* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
2 I сущ. очищённая от волос козья или овечья шкура (овчина) для хранения молодого (свежего), ещё не окрепшего сыра II прил. хранимый в очищенной овечьей шкуре, бурдюке. Cılğı pendiri свежий сыр, хранимый в овечьей шкуре
Azərbaycanca-rusca lüğət / cılğıI (Ağdam, Basarkeçər, Başkeçid, Bolnisi, Borçalı, Böyük Qarakilsə, Cəbrayıl, Çənbərək, Daşkəsən, Füzuli, Gədəbəy, Göyçay, Xanlar, İmişli, Qazax, Laçın, Şəmkir, Zəngilan) tüklü üzü kənarda olan motal. – Pendiri duzduyullar, cılğıya qoyullar (Ağdam); – Anam bir cılğı pendir qayırdı (Basarkeçər); – Ə:, sizə bir cılğı göndərdim (Zəngilan); – Motalın tüklü üzü içərido:lar <içəridə olur>, əmə cılğının tüx’lü üzü eşiyindədi (Borçalı) II (Ağdaş, Göyçay, İsmayıllı, Mingəçevir, Oğuz, Şəki, Ucar) bax cılğa II. – İclasdakılar cılğı mənnən danışdı (Ağdaş); – Ay mə:llim, uşaxlar sinfi cılğı palçığ iliyifdilər (Oğuz); – Bu buğda unu dö:l, cılğı arpadı (İsmayıllı); – Ət cılğı yağdı (Ucar); – Cılğı ağ un əpbəyə yaxşı olmur, xingala – zada yaxşıdı (Şəki)
Azərbaycan dilinin dialektoloji lüğəti.