Türki sözü azərbaycan dilində

Türki

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Türki • 82.2581%
  • türki • 17.7419%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hüseyn bin Əli ət-Türki
Hüseyn bin Əli ət-Türki (1699-1740) — 1705-1881-ci illərdə Tunisi idarə edən Hüseyni sülaləsinin qurucusu, Tunis bəyliyinin bəyi (1705-1740).
Fərhəngi-türki
"Fərhəngi-türki" lüğəti – XVIII əsrə aid kitab Azərbaycanlı alim Məhəmmədtağı Qaraqoyunlunun 1727-ci ildə Hindistanda tərtib etdiyi "Fərhəngi-türki" çox qiymətli bir lüğətdir. Azərbaycan, türk, türkmən, özbək və uyğur dillərinin leksik materialları əsasında tərtib edilmiş 1183 səhifəlik bu kitabın hər səhifəsi 15 sətirdən ibarətdir. Lüğətdə sözlərin əsası və kökü deyil, onların müxtəlif qrammatik formaları verilir və həmin söz-formaların bədii konteksdə işlənməsinə dair müvafiq nümunələr gətirilir. == Mənbə == V. Aslanov, "Məhəmmədtağı Qaraqoyunlunun "Fərhəngi-türki" lüğəti", "Elm və həyat" jurnalı, Bakı, iyul 1975, № 7, səh. 20–21. Səbirə Baxşəliyeva, ""Fərhəngi-türki" lüğəti haqqında", "Elm və həyat" jurnalı, Bakı, avqust 1985, № 8, səh. 25–26.
Qamusi-türki
Qamusi-türki — Məşhur türk alimi Şəmsəddin Saminin tərtib etdiyi ikicildlik lüğət. I cildi 1317-ci il hicri (1899-cu il miladi), II cildi isə 1318-ci il hicri (1900-cü il miladi) tarixlərində İstanbulda nəşr edilmişdir.
Türki (dil)
Türki (تورکی / ترکی ) — XI əsrdən XX əsrin əvvəllərinə qədər yazılmış, ağır iranlaşmış Osmanlı dilinin istifadə olunduğu Osmanlı imperiyası hüdudlarından kənarda türk müsəlman xalqları tərəfindən istifadə edilən türk ədəbi dili. . == Tarixi == Qaraxanlı-uyğur dilinin yerli dillərlə qarşılıqlı əlaqəsinin nəticəsi olan qarluq (qarluq-xarəzm) əsasında yaranmışdır (-d- dilinin tədricən -j- dili ilə əvəzlənməsi). Bir neçə regional variantın mövcudluğuna baxmayaraq, onların ümumiliyi var idi: türk dillərinin bir-birinə yaxınlığı və islamı qəbul edən müxtəlif türk əraziləri arasında aktiv mədəni və dil əlaqələri; fars dilinin hərflərindən – ərəb yazısına aid olan, saitlərin qrafikada tam əks olunmadığı və buna görə də müxtəlif regionlarda eyni sözün yerli tələffüz ənənəsinə uyğun olaraq dəyişkən oxunuşu olan fars yazısından istifadə; ərəb-fars leksik alınmalarının bolluğu. == Regional variantları == Onun təsiri altında olan türki dili və türki dilinin areallarının regional variantları: Qızıl Orda türki dili (ad variantları: Xarəzm-türk dili, oğuz-qıpçaq türki dili, qıpçaq-oğuz türki dili; XII–XVI əsrlər) Qızıl Orda qıpçaq (Aral-Xəzər) – qıpçaq-noqay (qaraqalpaq, qazax, Qırğız-Qıpçaq (qırğız)); Şimali Qafqaz – qıpçaq (qumuq, qaraçay-balkar), qıpçaq-oğuz (şimali səlcuqi) – şimali azərbaycanca; qıpçaq-noqay (noqay); (XVIII–XX əsrin əvvəlləri, ilk poetik abidələr XV əsrə aiddir) Volqaboyu (qədim tatar dili) – qıpçaq-bulqar tatar, başqırd); (XVII–XX əsrin əvvəlləri) Krım – Krım tatarları dialektindən asılı olaraq qıpçaq, qıpçaq-noqay, oğuz-səlcuq areallardır. Şərqi Oğuz – şərqi oğuz (türkmən, xarəzm, Xorasan-türk); Mərkəzi Asiya (cığatay dili, qarluq-xarəzm dili) – qarluq-xarəzm (özbək, uyğur); == İstinadlar == == Əlavə ədəbiyyat == Казембек А. К. «Общая грамматика турецко-татарского языка…, обогащенное многими новыми филологическими исследованиями автора», 2 издание, испр. и доп., 1846. Баскакова Н. А. О периодизации истории литературного языка тюрки: Лингвогеография, диалектология и история языка. Кишинев, 1973; Тенишев Э. Р. Языки древне-среднетюркских памятников в функциональном аспекте // Вопросы языкознания, 1979, № 2; Наджип Э. Н. Исследования по истории тюркских языков XI—XIV вв. М., 1989. [slovar.cc/rus/bse/527542.html Современный толковый словарь.
Türki (linqvonim)
Türki — islam dünyasında fars və ərəb dillərindən fərqli olaraq bütün türk dillərini ifadə etmək üçün tez-tez istifadə olunan termin. Müxtəlif zaman və regional kontekstlərdə türki linqvonimi aşağıdakıları ifadə edə bilər: cığatay dili. Azərbaycan dilinin tarixi adlarından biri. Cənubi Azərbaycanda indi də işlədilir. X–XIV əsrlər qədim türk ədəbi dili. Qədim tatar dili.. Qədim Anadolu dili. Ərəb ədəbiyyatında məmlük-qıpçaq dili. Qərb akademik ədəbiyyatında türki sözü ilə əvvəllər yalnız şərqi türkcə (cığatay) dilini nəzərdə tutulurdu, bu da bəzən alimlər arasında səhvlərə yol açır. Məsələn, Eduard Qranvil Braun mərkəzi İranda yaradılmış XV əsrin sonlarına aid "Tarix-i Xətai" mənbəsini cığatay dili kimi təsnif etmişdir, çünki tərcüməçi orijinal dili "türki" adlandırmışdır.
