxşı Səsyazması kateqoriyasında Qremmi mükafatına namizəd göstərilmişdir. Mahnı iki həftə “Billboard Hot 100” hit-paradına rəhbərlik etmişdir. 1988-ci ildə “UK Singles Chart”da 21-ci yerdə qərarlaşan mahnı, 2009-cu ildə Maykl Ceksonun ölümündən sonra həmin hit paradda 11–ci yerə kimi yüksəlmişdir. ABŞ və BK-da 1.3 milyon nüsxədən çox onlayn satış uğuru əldə edən mahnı iTunes yükləmələrində də birinci yerə yüksəlmişdir. “Man in the Mirror” Qlen Ballard və Siedah Garrett tərəfindən bəstələnmişdir. Cekson mahnıya Garret, The Winans və Andre Krauç Xorunun fon ifasını əlavə etmişdir ki, bu da mahnıya xarakterik səslənmə vermişdir. Bu mahnı Ceksonun ən sevimli mahnılarından biri olmuşdur.
Rəvan FK-ın rekordları
Rəvan FK — Bakı şəhərini təmsil edən peşəkar Azərbaycan futbol komandasıdır. Bu siyahıda klubun Azərbaycan Premyer Liqasında oyunçaları tərəfindən qeydə alınmış rekordları və qeydləri əhatə edir. Bu siyahıda həmçinin klubun bombardirləri ilə, ən çox oyunda meydana çıxanlarla tanış olmaq mümkündür. 17 may 2014 məlumatlarına əsasən. Siyahıya ən azı 50 rəsmi oyun keçirən futbolçular daxil edilmişdir. Mötərizədə isə vurduğu qollar qeyd olunmuşdur. 17 may 2014 məlumatlarına əsasən. Oyunların sayı, mötərizədə isə qolların sayı göstərilmişdir. Qələbə rekordu: 6–2 Turan Tovuz ilə, 2012-13 Azərbaycan Premyer Liqası, 30 Mart 2013 Liqada qələbə rekordu: 6–2 Turan Tovuz ilə, 2012-13 Azərbaycan Premyer Liqası, 30 Mart 2013 Azərbaycan Kubokunda qələbə rekordu: 5–2 Qaradağ ilə, 4 Dekabr 2013 Səfərdə qələbə rekordu: 6–2 Turan Tovuz ilə, 2012-13 Azərbaycan Premyer Liqası, 30 Mart 2013 Evdə qələbə rekordu: 5–1 Kəpəz ilə, 2011-12 Azərbaycan Premyer Liqası, 28 Aprel 2012 Məğlubiyyət rekordu: 0–5 v Bakı, 2013-14 Azərbaycan Premyer Liqası, 18 Avqust 2013 Liqada məğlubiyyət rekordu: 0–4 v Bakı, 2013-14 Azərbaycan Premyer Liqası, 18 Avqust 2013 Səfərdə məğlubiyyət rekordu: 0–5 v Bakı, 2013-14 Azərbaycan Premyer Liqası, 18 Avqust 2013 Azərbaycan Kubokunda məğlubiyyət rekordu: 0–5 v Xəzər Lənkaran, 2-ci dövrənin 1/4 mərhələsi, 7 Mart 2013 Evdə məğlubiyyət rekordu: 3–5 v AZAL, Azərbaycan Premyer Liqası, 14 May 2013 Premyer Liqada bir mövsümdə ən çox qol vurma: 46 – 2012–13 Premyer Liqada bir mövsümdə ən az qol vurma: 30 – 2013-14 Premyer Liqada bir mövsümdə ən çox qol buraxma: 53 – 2012–13 Premyer Liqada bir mövsümdə ən az qol buraxma: 22 – 2013-14 Bir mövsümdə ən yüksək xal: 41 32 oyuna, Azərbaycan Premyer Liqası, 2011–12 Bir mövsümdə ən aşağı xal: 22 38 oyuna, Azərbaycan Premyer Liqası, 2013–14 4 fevral 2014 məlumatlarına əsasən.
Strangers In The Night
Strangers in the Night — 1966-cı ildə Frenk Sinatranın ifası sayəsində məşhurluq qazanan mahnı. İddiaya görə mahnının orijinal musiqisi məşhur yuqoslav müğənnisi İvo Robiç tərəfindən bəstələnmiş və onun Yuqoslaviyada keçirilən bir musiqi yarışmasındakı uğursuz çıxışından sonra musiqinin müəlliflik hüquqları Bert Kempfertə satılmışdır. Sonradan orijinal musiqinin üstündə bəstəkar Bert Kempfert işləyərək onu Sinatranın ifası üçün hazırlamış, Çarlz Sinqlton və Eddi Snayder isə mahnıya ingilis dilində sözlər yazmışlar. Mahnı Billboard Hot 100 və Easy Listening hit paradlarında birinci yerə qədər yüksəlmişdir. Mahnı həmçinin UK Singles Chartda da yuxarı pillələrdə olmuşdur. Frenk Sinatra 1966-cı ildə çıxardığı albomunu da bu mahnının adı ilə Strangers in the Night adlandırmışdır. Həmin albom Sinatranın ən çox nüsxə ilə satılan albomu olmuşdur. Mahnı Frenk Sinatra üçün çox böyük uğurlar gətirmişdir. Belə ki, o, bu mahnıya görə 1967-ci il Qremi Mükafatlandırması zamanı iki kateqoriyada "İlin Ən Yaxşı Pop Vokal Müğənnisi" və "İlin Ən Yaxşı Səs Yazısı" kateqoriyalarında mükafat əldə etmişdir. Mahnının sonunda Frenk Sinatra ən çox yadda qalan və sevilən imitasiyasını (doo-be-doo-be-doo) etmiş və mahnını özünməxsus şəkildə bu cür tamamlamışdır.
