diq sözü azərbaycan dilində

diq

Yazılış

  • diq • 97.0149%
  • Diq • 2.9851%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Andryu Diqbi
Diql yarımadası
Dinql (irl. Corca Dhuibhne) — İrlandiyanın cənub-şərqində Kerri qraflığında yerləşən yarımada. Burada ölkənin ən qərb nöqtəsi olan Danmor-Hed burnu yerləşir. Üstəlik sahillərində Dinql körfəzi yerləşir. Yarımadanın relyefi dağlıqdır. Burada irlandiyanın ən hündür aşırımı ən hündür dördüncü zirvəsi yerləşir (Brandon). Sahillərini Atlantik okeanın suları yuyur. Sahilləri girintili-çıxıntılıdır. Bəzi hissələrdə isə qumlu çimərliklər vardır. Yaxınlığında Blasket adası qərarlaşır.
Diqlas Ticarət Mərkəzində yanğın (2019)
Diqlas Ticarət Mərkəzində yanğın — Bakıda, Nizami rayonu, Qara Qarayev küçəsi 81Q ünvanında yerləşən ticarət mərkəzində baş vermiş yanğın. == Zəmin == Yanğın səhər saatlarında baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 3 ədəd helikopteri tərəfindən yanğının söndürülməsi üçün tədbirlər davam edir. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib: Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov hadisə yerində olub: Yanğın zamanı bir nəfər əlinin kəsilməsi ilə bağlı xəstəxanaya yerləşdirilib. Nazirlikdən verilən məlumata görə, həmin şəxs 3 saylı Sabunçu Rayon Xəstəxanasına yerləşdirilib: 6 saylı Təcili Tibbi Yardım Stansiyasının həkiminin verdiyi məlumata görə yanğında 10 nəfər tüstüdən zəhərlənib. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, hadisə ilə əlaqədar şöbəyə gətirilən olmayıb.Yanğın elektrik naqillərini də sıradan çıxarıb.Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hazırda kəşfiyyat, soyutma, gizli yanğın və tüstülənmə mənbələrinin aşkar olunması üçün söküntü işləri aparılır. == Reaksiyalar == === Ölkə daxili === Ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Elə həmin gün Azərbaycan Respublikası Prezidenti "Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında" Sərəncam imzalamışdır. Martın 29-da isə "Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılmışdır.
Diqo
Diqo — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Diqo Astara rayonunun Pəlikəş inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Oykonim Talış dilindəki di (kənd) və qo (yer) sözlərindən düzəlib, "kənd yeri" deməkdir. == Etimologiyası == Coğrafi ad talış dilində di «kənd» və qo «yer» mənasındadır. Diqo Diqoov adından təhrifdir. == İqtisadiyyatı == Kəndə ilk dəfə olaraq 2020-ci ilin may ayında elektrik enerjisi verilməyə başlanıb.
Diqor elçəsi
Diqor — Qars ilinin ilçəsi.
Diqor ilçəsi
Diqor — Qars ilinin ilçəsi.
Diqora
Diqora (diq. Дыгурæ, İron Дигорæ, qulas as; rus. Дигора) — Rusiya Federasiyasının respublikalarından olan Şimali Osetiya–Alaniya Respublikasında şəhər, Diqorski rayonunun inzibati mərkəzi. == Etimologiya == Şəhərin adı osetin dilindəki Digoræ (Diqoriya) sözündən gəlir. Diqoriya Şimali Osetiyanın qərb hissəsində yerləşir və burada yaşayan diqorlar coğrafi və etnolinqvistik baxımdan Şimali Osetiyanın şərq hissəsində yaşayan ironlardan fərqlidirlər. Diqoranın adı bir neçə dəfə dəyişmişdir. Yaşayış məntəqəsinin ilkin adı Volno-Xristianovski (rus. Во́льно-Христиа́новский) olmuş, daha sonra Novoxristianovskoye (rus. Новохристиа́новское), Xristianovskoye (rus. Христиа́новское) olaraq dəyişdirilmiş, 1934-cü ildən bəri isə Diqora olaraq qalmışdır.
