DİA sözü azərbaycan dilində

DİA

Yazılış

  • DİA • 88.6691%
  • Dia • 5.7554%
  • dia • 5.5755%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
DİA
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Azərbaycan Respublikası Prezidentinin 3 yanvar 1999-cu il tarixli 60 saylı fərmanı ilə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun əsasında yaradılmış elm və təhsil müəssisəsidir. Bir neçə dəfə "İlin təhsil müəssisəsi" seçilmişdir. Azərbaycanda yüksək tipli ilk siyasi təhsil müəssisəsi 1921-ci ilin dekabrında təşkil edilmiş Mərkəzi Sovet Partiya Məktəbi olmuşdur. Bu məktəb 1928-ci ildə Bakı partiya komitəsi nəzdində olan Ali Sovet Partiya məktəbi ilə birləşərək, ikiillik Azərbaycan Mərkəzi Sovet Partiya məktəbi adı altında fəaliyyətini Böyük Vətən müharibəsinin başlanmasına qədərki dövrdə davam etdirmişdir. Bakı Ali Partiya məktəbi 1954-cü ildə fəaliyyətdə olan üçillik respublika partiya məktəbi əsasında 1956-cı ildə yaradıldı. Məktəbin xüsusi fakültəsində Cənubi Azərbaycandan 1945–1946-cı illərdə gəlmiş demokratik gənclər təhsil alırdı. Həmin dövrdə respublikanın bu yeganə ali siyasi təhsil ocağında təxminən 500 nəfərə qədər müdavim oxuyurdu: məktəbdə təhsil Azərbaycan və rus dillərində aparılırdı və Cənubi Azerbaycandan Azərbaycana pənah gətirmiş ziyalıların, demək olar ki, əksəriyyəti bu illərdə hissə-hissə Bakı Ali Partiya Məktəbinə qəbul olundular və hamısı da yaxşı siyasi təhsil aldılar. 1955–1959-cu illərdə Bakı Ali Partiya Məktəbində Bolqarıstan Xalq Respublikasından 10 nəfər türk; Gürcüstan və Dağıstandan, hər il hərəsindən 5–10 nəfər təhsilə qəbul olunurdular və təhsillərini qurtararaq öz vətənlərinə qayıdırdılar. Bakı Ali Partiya məktəbində işləyən professor — müəllim heyəti hər il Partiya Mərkəzi komitəsi tərəfindən təsdiq edilirdi. Həmin illərdə ştat və ya yarımştat dərs yükü ilə Bakı Ali Partiya məktəbində respublikanın tanınmış ziyalılarından professorlar Vahid Qəhrəmanov, Ələsgər Qasımov, Qurban Yusifzadə, Qanbay Xanməmmədov, Hadi Mirzəzadə, Pyotr Valuyev, dosentlərdən Əli Əliyev, Əyyub Axundov, Dilşad Muqanlinskaya, Əbülfəz Qasımov, Mirzə Cəbiyev və onlarla digər tanınmış müəllimlər səmərəli işləmişlər.
Diabaz
Dolerit və ya diabaz — dolerit və ya ofit quruluşlu, iri və orta dənəli aydın kristallik bazalt Massiv teksturlu; nadir hallarda badamdaşlıdır. Əsasən plagioklaz (labrodor, labrodor-bitovnit) və piroksendən (avgit, pijonit, pijonit-avgit) ibarətdir. Onlar müvafiq olaraq 2:1 nisbətindədir. Olivinli növündə olivinin miqdarı 10% (bəzən bir qədər də çox) olur. Az miqdarda titan-maqnetit, bəzən ilmenit, xallkopirit, pirit olur; aksessorlardan — apatit, sirkon, qranat, rutil, sfen iştirak edir. Sill, dayka və ştoklar əmələ gətirir. Yer qabığının stabil zonaları üçün səciyyəvidir (əsasən qədim platformalar — Sibir, Afrika, Hind, Şərqi Avropa); okean hövzələrində, demək olar ki, rast gəlmir. Növləri tərkibinə, quruluş və teksturasına, törəmə dəyişilmələrinə, indeksinə və yatım şəraitinə görə ayrılır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Diabazovıye adaları
Diabazovıye adaları — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının mərkəzi hissəsində yerləşir. Komsomoles cənub-şərq qutaracağında, Obrivistiy burnundan 1,7 km aralıda yerləşir. Arxipelaqa daxil olan ən böyük 700 metr uzunluğa, 300 metr enə, ən kiçik ada isə 450 m uzunluğa, 250 m enə sahibdir. Çoxunun sahilləri sıldırımlıdır. Burada maksimal hündürlük 59 metrdir. Adalar arasında məsafə 300 metrdir.