ABŞ-ın baş hakimi
ABŞ-ın xarici siyasəti
Amerika Birləşmiş Ştatlarının xarici siyasəti — ABŞ-ın digər ölkələrə münasibətdə istifadə etdiyi xarici siyasət məqsədləri və metodlarının məcmusu. Xarici siyasət prezident tərəfindən müəyyən edilir və Dövlət katibinin başçılıq etdiyi Dövlət Departamenti tərəfindən həyata keçirilir. Rəsmi olaraq xarici siyasət doktrinası ABŞ vətəndaşlarının və beynəlxalq ictimaiyyətin xeyrinə daha təhlükəsiz, demokratik və firavan dünyanın təmin edilməsi maraqlarına əsaslanır. ABŞ dünyada ən inkişaf etmiş diplomatik nümayəndəliklər şəbəkəsinə malik olmaqla beynəlxalq münasibətlərdə son dərəcə mühüm rol oynayır. ABŞ Birləşmiş Millətlər Təşkilatının və Şimali Atlantika alyansının qurucu üzvü və BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Artıq Birinci Dünya müharibəsi illərində ABŞ dünya siyasi arenasında lider mövqe tutmaq üçün səylər göstərirdi. 1914-1917-ci illərdə ABŞ-ın neytrallıq siyasəti yeritməsi ölkə iqtisadiyyatına müsbət təsir göstərmişdi. 1920-ci illərdə ABŞ Latın Amerikasında siyasi ekspansiya uğrunda mübarizə aparmış, bir sıra torpaqları satın almış və öz şirkətləri vasitəsilə kreditlər vermişdi. Bu regionun bəzi ölkələrində ABŞ bilavasitə maliyyə və gömrüklərə nəzarət etmiş, bəzi hallarda varlığını ordu ilə dəstəkləmişdi. İkinci Dünya müharibəsindən ərəfəsində təcridçilik doktrinası ABŞ-ın hakim elitası arasında çox populyar idi.
Dana International
Şaron Kohen (ivr. ‏ שרון כהן‏‎, 2 fevral 1969 və ya 2 fevral 1972, Tel-Əviv) ya da bilinən səhnə adıyla Dana International (דנה אינטרנשיונל) — İsrail müğənnisi, mahnı şairi, bəstəkar. Dana International Yaron Kohen (ירון כהן) adı ilə bioloji olaraq kişi cinsiyyəti ilə dünyaya gəlmişdir. 13 yaşındaykən homoseksual olduğunu kəşf etmişdir və 1993-cü ildə cinsiyyət dəyişdirmə əməliyyatı keçirərək qadın olmuş, Yaron olan adını Şaron olaraq dəyişdirmişdir. Birləşmiş Krallığın Birminhem şəhərində təşkil edilən 1998 Avroviziya Mahnı Müsabiqəsində İsraili təmsil eymiş və "Diva" adlı mahnıyla birinci yeri tutmuşdur. 2011 Avroviziya Mahnı Müsabiqəsində İsraili "Ding Dong" adlı mahnı ilə bir dəfə daha təmsil etmişdir. Ancaq finala çıxa bilməmişdir.
Disney’s Aladdin (Virgin Interactive)
Disney’s Aladdin (Virgin Interactive) — "Virgin Interactive" oyun şirkəti tərəfindən 1992-ci ildə yaradılan macəra oyunudur. Videooyunun süjeti cizgi filminin hekayəsinə yaxındır. Cəfər küçə oğrularından biri olan Ələddini Möcüzələr mağarasına apararaq ona sehrli çırağın yerini deyir. Ələddin sehrli çırağı tapır və bu çıraqdan üç arzunu yerinə yetirən Cin çıxır. Şahzadə Jasminə vurulmuş Ələddin Cindən onu şahzadəyə döndürməsini istəyir və Əli-Ababua cildində Arabaha gələrək Jasminin könlünü almağa nail olur. Lakin Cəfər Sultanın taxtını ələ keçirdikdən sonra Jasmini əsir edir və sehrli çırağa sahib olur. Bu səbəbdən Ələddin Abu və sehrli xalçanın köməyi ilə Aqrabahı bu fəlakətdən xilas etməyə qərar verir. Ələddin müxtəlif macəralardan keçəndən sonra Cəfərlə döyüşür və ona qalib gəlir. Sonda Ələddin Jasmini xilas edir və Aqrabahda əvvəlki kimi mehribançılıq olur. Sultan isə onların evlənmələrinə razı olur.
