* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Arabanı və s.-ni çəkib aparmaq üçün atı və başqa qoşqu heyvanlarını xüsusi surətdə arabaya və s.-yə bağlamaq. Öküzləri kotana qoşmaq. Arabaya dörd at qoşdular. Şimalda kirşəyə it və ya maral qoşurlar. – [Faytonçu:] Sənin xatirin üçün qırx yeddi manata qoşaram. Ə.Haqverdiyev. Payızın əvvəlindən Nurəddin arabasını qoşub, şəhərə kirayəçiliyə getdi. S.S.Axundov. 2. İlişdirmək, bənd etmək, bağlamaq. Qatara əlavə vaqon qoşmaq. Vaqonları parovoza qoşmaq. Kotanı traktora qoşmaq. 3. Birləşdirmək, qatmaq. Mən də qoşdum səsimi; Bu gəncliyin səsinə. Ə.Cavad. 4. Cəlb etmək, bir işin iştirakçısı etmək. Siz varlı kolxozları bu işə qoşun! Qoyun kəndimiz şəhərə çatsın! S.Rəhimov. 5. Birgə, bərabər göndərmək, yanınca göndərmək, yoldaş etmək. O, Süleyman adlı bir nəfəri bizə qoşdu. M.S.Ordubadi. [Səfi bəy:] Buyurun gedək, adam qoşum, sizi xalanızgilə aparsınlar. S.S.Axundov. Bakıda Firidunu növbəti çağırışçılara qoşub Tbilisiyə göndərdilər. Mir Cəlal. 6. Düzəltmək, təlif etmək, demək. Mahnı qoşmaq. Dastan qoşmaq. – [Hacı Rəsul:] Deyəsən bu sözləri lap mənə qoşublar. Vallah, mənim halıma qoşublar: hara qədəm basdım, xəzan oldu. Mir Cəlal. El aşıqları incə Azərbaycan dilində xalqımızın mərdliklərini tərənnüm edən ölməz dastanlar qoşurdular. İ.Əfəndiyev.
Azərbaycan dilinin izahlı lüğəti / qoşmaq2 f. Getmək, bir tərəfə üz tutmaq, yüyürüb getmək. Vaxta ki bu izdihamı gördüm; Mən də o yerə qoşub yüyürdüm. M.Ə.Sabir. Kənd uşaqları əllərində badya, mis kasa dərəyə doğru qoşurdular. A.Şaiq. Azacıq keçmədən cəsur insanlar; Qoşdu iş başına, tərpəndi şəhər. S.Vurğun.
Azərbaycan dilinin izahlı lüğəti / qoşmaq1 Mənası “qaçmaq” deməkdir. Görünür, qoş və qaç eyni söz olub, sonra dəyişib. İndi hər iki söz sinonimləşib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qoşmaq1 QOŞMAQ – AÇMAQ Sənin xatirin üçün qırx yeddi manata qoşaram (Ə.Haqverdiyev); Süngülər açmayan yolu açdın; Qələmindən cavahirat saçdın (A.Səhhət).
Azərbaycan dilinin antonimlər lüğəti / qoşmaq1 QOŞMAQ I f. Bağlamaq, bənd etmək. Payızın əvvəlində Nurəddin arabasını qoşub, şəhərə kirayəçiliyə getdi (S.S.Axundov). QOŞMAQ II f. Getmək, bir tərəfə üz tutmaq, yüyürmək. Kənd uşaqları əllərində badya, mis kasa dərəyə doğru qoşurdular (A.Şaiq).
Azərbaycan dilinin omonimlər lüğəti / qoşmaq1 1. запрягать; 2. присоединять, приобщить, прицеплять, сопрягать; 3. сочинять, сложить;
Azərbaycanca-rusca lüğət / qoşmaq2 1 глаг. 1. запрягать, запрячь. Atları qoşmaq запрячь (впрячь) лошадей, arabanı qoşmaq запрячь телегу 2. прицеплять, прицепить. Vaqonu qatara qoşmaq прицепить вагон к поезду 3. присоединять, присоединить, объединять, объединить, соединять, соединить что с чем 4. приобщать, приобщить 1) кого к чему-л.: знакомить, ознакомить с чем-л., вводить, ввести во что-л. Geniş xalq kütlələrini mədəniyyatə qoşmaq приобщить широкие массы к культуре 2) что к чему-л.: присоединять, присоединить, прилагать, приложить. Sənədi işə qoşmaq приобщить документ к делу 5. сопрягать, сопрячь 2 глаг. nə 1. сочинять, сочинить, слагать, сложить что. Nəğmə qoşmaq сложить песню, şeir qoşmaq сочинить стихи 2. лит. импровизировать (создавать художественное произведение в момент исполнения)
Azərbaycanca-rusca lüğət / qoşmaq1 f. 1. (öküzü və s.) to yoke (d.); (atı, iti və s.) to harness (d.), to put* (d. to), to set* (d. in); öküzləri ~ to yoke oxen; atları ~ to harness horses; 2. (vaqon və s.) to couple (d.); 3. (cərəyanı) to connect (d.); 4. (şer) to write* (d.); 5. (mahnı) to compose (d.); Radionu qoşun Switch on the radio / wireless
Azərbaycanca-ingiliscə lüğət / qoşmaq1 f. atteler (ll) vt ; attacher vt, enchaîner vt ; cərəyanı ~ connecter vt, brancher vt
Azərbaycanca-fransızca lüğət / qoşmaq2 гл. 1. кутун, акалун, гилигун, гилитӀун, кутӀунун (мес. арабадик балкӀан, туьрездик яцар, трактордихъ куьтен ва мс.); 2. кутун; сад авун; желб вун, са кардин иштиракчи авун; 3. агалдарун, акалун, галаз (санал, агалдарна) ракъурун, юлдаш авун; 4. туькӀуьрун, лугьун, теснифун; mahnı qoşmaq мани туькӀуьрун; ** baş qoşmaq кил. baş.
Azərbaycanca-ləzgicə lüğəti / qoşmaq