Türki dili
Türki (تورکی / ترکی ) — XI əsrdən XX əsrin əvvəllərinə qədər yazılmış, ağır iranlaşmış Osmanlı dilinin istifadə olunduğu Osmanlı imperiyası hüdudlarından kənarda türk müsəlman xalqları tərəfindən istifadə edilən türk ədəbi dili. . == Tarixi == Qaraxanlı-uyğur dilinin yerli dillərlə qarşılıqlı əlaqəsinin nəticəsi olan qarluq (qarluq-xarəzm) əsasında yaranmışdır (-d- dilinin tədricən -j- dili ilə əvəzlənməsi). Bir neçə regional variantın mövcudluğuna baxmayaraq, onların ümumiliyi var idi: türk dillərinin bir-birinə yaxınlığı və islamı qəbul edən müxtəlif türk əraziləri arasında aktiv mədəni və dil əlaqələri; fars dilinin hərflərindən – ərəb yazısına aid olan, saitlərin qrafikada tam əks olunmadığı və buna görə də müxtəlif regionlarda eyni sözün yerli tələffüz ənənəsinə uyğun olaraq dəyişkən oxunuşu olan fars yazısından istifadə; ərəb-fars leksik alınmalarının bolluğu. == Regional variantları == Onun təsiri altında olan türki dili və türki dilinin areallarının regional variantları: Qızıl Orda türki dili (ad variantları: Xarəzm-türk dili, oğuz-qıpçaq türki dili, qıpçaq-oğuz türki dili; XII–XVI əsrlər) Qızıl Orda qıpçaq (Aral-Xəzər) – qıpçaq-noqay (qaraqalpaq, qazax, Qırğız-Qıpçaq (qırğız)); Şimali Qafqaz – qıpçaq (qumuq, qaraçay-balkar), qıpçaq-oğuz (şimali səlcuqi) – şimali azərbaycanca; qıpçaq-noqay (noqay); (XVIII–XX əsrin əvvəlləri, ilk poetik abidələr XV əsrə aiddir) Volqaboyu (qədim tatar dili) – qıpçaq-bulqar tatar, başqırd); (XVII–XX əsrin əvvəlləri) Krım – Krım tatarları dialektindən asılı olaraq qıpçaq, qıpçaq-noqay, oğuz-səlcuq areallardır. Şərqi Oğuz – şərqi oğuz (türkmən, xarəzm, Xorasan-türk); Mərkəzi Asiya (cığatay dili, qarluq-xarəzm dili) – qarluq-xarəzm (özbək, uyğur); == İstinadlar == == Əlavə ədəbiyyat == Казембек А. К. «Общая грамматика турецко-татарского языка…, обогащенное многими новыми филологическими исследованиями автора», 2 издание, испр. и доп., 1846. Баскакова Н. А. О периодизации истории литературного языка тюрки: Лингвогеография, диалектология и история языка. Кишинев, 1973; Тенишев Э. Р. Языки древне-среднетюркских памятников в функциональном аспекте // Вопросы языкознания, 1979, № 2; Наджип Э. Н. Исследования по истории тюркских языков XI—XIV вв. М., 1989. [slovar.cc/rus/bse/527542.html Современный толковый словарь.
"Fərhəngi-türki" lüğəti
"Fərhəngi-türki" lüğəti – XVIII əsrə aid kitab Azərbaycanlı alim Məhəmmədtağı Qaraqoyunlunun 1727-ci ildə Hindistanda tərtib etdiyi "Fərhəngi-türki" çox qiymətli bir lüğətdir. Azərbaycan, türk, türkmən, özbək və uyğur dillərinin leksik materialları əsasında tərtib edilmiş 1183 səhifəlik bu kitabın hər səhifəsi 15 sətirdən ibarətdir. Lüğətdə sözlərin əsası və kökü deyil, onların müxtəlif qrammatik formaları verilir və həmin söz-formaların bədii konteksdə işlənməsinə dair müvafiq nümunələr gətirilir. == Mənbə == V. Aslanov, "Məhəmmədtağı Qaraqoyunlunun "Fərhəngi-türki" lüğəti", "Elm və həyat" jurnalı, Bakı, iyul 1975, № 7, səh. 20–21. Səbirə Baxşəliyeva, ""Fərhəngi-türki" lüğəti haqqında", "Elm və həyat" jurnalı, Bakı, avqust 1985, № 8, səh. 25–26.
Fənni-Sərfi-Türki
Fənni-Sərfi-Türki və ya Fənni-Sərfü nəhvi-Türki (Türk dilinin qrammatikası ya da Türk fənninin sərfi) — Mirzə Məhəmməd Əfşarın o zamanlar Türk dili adlandırılan Azərbaycan dilinin qrammatikası üzrə bir dərslikdir. Bu əsər təxminən 19-cu əsrin ikinci yarısında Azərbaycan dili qrammatikasına aid azərbaycanca yazılmış ilk əsərlərdən biri kimi öz zamanı üçün ən mükəmməl bir qrammatika dərsliyi olmuşdu. Əsər dilçi-mütəxəssislər, Azərbaycan dilinin tədrisi tarixi ilə məşğul olan tədqiqatçılar və geniş oxucu kütləsi üçün faydalı mənbədir. == Quruluş == Girişdə M. Əfşarın Fənni-sərfü nəhvi-türki əsərinə qədər olan dövrdə və daha geniş şəkildə XIX əsrdə Türk (Azərbaycan) dilçiliyinin tarixinə ümumi bir nəzər yetirilir, Türk (Azərbaycan) dilçilik elminin formalaşmasına təsir edən müxtəlif amillər araşdırılır, ayrı-ayrı dilçilik kateqoriyala-rının inkişafı ilə bağlı qısa xülasələr şəklində icmal verilir. İkinci bölümdə həmçinin ayrı-ayrı morfoloji və sintaktik kateqoriyalar araşdırılmış, bu kateqoriya-ların izahında ənənəvi ərəb dilçiliyi və Avropa dilçiliyindən irəli gələn prinsiplərin nisbəti məsələsi aydınlaşdırılmış, müasir dilçiliyimizdə bu problemlərlə bağlı fərqli elmi görüşlərin şərhinə yer verilmişdi.
Gökcə ət-Türki
Gökcə ət-Türki (tam adı: İzzəddin Əbül-Müzəffər Gögcə ibn Əbdüllah ət-Türki) — Eldənizlərin vassallarından olmuşdur. İraqi Əcəmdə yəni İran ərazisində Xarəzmşahlara və Eldənizlərə qarşı fəal döyüş əməliyyatları aparmışdır. Bir müddət İraqi Əcəmi sultan titulu ilə idarə etmiş xəlifə ən-Nasir ilə müttəfiq olmuşdur. == Həyatı == Xarəzmşah Təkişin Xarəzmə qayıtmasından sonra İraq məmlükləri bir yerə yığışaraq Xarəzmşahlara qarşı mübarizəyə başladılar. İttifaqın başında duran Cahan Pəhləvanın vassalı Gökcə ət-Türki ilə birlikdə xəlifə ən-Nasir də Xarəzmşahlara qarşı hərəkətə keçmişdi. Xarəzmşah tərəfindən Özbəyə verilən köhnə İraq Səlcuq torpaqları xəlifə ilə Gökcə arasında bölüşdürüldü. Rey, Savə, Qum, Kaşan Gökcənin, İsfahan, Həmədan, Zəncan və Qəzvin isə Xəlifənin əlinə keçdi. Özbək Həmədanın idarəsini öz əlinə aldı. Xarəzmşah Təkiş vəfatında sonra taxta oğlu Əlaəddin Məhəmməd keçdi. Xarəzm taxtında meydana gələn hökmdar dəyişikliyindən istifadə edən Gökcə, Özbək və Əbu Bəkr İraqi Əcəm bölgəsindəki fəallıqlarını artırdılar.
