Anak sözü azərbaycan dilində

Anak

Yazılış

  • Anak • 88.2353%
  • anak • 11.7647%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Anak-Krakatau adası
Anak-Krakatau (ind. Anak-Krakatau) — İndoneziyaya məxsus olan ada. Ada Sakit okean suları ilə yuyulur. Zond boğazında qərarlaşır. == Goğrafiyası == Adada dünyanın ən məşhur vulkanlarından biri olan Krakatau vulkanı yerləşir. Hələ 1883-cü ildə sahəsi 10,5 km² olan ada zəlzələdən sonra darmadağın olmuşdur. Onun yerində Anak-Krakatau, Sertunq, Rakata, Rakata-Keçil və Botsmansports qayası meydana gəlir. Vulkan Krakatau adanın mərkəzində yerləşir daim axan lava sayəsində adanın sahəsi günbəgün artır. Araşdırmacı Berbeek öz məruzəsində partlayış nəticədində yoxa çıxmış vulkanın yerinə yeni vulkanın peyda olacağını bildirmişdir. Bu ehtimal 29 dekabr 1927-ci ildə öz təstiqini tapmışdır.
Anak Bukom adası
Anak Bukom adası (malay Pulau Anak Bukom) — Sinqapur dövlətinin ərazisinə daxil olan təbii ada. Bukom və Bukom Keçil adaları arasında yerləşir. Malay dilindən tərcümədə "Bukomun övladları" mənasını verir. Aada kifayət qədər kiçikdir və sahəsi cəmi 2 hektardır. Sinqapur adasının cənub-qərbində yerləşir.
AMD prosessorları üçün anakartlar
Anakardium
Anakardium (lat. Anacardium) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Anacardium corymbosum Barb.Rodr. Anacardium excelsum L. Anacardium giganteum (Bertero & Balb. ex Kunth) Skeels Anacardium humile Hance ex Engl. Anacardium nanum A.St.-Hil. Anacardium negrense Pires & Froes Anacardium occidentale L. Anacardium spruceanum Benth. ex Engl.
Anakartlar
Ana lövhə (ing. motherboard, ru. материнская плата) - kompüter sisteminin başlıca komponentlərini: prosessoru, operativ yaddaşı, şin kontrollerini, birləşdiriciləri və s. özündə saxlayan əsas lövhə. Yaddaş genişləndiriciləri və giriş-çıxış kartları da daxil olmaqla qalan lövhələr ana lövhəyə şin yuvaları vasitələrilə qoşulur. Ana lövhə və ya ana plata - (ing. Motherboard) kompüterin daxili əlaqələri ilə xarici qurğulara təsir göstərən və onları idarə edən xüsusi və əsas kompüter hissəsi. Ana (sistem) lövhə kompüterin daha effektli işləməsi üçün əhəmiyyətli rol oynayır. Ana lövhə müxtəlif ölçülərdə olur. Ana lövhə daxildən sistem blokunun korpusuna bərkidilir, bunun üçün də lövhə tipinə görə korpusa uyğun gəlməlidir.
Anakin Skayvalker
Ulduz müharibələri obrazı.
Anakliya
Anakliya (gürc. ანაკლია) — Gürcüstanda kurort şəhər tipli qəsəbə.. Zuqdidi rayonunda (Sameqrelo-Yuxarı Svaneti diyarı), Abxaziya ilə sərhəddə yerləşir. 2014-cü il siyahıyaalınmasına əsasən Anakliyada 1331 nəfər yaşayır. 540 metrlik körpü ilə Qanmuxuri kəndi ilə birləşir. İnquri çayının mənsəbi yaxınlığında yerləşir. == Tarixi və görməli yerləri == Yaşayış məntəqəsinin müasir adı Herakledə olan qədim kolxida koloniyasından götürülüb. XV–XVIII əsrlərdə Anakliya Mingrelian knyazlığının limanı idi. 1723-cü ildən Osmanlı İmperiyasının ticarət aparıldığı məntəqə idi. 1770-ci ildə liman gürcü və rus qoşunları tərəfindən zəbt edildi və İmeretinin bir hissəsi oldu.
Anakonda