DreamWorks Interactive
DICE Los Angeles (əvvəllər DreamWorks Interactive L.L.C., EA Los Angeles və Danger Close Games) — ABŞ videooyun istehsalı şirkəti. "DICE Los Angeles" 1995-ci ilin aprel ayında "DreamWorks" və "Microsoft" şirkətləri tərəfindən təsis edilmişdir və 2013-cü ildən bəri "EA DICE" şirkətinin diviziyasıdır. 2000-ci ildə "Electronic Arts" studiyanı satın almış və onun adını "EA Los Angeles", daha sonra isə 2010-cu ildə "Danger Close Games" olaraq dəyişmişdir. 2013-cü ildə studiya baş ofisi İsveçdə yerləşən "EA DICE" şirkətinin bir diviziyası olmuş və "DICE Los Angeles" adını almışdır. Şirkət başlıca olaraq yaratdığı "Medal of Honor" və "Command & Conquer" videooyun seriyalarına görə tanınır. "DreamWorks Interactive" şirkətinin təsis ediləcəyi 22 mart 1995-ci ildə açıqlanmışdır. 3 aprel 1995-ci ildə fəaliyyətə başlayan şirkət "DreamWorks" və "Microsoft" şirkətlərinin birgə idarə etdiyi bir müəssisə idi. Studiyaya rejissor Stiven Spilberq rəhbərlik edirdi. Spilberqin dövründə studiya çoxlu lisenziyalı videooyun buraxmışdır. "Los Angeles Times" qəzetinin redaktoru Lezli Helmin dediyinə görə, şirkətin istehsal etdiyi ilk videooyunlar olduqca müvəffəqiyyətsiz idi.
DreamWorks Interactive L.L.C.
DICE Los Angeles (əvvəllər DreamWorks Interactive L.L.C., EA Los Angeles və Danger Close Games) — ABŞ videooyun istehsalı şirkəti. "DICE Los Angeles" 1995-ci ilin aprel ayında "DreamWorks" və "Microsoft" şirkətləri tərəfindən təsis edilmişdir və 2013-cü ildən bəri "EA DICE" şirkətinin diviziyasıdır. 2000-ci ildə "Electronic Arts" studiyanı satın almış və onun adını "EA Los Angeles", daha sonra isə 2010-cu ildə "Danger Close Games" olaraq dəyişmişdir. 2013-cü ildə studiya baş ofisi İsveçdə yerləşən "EA DICE" şirkətinin bir diviziyası olmuş və "DICE Los Angeles" adını almışdır. Şirkət başlıca olaraq yaratdığı "Medal of Honor" və "Command & Conquer" videooyun seriyalarına görə tanınır. "DreamWorks Interactive" şirkətinin təsis ediləcəyi 22 mart 1995-ci ildə açıqlanmışdır. 3 aprel 1995-ci ildə fəaliyyətə başlayan şirkət "DreamWorks" və "Microsoft" şirkətlərinin birgə idarə etdiyi bir müəssisə idi. Studiyaya rejissor Stiven Spilberq rəhbərlik edirdi. Spilberqin dövründə studiya çoxlu lisenziyalı videooyun buraxmışdır. "Los Angeles Times" qəzetinin redaktoru Lezli Helmin dediyinə görə, şirkətin istehsal etdiyi ilk videooyunlar olduqca müvəffəqiyyətsiz idi.
Dubai International Holy Quran Award
Dubay Beynəlxalq Quran Mükafatı (ərəb.جائزة دبي الدولية للقرآن الكريم) Dubay hökumətinin sponsorluğunda Quranın əzbərlənməsinə görə verilən illik mükafatdır.
Eidos Interactive
Eidos Interactive (deyilişi /ˈaɪdɒs/, eye-dos) – mərkəzi ofisi İngiltərədə yerləşən, oyun yaradan və nəşr edən şirkət. Hal-hazırda Square Enix şirkətinin tərkib hissəsidir. Eidos – həmçinin həyat bloklarının genetik koduna, Aristotel tərəfindən qoyulan addır. Eidos Interactive – in ABŞ, Kanada, Almaniya, Fransa, Avstraliya və Yaponiya da filialları vardır. Eidos 22 aprel 2009-cu ildə rəsmən Square Enix şirkətinin bir hissəsi olub. Square Enix Avropa filialının yenidən təşkilatlanmasından sonra Eidos Interactive yeni yaradılacaq Square Enix Europe adı altında birləşdiriləcəkdir. Sonradan Eidos-un ana şirkətinə çevrilən Eidos plc 1990-cı ildə təsis edilmişdir və Acorn Archimedes kompyuterləri üçün video sıxılması və nizamsız montaj üzrə ixtisaslanmışdır. Şirkət London fond birjasında dövr edirdi. Səhmlərin kəskin yüksəlişindən və hüquqlara dair suallardan sonra şirkət oyun sektorunda bir sıra böyük udmalar etdi. Nəticədə 1995-ci ildə Domark Group Limited (Domark), Simis və Big Red Software kimi videooyun şirkətləri Eidos tərkibinə salındı.