Əbu Süleym Fərəc Xadim Türki
Əbu Süleym Fərəc Xadim Türki və ya bəzən səhvən Fərəc ibn Süleym də adlandırılır — Abbasi saray xədimi və məmuru. 819-cu ildə əsir düşmüş xəlifə əleyhdarı İbrahim ibn Mehdini xəlifə Məmunun (h. 813–833) hüzuruna müşayiət etmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ayalon, David. Eunuchs, Caliphs and Sultans: A Study in Power Relationships. Jerusalem: Magnes Press, The Hebrew University. 1999. ISBN 978-9-6549-3017-8. Bosworth, C. E., ed. (1987).
Əbdülhəmid İbnü ət-Türki əl-Gili
Əbülfəzl Əbdülhəmid b. Vasi İbnü ət-Türki əl-Gili — İslam aləmində məşhur Türk riyazıyatçı alim. == Mənşəyi == Əbu Məhəmməd onun kunyasıdır, ləqəbi isə İbnü ət-Türki - onun etnik mənsubiyətini (nisbə) bildirir. Bəzi ehtimallara görə xəzər əsillidir. Bəzi qaynaqlar onun başqa ləqəbini də verir: əl-Gili, əl-Cili, lakin ən çox "əl-Huttalı" ləqəbi ilə bilinir. Lakin, ehtimal ki onun əli ilə yazılmış bir əlyazmada, əl-Gilli ya da əl-Cilli kimi qeyd edilir. Apriori bu ləqəb üçün mənşə adı Gilan sözü hesab olunur. Belə ləğəb, doğrudan da buradan çıxan bəzi alimlər daşıyır. Lakin yenə apriori bunu həm də qumuq kəndi Gelini də hesab etmək olar. Bu sözə orta əsr türklərində həm etnonim kimi (gilə, gülə) həm də özəl Geli ad kimi də rast gəlmək olar.
Übeydullah binu Yəhya bin Xaqan ət-Türki
Übeydullah binu Yəhya bin Xaqan ət-Türki (Əbu əl-Həsən Übeydullah b. Yəhya binu Xaqan ət-Türki; Abbasilər xilafəti – 5 avqust 877, Səmərra[d], Səlahəddin mühafəzəsi) — Xəlifələr Mütəvəkkil, Müktəmid və Müstəinin dövrlərində, uzun müddət xəlifə vəziri vəzifəsini tutan Abbasi xilafətinin görkəmli dövlət xadimlərindəndir. == Mənşəyi == Dar-etnik mənşəyi barədə qaynaqlarda məlumat qalmayıb, ancaq ehtimal etmək olar ki, o xəzər əsillidir. Bunu onun, soyadında keçən kiçik şəcərəsi, və onun "ət-Türki" ləqəbi sübut edir. Çünki türk etnonimi hələ Qafqaz Hun eli tayfaları arasında geniş yayılmışdı. Artıq erkən orta əsrlər qaynaqlarında, məsələn Ağvan tarixində türk etnonimi, hun və xəzərlə sinonim kimi işlənir, xəzər dövləti isə Türküstan, Türk eli, Türkiyə adlanırdı. 7-ci əsrin ikinci yarısında Cənubi Qafqazın istilasına başlamış ərəblər, Qafqazın türk etnonimikasından o qədər də baş çıxarmırdılar yaxud onu fars və ermənilərin vasitəsilə öyrənirdilər. Buna görə ərəb qaynaqlarında adətən mikroetnonimlər deyil, o vaxt Xəzər dövlətinin əsasını təşkil edən sadəcə hun-xəzər tayfa ittifaqına daxil olanların mənsubiyətini bildirən türk makroetnonimi işlənirdi. == Fəaliyyəti == Qaynaqlara görə, Übeydullahın babası Xaqan xəlifə Mötəsimin etibarlı adamlarından biri idi. Ola bilsin ki, Xaqan, Mötəsimin xəzər əsilli anası Maridə(Maridə ərəblərin Xəzər ölkəsinə növbəti hücumu zamanı aparılan əsir idi.
Gürcüstan–Türkiyə münasibətləri
Türkiyə–Gürcüstan münasibətləri — Gürcüstan Respublikası və Türkiyə arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür. İki ölkə arasında dövlət sərhəddinin uzunluğu 273 km-dir. == Tarixi == 16 dekabr 1991-ci ildə Türkiyə Gürcüstanın müstəqilliyini tanımışdır. 21 may 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasına dair protokol imzalanmış, bundan sonra paytaxtlarda səfirliklər açılmışdır. Osmanlı İmperiyasının keçmişdə Gürcüstanı işğal etməsinə baxmayaraq, Gürcüstan Prezidenti Eduard Şevardnadze Türkiyəni iqtisadi və diplomatik tərəfdaş kimi tanımışdır. Gürcülər Türkiyə ilə sərhədin açılmasından istifadə edərək ən yaxın kapitalist qonşusu ilə güclü ticarət fəaliyyətini inkişaf etdirməyə başladılar. 1992-ci ildə Gürcüstan mərkəzi ofisi Türkiyədə olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına qatılır. 1992-ci ilin dekabrında Türkiyə buğda və digər malların satın alınması üçün Gürcüstana 50 milyon dollar kredit verdi və bu ölkədəki özəl investisiyaları stimullaşdırmağa başladı. 1990-cı illərin əvvəllərində Gürcüstan Türkiyə ilə ölkələr arasında mövcud dövlət sərhədinin tanınması da daxil olmaqla bir neçə diplomatik müqavilə imzaladı.
Gürcüstan–Türkiyə sərhədi
Türkiyə–Gürcüstan sərhədi — Gürcüstan və Türkiyə arasında dövlət sərhədi. Ümumi uzunluğu 273 km-dir və qərbdən Qara dəniz sahillərindən şərqdə Ermənistanla sərhəd qovşağına qədər uzanır. == Təsviri == Gürcüstan-Türkiyə sərhədi qərbdən, Gürcüstanın kiçik Sarpi kəndinin cənubundakı Qara dəniz sahillərindən başlayır və daha sonra nizamsız bir zəncir boyunca şərqə uzanır. Sonra Aktaş gölündən keçərək Ermənistanla sərhəd qovşağına enərək cənub-şərqə geniş şəkildə əyilir. Bu sərhədin qərbİ Gürcüstanın muxtariyyatı olan Acarıstana məxsusdur. == Tarixi == Birinci Dünya müharibəsi zamanı Rusiya Osmanlı İmperiyasının şərq bölgələrini işğal edir. Rusiyada 1917-ci il inqilabından sonra yeni kommunist hakimiyyət orqanları müharibədəki iştiraklarına son verməyə tələsir. 1918-ci ildə Almaniya və Osmanlı İmperiyası ilə Brest-Litovsk sülh müqaviləsini imzalaYır. Bu müqaviləyə əsasən, Rusiya əvvəllər San Stefano və Berlin Müqaviləsi çərçivəsində əldə edilmiş əraziləri geri qaytarır. 1918-ci ildə Cənubi Qafqaz xalqları Rusiya imperiyasından müstəqillik qazanmaq üçün Zaqafqaziya Demokratik Federativ Respublikasını elan edir və Osmanlı İmperiyası ilə sülh danışıqlarına başlayır.