Anakonda, və ya Nəhəng anakonda, Adi anakonda, Yaşıl anakonda (lat. Eunectes murinus), — yatağanlar fəsiləsinə aid olan ilan növü. Köhnə ədəbiyyatda "su yatağanı" olaraq keçərlidir. == Tarixi == Anakondalar haqqında ilk yazılı məlumat Pedro Sesa de Leonun 1553-cü ildə "Peru Xronikası" kitabında əks olunmuşdur. == Xarici görünüş == ASnakonda müasir dünya faunasının ən əzələli ilanı kimi anılır. Gövdəsinin rəngi gümüş-yaşıldır və düzbucaqlı, dairəvi formalı, iki qəhvəyi şaxmat quruluşlu ləkələrə sahib olurlar. Bu formalı rəngi sayəsində suyun altında, sıx yarpaqların və yosunların işində asanlıqla gizlənə bilirlər. Zəhərsiz canlılardır. İnsanları dişləməsi böyük təhlükə törətməsə də, dişləmələr kifayət qədər ağrılı ola bilir. === Ölçüləri === Bu canlıların uzunluğunun 6 metrdən böyük olması barədə çoxlu şayələr gəzir.
Anakonda 2: Lənətlənmiş səhləbin axtarışında
Anakonda 2: Lənətlənmiş səhləbin axtarışında (ing. Anacondas: The Hunt for the Blood Orchid) 2004-cü ildə Dwight H. Little tərəfindən çəkilmiş Amerika macəra qorxu filmidir. Bu, Anakonda (film,1997) filminin müstəqil davamı və Anakonda seriyasının ikinci hissəsidir. Film Cənub-Şərqi Asiyanın tropik adası Borneoya insanlara daha uzun və sağlam həyat gətirəcəyinə inandıqları müqəddəs çiçək üçün ekspedisiyaya gedən tədqiqatçılar qrupundan bəhs edir. Lakin tezliklə onları adada yaşayan anakondalar təqib edir və ovlayır. Sələfi kimi, bu film də mənfi rəylər aldı, lakin maliyyə sahəsində uğur qazandı. Filmin ardınca 2008-ci ildə Anakonda 3: Övlad adlı davam filmi çəkildi. == Məzmun == Dr. Cek Bayron, Qordon Mitçell, Sem Rocers, Qeyl Stern, Koul Börris ve Dr. Ben Duqlas da daxil olmaqla Nyu York dərman firması Wexel Hall tərəfindən maliyyələşdirilən bir tədqiqatçı qrupu Borneo'dakı bir meşəyə, perrinnia Immortalis adında bir çiçəyi tapmaq üçün yollanır.
Anakondalar
Anakondalar — Yatağanlara aid ilanlar cinsi. Dörd növü məlumdur. İkisi nadir növdür. Cənubi Amerikanın şimali və mərkəzi hissəsində yayılmışlar. Həyat tərzi su ilə çox bağlıdır. Adi Anakonda (E.murinus)-ən iri müasir ilandır(uzunluğu 11 metrədək).Amazon çayı hövzəsində olan göllərin,bataqlıqların və çayların sahillərində,Trinidad və Tobaqo adalarında yaşayır.Gözəl üzür, suyun altında uzun müddət qala bilir:balıqları, körpə kaymanları,quşları və məməliləri ovlayır. Quraqlıq zamanı rütubətli lilin içərisinə girir və yağış mövsümünədək fəaliyyəti zəif olur. 15-25 (bəzən 40-dək)bala doğur. Nəzarətsiz ovlama nəticəsində Anakondaların sayı azalmışdır. Bir sıra zooparklarda yetişdirilir.
Anakopiya qalası
Anakopiya qalası (gürc. ანაკოფია) — Rusiya tərəfindən dəstəklənən separatçı Abxaziya Respublikasının ərazisində yerləşən qala. Qədim hərbi qala Suxumi sahilindən 22 km (14 mil) məsafədə Yeni Afon bölgəsində yerləşir. Təxminən 450 × 150 metr genişliyində olan abidənin ərazisi İvanya dağının zirvəsində dənizdən təxminən 1 mil məsafədə yerləşir. Qala Abxaziya çarlığının keçmiş paytaxtı Anakopiyadan geriyə qalmış tikililər arasında ən yaxşı qorunan abidədir. == Tarixi == Hərbi abidə II və IV əsrlər arasında inşa edilmişdir. VII əsrin sonunda, islamın yayılması ilə panikaya düşən Bizanslıların dəstəyi ilə qala ətrafında divar inşa edilmişdir. 60 kom (2 fut) qalınlığına çatan qala divarları diqqətlə oyulmuş və möhkəm şəkildə quraşdırılmışdır. Tikintidə əhəngdaşından istifadə edilmişdir. Kompleksin yeganə girişi divarların cənub fasadındakı kiçik qapıdır.
Anakreon
Anakreon(təq. e.ə. 570 – təq. e.ə. 485)Qədim Yunan yazıçısı.Əsasən saraylarda yaşayaraq hökmdarları məsh edib.
Anakreontizm