Diabet
Diabetes mellitus (DM), Diabet (yun. διαβήτης "süzənək" və lat. mellitus "bal kimi şirin") və ya Şəkər xəstəliyi, Şəkərli diabet – şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcəkdir ki, bununla da ağırlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılı olur. Şəkərli diabetin hal hazırda 2 tipi vardır. Diabet tip 1 pasientləri üçün gündəlik insulin inyeksiyaları mütləqdir, bəzi pasientlərdə avtomatik insulin pompaları implantasiya oluna bilər. Diabet tip 2 pasientlərinə isə həb şəklində dərmanlar (yaxud insulin, əgər həb şəkilli preparatlar qanda qlükozanı norma çərçivəsində saxlamağa qadir deyilsə)mütləqdir. Hazırda dünyada 371 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir.
Diabetik koma
Diabetik koma — qanda tam və nisbi insulin çatışmazlığı nəticəsində şəkərin miqdarının normadan qat-qat artıq olması fonunda meydana çıxan huşsuzluq halı. Bu hal həyat üçün təhlükəli hal olub təcili stasionar müalicə tələb edir. 25% dabetik koma halı gizli sürən və ya şəkərli diabet aşkarlanmamış şəxslərdə rast gəlinir. İnsulin azlığı və ya onun mədəaltı vəzin quyruq payında yerləşən Langerhans adacıqlarında sintezinin pozulması qanda şəkərin miqdarının normadan qat-qat artıq olmasına səbəb olur. Orqanizmin toxuma və hüceyrələri enerji mənbəyi olan şəkəri (qlükozanı) məhz insulin hormonunun vasitəsilə mənimsəyə bilir. İnsulin çatmamazlığı toxuma və hüceyrələrdə şəkər "aclığına", buna cavab olaraq da karbohidrat və yağ mübadiləsinin - lipolizin pozulması, amin turşularının aminsizləşməsi: qanda qlükozanın və keton cisimlərinin konsentrasiyasının fizioloji təlabatdan qat-qat artıq olması və keton cisimlərinin utilizasiya olunmaması ketoasidoza bununla yanaşı toxuma və hüceyrələrdə natamam parçalanma (metobolizm) məhsullarının yığılması laktatasidoza səbəb olur. Diurezin artması öz növbəsində hiperosmolyar komanı törətmiş olur. Diabetik koma yaranma mexanizminə görə ketoasidoz və hiperosmolyar komalara bölünür. Ketoasidoz mənşəyli diabetik koma adətən I tip şəkərli diabetlərdə mütləq insulin çatmamazlığı ilə meydana çıxır. Bu zaman hüceyrələr enerji mənbəyi olan qlükozanı mənimsəyə bilmədiyindən, ehtiyac enerjini yağ və zülalların həddən ziyadə parçalanmasından olmağa çalışır.
Diabetlə Beynəlxalq Mübarizə günü
14 noyabr Diabetlə Beynəlxalq Mübarizə günüdür. Bu günün qeyd olunmasında məqsəd diabetlə bağlı qlobal məlumatlılığın artırılması və bu xəstəliyin inkişafının qarşısını almağın yollarını axtarmaqdan ibarətdir. Dostunun gənc yaşda dünyasını dəyişməsi ilə fizioloq Fredrik Bantinq elmi axtarışlara başlayır. Axtarışlar uğurla başa çatır. 1922-ci ildə gənc alim, dostunun ölümünə səbəb olan eyni xəstəliyə düçar olmuş 14 yaşlı oğlanı müalicə edir və onun kəşfi bütün dünyada yayılır. Söhbət şəkərli diabetə qarşı yaradılan insulindən gedir. Bundan sonra kanadalı fizioloq Frederik Bantinqin doğum günü 14 noyabr, 1991-ci ildən etibarən təqvimə Şəkərli diabetlə Beynəlxalq mübarizə günü kimi salınıb.