Hindistan–Türkiyə münasibətləri
Türkiyə—Hindistan münasibətləri — Hindistan və Türkiyə arasındakı beynəlxalq əlaqələrdir. 1948-ci ildə Hindistan və Türkiyə arasında diplomatik münasibətlər qurulduğundan bəri, siyasi və ikitərəfli münasibətlər ümumiyyətlə isti və anlayışla xarakterizə olunur, baxmayaraq ki, Hindistanın rəqibi olan Pakistanın Türkiyənin dəstəyi ilə ara sıra gərginliklər davam edir . Hindistanın Ankarada səfirliyi və İstanbulda baş konsulluğu var. Türkiyənin Yeni Dehlidə səfirliyi və Mumbayda baş konsulluğu var. 2015-ci il tarixindən etibarən Hindistan və Türkiyə arasındakı ikitərəfli ticarət 6,26 milyard ABŞ dolları təşkil etmişdir. == İkitərəfli ticarət əlaqələri == İkitərəfli yeni bir mərhələyə qədəm qoydu və hər iki tərəf ticarət əlaqələrini qarşılıqlı faydalı və davamlı şəkildə genişləndirmək məqsədi ilə ikitərəfli əməkdaşlıq proqramlarının inkişaf etdirilməsinin vacibliyini vurğuladı. Bununla birlikdə, dünyanın ikinci ən sıx ölkəsi olaraq, Hindistanın 1990-cı illərdən bəri qlobal iqtisadiyyatda və beynəlxalq siyasətdə əhəmiyyət qazanmaqda irəliləməsi Türkiyəni Cənubi Asiya üçün yeni bir strategiya hazırlamağa sövq etdi. Türkiyə, Pakistan və Banqladeş ilə ənənəvi olaraq yaxşı münasibətlərini qoruyaraq, Hindistanın Cənubi Asiyadakı siyasətinə üstünlük verməyə başladı. Son illərdə ortaq strateji hədəflər üzündən iki ölkə arasındakı münasibətlər istiləşdi və təhsil, texnologiya və ticarət sahələrində ikitərəfli əməkdaşlıqda artım oldu. 18 mart 2012-ci il tarixində, Türkiyənin Hindistandakı səfiri Burak Akçapar, Türkiyənin Hindistandan uçuşları ikiqat artırmaq və daha dörd əlaqə nöqtəsi açmaq istədiyini açıqladı.
Hürriyət (Türkiyə qəzeti)
Hürriyet — Türkiyədə çap olunan gündəlik qəzet. 1 may 1948-ci ildə Sədat Simavi tərəfindən təsis edilmişdir. Hal-hazırda Dəmirörən Holdinqin tərkibindədir. 6 noyabr 2016-cı il etibarilə Türkiyədə ən çox tiraja sahib olan qəzetdir. Hürriyətin İstanbul, Ankara, İzmir, Adana, Antalya və Trabzonda regional ofisləri, o cümlədən Türkiyədə və xaricdə 52 ofisi və 600 müxbirdən ibarət xəbər şəbəkəsi var. Əvvəllər Doğan Media Qrupunun (Doğan Yayın Holdinq) idarəçiliyində olub.
Hərbi Dəniz Məktəbi (Türkiyə)
Ali Hərbi Dəniz Məktəbi , 1773-cü Əlcəzairli Qazi Həsən Paşa tərəfindən , İstanbul, Kasımpaşada "Mühendishane-i Bahr-i Hümayun" adı altında qurulmuş və 1985-ci ildən etirbarən İstanbul Tuzlada yerləşən Türk Dəniz Qüvvələri üçün zabit yetişdirən təhsil ocağıdır. Məzumiyyət törənləri hər il 31 Avqustda keçirilən Ali Hərbi Dəniz Məktəbində Türk Dəniz Qüvvələrinin tərkibində olan birliklərdə xidmət etmək üçün zabit hazırlamaqdadır. Məktəbdə sənaye, elektronika-elektrotexnika, kompüter, maşınqayırma, kommunuikasiya, beynəlxalq münasibətlər və gəmi inşaatı mühəndisliyi ixtisasları vardır. Bundan əlavə Pusula (Kompas) adında bir də tələbə jurnalı mövcuddur.
Jandarma (Türkiyə)
Jandarma — (türk. Jandarma Genel Komutanlığı), Türkiyədə el və mahal bələdiyyə sərhədləri xaricində qalan yerlər ilə polis təşkilatı olmayan yerlərdə özünə 2803 saylı Jandarma Təşkilatı Vəzifə və Səlahiyyətləri Qanunu ilə 2559 saylı Polis Vəzifə və Səlahiyyət Qanununda və digər qanunlarda verilən vəzifələri yerinə yetirən Əsgəri təhlükəsizlik və qolluq qüvvətidir. Bu qurum Türkiyə sahəsnin 92 %-ini əhatə etməkdədir. Jandarmanın vəzifəsi təhlükəsizlik və asayiş ilə cəmiyyət nizamının qorunmasını təmin etmək, digər qanun və nizamların özünə verdiyi vəzifələri yerinə yetirməkdir. Jandarma personalı; zabit, ehtiyat zabit, mütəxəssis jandarma, mütəxəssis ərbaş, əsgəri şagird, ərbaş və çatlar ilə vətəndaş məmur və işçilərdən ibarətdir. Hərbi vəziyyət, Səfərbərlik və Döyüş hallarında lazımlı olan hissəsi ilə Türkiyə Silahlı Qüvvələri əmrinə girər, qalan hissəsi ilə Jandarma Ümumi Komandanlığı əmrində normal vəzifələrinə davam edər. Barış vəziyyətində təhlükəsizlik və asayiş vəzifələrindən ötəri Türkiyə Cümhuriyyəti Daxili İşlər Naziriyinə qarşı məsul olan Jandarma, silahlı qüvvələrlə əlaqədar vəzifələri təhsil baxımından isə Baş qərargah başçılığına qarşı məsuldur.2015-ci il 13 avqust tarixindən Jandarma Ümumi Komandanı vəzifəsinə ordu generalı Qalib Mendi təyin edilmişdir. == Haqqında == Jandarma emblemi qurulduğu 1839 tarixindən bu günə qədər 6 dəfə dəyişmişdir. Edilən ən son dəyişiklik 2004-cü ildə bugünkü istifadə edilən emblemde olan 1846 — quruluş ilinin 1839 — şəklində dəyişdirilməsidir. 2803 Saylı Jandarma Təşkilat, Vəzifə və Səlahiyyətləri Qanunu lazımınca Jandarmanın Vəzifələri; Mülkü, Ədliyə, Əsgəri və Digər Vəzifələr olmaq üzrə dörd ana başlıq altında toplanmaqdadır.
