* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Sıxıb tutmaq, iki şey arasında bərk sıxmaq. [Şərəfnisə xanım] şəkil kağızlarını dişin-dişinə qısıb, əlində bərkbərk övkələyir, salır ayağı altına. M.F.Axundzadə. [Kərim baba] uşaqlara məxsus bir sevinclə sümsünü iri dodaqları arasına qısıb çalmağa başladı. A.Şaiq. 2. Yatırmaq, kip yapışdırıb sıxmaq, basmaq. Adətdir, quyruğun buduna qısar; Hər yerdə ki görsə köpəyi paraq. Q.Zakir. Qurd … quyruğunu böyrünə qısaraq, dili ilə pələngi yalayırdı. A.Şaiq. 3. Ümumiyyətlə sıxmaq. …Bir gün mədaxil çox olar, bir gün az olar, nə lazım ürək qısmaq. Ə.Haqverdiyev. [Şamamanın anası:] A kişi, sən allah, o qara günləri yadımıza salıb ürəyimizi qısma… İ.Əfəndiyev. 4. Gizlətmək, çəkmək. Toyuqlar boyunlarını içəri qısaraq, gözlərini qırpırdılar. H.Nəzərli. Onun hər bir kəlməsini yaxşı eşitmək üçün hamı nəfəsini qısıb dinlədi. M.Hüseyn. 5. Qənaət etmək, azaltmaq, daraltmaq, kiçiltmək, kəsmək, sıxışdırmaq. Xərci bir qədər qısmalı. Yüz manat qısıb saxlamışam.
Azərbaycan dilinin izahlı lüğəti / qısmaq2 глаг. 1. жать, сжимать, поджимать, прижимать 2. перен. разг. жаться (скупо расходовать), скупиться, жадничать ◊ quyruğunu qısmaq поджать хвост; boynunu qısmaq показать себя жалким
Azərbaycanca-rusca lüğət / qısmaq1 f. 1. to press (d.), to tighten (d.); quyruğunu (at, it və s.) ~ to put* the tail between the legs; 2. (xəsislik etmək) to be* greedy / stingy; dilini ~ to remain silent; to keep* quiet; qulağını ~ (of an animal) to fold back the ears
Azərbaycanca-ingiliscə lüğət / qısmaq1 гл. 1. чуькьвена (илисна) кьун, илисун (мес. сас-сарал); 2. чуькьуьн (мес. рикӀ); 3. илисна (алкӀурна) кьун, ттун (мес. кицӀи ттум къуьхве); 4. чуьнуьхарун, чӀугун; къенез чӀугун (мес. вечре гардан); 5. кьун, акъуд тавун (мес. нефес); 6. мадара авун, тӀимиларун, гъвечӀи авун, атӀун, чуькьуьн.
Azərbaycanca-ləzgicə lüğəti / qısmaq