Diacranthera
Diacranthera (lat. Diacranthera) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Diacranthera crenata (Mart.) R.M.King & H.Rob. Diacranthera hebeclinia H.Rob. Diacranthera ulei R.M.King & H.Rob.
Diadoxlar
Diadoxlar (q.yun. διάδοχος – xələf) — Makedoniyalı İsgəndərin ölümündən sonra e.ə. 323-cü ildən e.ə. 301-ci ilə qədər müharibələr aparmış sərkərdələri. Bu müharibələr nəticəsində Makedoniyalı İsgəndərin imperiyası Suriya, Ptolomeylər Misiri, Vifiniya , Perqam və Makedoniya dövlətlərinə parçalandı. Diadoxlar arasında ən məhşurları Təkgözlü I Antiqon və onun oğlu Demetri Poliekrit, Antipatr və oğlu Kassandr, Ptolomey, Selevk, Lisimax və Evmendir. Diadoxlar arasında başlanan və İps yaxınlığında baş vermiş döyüş (e.ə. 301-ci il) nəticəsində başa çatan bu mübarizə tarixdə "Diadoxlar erası" kimi qalmışdır. Diadoxlar mübarizəsinin nəticəsində yunanlara xas olan şəhər-dövlət idarə üsulu işğal olunmuş ərazilərdə monarxiya idarə üsulu ilə əvəzləndi. Habelə iqtisadi və mədəni mərkəzlərin aktivliyi də Yunanıstandan Kiçik Asiya və Misirə keçdi.
Diafraqma (anatomiya)
Diafraqma (lat. diaphragma, yun. διάφραγμα arakəsmə mənasını verir) — tək əzələ olub, döş qəfəsini qarın boşluğundan ayırır. Tənəffüsün təmin edilməsində mühüm rola malik olan bu əzələvi arakəsmə ağciyərlərin gərilməsində mühüm rol oynayır. Onun hüdudları alt qabırğanın aşağı kənarı ilə məhdudlaşır. Eninəzolaqlı əzələ liflərindən təşkil olunmuş diafraqma qarın əzələ sisteminə aiddir. Dafraqmaya məməlilərdə və timsahlarda rast gəlinir. Dafraqma təkamül nəticəsində formalaşaraq tənəffüs sistemini daha da mükəmməlləşdirmişdir. Diafraqma qurluşca kümbəzəbənzər struktur olub, əzələ və fibroz toxumalardan təşkil olunmuşdur. Onun qübbələri yuxarı, döş qəfəsi boşluğuna baxır və bir növ onun döşəməsini təşkil edir.
Diafraqma (foto)
Difraqma (lat. διάφραγμα) — fotoaparat obyektivinin qurğusu olub nisbi dəliyiin ölçüsünü, obyektivdən keçən işığn miqdarını, çəkiləcək obyektin təsvirinin aydınlığını və sahə dərinliyini tənzimləmək üçün istifadə olunan dairəvi pərdəciklər. Diafraqmanın iş funksiyası insan gözünün funksiyası ilə, demək olar ki, eynidir. İnsan günəşə baxdıqda gözünün parlaq işıqdan zədələnməməsi üçün onu qıyır və əksinə, qaranlıqda yaxşı görmək üçün gözünü daha geniş açır və beləliklə gözə düşən işığın həcmini tənzimləyir. Diafraqma da eyni funksiyanı daşıyır. Düşən işığı artırıb azaltmaq üçün diafraqmanın dəliyini açıb və ya bağlamaq lazımdır. Diafraqmanın dəliyi ləçəklər vasitəsilə açılıb bağlanır. Dəliyin dairəvi olması ləçəklərin sayı və onların formasından asılıdır. Diafraqmanın dəliyi nə qədər dairəvi olsa, bir o qədər yaxşıdır. Diafraqma şəklin kəskinliyinə, obyektivdən keçən işığın həcminə, kəskinlik dərinliyinə və rənglərin parlaqlığına təsir edir.