Kamerun–Türkiyə münasibətləri
Türkiyə—Kamerun münasibətləri — Kamerun ilə Türkiyə arasındakı ikitərəfli əlaqələr. == Diplomatik münasibətlər == Başlanğıcda, Türkiyə ilə Kamerun arasındakı münasibətlər Əhmədu Ahidjonun prezidentliyi dövründə gərginləşmişdi, bu zaman polis və təhlükəsizlik aparatı onun düşməni sayılan insanları yox etmək üçün istifadə edildi. Kamerunu daha çox söz və mətbuat azadlığı ilə daha azad və demokratik etməyə çalışan Prezident Paul Biye dövründə ikitərəfli münasibətlər xeyli yaxşılaşdı. Bu müddət ərzində, Türkiyə Kameruna məktəblər inşa etməsində kömək etdi , bu da bir çox Afrika ölkəsinə nisbətən Kamerunda daha çox məktəbdə oxuyan uşaqların olmasına kömək etdi. Lakin münasibətlər 1984-cü ildə baş verən çevriliş cəhdindən sonra müxalifətə qarşı təzyiqlərdən sonra pisləşdi . Neftin qiyməti və tələbi düşdükdən sonra, neft ixracatından çox asılı olan Kamerun iqtisadiyyatı böhrana girdi. 1987-ci ilə qədər Kamerun, borclu olan yoxsul ölkələr qrupuna daxil oldu və bu da iqtisadi inkişaf üçün əlavə fondlar əldə etməyə imkan verdi . Türkiyə Kameruna iqtisadi yardım göstərməkdə Beynəlxalq Valyuta Fondu, Dünya Bankına qatıldı. == İstinadlar == == Ədəbiyyat == Адамс, Мелинда. «Национальные механизмы и авторитарная политика: пример Камеруна».
Kanal D (Türkiyə)
Kanal D — 1993-cü ildə İstanbulda fəaliyyətə başlamış Türkiyənin özəl televiziya kanallarından biri. Hazırda "Dəmirörən Holdinq" şirkətinə məxsusdur. == Tarixçə == "Kanal D" Ayxan Şəhənk - Aydın Doğan ortaqlığı ilə təsis edilmişdir. O dövrdə Türkiyədə Interstar, Show TV, Flash TV, HBB, Kanal 6, Samanyolu TV, TGRT və ATV olmaqla 9 özəl-ümumrespublika telekanalı var idi. 10-cu ümumrespublika telekanalı olan "Kanal D" 1993-cü il sentyabrın 16-da test yayımına başlamış, 1993-cü il dekabrın 19-da isə əsas yayıma keçmişdir. Kanalın səhmləri 1994-cü ildə Aydın Doğana verilmişdi. Həmin il kanalın loqotipi də dəyişdi. 2004-cü ildə rəqəmsal yayıma keçmişdir. Baş qərargahı Almaniyada olan Euro D, kanalın, Türkiyə xaricindəki ilk şöbəsidir. Kanalın ikinci şöbəsi isə Rumıniyada yerləşir.
Kinoda Türkiyə qadını
Kinoda Türkiyə qadını — Türkiyə kinosunda Türkiyə aktrisa və qadın rejissorlar. Türkiyə kinosunun birinci filmi 1914-cü ildə çəkilmişdir, lakin aktyor heyətində qadınların da iştirak etdiyi ilk Türkiyə filmi 1919-cu ildə çəkilmişdir. Türkiyə kinosunun ilk qadın baş rol ifaçısı 1923-cü ildə Bedia Müvahhit olmuşdur.
Kipr–Türkiyə münasibətləri
Kipr–Türkiyə münasibətləri — Türkiyə Respublikası və Kipr arasında ikitərəfli diplomatik münasibətlər. == Tarix == 1960-cı ildə Böyük Britaniya Kiprə müstəqillik vermək məcburiyyətində qalır. 1963-cü ildə Kipr Prezidenti III Makarios, ölkə konstitusiyasına adanın yunan icması ilə müqayisədə Kipr türklərinin hüquqlarını məhdudlaşdıracaq olan dəyişiklikləri təklif edir. Bu təklif Türkiyə səlahiyyətlilərinin qarşı reaksiyasına səbəb olur. Kipr türklər prezidentin təklifini rədd edir və nəticədə adadakı yunanlarla türklər arasında qarşıdurmalar meydana gəlir. 1974-cü ildə Yunanıstandakı qara polkovniklər Kiprdə gizlin EOKA təşkilatının çevrilişini dəstəkləyir və Prezident III Makarios ölkədən qaçmaq məcburiyyətində qalır. Türkiyə Kipr türlərinin hüquqularını qorumaq məqsədiləadanın şimal-şərqini ələ keçirir. 1983-cü ildə Rauf Denktaş, yalnız Türkiyə tərəfindən tanınan Şimali Kipr Türk Respublikasının qurulduğunu elan edir. Şimali Kipr Türk respublikasının müstəqilliyinin elan edilməsindən sonra Yunanistan hökuməti Avropa İttifaqı üzvlərini Türkiyənin birliyin tam hüquqlu üzvü kimi qəbul etməzdən əvvəl Kipr böhranını həll etməli olduğuna inandırır. Ankara belə bir açıq siyasi şərtin iqtisadi birliyə uyğun olmadığını bildirir.
Kosovo–Türkiyə münasibətləri
Türkiyə–Kosovo münasibətləri — Kosovo Respublikası və Türkiyə arasındakı mövcud ikitərəfli münasibətlər. == Tarix == 17 fevral 2008-ci il tarixində Kosovo Respublikasının Serbiyadan müstəqilliyinin birtərəfli elan edilməsi baş verir. 18 fevral 2008-ci ildə Türkiyə Kosovo Respublikasının müstəqilliyini tanıyır. Türkiyə hökumətinin Kosovo Respublikası ilə yaxın ictimai-siyasi, mədəni, iqtisadi və hərbi əlaqələr qurmağa yönəlmiş siyasəti sayəsində iki ölkə arasında əlaqələr dostluq münasibətləri çərçivəsindədir. 2011-ci ildə Qellap İnstitutu Kosovo Respublikasının əhalisi arasında bir sorğu keçirdi, nəticəyə görə kosovalıların 85%-inin Türkiyəni dost bir ölkə kimi gördüyü məlum oldu. Türkiyə Albaniya və Qərbin ənənəvi, bununla yanaşı Kosovo Respublikasının müstəqilliyini dəstəklədiyinə görə əsas müttəfiqi olaraq görülür. Kosovalı albanların əksəriyyəti yalnız Kosovo Respublikasının pasportlarına sahibdirlər, bu baxımından Türkiyə viza rejimi olmadan ziyarət edə biləcəkləri nadir ölkələrdən biridir. Türkiyə Kosovo ilə Serbiya arasındakı barışıq danışıqlarını rəsmən dəstəkləyir. Üstəlik Kosovo Respublikasının NATO və Aİ-na qoşulması üçün siyasi dəstək də verir. 2013-ci ilin oktyabr ayında, Kosovo Respublikasına rəsmi dövlət səfəri zamanı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan türkləri və kosovalıları ortaq bir tarix, mədəniyyət, sivilizasiya birləşdirdiyini və bu iki xalqın qardaş olduğunu söyləyir.