Emap International Limited
Ascential plc (əvvəllər EMAP və Top Right Group) — Birləşmiş Krallıq media şirkəti. Şirkət sərgilər, festivallar və məlumat xidmətlərində ixtisaslaşmışdır. "Ascential plc" London fond birjasında verilmişdir və FTSE 250 İndeksinin tərkib hissəsidir. Riçard Vinfrey 1887-ci ildə "Spalding Guardian"ı, daha sonra "Lynn News" və "Peterborough Advertiser"i satın almışdır. O həmçinin, "North Cambs Echo"nun fəaliyyətini başlatmışdır. Vinfrey sonradan liberal siyasətçi və kənd təsərrüfatı hüquqlarının təbliğatçısı olmuş, qəzetlər onun siyasi baxışlarını təbliğ etmək üçün istifadə edilmişdir. İkinci Dünya müharibəsi illərində Vinfreyin qəzetdən gələn gəlirlər onun oğlu Riçard Pattinson Vinfreyə keçməyə başlamışdır. 1947-ci ildə Pattinson Vinfreyin rəhbərliyi altında ailənin qəzetləri "East Midland Allied Press" (EMAP) adı altında birləşdirilmişdir. 2012-ci ilin mart ayında şirkət adının "Top Right Group" olaraq dəyişdiriləcəyini və jurnalların, tədbirlər və məlumat bizneslərinin üç müstəqil şirkətə ayrılacağını elan etmişdir. "EMAP" adı o vaxt .irkətin dövriyyəsinin təxminən 18 faizini təşkil edən jurnalların fəaliyyəti üçün istifadə olunmağa davam edəcəkdi.
FINCA International
"FINCA International" (ing. Foundation for International Community Assistance) — kredit təşkilatı Əsası 1984-cü ildə qoyulmuşdur. FINCA mikro kreditlərin əsas forması olan “Kənd bankçılığı metodu” və bütünlükdə mikromaliyyə sahəsindəki liderliyi ilə tanınır. Azərbaycanın Mərkəzi Bankı tərəfindən verilmiş məhdud lisenziya əsasında fəaliyyət göstərən "FINCA Azerbaijan" bütün Azərbaycanda müştərilərə biznes kreditləri təklif edən qeyri-bank kredit təşkilatıdır. "FINCA Azerbaijan" dünyanın 22 ölkəsində fəaliyyət göstərən mikro-maliyyə qurumu olan "FINCA International" şəbəkəsinin bir qoludur. "FINCA Azerbaijan" 1998-ci ildə Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə yaradılmışdır. Həmin vaxtdan bəri “FINCA Azerbaijan” təşkilatı böyüyərək 150,000 nəfərdən çox aktiv müştərisi ilə Azərbaycanın 60-dan çox bölgəsində xidmət göstərən aparıcı qeyri-bank kredit təşkilatına çevrilmişdir. Missiya FINCA-nın missiyası insanları öz vəsaitlərini artırmağa, iş yerlərini yaratmağa və həyat standartlarını yüksəltməyə köməklik edəcək davamlı həll yolları ilə təmin edərək yoxsulluğu azaltmaqdır. Baxış FINCA-nın baxışı dünya miqyasında insanların yaşayışını yaxşılaşdıracaq dayanıqlı, inkişafa meyilli və sosial yönümlü qurumların qlobal şəbəkəsini yaratmaqdan ibarətdir.
FXB International
"Fransua-Haviyer Bonyu Assosiasiyası" (fr. Association François-Xavier Bagnoud və ya FXB International) — QİÇS və yoxsulluğun zərər çəkmiş uşaqlar üçün yardım təmin etməyə yönəlmiş beynəlxalq təşkilat. Təşkilat 1989-cu ildə təsis edilib. Belə ki, fransalı keçmiş jurnalist və film istehsalçısı Albina dü Buaruvrey 1986-cı ildə həyatının ən ağır itkisini verdikdən - yeganə oğlu Fransua-Haviyer Bonyunu itirdikdən sonra nə isə yaxşı bir iş görmək istəyir. Ona görə də oğlunun adını daşıyan, kasıb ölkələrdəki insanlara yardım edəcək xeyriyyə təşkilatını – "Fransua-Haviyer Bonyu Assosiasiyası"nı yaradır. "Mən bu təşkilatı yaratmaqla onun etmək istədiklərini, insanları xilas etmək, əsasən də uşaqlar olmaqla, imkansız, çox şeydən məhrum olan insanlara yardım etmək istədim." Təşkilat fəaliyyətinə 1990-ci illərdə, uşaqlarda QİÇS xəstəliyi olan Uqandadan başlayıb. Hazırda Afrika, Asiya və Latın Amerikasının ən yoxsul 8 ölkəsində fəaliyyət göstərir. İlk üç ildə hər 100 ailədən 80-i bu proqrama daxil edildi. Birinci il onlar pulsuz ərzaq, tibbi yardım, təhsil və evlə təmin edilirdi ki, bu müddət ərzində ailə başçısı pul qazanmaq üçün yollar axtarırdı. Bu, ya bir inək, ya bir paltartikən maşın, ya da kənd təsərrüfatı üçün lazım olan alət ola bilərdi.
Facebook Inc.