Diagenez
Diagenez, Gumbel, 1888; Walter, 1893 - etimoloji baxımdan diagenez sözu "dəyişilmə" və ya "yenidən əmələ gəlmə" mənasını verir. Elə buna görə də onu iki mənada işlədirlər. Tədqiqatçıların bir qisimi diagenez dedikdə çöküntünün ilk halından metamorfizmə qədər olan bütün dəyişilmələr məcmusunu nəzərdə tutur və Qərb litoloji ədəbiyyatında diagenez məhz bu mənada başa düşülür. Digər tədqiqatçılar isə çöküntü yalnız ilk anlarda, yəni onun çöküntü süxura çevrilməsinə qədər baş verən dəyişilmələri nəzərdə tutur və sonrakı dəyişmələri isə xüsusi mərhələlər (katagenez və metagenez), yaxud da erkən metamorfizm mərhələsi kimi ayırırlar. Rus və Azərbaycan geoloji ədəbiyyatında diagenez məhz bu mənada işlədilir. Diagenezin geokimyası formalaşmaqda olan çöküntü süxurlarda kimyəvi elementlərin miqrasion prosesləri (o cümlədən səpələnmə və konsentrasiya). Erkən və gec diagenez mərhələləri üçün bu proseslər müxtəlif olur. Diagenezin erkən mərhələsində geokimyəvi proseslər əsasən hipergen tipli olub oksidləşmə proseslərinin üstünlük təşkil etməsi, həll olma və yenidən kristallaşma, su axını təsirindən maddələrin yerdəyişməsi, həmçinin dibyanı makro- və mikroorqanizmlərin həyat fəaliyyəti ilə bağlı olan müxtəlif dəyişilmələrlə səciyyələnir. Diagenezin gec mərhələsində kimyəvi elementlərin miqrasiyasının əsas şərti sərbəst oksigenin itməsidir. Bu zaman oksigen parçalanan üzvi maddələrin oksidləşməsinə, Elektrik hərəkəti qiymətini mənfi 500 mV qədər azalması ilə bərpaedici mühitin inkişafına sərf olunur.
Diakite
Diakite — Mali və Seneqalda daha çox işlədilən soyad. Usman Diakite — Liferinq klubunda çıxış edən Mali futbolçusu. Bafode Diakite — Tuluza klubunda çıxış edən Fransa futbolçusu. İssa Diakite — Kot-d'İvuar taekvandoçusu. Abdul Diakite — Fransa futbolçusu. Pape Diakite — Seneqal futbolçusu. Ceyson Diakite — İsveç musiqiçisi. Modibo Diakite — Fransa futbolçusu. Soriba Diakite — Qvineya yüngül atleti. Sumbeyla Diakite — Mali futbolçusu.
Dialekt
Dialekt — sözü ərəb mənşəli isimdir. Dilçilikdə ümumi dialekt xüsusiyyətlərinə malik olan hər hansı bir dilin yerli şivələr qrupuna yəni dialektə ləhcə deyilir. Dialekt yunan mənşəli (q.yun. διάλεκτος) sözdür. Sıx ərazi birliyinə malik, daima və bilavasitə ünsiyyətdə olan adamlar tərəfindən işlədilən dilə "dialekt" (ləhcə) deyilir. Yəni dialekt (ləhcə) bir–birinə yaxın olan şivələrin məcmusudur.
Dialektian
Qay Avreli Valeri Diokletian (ən tezi 22 dekabr 242 və ən geci 22 dekabr 245, Salona[d], Dalmatsiya, Roma imperiyası – ən tezi 3 dekabr 311 və ən geci 3 dekabr 316 və ya 313, Split, Dalmatsiya, Roma imperiyası) — Roma imperatoru (284-305), dəfələrlə konsul. Atası azad edilmiş qul idi. Diokletianın hakimiyyəti zamanından dominat dövrü başlandı. Diokletian imperiyanın təsərüfat, siyasi və hərbi qüdrətini möhkəmlətmək üçün islahatlar keçirmişdi. Xalq üsyanlarını və əyalətlərdə separat hərəkatları yatırmışdı. İrana qarşı yürüşlər nəticəsində Ermənistan və İberiyada mövqeyini möhkəmləndirmiş, Mesopotamiyanın bir hissəsini tutmuşdu. 24 fevral 303-cü ildə Roma imperatoru Diokletian xristianlığı qadağan edən fərman verib. 303-304 illərdə xristianları amansızcasına təqib etmişdir. 286 ildə Maksimianı özünə ortaq hakim təyin etmiş, 305 ildə onunla birgə hakimiyyətdən könüllü əl çəkmişdi. Diokletian "korlanmış" pulları düzçəkili sikkələrlə əvəz etdirdi, möhtəkirliklə mübarizə apardı, mallara maksimum qiymət qoydu.