Lissabondakı Türkiyə səfirliyinə terrorçuların hücumu
Lissabondakı Türkiyə səfirliyinə terrorçuların hücumu — 27 iyul 1983-cü ildə "Erməni İnqilab Ordusu"nun Lissabondakı (Portuqaliya) Türkiyə səfirliyinə hücumu. Terror aktının nəticəsində 7 nəfər həlak olmuşdur o cümlədən 5 nəfər terrorçu, 1 nəfər portuqaliyalı polis və Türkiyə səfirliyinin müvəqqəti işlər vəkilinin həyat yoldaşı 42 yaşlı Cahidə Mıxçıoğlu. Şahidlərin ifadələrinə əsasən həmin günün səhəri saat 10.30 da səfirliyin qarşısına iki ford markalı avtomobil yaxınlaşır, onlardan biri səfirliyin qarşısında dayanır digəri isə səfirliyin dayanacağında. Maşınlar səfirliyi qoruyan portuqaliyalı polisin diqqətini cəlb edir, iki gün əvvəl həmin maşında qələn naməlum şəxslər viza almaq istədiklərini bildirmişdilər, onların sənədlərini soruşanda, tələsik oranı tərk etmişdilər. Polis əməkdaşı dünənki maşının yenidən gəldiyini səfirliyə xəbər verir, özü isə terrorçuların olduğu avtomobilə yaxınlaşır. Bu zaman terrorçulardan biri atəş açaraq polisi yaralıyır, lakin səfirliyin təhlükəsizlik xidmətinin əməkdaşının cavab atəşi ilə atəş açan terrorçu öldürülür. Səfirliyin binasına daxil ola bilməyəcəklərini görən terrorçular səfirliyin yanında yerləşən səfirin igamətkahına daxil olaraq səfirliyin müvəqqəti işlər vəkilinin həyat yoldaşı 42 yaşlı Cahidə Mıxçıoğlunu və onun 17 yaşındakı oğlu Atasayı qirov götürürlər. Terrorçular qirovları saxladıqları otağı minalayaraq, hücum olacağı təqdirdə oranı partladmaqla hədələyirlər. Hadisə ilə bağlı Portuqaliya hökumətinin təcili iclası keçirilir, və qirovları azad etmək üçün yeni yaradılmış xüsusi təyinatlı polis dəstəsindən istifadə etmək qərara alınır. Lakin xüsusi təyinatlılar əməliyyata başlamadan əvvəl terrorçular bombanı işə salırlar.
Livan–Türkiyə münasibətləri
Livan—Türkiyə münasibətləri — Livan ilə Türkiyə arasında ikitərəfli diplomatik münasibətlər. == Tarixi == Soyuq müharibə dövründə ölkələr arasında praktik olaraq heç bir əlaqə yox idi. Bunun səbəblərindən biri, nəticədə bu ölkədə Vətəndaş müharibəsinin başlamasına səbəb olan Livandakı daxili siyasi qeyri-sabitlik idi. Sonra Livan bu ölkənin xarici siyasətinə təsir göstərməyə başlayan qonşu Suriyadan asılı vəziyyətə düşdü. 2005-ci ildə Suriya qoşunları Livanı tərk etdi və ölkənin Türkiyə ilə əlaqələri xeyli yaxşılaşdı. 2006-cı ildə Türkiyə İsrail və Livan arasındakı münaqişənin həllində fəal vasitəçi rolunu oynadı. 2010-cu ilin noyabrında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Livanla Strateji Əməkdaşlıq və Koordinasiya Şurasının yaradılması barədə Siyasi Bəyannaməni imzaladı. === İranla rəqabət === Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında olan Türk hökuməti, Livandakı tarixi travma və Livandakı Türk irsi təhdidinə mənfi əsaslarla İranın dəstəklədiyi Şiə hərbiləşdirilmiş və siyasi qrup Hizbullahı götürdü. Beləliklə, Türkiyə Livan daxilində İran nüfuzunu zəiflətmək üçün Livanla daha sıx əlaqələr qurmağa çalışdı. Suriya Milli Ordusuna qarşı vuruşan Suriyaya gələn Hizbullah döyüşçülərinin axını həm də Türkiyəni İranın Livandakı rolunu zəiflətmək üçün Livanla daha yaxın əlaqələr axtarmağa sövq edir.
Liviya–Türkiyə münasibətləri
Türkiyə–Liviya münasibətləri — Türkiyə Respublikası ilə Liviya arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == XVI əsrin ortalarında Osmanlı İmperiyası Liviyanın sahil bölgələrini fəth etdi və bu ölkənin cəmiyyətinə böyük təsir göstərdi. Osmanlı Tripolitaniyası qeyri-sabitliyi ilə seçilməsinə baxmayaraq yüksək dərəcədə bir muxtariyyətə sahib idi. 18-ci əsrdə Əhməd Karamanlı, Liviyanı Osmanlı İmperiyasının nəzarəti altında idarə edən Karamanlı sülaləsini qurdu. Liviya onun hakimiyyəti altında Osmanlı İmperiyasının ən çiçəklənən bölgələrindən birinə çevrildi, lakin itayətsizliyi Osmanlılar arasında düşmənçilik yaratdı.. Ancaq varisləri Əhməd qədər uğurlu olmadılar və sülalə XVIII əsrin sonunda təsirini itirməyə başladı və Amerika Birləşmiş Ştatları tərəfindən başladılan Bərbər müharibələri, Karamanlı sülaləsinin tamamilə çökməsinə səbəb oldu. İtaliya-Osmanlı müharibəsi (1911-1912) bitdikdən sonra Liviya İtaliyanın nəzarətinə keçdi. 1947-ci ildə Türkiyə ilə Liviya əlaqələrini bərpa edir. 1951-ci ildə Liviya Krallığı qurulur və Türkiyə ilə isti münasibətləri davam etdirir. 1969-cu ildə Liviyada kral Məhəmməd İdris əl-Sənusi müalicə üçün Ankarada olduğu zaman qansız bir hərbi çevriliş baş verir.
Loizidu Türkiyəyə qarşı
Loizidu Türkiyəyə qarşı — Avropa İnsan Hüquqları Konvensiyasının 3, 5, 8-ci maddələri və Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu haqqında kiprli qaçqının iddiası üzrə Avropa İnsan Haqları Məhkəməsi tərəfindən qəbul edilmiş qərar. == Faktlar == Ərizəçi — Kipr vətəndaşı xanım Titina Loizidu ölkənin şimalında, Kireniyada boya-başa çatıb, orada ona məxsus bir neçə torpaq sahəsi vardı. 1972-ci ildə xanım Loizidu ərə getdi və əri ilə Nikosiyaya köçdü. Kipr yunan və türk hissələrinə bölündüyünə görə, 1974-cü ildən başlayaraq, o, yuxarıda adı çəkilən mülkiyyətinə daxil olmaq imkanından məhrum oldu. 19 mart 1989-cu ildə Kipr yunanlarının "Qadınların evlərinə qayıtması uğrunda" təşkilatından olan qadınlar, bölücü xətti keçmək niyyətlərini qabaqcadan bəyan edərək, yürüş təşkil etdilər. Nümayişin iştirakçıları Nikosiyadan Limbiya kəndinə gəldilər, orada onlar bufer zonasını və türk qoşunlarının yerləşdiyi xətti keçə bildilər. Xanım Loizidu da daxil olmaqla, bir neçə qadın türk icmasının polisləri tərəfindən həbs edildi. Elə həmin gün onları BMT-nin Nikosiyadakı nümayəndələri azad etdilər və yunan icmasının ərazisinə göndərdilər. Xanım Loizidu 22 iyul 1989-cu ildə Avropa İnsan Hüquqları Komissiyasına şikayətlə müraciət edərək bildirdi ki, onun tutularaq həbs edilməsi Konvensiyanın 3, 5 və 8-ci maddələrinin pozuntusudur. O, həmçinin belə hesab edirdi ki, onun öz mülkiyyətindəki torpaq sahəsinə girməsinin mümkünsüzlüyü 1 saylı Protokolun 1-ci maddəsinin davamlı pozuntusudur.