Diqora mədəniyyəti
Diqora mədəniyyəti - Diqora dərəsində (Şimali Osetiyanın qərbi), Kabarda- Balkariyanın dağlıq rayonlarında və Raçidə (Qərbi Gürcüstan) Son Tunc dövrünə (e.ə. XV-XIII əsrlər) aid arxeoloji mədəniyyət. Y.İ.Krupnov tərəfindən müəyyənləşdirilməsi (1951) mübahisələrə səbəb olsa da, 1990-cı illərin sonu - 2000-ci illərin əvvəllərində yazılmış elmi əsərlərlə təsdiqlənmişdir. Müasir tədqiqatlara görə, Diqora mədəniyyəti Şimali Qafqaz və Mərkəzi Qafqazın qohum protokoban mədəniyyətləri ilə sinxrondur; protokoban dövrünün ikinci mərhələsinə aiddir; 2 mərhələyə bölünür. Ağac-daş konstruksiyalı sərdabalarda meyityandırma izləri var; uzadılmış vəziyyətdə dəfn olunmuş meyitlərə (bəzən torpaq quyularda) rast gəlinir. Çaxmaqdaşıdan ucluqlar, dəstəli xəncərlər, baltalar, ucluqlu (volyuta, oval və s. şəkilli) sancaqlar, lövhəşəkilli tilli qolbaqlar, qoç başlı quşabənzər piləklər, asmalar, şüşə muncuqlar, sürməli bəzək əşyaları və s. aşkar edilmişdir. Diqora mədəniyyətinin dolmen mədəniyyəti, Svaneti, Qaraçay-Çərkəz, Inquşetiya və Dağıstan abidələri (Qinçi mədəniyyəti, Qayakənd-Xoroçoy mədəniyyəti) ilə əlaqələri izlənilir. Diqora mədəniyyətinin Koban mədəniyyətinin formalaşmasında mühüm rol oynamışdır.
Diqora rayonu
Diqora rayonu (oset. Дигори (Дыгуры) район) - Rusiya Federasiyası, Şimali Osetiyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Diqora şəhəridir. == Coğrafiya == Digora rayonu respublikanın qərb hissəsində, Osetiya mailli düzənliyində yerləşir. Ərazidən üç çay axır: Ursdon, Dur-Dur, Srau (Siraudon). Rayonun sahəsi - 584.51 km². Şərqdən Ardon rayonu, cənub-şərqdən Alagirski rayonu, şimaldan Kirov rayonu, qərbdən İrafski rayonu, şimal-qərbdən isə Kabarda-Balqariyanın Leskenski rayonu ilə həmsərhəddir. == Əhali == UrbanizasiyaŞəhər şəraitində (Diqora ş.) rayon əhalisinin 55,09 % yaşayır. Milli tərkib2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir: 2019-cu il məlumatına əsasən rayon əhalisinin sayı 18 283 nəfərdir. == İnzibati-ərazi vahidliyi == Ardon rayonunun tərkibinə daxil olan 5 kənd və 1 şəhər yaşayış məntəqəsi 6 inzibati vahidlikdə birləşir: Diqora şəhər məntəqəsi - Diqora Dur-Dur kənd sovetliyi - Dur-Dur Karman-Sincikau kənd sovetliyi - Karman-Sincikau Kora-Ursdon kənd sovetliyi - Kora-Ursdon Mostizdağ kənd sovetliyi - Mostizdağ Nikolayev kənd sovetliyi - Nikolayev.
Diqorlar
Diqorlar (Diqor ləhcəsi: дигорон - digoron, cəm halı: digoræ, digorænttæ - digoræ, digorænttæ; İron ləhcəsi: дыгурон - dyguron, cəm halı: didur, didurættæ - dygur, dygurættæ) - osetinlərin alt qrupudur. SSRİ-də 1937-ci ilə qədər ayrı bir dil hesab edilən Şərqi İran dillərindən sayılan osetin dilinin diqor ləhcəsində danışırlar. 1937-ci ildən bu yana osetin dilinin dialekti sayılır. Digər ləhcəni-iron ləhcəsi danışan ironlar diqorlar başa düşmürlər, baxmayaraq ki diqorl iron ləhcəsini tam başa düşür. Çünki iron ləhcəsi osetin xalqının rəsmi dili idi və məktəblərdə rəsmi olaraq tədris olunurdu. 2002-ci il Rusiya siyahıyaalınmasına görə 607, 2010-cu ildəki siyahıyaalınmaya görə isə cəmi 223 diqor Rusiyada yaşayırdı. Dialekti danışan 100.000-dən çox insan olmasına baxmayaraq, əksəriyyəti özünü osetin olaraq təqdim edir. Diqorlar, əsasən, Diqora, İrafski, Mozdok rayonlarında və Vladiqafqaz, Şimali Osetiya, həmçinin Kabarda-Balkariya, Türkiyə və Suriyada yaşayır. == Tarixi == Aşxaratsuytsda verilən qəbilələr içərisindəki "aştiqor" qəbiləsi tarixçilər tərəfindən müasir diqorların əcdadları hesab olunur. Bu fakt və digər linqvistik nəzəriyyələr göstərir ki, diqor ləhcəsinin proto-osetin dilindən ayrılaraq, ayrı bir dil kimi qəbul edilməsi monqol yürüşləri dövrünə təsadüf edir.
