* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. məh. Əkin və ya otlağın biçilməli olan bir sahəsi. Sərvinazın manqa üzvləri vəri başa vurub geri qayıtdıqda yenə də nəşəli idilər. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / vər4 VƏR1 f. «və əgər» birləşməsinin əsasən şeirdə işlədilən qısaldılmış forması. VƏR2 f. tərəf, cəhət. VƏR’ ə. mömin, dindar olma. VƏR’(Ə) ə. Allahdan qorxub haram şeylərdən çəkinmə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / vər1 Farscadır, “-lı, -li, -lu, -lü” şəkilçisinə uyğun məna bildirir: hünər+vər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / vər2 сущ. диал. 1. участок, скошенный в один приём пятью-шестью косарями 2. борозда на вспаханном поле 3. пространство между хлопковыми рядами
Azərbaycanca-rusca lüğət / vərI (Bərdə, Əli Bayramlı, Xanlar, İmişli, Kürdəmir, Qarakilsə, Qazax, Meğri) cərgə, sıra. – Bu gün on səkkiz vərin alağını eləmişəm (Əli Bayramlı); – Hər iki vərin arasın becərir (Kürdəmir); – Hərə öz vərin başa çıxsa iyitdi (Meğri); – Bi vər taxılı bişdim başatan (İmişli); – Hərə bir vər götürür piçir (Qarakilsə) II (Meğri) əvəz. – Nənəmin vərinnən mən gedecem soğan alağına III (Cəlilabad) hesab. – Pıli verdün, inəg qaldı sənün vəründə Vərandaz eləməx’ (Meğri) – tərəzidə çəkiləcək hər hansı bir şeyi ələ alıb yavaşca atıb-tutmaqla çəkisini təxmini müəyyən etmək. – Bu əti vərandaz elə gör dünənkicə var?
Azərbaycan dilinin dialektoloji lüğəti.