MTV Türkiyə
MTV Türkiyə - 23 oktyabr 2006 tarixində yaradılan musiqi kanalı.
Macarıstan–Türkiyə münasibətləri
Macarıstan–Türkiyə münasibətləri — Türkiyə ilə Macarıstan arasında xarici əlaqələr. Macarıstanın Ankarada səfirliyi və İstanbulda baş konsulluğu yerləşir. Macarıstanın Antalya, İzmir, Adana, Kütahya, Kayseri, Təkirdağ və Kocaeli də fəxri konsulluqları vardır. Türkiyənin Budapeştdə səfirliyi yerləşir. Hər iki ölkə Avropa Şurası, İƏİT, NATO, ATƏT və ÜTT -nin tamhüquqlu üzvləridir. Həmçinin Macarıstan AB üzvüdür, Türkiyə də namizəddir. Macarıstan, Türkiyənin tam üzv olduğu Türk Şurasında müşahidəçi statusuna malikdir. == Tarixi == Həm Macarlar, həm də Türklər sırasıyla Şimali və Orta Asiyadan qaynaqlanmış və sonra fərqli vaxtlarda qərbə doğru köç etmişlər. Lakin Macarıstan 1541 - 1699-cu illərdə Osmanlı İmperiyası tərəfindən idarə edildi. Macarıstan Krallığı ilə Osmanlı İmperiyası arasında ilk böyük toqquşma 1396-cı ildə Niqbolu döyüşündə baş verdi.
Malayziya–Türkiyə münasibətləri
Malayziya—Türkiyə münasibətləri — Malayziya ilə Türkiyə arasında ikitərəfli diplomatik münasibətlər. Malayziyanın Ankarada səfirliyi və Türkiyənin Kuala Lumpurda səfirliyi yerləşir. Hər iki ölkə ÜTT və İƏT-in üzvüdür və hər ikisi regional güc hesab olunur. == Tarixi == Ölkələr arasındakı münasibətlər Malay sultanlıqları və Osmanlı İmperiyası dövründən bəri mövcuddur. 19-cu əsrdən bəri, ölkələr arasındakı münasibətlər ayrılmaz olaraq qaldı və İstanbula dəfələrlə səfər edən Sultan Əbu Bəkirın dövründə şəxsi əlaqələrin yaradılması ilə daha da möhkəmləndi. 1890-cı ildəki ziyarətlərindən birində qardaşı ilə birlikdə türk qadınları ilə evləndi. Bu evliliklər yalnız ikitərəfli münasibətlərin möhkəmlənməsinə deyil, eyni zamanda qarışıq nikahların ortaya çıxmasına səbəb oldu, bunun nəticəsində, məsələn, Ünqku Əbdül Əziz dünyaya gəldi. Müasir Türkiyə ilə Malayziya arasında əlaqələr 1964-cü ildə, demək olar ki, müasir Malayziya dövlətinin qurulmasından dərhal sonra quruldu. 2014-cü ildə Malayziya Baş naziri Najib Tun Razak ikitərəfli münasibətləri genişləndirmək və sərbəst ticarət müqaviləsi imzalamaq üçün Türkiyəyə səfər etdi. Nəticədə, strateji əməkdaşlıq və sərbəst ticarət haqqında müqavilələr imzalanmış deyil, viza şərtləri da ləğv edilmişdir.
Mali–Türkiyə münasibətləri
Türkiyə—Mali münasibətləri — Mali ilə Türkiyə arasındakı ikitərəfli əlaqələr. 1 fevral 2010-cu ildən bəri Türkiyənin Malidə səfirliyi var və 27 iyun 2014-cü ildə Mali Ankarada səfirlik açdı. == Diplomatik əlaqələr == 1970-ci illər ərzində Türkiyə , Dünya Bankı ilə birlikdə, ölkənin dövlət şirkətlərinə texniki və idarəetmə yardımı göstərdi . Yardım 1982-ci ildə Mali ilə BVF arasında özəl sahibkarlığın inkişafı ilə bağlı müqavilə imzalandıqdan sonra davam etdi. Türkiyə, TİKA vasitəsi ilə Malidə altyapının inkişafına da kömək etdi: OPEK Beynəlxalq İnkişaf Fondu ilə birlikdə Sevare ve Gao arasında 359 millik bir avtomobil yolunun inşasına 142 milyon ABŞ dolları məbləğində yardım etdi , 1981-1983-cü illərdə bir yol istismar proqramının yaradılmasında İsveçrəylə birlikdə keçidi 3 gün çəkən və daha əvvəl keçilməmiş yolları əvəz edən . Yolun 6,6 min milinin saxlanmasına 43,3 milyon ABŞ dolları ayıran Türkiyə, Trans-Sahar magistral yoluna yaxınlaşan Bamako-Segu yolunun yenidən qurulmasını başa çatdırdı. == İqtisadi əlaqələr == 2015-ci ilin may ayından etibarən İstanbuldan Bamakoya təyyarə ilə getmək olar . İki ölkə arasındakı xarici ticarət dövriyyəsi 2018-ci ildə 57 milyon ABŞ dolları (Türkiyənin ixracatı - 48.4 milyon ABŞ dolları, idxal - 8.6 milyon ABŞ dolları) təşkil etdi. == Həmçinin bax == Türkiyənin xarici siyasəti == İstinadlar == == Ədəbiyyat == "Afrique 73, Les Clés de l’Afrique. Paris: Jeune Afrique, 1973.
Malta–Türkiyə münasibətləri
Türkiyə–Malta münasibətləri — Malta və Türkiyə Respublikası arasındakı mövcud ikitərəfli münasibətlər. Ölkələr NATO-nun və Aralıq dənizi Birliyinin üzvüdür. == Tarixi == Maltanın türk xalqı üçün tarixi əhəmiyyəti var: Osmanlı donanmasının məşhur admiralı Turqut Rəis, 1565-ci ildə türklər üçün uğursuz olan Maltanın böyük mühasirəsi zamanı öldürülür. 1873-cü ildə Osmanlı Sultanı Əbdüləziz, Marsada bir Türk hərbi qəbiristanlığının açılmasına əmr verir. Malta ilə Türkiyə arasındakı diplomatik əlaqələr 1967-ci ildə qurulmuşdur. == Siyasi münasibətlər == Maltanın Türkiyədəki maraqları Vallettada iqamətgahı olan bir səfirlik və İstanbulda baş konsulluq vasitəsi ilə təmsil olunur. Maltadakı Türkiyə səfirliyi Florianadadır. Hər iki ölkə də Avropa Şurasının, Ümumdünya Ticarət Təşkilatının və Aralıq dənizi Birliyinin həqiqi üzvləridir. 1 may 2004-cü ildən Malta Avropa İttifaqının üzvüdür və Türkiyə bu quruma üzv olmaq üçün namizəddir. 2003-cü ilin oktyabr ayında Antalyada ölkələr, İnvestisiyaların Qarşılıqlı Həvəsləndirilməsi və Qorunması haqqında Sazişin yanında siyasi bir məşvərət mexanizminin qurulmasına dair Anlaşma Memorandumunu imzaladmışlar.