Diqqət
Diqqət — psixi fəaliyyətin müəyyən obyekt üzərinə yönəlməsi və mərkəzləşməsi. Diqqət idrak proseslərindən fərqlidir. Diqqət fəaliyyət zamanı insanın idrak proseslərinə qoşulur, onların daha müvəqqətiyyətli cərəyanı üçün zəmin yaradır. Çünki bütün idrak prosesləri seçici xarakter daşıyır, müəyyən obyektə yönəlmiş olur. Bu mənada diqqət cisim və hadisələrin əksi olmayıb, psixi fəaliyyət obyektinin aydın əks olunmasını təmin edir. Deməli diqqətin əsas vəzifəsi insanın şüurlu fəaliyyətinin seçici xarakter daşımasını təmin etməkdir. == Diqqətin funksiyaları == Diqqət mürəkkəb psixi hadisə kimi xarakterizə olunur. === Seçmək funksiyası === Mövcud fəaliyyətə uyğun gələn təsirlər seçilir, digər ikinci dərəcəli kənar təsirlərə əhəmiyyət verilmir. === Saxlama funksiyası === İdrak fəaliyyəti başa çatana qədər psixi fəaliyyət həmin obyekt üzərində mərkəzləşdirilir. === Nəzarət etmə funksiyası === Fəaliyyətin gedişini tənzimləyib, ona nəzarət edilir.
Diqqət, Konsertə Başlayırıq! (1969)
== Məzmun == Film-konsertdə incəsənət ustalarının çıxışları öz əksini tapmışdır.
Diqqət, konsertə başlayırıq! (film, 1969)
== Məzmun == Film-konsertdə incəsənət ustalarının çıxışları öz əksini tapmışdır.
Diqqət mərkəzində
Diqqət mərkəzində (ing. Spotlight) — rejissor (ing. Thomas Joseph "Tom" McCarthy) tərəfindən çəkilmiş Amerikan filmidir. Ssenari (ing. Josh Singer) ilə birgə əməkdaşlığı nəticəsində (ing. Tom McCarthy) tərəfindən yazılmışdır və Bostonda kardinal (ing. Bernard Francis Law)un istefasına səbəb olan Katolik kilsəsində cinsi təcavüz qalmaqalı ətrafında baş verən hadisələrə əsaslanır. Filmin premyerası 2015-ci ilin sentyabrında 72-ci Venesiya Film Festivalında baş tutub. ABŞ-də geniş yayım 25 noyabr 2015-ci ildə, bir çox başqa ölkələrdə film 2016-cı ilin yanvar-fevral aylarında nümayiş etdirilməyə başlayıb. 2016-cı ildə film "Ən yaxşı film" və "Ən yaxşı orijinal ssenari" nominasiyası üzrə Oskar mükafatı qazandı və "Ən yaxşı rejissor", "Ən yaxşı montaj", "Ən yaxşı ikinci plan aktrisası" (Makadams) və "Ən yaxşı ikinci plan aktyoru" (Ruffalo) nominasiyalarına namizəd oldu.