Meta Platforms, Inc., (ticarət adı Meta; əvvəllər Facebook, Inc.), Menlo Parkda, Kaliforniyada yerləşən Amerika çoxmillətli texnoloji konqlomerat holdinq şirkətidir. Şirkətin məhsullarına Facebook, Facebook Messenger, WhatsApp, Instagram, Facebook Watch, Facebook Portal, Oculus, Giphy, Mapillary və digərləri daxildir. O, dünyanın ən dəyərli şirkətlərindən biridir və Amazon, Alphabet (Google), Apple və Microsoft ilə yanaşı Amerika Birləşmiş Ştatları-nın informasiya texnologiyaları sahəsində Big Tech şirkətlərindən biri hesab olunur. Şirkət öz gəlirinin əhəmiyyətli bir hissəsini marketoloqlara reklam yerlərinin satışından əldə edir. 2021-ci ilin oktyabrında media orqanları Facebook-un ana şirkətinin "Metaverse-ün qurulmasına diqqətini əks etdirmək" üçün adını dəyişməyi planlaşdırdığını bildirdi; həmin ayın sonunda – oktyabrın 28-də Meta olaraq rebrendinq edildi. "Meta" Qədim yunan dilindən gəlir və futuristik motivi ifadə edən "kənar" mənasını verir. Facebook 1 yanvar 2012-ci ildə ilkin ictimai təklif (IPO) üçün müraciət etdi. İlkin prospektdə şirkətin 5 milyard dollar toplamaq istədiyi, aylıq 845 milyon aktiv istifadəçisi və gündəlik 2,7 milyard bəyənmə və şərh toplayan vebsaytı olduğu bildirilirdi. IPO-dan sonra Zukerberq Facebook-un 22% sahiblik payını saxlayaraq səsvermə hüququ olan səhmlərin 57%-nə sahib olacaqdı. Anderrayterlər səhmlərin hər birini 38 dollar dəyərində qiymətləndirərək, şirkəti 104 milyard dollar dəyərində qiymətləndiriblər ki, bu da yeni açıq şirkət üçün bu günə qədərki ən böyük qiymətləndirmədir.
Force India
Force India-Formula-1 komandası. Hindistanlı iş adamı Vijay Mally Spiker komandasını satın aldıqdan sonra 2007-ci ilin oktyabr ayında yaradılıb.2009-cu ildə Belçika Grand Prix'inde Giancarlo Fisichella komandanın ilk polunu qazandı və yarışda Ferrari'den yalnız Kimi Raikkonenin gerisində ikinci sırada iştirak etdi. Monako Qran Prisində Force India 2008-ci ilin mövsümündə xal qazana biləcək yeganə şansa sahib idi. Yarışın başlamasına qədər yağış yağdı. Yarışın gedişində bir çox sürücü səhv edilərkən, çoxları qəzaya düşdü və ya yanlış strategiyanı seçdi.Adrian Sutil yarışa demək olar ki, qüsursuz qalmışdı və yarışın sonunda dördüncü yerdədir və ciddi üstünlüklərə sahib idi. Ancaq kazadan sonra Niko Rosberq yolda təhlükəsizlik avtomobilini buraxdı. Yarışların yenidən başlamasından əvvəl yarışçılar arasında boşluqlar azaldı, Adrian Sutil Ferrari sürücüləri Felipe Massa və Kimi Rəykkönen arasında idi.Adrian Sutil yarisi boksda tamamladi. Oktyabrın 17-də təşkil edilən mətbuat konfransında Vijay Malia, komandanın ortağı olan Adrian Sutil və Giancarlo Fisichella ilə 2009 mövsümündə müqavilələrin uzadılması mövzusunda razılaşdı. 2008-ci ilin sentyabrında ilk məlumata görə, Hindistan komandası gələn mövsümdə motorların təchizatçısını dəyişə bilərdi, Ferrari xidmətindən imtina etdi [10]. Bunun səbəbi gələn ildən etibarən komandalara KERS kinetik enerji bərpa sistemlərini istifadə etməsi təlimatlandırıldığı halda, Force Hindistan bu sistemləri təmin etmək üçün İtalyan qrupu ilə müqavilə yox idi.
GT Interactive Software Corp.
Atari, Inc. (əvvəllər GT Interactive Software Corp. və Infogrames, Inc.) — "Atari, SA" şirkətinin ABŞ filialı və nəşr qolu. 1993-cü ildə "GoodTimes Home Video" şirkətinin videooyun nəşri qolu kimi yaradılmışdır. Şirkətin böyük bir hissəsi 1999-cu ildə "Infogrames" tərəfindən satın alınır və adını "Infogrames, Inc." olaraq dəyişir. "Infogrames Entertainment" şirkətinin 2003-cü ilin may ayında keçirdiyi rebrendinq kampaniyasının bir parçası olaraq, "Infogrames, Inc." adını "Atari, Inc." olaraq dəyişmişdir. "Infogrames" 11 oktyabr 2008-ci il tarixində şirkətin satın alma prosesini tamamlayır və tamamilə öz filialına çevirir. "Atari, Inc." 21 yanvar 2013-cü il tarixində bankrot olur. "GT Interactive Software Corporation" (GTI) 1993-cü ilin fevral ayında "GoodTimes Home Video" şirkətinin filialı kimi yaradılmışdır. Şirkətin prezidenti Ron Çaymoviç olmuçdur.