Dialektik materializm
Dialektik materializm — materializmə və Hegel dialektikasının materialist anlayışına əsaslanan fəlsəfi cərəyan. Bu istiqamətin əsas ideyaları bunlardır: maddi (obyektiv) aləmin ilkinliyi; idealın (subyektiv, düşünülə bilən) ikinci dərəcəli olması; hərtərəfli əlaqə və müxtəlif sistemlərin daxili hərəkət və inkişaf mexanizmləri əsasında daimi hərəkəti; qaçılmaz ziddiyyətlərin daim aradan qaldırılması. Bu doktrina Lenin və digər marksist filosoflar tərəfindən hazırlanmış K. Marks və F. Engelsin ideyalarına əsaslanır. Engels bu sistemi dünyagörüşü adlandırmış, onu həm idealist fəlsəfəyə, həm də əvvəlki bütün materialist fəlsəfəyə qarşı qoymuşdur. Bu dünyagörüşü ayrı-ayrı elmlər üzərində "elmlərin elmi" iddiasındadır və praktik problemlərdən ayrı mövcud olan hər hansı fəlsəfi təlimləri inkar edir. SSRİ-də bu konsepsiya marksizmin nəzəri aspektini ifadə edirdi və 1930–80-ci illərdə Sov.İKP tərəfindən sovet fəlsəfəsinin rəsmi adı kimi istifadə edilmişdir. Diamat – Qərbdə, xüsusilədə Rusiyada dialektik materializmin qısaldılmış edilmiş adı. Keçmiş Sovetlər İttifaqında dialektik materializm geniş tədris edilirdi və qısaca diamat adlandırılırdı. Marks Georq Vilhelm Fridrix Hegelin idealist dialektikasının materialist anlayışının banisidir. Bunda o, Lüdviq Andreas Feyerbaxın fəlsəfi materializminə arxalanırdı.
Dialektik məntiq
Dialektik məntiq — konseptual və məntiqi üsul. Bir çox fərqli mənada qiymətləndirilən dialektik anlayışından əldə edilən bir məntiq formasıdır. Birincisi, bir anlayışdan digərinə ziddiyyətləri məhv edərək irəliləmək üsuluna verilən addır. Qarşıdurmalar içində irəliləyərək bu qarşıdurmaları aradan qaldıraraq nəticəyə çatmağı istəyən məntiqi düşünmə şəklidir. Əvvəlcə Heraclitus dialektik məntiqdən istifadə etmişdir. Dialektik məntiq xüsusilə Hegeldə zirvəyə çatmışdır. Marksın əlində isə materialist bir məzmuna sahib olmuşdur. Bütün bu nəzəriyyələrdə dialektik məntiq ümumi mənada ziddiyyət və nisbilik anlayışları ilə işləyən məntiq şəklində baş verir. Formal məntiqin əsas konsepsiyaları və kateqoriyaları bir kənara qoyulmur, eyni fikir və kateqoriyalar isə ziddiyyət və nisbilik prinsipləri baxımından yenidən rasionaldır.
