Zevs sözü azərbaycan dilində

Zevs

Yazılış

  • Zevs • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Zevs
Zevs (yun. Ζεύς belə ki; Δίας, Dias, klassik ifadədə: dzeu̯s) - Yunan mifologiyasında tanrı Kronos və Reyanın oğlu, baş olimp tanrısı, ildırımın və şimşəyin yaradıcısı, səmanın və bütün dünyanın, insanların tanrısı, 3 böyük tanrıdan biri. Əlində şimşək olan saqqallı kişi kimi təsvir olunur. İldırım, öküz, qartal onun atributları hesab olunur. Roma mifologiyasında Yupiter kimi tanınır. == Zevs == Tanrı Kron bir vaxtlar onun özünün atası Uranın hakimiyyətini ələ keçirdiyi kimi, uşaqlarının da onun hakimiyyətini ələ keçirə biləcəklərindən ehtiyat edərək onları udmuşdur. Bu səbəbdən ilahə Reya Zevsi Krondan gizlin olaraq Krit adasındakı Psixro mağarası adlanan bir yerdə dünyaya gətirmişdir. Reya əri Kronu aldadaraq ona yemək üçün Zevsi yox, bələnmiş daş parçasını vermişdir. Keçi Amalfeya körpə Zevsi əmizdirmiş, Kuretlər onu qorumuş, nimfa Adrasteya və İdeya isə onu Kretada balla bəsləyib böyütmüşlər. Mağaranı gözətçilər qoruyarmış və hər dəfə körpə Zevs ağlarkən, onlar nizələrini qalxanlarına vurub taqqıldadaraq onun səsinin Kron tərəfindən duyula bilməsinə mane olmuşlar.
Zevs (dəqiqləşdirmə)
Zevs — Baş olimp tanrısı. Zevs (aerobatika eskadronu) — Yunanıstana məxsus aerobatika eskadronu.
Zevs (aerobatika eskadronu)
Zevs aerobatika eskadronu Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus aerobatika komandasıdır. 2010-cu ildə qurulmuşdur. Uçuşlar üçün F-16 təyyarəsi istifadə olunur. Komanda Yunanıstanın Carrè Asse, Acro Team, Hellenic Flame, New Hellenic Flame komandalarının tarixini davam etdirir. İlk ictimai uçuşunu 1 fevral 2010 tarixində həyata keçirib.
Olimpdə Zevsin Heykəli
Zevsin heykəli — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılmışdır. == Tarixi == Yunanıstanın Olimp dağlarında, yunanların baş allahı Zevsin adına e.ə. V əsrdə heykəltaraş Fidi tərəfindən hazırlanmışdır. Olimpiya şəhərinin mərkəzi meydanında mərmər suvaq çəkilmiş və müxtəlif heykəllərlə bəzədilmiş əzəmətli məbəd ucalırdı. Məbədin daxilində döşəmə möhtəşəm mozaika ilə bəzədilmişdi. Məbədin içərisində böyük qırmızı pərdə arxasında qədimdə, "dünyanın yeddi möcüzəsi"ndən biri hesab olunan Olimpiyalı Zevsin heykəli dururdu. Olimpiyalı Zevsin heykəlini görməyəni Yunanıstanda bədbəxt adam hesab edirdilər. Antik müəlliflərin məlumatına görə, Zevs qızıl və fil sümüyü ilə bəzədilmiş taxtda əyləşmişdi. Onun gövdəsinin yuxarı hissəsi çılpaq, aşağı hissəsi isə zəngin paltara bürünmüşdü. Zevsin bədəni və başı ağacdan düzəldilmiş və üzəri fil sümüyü ilə örtülmüşdü.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.12 dəfə / 1 mln.
2010 ••• 0.09
2011 •• 0.09
2012 ••••• 0.17
2014 •••••••••••••••••••• 0.86
2015 •••••••• 0.34
2016 ••••••••• 0.35
2017 •••• 0.16

Oxşar sözlər

#zevs nədir? #zevs sözünün mənası #zevs nə deməkdir? #zevs sözünün izahı #zevs sözünün yazılışı #zevs necə yazılır? #zevs sözünün düzgün yazılışı #zevs leksik mənası #zevs sözünün sinonimi #zevs sözünün yaxın mənalı sözlər #zevs sözünün əks mənası #zevs sözünün etimologiyası #zevs sözünün orfoqrafiyası #zevs rusca #zevs inglisça #zevs fransızca #zevs sözünün istifadəsi #sözlük