Anakreontizm lirik növə aid cərəyanlarda biridir. Adını qədim yunan şairi Anakreontdan almışdır. Anakreont vəzninin davamçıları məhəbbət və şərab mövzularına üstünlük verirdilər. Müasir dövrdə bu cərəyanın nümayəndələri vəzni saxlamasalar da Anakreontun mövzularını davam etdirirlər. == Nümayəndələri == XVII əsr İngiltərə ədəbiyyatında bu cərəyan mövcud olmuşdur. Nümayənələrindən biri də Tomas Mor olmuşdur. Dini anakreontizm adlanan bir qolu da mövcuddur.
Anakronizm
Anaxronizm — Hər hansısa bir hadisə və ya şəxslə bağlı olan tarixi dövrün xronoloji uyğunsuzluq təşkil etməsinə verilən ad. Anaxronizm termin kimi əsasən ədəbiyyat və mədəniyyət sahələrində olan əsərlərdə həmin dövrdə mövcud olmayan xüsusiyyətləri ifadə etmək üçün istifadə edilir.
Anaksaqor
Anaksaqor ya da Anaksaqoras (yun. Ἀναξαγόρας, təxminən e.ə 500 – 428) — qədim yunan filosofu. O, Klazomenai şəhərindən idi. Afina hökmdarı Periklesin yaxın adamı olub. Ancaq, sonra onun düşmənləri Anaksaqorası tanrılara inanmamağda günahlandırmışdılar. Səbəbsə bu idi ki, o Günəşi tanrı deyil, adi planet hesab edirdi. Hətta o bundan sonra sürgün edildi. Ümumiyyətlə Anaksaqorasın fikrinə görə yunan əsatirlərini hərfi deyil, məcazi mənada başa düşmək lazımdır. Bu məsələdə onun mövqeyi Ksenofaneslə üst-üstə düşmüşdür. Anaksaqorasa görə yer yastı olaraq hava üzərində durmuşdur.
Anaksimandr
Anaksimandr (yun. Ἀναξίμανδρος, təxminən e. ə. e.ə. 610 – e.ə. 547) — Milet məktəbinin ikinci tanınmış filosofu. O, dünyanın yaranması və quruluşu haqqında fikirlərini “Təbiət haqqında” (yun. Περί φύσεως) adlı kitabında açıqlamışdır. Bu kitab yunanların ilk elmi kitabı hesab edilir. Ancaq günümüzə onun yalnız bəzi fraqmentləri gəlib çatmışdır.
Anaksimen
Anaksimen ya da Anaksimenes (yun. Ἀναξιμένης, təq. e.ə. 585, Milet – təq. e.ə. 525 və ya təq. e.ə. 528, Milet) — qədim yunan filosofu, Milet məktəbinin üçüncü nümayəndəsi, Anaksimandrın tələbəsi. == Fəlsəfəsi == Anaksimen ”havanı” ilk ünsür saymış və hər şeyin ondan yaranmasını iddia etmişdir. Başqa şeylər isə havanın qatlaşması və seyrəkləşməsindən əmələ gəlmişdir.
Bulbophyllum anakbaruppui
Bulbophyllum anakbaruppui (lat. Bulbophyllum anakbaruppui) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum anakbaruppui növü Sulavesi üçün endemik növdür.
Noutbook anakartları
Anakapa
Anakapa (ing. Anacapa) — Kaliforniyanın qərb sahilindən təxminən 23 km məsafədə yerləşən kiçik uzunsov formaya malik vulkanik ada. Ada Kanal Adaları qrupuna aiddir və Çannel Adaları Milli Parkının bir hissəsidir. Anakapa adı bölgədə ispan mənşəli olmayan yeganə adadır. Ada 3 hissədən (şərqi, mərkəzi və qərbi Anakapa) ibarətdir və 2,95 km² əraziyə malikdir. Adanın şərq hissəsində 2000-ci il siyahıyaalınmasına əsasən üç gözətçi tərəfindən idarə olunan Milli Parkın Ziyarətçi Stansiyası var. Bundan əlavə Anakapa Mayakı burada yerləşir. == Qalereya == Şəkillər == Mənbə == Channel Islands National Park Channel Islands National Marine Sanctuary Anacapa Island Site with Photos and History Winfield Scott History Anacapa Island Restoration Blog Volunteer on Anacapa Island!

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2019 •••••••••••••••••••• 0.56

"anak" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#anak nədir? #anak sözünün mənası #anak nə deməkdir? #anak sözünün izahı #anak sözünün yazılışı #anak necə yazılır? #anak sözünün düzgün yazılışı #anak leksik mənası #anak sözünün sinonimi #anak sözünün yaxın mənalı sözlər #anak sözünün əks mənası #anak sözünün etimologiyası #anak sözünün orfoqrafiyası #anak rusca #anak inglisça #anak fransızca #anak sözünün istifadəsi #sözlük