Dialektika
Dialektika (yun. διαλεκτική — mübahisə etmək) — maddi dünyanın mövcudluğunu daimi dəyişiklik, hərəkət, mübarizə və inkişafla izah olunması üsuludur. Dialektika tezis-antiteza=sintez düsturu ilə işləyir, başqa cürə buna inkarın inkarı deyilir. Bir şey(tezis) inkar olunur(antiteza) və bu inkar öz növbəsində inkar olunur(sintez), və bu əksliklərin mübarizəsi və vəhdətindən yeni bir şey yaranır. Yeni yaranan köhnənin inkarı üzərində təşəkkül tapır, ama bu inkarın müsbət həllini nəzərdə tutur, bu o deməkdir ki, yeni köhnənin ən üstün tərəflərini özündə ehtiva edir və onun yeni səviyəyə inkişafı deməkdir. Dialektikanın özünəməxsus tarixi vardır. Qədim Yunanıstanda dialektika dedikdə (qədim yunanca mübahisə aparmaq sənəti, mühakimə yürütmək deməkdir) elmi müsahibə, mübahisə etmək sənətini başa düşürdülər. Qərb fəlsəfəsində və elm məktəbində sübut nəzəriyyəsi kimi mövcud olmaqdadır. Dialektika ideyaları fəlsəfənin bütün tarixi ərzində inkişaf etmişdir. Beləliklə, dialektika: təbiət, insan cəmiyyəti və təfəkkürün hərəkət, dəyişmə, təzələnmə və inkişafının ümumi qanunlarından bəhs edən elmdir.
Dialektlər
Dialekt — sözü ərəb mənşəli isimdir. Dilçilikdə ümumi dialekt xüsusiyyətlərinə malik olan hər hansı bir dilin yerli şivələr qrupuna yəni dialektə ləhcə deyilir. Dialekt yunan mənşəli (q.yun. διάλεκτος) sözdür. Sıx ərazi birliyinə malik, daima və bilavasitə ünsiyyətdə olan adamlar tərəfindən işlədilən dilə "dialekt" (ləhcə) deyilir. Yəni dialekt (ləhcə) bir–birinə yaxın olan şivələrin məcmusudur.
Dializ (geoloji termin)
Dializ (geoloji termin) -' kolloid məhlulları həqiqi məhlul halında olan maddə qarışıqlardan təmizləmək üçün diffuziya qanunlarına əsaslanmış üsul. Molekulyar-həll olmuş maddələri (elektrolit) keçirən, lakin kolloid hissəcikləri buraxmayan məsaməli membranadan istifadə edilir. Gillərin tədqiqində, əsasən, davamlı suspenziyalar almaq məqsədilə həll olan duzların su suspenziyalarını kənar etmək üçün tətbiq edilir. Dializ sabit elektrik cərəyanı sahəsində daha da tezləşir və bu halda elektrodializ adlanır. Kolloidlər Diffuziya Elektrolit Gillər Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Diallobus
Səna (lat. Senna) — paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Dialoq
Dialóq (yun. διάλογος – danışıq, söhbət) – dilçilikdə: fikir-replikaların müntəzəm mübadiləsindən ibarət nitq forması; danışanların nitqinin bilavasitə anlaşılması replikaların dil tərkibinə qarşılıqlı təsir göstərir. Dialoq üçün məzmun əlaqəsi (sual-cavab, xəbər-aydınlaşdırma, /əlavə/, etiraz, /razılıq/, dəyərləndirmə; nitq etiketi formulları) və onun stimullaşdırdığı replikaların konstruktiv (leksik-qrammatik) əlaqəsi tipikdir: “Sən harada idin?” – “İşdə ləngidim”. Bu cür əlaqələrin yoxluğu danışanın nitqə deyil, nitqin gerçəkləşdiyi vəziyyətə reaksiyası zamanı (“Harada idin?” – “Qapıdan çəkil, soyuqlayarsan”) və ya müəyyən nitq aktı ilə heç bir əlaqəsi olmayan şəraitdə mümkündür. Dialoq dil ünsiyyətinin ilkin formasıdır. Genetik olaraq şifahi ifadə vasitələrinin qənaəti prinsipi ilə səciyyələnən şifahi danışıq sahəsinə aiddir. Bədii ədəbiyyatda dialoq şəklində nitqin ifadəsi zamanı situasiya rolunu müəllif şərhləri (remarkalar) oynayır. Dialoqun dil və üslubi xüsusiyyətləri yazıçının fərdi üslubuna və janrın normalarına uyğun olur. Dialoqun köməyilə təkcə danışıq nitqi üslublaşdırılmır. Dialoqun zahiri forması (replikaların növbələşməsi), onlarda canlı Dialoq nitqinin tipoloji əlamətlərinin çox hissəsi olmasa da, fəlsəfi-publisistik janr üçün səciyyəvidir (məs., Platonun, Q.Qalileyin dialoqları və “dəyirmi masa” arxasında müasir müzakirələr, müsahibələr, söhbətlər və s.).