Global Biodiversity Information Facility
Qlobal Biyo Müxtəliflik Məlumat Mexanizmi (GBIF) — biomüxtəliflik haqqında elmi məlumatların veb xidmətlərindən istifadə edərək İnternet vasitəsilə İnternetə çıxarılmasına yönəlmiş beynəlxalq bir təşkilatdır. Məlumatlar dünyanın bir çox qurumu tərəfindən verilir; GBIF-in informasiya arxitekturası bu məlumatları tək bir portal vasitəsilə əlçatan və axtarışa imkan yaradır. GBIF portalı vasitəsilə əldə edilən məlumatlar, ilk növbədə dünya üçün bitki, heyvan, göbələk və mikroblara dair yayım məlumatları və elmi adlardır. GBIF-in vəzifəsi davamlı inkişafa dəstək olmaq üçün dünya miqyasında bioloji müxtəliflik məlumatlarına pulsuz və açıq girişi təmin etməkdir. İştirakçılığın təşviqi və tərəfdaşlar arasında işləməyə vurğu edilən prioritetlər arasında biomüxtəliflik məlumatlarının səfərbər edilməsi, elmi bütövlüyü və qarşılıqlı fəaliyyətin təmin edilməsi üçün protokol və standartların hazırlanması, müxtəlif məlumatlar növlərinin ayrı mənbələrdən bir-birinə bağlanmasına imkan yaratmaq üçün bir informatika arxitekturasının qurulması, potensialın artırılması və katalizləşdirilməsidir. təkmilləşdirilmiş qərar qəbuletmə üçün analitik vasitələrin inkişafı. GBIF, genlərdən ekosistemlərə qədər bioloji təşkilatın spektrindən rəqəmsal məlumat mənbələri arasında məlumat əlaqələri yaratmağa və georeferans və CİS vasitələrindən istifadə edərək bunları elm, cəmiyyət və davamlılıq üçün vacib olan məsələlərlə əlaqələndirməyə çalışır. Həyat Kataloqu, Biomüxtəliflik Məlumat Standartları, Həyat Barkodu Konsorsiumu (CBOL), Həyat Ensiklopediyası (EOL) və GEOSS kimi digər beynəlxalq təşkilatlarla ortaq şəkildə işləyir. 2002-2014-cü illərdə GBIF, biomüxtəliflik informatikası sahəsində illik 30.000 Avro dəyərində olan Ebbe Nielsen Mükafatına layiq görülən qlobal bir mükafat verdi. 2018-ci ildən etibarən GBIF Katibliyi iki illik mükafat təqdim edir: GBIF Ebbe Nielsen Challenge və Gənc Tədqiqatçılar Mükafatı.
Good Guys Only Win In Movies
Good Guys Only Win in Movies (azərb. Yaxşı Oğlanlar Yalnız Filmlərdə Qalib Gəlir‎) – C. C. Catch tərəfindən 1989-ci ildə ifa edilmiş mahnıdır. Mahnının sözlərinin bəziləri "Ulduz yolu: Orijinal serial"ın epizodlarındakı cümlələrdən ibarətdir: "...Computerized half-breed", "My mother was a teacher", "I was happy": "Cənnətin bu tərəfi" filmindən (ing. This Side of Paradise) "Including the captain": "Dönüş Bədəməli" filmindən (ing. Turnabout Intruder) "Ahead warp factor one, Mister Sulu": "Sahil Məzuniyyəti" filmindən (ing. Shore Leave) "I read no evidence of malfunction": "Edenə yol" filmindən (ing.
Google Inc.
Google (translit. Quql) — dünyanın ən böyük axtarış sistemi və reklam sahəsində ixtisaslaşmış ABŞ-də yerləşən transmilli şirkət. Google internetdə yerləşən bir çox xidmət və məhsullara sahiblik etməklə yanaşı onları inkişaf etdirir. Gəlirinin böyük hissəsini AdWords proqramı ilə reklamlardan əldə edir. Şirkət Larri Peyc ve Sergey Brin tərəfindən, Stanford Universitetində doktorantura tələbəsi olduqları vaxt qurulmuşdur. Bu ikili tez-tez Google Guys kimi adlandırılır. Google ilk dəfə 4 sentyabr, 1998-ci ildə özəl bir şirkət olaraq quruldu və 19 avqust, 2004-cü ildə ictimai təklif edildi. İctimai təklif edilən dövrdə Larri Peyc, Sergey Brin və Erik Şmidt, 2024-cü ilə qədər biryerdə işləmək üçün razılığa gəldilər. Quruluşundan sonrakı vəzifəsi dünyadakı məlumatları təşkilatlandırmaq və əlçatan etməkdir. Qeyri-rəsmi şüarı isə, Google mühəndisi Amit Patel tərəfindən tapılan və Paul Buçet tərəfindən dəstəklənən Don't be evil (azərb.