Diqqət mərkəzində (film, 2015)
Diqqət mərkəzində (ing. Spotlight) — rejissor (ing. Thomas Joseph "Tom" McCarthy) tərəfindən çəkilmiş Amerikan filmidir. Ssenari (ing. Josh Singer) ilə birgə əməkdaşlığı nəticəsində (ing. Tom McCarthy) tərəfindən yazılmışdır və Bostonda kardinal (ing. Bernard Francis Law)un istefasına səbəb olan Katolik kilsəsində cinsi təcavüz qalmaqalı ətrafında baş verən hadisələrə əsaslanır. Filmin premyerası 2015-ci ilin sentyabrında 72-ci Venesiya Film Festivalında baş tutub. ABŞ-də geniş yayım 25 noyabr 2015-ci ildə, bir çox başqa ölkələrdə film 2016-cı ilin yanvar-fevral aylarında nümayiş etdirilməyə başlayıb. 2016-cı ildə film "Ən yaxşı film" və "Ən yaxşı orijinal ssenari" nominasiyası üzrə Oskar mükafatı qazandı və "Ən yaxşı rejissor", "Ən yaxşı montaj", "Ən yaxşı ikinci plan aktrisası" (Makadams) və "Ən yaxşı ikinci plan aktyoru" (Ruffalo) nominasiyalarına namizəd oldu.
Diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu
Diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (abbr. DÇHP, ing. attention deficit hyperactivity disorder, abbr. ADHD) — neyroinkişaf pozuntusu. == Simptomları == Diqqətsizlik, hiperaktivlik (yetkinlərdə isə istirahətsizlik), pozucu davranış və impulsivlik DÇHP-nın əsas simptomlarıdır.Uşaq böyüyəndə, bariz hiperaktvlik yox olan birinci simptomlardan ola bilər. Halbuki o, həmçinin daha az aşkar formalara da keçə bilər. Məsələn, DÇHP ilə yeniyetmələr qurdalana, ayaqnan taqqıltı edə bilər. Həmçinin, DÇHP ilə yeniyetmələr istirahətsiz, uzun zaman ərzində bir yerdə otura bacarmayan və sakit yox, enerjili fəaliyyətinə üstülük verən ola bilər. Hiperaktivlikdən başqa olan simptomlar daha uzun ömürlü ola bilər.DÇHP başqa pozuntular ilə müşayiət oluna bilər, məsələn maddə istifadəsi pozğunluğu ilə. DÇHP ilə şəxslər tərəfindən maddədən sui-istifadəsi riski ümumi əhalidən artıqdır.
Diqressiya
Diqressiya — ekosistemin vəziyyətinin pisləşməsi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Rza Diqqəti
Reza Deqati (26 iyul 1952, Təbriz) — Milli Coğrafiya Cəmiyyətinin Reza ləqəbi ilə tanınan Azərbaycan əsilli fransız fotoqrafı, humanist. == Həyatı == Reza Deqati 1952-ci il 26 iyul tarixində Təbrizdə azərbaycanlı ailəsində dünyaya gəlib. İlk şəklini 14 yaşında çəkən Reza bu fotosunu məktəbdə fəaliyyət göstərən Pərvaz adlı jurnalda yayımlayıb. Daha sonra Tehran Dövlət Universitetində Memarlıq üzrə təhsilini davam etdirən Reza burada fotolar çəkib yaymağa davam edir. Öz fəaliyyətinə görə 22 yaşında şah rejimi tərəfindən 3 il müddətində həbs olunaraq 5 ay işgəncələrə məruz qalır. Həbsdən çıxdıqdan sonra memarlıq təhsilini yarımçıq qoyaraq fotoqraflığa başlayır. Fəaliyyətə İran İnqilabını çəkməklə başlayır. Tezliklə çəkdikləri şəkillər dünyanın bir yerində yayımlanır. Tezliklə o Newsweek jurnalı ilə müqavilə imzalayır. 1979-cu il, 4 noyabr tarixində iranlı tələbələrin Tehranda ABŞ səfirliyində 66 amerikalı daxil olmaqla 99 nəfəri girov götürdükləri vaxt səfirlikdə olan tək jurnalist o olur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.26 dəfə / 1 mln.
2007 ••• 0.42
2008 •••••••••••••••••••• 3.90
2009 ••• 0.48
2011 0.09
2012 0.09
2016 0.17
2017 •• 0.33
2019 0.14
2020 •• 0.27

"diq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#diq nədir? #diq sözünün mənası #diq nə deməkdir? #diq sözünün izahı #diq sözünün yazılışı #diq necə yazılır? #diq sözünün düzgün yazılışı #diq leksik mənası #diq sözünün sinonimi #diq sözünün yaxın mənalı sözlər #diq sözünün əks mənası #diq sözünün etimologiyası #diq sözünün orfoqrafiyası #diq rusca #diq inglisça #diq fransızca #diq sözünün istifadəsi #sözlük