Dialoq qutucuğu
kompüterlərdə qrafik istifadəçi interfeysinin bir elementi olan dialoq qutucuğu elə pəncərə növüdür ki, istifadəçi və kompüter arasında ünsiyyəti asanlaşdırmağa xidmət edir. O istifadəçiyə məlumat ötürə, istifadəçidən məlumat istəyə və ya eyni zamanda hər ikisini edə bilər. Adətən dialoq qutucuqları istifadəçilərə bir neçə seçimdən birini və ya bir neçəsini seçmək üçün və ya suala cavabları daxil etmək üçün verilir. Bunlar bəzən sağda şəkildə göstərilən formada bildiriş kimi peyda olurlar.
Diamaqnetizm
Diamaqnetizm — bəzi materialların (diamaqnetiklər) maqnitləşdirici sahəyə qarşı maqnitləşmə xassəsi. Diamaqnetiklərə inert qazlar, bir sıra metal (bismut, qallium, mis) və bir çox üzvi birləşmələr aiddir. Minerallardan kvars, daş duz, çöl şpatı, qrafit və b. diamaqnit xassəlidir. Metal Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Diamat
Dialektik materializm — materializmə və Hegel dialektikasının materialist anlayışına əsaslanan fəlsəfi cərəyan. Bu istiqamətin əsas ideyaları bunlardır: maddi (obyektiv) aləmin ilkinliyi; idealın (subyektiv, düşünülə bilən) ikinci dərəcəli olması; hərtərəfli əlaqə və müxtəlif sistemlərin daxili hərəkət və inkişaf mexanizmləri əsasında daimi hərəkəti; qaçılmaz ziddiyyətlərin daim aradan qaldırılması. Bu doktrina Lenin və digər marksist filosoflar tərəfindən hazırlanmış K. Marks və F. Engelsin ideyalarına əsaslanır. Engels bu sistemi dünyagörüşü adlandırmış, onu həm idealist fəlsəfəyə, həm də əvvəlki bütün materialist fəlsəfəyə qarşı qoymuşdur. Bu dünyagörüşü ayrı-ayrı elmlər üzərində "elmlərin elmi" iddiasındadır və praktik problemlərdən ayrı mövcud olan hər hansı fəlsəfi təlimləri inkar edir. SSRİ-də bu konsepsiya marksizmin nəzəri aspektini ifadə edirdi və 1930–80-ci illərdə Sov.İKP tərəfindən sovet fəlsəfəsinin rəsmi adı kimi istifadə edilmişdir. Diamat – Qərbdə, xüsusilədə Rusiyada dialektik materializmin qısaldılmış edilmiş adı. Keçmiş Sovetlər İttifaqında dialektik materializm geniş tədris edilirdi və qısaca diamat adlandırılırdı. Marks Georq Vilhelm Fridrix Hegelin idealist dialektikasının materialist anlayışının banisidir. Bunda o, Lüdviq Andreas Feyerbaxın fəlsəfi materializminə arxalanırdı.
Diametr
Diametr - çevrəni iki nöqtədə kəsən düz xəttin çevrə daxilində qalan hissəsi vətər adlanır. Çevrənin mərkəzindən keçən vətər isə çevrənin diametridir.
Diamonds
Diamonds – Her greatest hits (azərb. Almazlar‎) – C. C. Catch-in 1988-ci ildə çıxardığı albomudur.

"dia" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dia nədir? #dia sözünün mənası #dia nə deməkdir? #dia sözünün izahı #dia sözünün yazılışı #dia necə yazılır? #dia sözünün düzgün yazılışı #dia leksik mənası #dia sözünün sinonimi #dia sözünün yaxın mənalı sözlər #dia sözünün əks mənası #dia sözünün etimologiyası #dia sözünün orfoqrafiyası #dia rusca #dia inglisça #dia fransızca #dia sözünün istifadəsi #sözlük