INCLUDE direktivi
INNOLAND
INOGATE
INOGATE Proqramı Avropa İttifaqı (Aİ) Qara Dəniz və Xəzər Dənizi hövzəsi ölkələri və onların qonşuları arasında beynəlxalq enerji əməkdaşlığı Proqramıdır. Proqram 1996-cı ildən fəaliyyət göstərir. İNOGATE Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və uzun müddətdən bəri davam edən enerji sahəsində texniki yardım proqramlarından biridir. 2006-cı ilədək Proqram TACIS Regional Əməkdaşlıq Proqramı tərəfindən, 2007-ci ildən etibarən isə Proqram Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) – Şərqi Regional İndikativ Proqramı 2007–2010 və 2010–2013-cü illər çərçivəsində Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) tərəfindən maliyyəlləşdirilməkdədir. EuropeAid bu proqrama AQTA və İnkişaf Əməkdaşlığı Aləti vasitəsilə dəstək göstərir. INOGATE 1995-ci ildə Neft və Qazın Avropaya Dövlətlərarası Nəqlinə (INterstate Oil and GAs Transportation to Europe) Avropa İttifaqının dəstək mexanizmi kimi başladılmışdır (Bu səbəbdən adını akronimdən almaqdadır). İlkin mərhələdə Proqram Şərqi Avropa və Qafqazlardan Avropa İttifaqına uzanan neft və qaz boru kəmərlərinin fəaliyyəti ilə bağlı olmuşdur. 2001-ci ildə Kiyevdə 21 ölkə tərəfindən boru kəmərlərinin inkişafı və möhkəmləndirilməsi sahəsində əməkdaşlığa dair "Çərçivə Sazişi" imzalanmışdır. Bundan sonra 2004-cü ildə Azərbaycanın paytaxtı Bakıda və 2006-cı ildə Qazaxıstanın paytaxtı Astanada keçirilmiş Konfranslarla INOGATE Aİ və keçmiş Sovetlər İttifaqı ölkələri (Rusiya Federasiyası və Baltik Dövlətləri xaric və Türkiyə daxil olmaqla) arasında geniş enerji tərəfdaşlığı alətinə çevrilmiş və fəaliyyətlərini dörd istiqamət üzrə cəmləmişdir: • Enerji təhlükəsizliyinin artırılması • Aİ-nın daxili enerji bazarının prinsipləri əsasında üzv ölkələrin enerji bazarlarının yaxınlaşdırılması • Dayanıqlı enerji inkişafının dəstəklənməsi • Ümumi və regional maraqlara cavab verən enerji layihələrinə investisiyaların cəlb olunması. INOGATE Proqramının Tərəfdaş ölkələri aşağıdakılardır: Türkiyə INOGATE Proqramının Tərəfdaş ölkəsi qismində çıxış edir və mütəmadi olaraq INOGATE iclaslarında iştirak etməyə dəvət edilir, lakin Türkiyə bu proqramda benefisiar ölkə deyildir.
INSEAD
INSEAD ( Institut européen d'administration des affaires ), Fontainebleau, Abu Dabi və Sinqapurda kampusları olan biznes sahəsində ixtisaslaşmış Avropa mərkəzli bir universitetdir. 1957-ci ildə qurulan məktəb. INSEAD, Financial Times tərəfindən 2019-cu ildə Avropa Biznes Məktəbləri arasında 5-ci yerdə qərarlaşmışdır . Məktəbin proqramları AMBA, EQUIS və AACSB beynəlxalq akkreditasiya qurumlarının hər üçü tərəfindən akkreditə olunmuşdur . Məktəbin məzunları arasında Johann Schneider-Ammann, Semih Yalman, Filip Parker kimi adlar vardır. 1957: INSEAD, ABŞ xaricində ilk biznes məktəbi olaraq quruldu 1959: Fontainebleau-da ilk MBA qəbulu və bir illik MBA proqramı təqdim edən ilk biznes məktəbi 1960: İlk MBA sinif məzunları 1967: Fontainebleau Meşəsinin kənarında (indi 'Avropa Kampusu' adlanır) məktəbin ilk kampusunun açılışı 1971: Fontainebleau'daki INSEAD'ın yanında bir ərazidə Avropa Davamlı Təhsil Mərkəzi olan CEDEP'nin yaradılması 1976: INSEAD Məzunları Fondunun fəaliyyətə başlaması 1980: INSEAD Euro-Asia Center Fontainebleau'da açılır 1983: MBA proqramı ikili qəbuluna başlayır (yanvar və sentyabr aylarında) 1987: INSEAD-Fundação Dom Cabral tərəfdaşlığının elan edilməsi 1989: Doktorantura proqramının başlanması 2000: Sinqapurda açılan Asiya Kampusu ilə bir çox qitədə tam kampusları olan ilk biznes məktəbi 2001: INSEAD-Wharton İttifaqının və ilk MBA iştirakçı mübadilələrinin elanı 2003: İcraçı MBA proqramının başlanması 2010: INSEAD-in Əbu-Dabi Mərkəzi Kampus statusuna qovuşdu (Orta Şərq Kampusu) 2012: Maliyyə ixtisası üzrə magistr dərəcəsi 2013: CEIBS ilə MBA iştirakçısı mübadilə müqaviləsi başladıldı 2015: Sinqapurda Liderlik İnkişaf Mərkəzinin açılışı 2016: Financial Times 2016 reytinqində MBA, Executive MBA (Tsinghua-INSEAD EMBA) və Single School Executive MBA (INSEAD GEMBA) — reytinqlərdə ‘üçlü birinci’ əldə edən ilk və yeganə biznes məktəbi.