Milli Kəşfiyyat Təşkilatı (Türkiyə)
Milli Kəşfiyyat Təşkilatı — Türkiyə Cümhuriyyətinin bölünməz bütövlüyünə, konstitusiya nizamına, varlığına, müstəqilliyinə, təhlükəsizliyinə və milli gücünü meydana gətirən bütün ünsürlərinə qarşı daxildən və xaricdən gələcək mövcud və olabiləcək təhdidlər haqqında məlumat yığmaq, tədbir görmək və lazımlı vəziyyətlərdə əlaqədar mövqeləri xəbərdar etməklə vəzifəli təşkilatdır. Təşkilat Türkiyə Prezidentinə tabedir. Büdcəsi 855 milyon Türk lirəsi təşkil edir. " … Müasir dövlətlərdə olduğu kimi, bizdə də müasir bir kəşfiyyat təşəkkülü qurmaq məcburiyyətindəyik… " (Mustafa Kamal Atatürk, 1925) Dövlətin milli təhlükəsizlik siyasətinin hazırlanmasıyla əlaqədar hər mövzuda kəşfiyyatın tək əldə toplana bilməsi məqsədiylə, 22 iyul 1965-ci il tarixində Türkiyə Böyük Millət Məclisi tərəfindən 644 saylı qanun qəbul edilmiş və bu qanun ilə quruluşun adı Milli İstihbarat Təşkilatı (MİT) olaraq dəyişdirilmişdir. Qanun ilə MİT-in bir rəhbər tərəfindən idarə olunması və rəhbərin, qanun ilə təyin olunan vəzifələrin yerinə yetirilməsində yalnız Baş Nazirə qarşı məsul olması nəzərdə tutulmuşdur. MİT, təxminən 19 il davam edə ilə fəaliyyətlərini 644 saylı qanun hökmləri istiqamətində icra etmiş, ancaq sürətlə dəyişən və inkişaf edən şərtlərin işığında yeni bir qanuni tənzimləmənin ehtiyacı ortaya çıxmışdır. Bu məqsədlə, 1 noyabr 1983-cü il tarixində 2937 saylı "Dövlət Kəşfiyyat Xidmətləri və Milli Kəşfiyyat Təşkilatı Qanunu" çıxarılmış olub, qanun 1 yanvar 1984 tarixində qüvvəyə girmişdir. == Tarixi == Ölkələrin bir-birlərinə istiqamətli siyasi, ictimai, iqtisadi və hərbi fəaliyyətləri ilə gözləmələrinin əvvəldən müəyyən olunması ehtiyacının zaman içərisində gedərək artması, xəbər almağa dönük quruluşlanmaların varlığını zəruri etmişdir. Türkiyədə, sistemli və mütəşəkkil xüsusiyyətdə kəşfiyyat təşkilatı qurma cəhdləri, Osmanlı Dövlətinin son illərində başlamışdır. Siyasi birliyin qorunması, ayrılıqçı hərəkətlərin önlənməsi və xüsusilə xarici dövlətlərin Orta şərq üzərində mərkəzləşən fəaliyyətlərinin izlənilə bilməsi üçün fərdi əsasda və məhdud xüsusiyyətdə davam etdirilən kəşfiyyat işlərinin bir mərkəzdən mütəşəkkil şəkildə icra edilməsinə ehtiyac duyulmuş və 17 noyabr 1913 tarixində Ənvər Paşa tərəfindən Təşkilatı Məxsusa adlı kəşfiyyat təşkilatı qurulmuşdur.
Milli Müdafiə Universiteti (Türkiyə)
Milli Müdafiə Universiteti türkcə : (Milli Savunma Üniversitesi) — 31 iyul 2016-cı ildə Milli Müdafiə Nazirliyinə bağlı olaraq qurulan ali hərbi təhsil qurumudur. Universitetdə tədrisə 12 fevral 2017-ci ildə Türkiyə Hava Qoşunları məktəbində keçirilmiş mərasimlə başlanmışdır. Rektoru Ərhan Afyonçudur.
Milli Olimpiya Komitəsi (Türkiyə)
Türkiyə Olimpiya Komitəsi— Türkiyənin əsas Olimpiya orqanı. Dünyada ən qədim Olimpiya komitələrindən biridir. Bu Olimpiya komitəsi 1908-ci ildə yaranıb və 1911-ci ildə tanınıb. Komitənin qərargahı Türkiyənin İstanbul şəhərində yerləşir.
Milliyətçi Hərəkat Partiyası (Türkiyə)
Milliyətçi Hərəkat Partiyası (türk. Milliyetçi Hareket Partisi, qısa MHP kimi tanınır) – Türkiyədə mövcud olan siyasi partiya. == Tarixi == === 1969–1980 === MHP 8–9 fevral 1969-cu ildə Adanada keçirilən ümumi qurultayda quruldu, Cümhuriyyətçi Kəndli Millət Partiyası adını Milliyyətçi Hərəkat Partiyası olaraq dəyişdirdi. Böyük Konqresdən sonra ilk ümumi idarə heyəti iclasında və eyni zamanda MHP Gənclik Qolları ("Ülkü Ocaqları") üçün partiyanın emblemi "Üç Aypara" olaraq qəbul edildi. MHP 1969 və 1973 ümumi seçkilərində böyük bir müvəffəqiyyət qazana bilmədi. Suat Hayri Ürgüplü kabinetində "Türkeşçi" olaraq təyin olunan üç nazir vardı: Mehmet Altınsoy, Hazım Dağlı, Mustafa Kepir. 1965-ci il seçkilərində partiya 2,2% səs aldı. Milli Balans sistemi ilə 11 deputat seçildi. Bir senatoru var idi. 1968-ci ildə 14 millətvəkilindən dördü partiyadan istefa etdi.

türki sözünün rus dilinə tərcüməsi

"türki" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#türki nədir? #türki sözünün mənası #türki nə deməkdir? #türki sözünün izahı #türki sözünün yazılışı #türki necə yazılır? #türki sözünün düzgün yazılışı #türki leksik mənası #türki sözünün sinonimi #türki sözünün yaxın mənalı sözlər #türki sözünün əks mənası #türki sözünün etimologiyası #türki sözünün orfoqrafiyası #türki rusca #türki inglisça #türki fransızca #türki sözünün istifadəsi #sözlük