INSEE
INSEE (fr. codes Insee və ya codes INSEE) — Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu (fr. Institut National de la Statistique et des Études Économiques) tərəfindən verilən rəqəmli və ya hərf-rəqəmli kod. INSEE tərəfindən Fransa kommunalarının coğrafi kodları müəyyən edilir. Məsələn, Mets şəhəri INSEE 57463 kodunu daşıyır. Burada, 57 — Mozel departamentinin nömrəsi, 463 isə Mets şəhərinin əlifba sırası ilə nömrəsidir. Fransada hər anadan olmuş adama 15 rəqəmli sosial sığorta nömrəsi verilir. Bu kodun izahı aşağıdakı kimidir.
INTOSAI
Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı və ya AAİBT (ing. International Organi zation Of Supreme Audit Institutions – INTOSAI) – INTOSAI BMT- yə və ya onun ixtisaslaşmış agentliklərinə üzv olan ölkələrin ali audit institutlarının peşəkar beynəlxalq təşkilatıdır. INTOSAI 1953-cü ildə o dövrdə Kubanın Ali Audit Təşkilatının rəhbəri olan Emiliyo Fernandez Kamusun təşəbbüsü ilə formalaşıb. Həmin vaxt 34 ölkənin ali audit institutunun iştirakı ilə Kubada INTOSAI-nin I konqresi keçirilmişdir. Bu gün isə təşkilatın 186 üzvü vardır. INTOSAI muxtar, müstəqil və qeyri- siyasi təşkilatdır. O, BMT-nin İqtisadi və Sosial Şurası yanında xüsusi konsultativ statusa malik qeyri-hökumət təşkilatıdır. Bir çox onilliklər ərzində təşkilatın Baş Katibliyinə Avstriya Audit Təşkilatı ev sahibliyi etmişdir. Hal-hazırda da təşkilatın mənzil-qərargahı Vyanadadır. 1977-ci ildə INTOSAI Lima Deklarasiyasını qəbul etmişdir.
INТЕLSAT
IO Interactive
IO Interactive — videooyunlar yaradan Danimarka şirkətidir. Şirkət 1998-ci ildə Reto-Moto qrupu tərəfindən yaradılmışdır. 2004-cü ilədək müstəqil olsa da sonradan Eidos Interactive tərəfindən alınıb. Hal-hazırda isə Square Enix şirkətinə məxsusdur. İndiyə kimi buraxılan ən məşhur oyunları, öz oyun mühərrikləri Gracier-də hazırlanılan Hitman hesab edilir.
ISA (Industry Standart Architecture)
ISA (Industry Standart Architecture) <ay-sa> – IBM PC/XT kompüterlərinin genişləndirmə yuvalarına kart taxmaqla sistemə müxtəlif qurğular artırmağa imkan verən şinin qeyri-rəsmi adı. İlkin olaraq 8-bitlik verilənlər kanalına malik olan ISA standartı 1984-cü ildə genişləndirilərək (IBM’in PC/AT modelində) 16-bitlik verilənlər kanalına çevrildi. Adətən, ISA genişləndirmə yuvalarının (8-bitlik və 16-bitlik) özlərinə aid edilir. 16-bitlik yuva faktiki olaraq bir-birinə qarşı quraşdırılmış iki ayrıca genişləndirmə yuvasından ibarət olur, deməli, bir 16-bitlik kart iki yuvaya taxılır. 8-bitlik genişləndirmə kartı 16-bitlik yuvaya taxıla və istifadə edilə bilər, 16-bitlik kartı isə 8-bitlik yuvaya qoymaq olmaz. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 960.44 dəfə / 1 mln.
2002 ••••••• 1, 606.86
2003 ••••••••••• 2, 395.56
2004 •••••••••••••••••••• 4, 653.63
2005 •••••••••• 2, 274.03
2006 ••••••••••• 2, 465.45
2007 ••••••••• 2, 048.10
2008 ••••••• 1, 518.23
2009 ••••• 993.98
2010 ••••• 1, 034.09
2011 ••• 666.25
2012 •• 330.25
2013 •••• 707.78
2014 •• 363.47
2015 165.02
2016 ••• 550.30
2017 ••• 639.45
2018 ••• 637.36
2019 ••• 542.45
2020 •••• 729.61

"ın" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ın nədir? #ın sözünün mənası #ın nə deməkdir? #ın sözünün izahı #ın sözünün yazılışı #ın necə yazılır? #ın sözünün düzgün yazılışı #ın leksik mənası #ın sözünün sinonimi #ın sözünün yaxın mənalı sözlər #ın sözünün əks mənası #ın sözünün etimologiyası #ın sözünün orfoqrafiyası #ın rusca #ın inglisça #ın fransızca #ın sözünün istifadəsi #sözlük