INF sözü azərbaycan dilində

INF

Yazılış

  • INF • 75.0000%
  • Inf • 25.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Accel World: Infinite Burst
Accel World: Infinite Burst (アクセル・ワールド INFINITE∞BURST, azərb. Sürətləndirilmiş dünya: Sonsuz partlayış‎) — 2016-cı il istehsalı elmi fantastika və döyüş anime filmi. HiMA-nın rəssamlığı ilə Reki Kavahara tərəfindən yazılmış "Accel World" ranobe seriyasına əsaslanır. == İstehsal == 4 oktyabr 2015-ci ildə keçirilmiş Payız festivalında Dengeki Bunko ranobe seriyası əsasında Reki Kavahara tərəfindən yazılmış orijinal ssenari ilə "Accel World: Infinite Burst" adlı anime filminin çəkiləcəyini və anime filminin istehsalçı heyəti ilə seyyularının anime serialınında olduğu kimi olacağını açıqlamışdır. 2016-cı ilin fevralında "Dengeki Bunko Magazine" jurnalının 48-ci cildində filmin Yaponiya premyerasının 23 iyul 2016-cı ildə baş tutacağı anons edilmişdir. Filmin açılış mahnısı KOTOKO × ALTIMA tərəfindən ifa olunan "Plasmic Fire" mahnısıdır. == Media == === Film === Anime filmi Sunrise studiyası tərəfindən istehsal olunmuşdur. Rejissoru Masakazu Obara, ssenaristi Reki Kavahara, personaj dizayneri və animasiya rejissoru Yukiko Aykey, ekşn rejissoru Yosuke Kabaşimadır. Filmin Yaponiyada premyerası 23 iyul 2016-cı ildə baş tutmuşdur. === Ranobe === Filminin premyerasının ilk həftəsində filmi izləməyə gələnlərə Kavahara tərəfindən yazılmış "Accel World: Jump To Infinity" (アクセル・ワールド-無限への跳躍-, Accel World -Mugen e no Chōyaku, azərb.
Avatar: The Last Airbender – Into the Inferno
The Last Airbender – Into the Inferno, Avropada Avatar: The Legend of Aang – Into the Inferno kimi bilinir — Avatar: Aanq haqqında əfsanə cizgi serialın üçüncü mövsümün (Üçüncü kitab: Od) əsasında yaradılmış Wii, Nintendo DS, PlayStation 2 və Xbox 360 üçün videooyun. Avatar: The Last Airbender videooyunun trikvelı.
AzPress Informasiya Agentliyi
AzPress Informasiya Agentliyi — Azərbaycanın 2006-cı ildə yaradılmış informasiya agentliyidir. Agentliyin təsisçi-redaktoru fotojurnalist Rasim Sadıxovdur. == Tarixi == AzPress İnformasiya Agentliyi 2006-cı ildə fotojurnalist Rasim Sadıxov tərəfindən təsis edilmişdir. Rasim Sadıxovun 13 il öncə təsis etdiyi "AzPress" İnformasiya Agentliyi qısa vaxtda oxucularda, tamaşaçılarda böyük maraq yaratdı. Bütün bu illərdə bu informasiya agentliyi Azərbaycan Dövləti və dövlətçiliyi üçün çox böyük işlər görüb. Bu illər ərzində agentlik bir çox mükafatlara layiq görülüb. Bu informasiya agentliyi məhz Rasim Sadıxovun böyük zəhmətinin sayəsində Azərbaycan həqiqətlərini tez və operativ formada dünya oxucularına və tamaşaçılarına çatdıran agentliklərdən biridir. Həm də özünün maraqlı informasiyalarına, orijinal videolarına görə ən çox oxunan və baxılan agentliklərdən biridir AzPress İnformasiya Agentliyi. Bütün bunlar da bir daha jurnalist kimi Rasim Sadıxovun əsl peşəkarlığının bir sübutudur. == İstinadlar == 1.
Berkeley Open Infrastructure for Network Computing (BOINC)
BOINC (Berkeley Open Infrastructure for Network Computing - Berkli Universitetinin şəbəkə hesablamaları üçün açıq platforması) — paylanmış hesablamaların aparılması üçün açıq tipli (GNU LGPL licenziyası altında yayılır) proqram platformasıdır. BOINC sistemi SETI@home layihəsinin yaradıcısı Devid Andersonun rəhbərlik etdiyi komanda tərəfindən Kaliforniya (Berkli şəh. ABŞ) universitetində hazırlanıb. Bu sistemin yaradılmasına əsas səbəb radioteleskopdan gələn məlumatların emalı üçün kifayət qədər hesablama gücünün olmaması idi. Ona görə də, sistemi yaradanlar hesablama resurslarını və bir neçə elmi layihələrin cəmiyyətlərini birləşdirmək qərarına gəliblər. Qeyd olunan bu böyük məsələnin həlli üçün də BOINC program platforması yaradılıb. BOINC paylanmış hesablamaların aparılması üçün kliyent-server arxitekturasını istifadə edən bir sistemdir.
BioShock Infinite
BioShock Infinite — Ken Levin tərəfindən hazırlanan Irrational Games'in inkişaf etdirdiyi birinci şəxs nişançı janrında olan videooyunudur. Nəşri 2K Games tərəfindən edilmişdir. Oyun, 26 mart 2013 tarixində çıxışını reallaşdırdı.. Bioshock oyun ardıcıllığının üçüncü oyunudur. eyni oynanışa və anlayışa sahib olmasına baxmayaraq əvvəlki iki Bioshock oyunundan ssenari olaraq ayrılıb. Oyun 1912-ci ildə, Amerikan Ekspressionizmin inkişaf dövründəki zamandadır. Columbia adlı səma şəhərində illərdir əsir həyatı yaşayan Elizabeth adlı qızı qurtarmaq üçün şəhərə göndərilən köhnə bir Pinkerton agenti Booker DeWitt oyunda baş roldadır. Booker, Elizabethi qurtarmış olsa da ikilinin arxasında Columbia şəhərinin saf Amerikan qalmasını məqsəd qoyan elit və nativist qurucular və sıravi xalqın nümayəndəsi Vox Populi vardır.
Covani Infantino
Covani Infantino (23 mart 1970) — FİFA -nın IX-cu prezidenti. == Həyatı == Covani Infantino 23 mart 1970-cı ildə İsveçrədə anadan olub. Hal-hazırda FIFA -nın prezidentidir. 2000-cı ildə UEFA ilə işləməyə başlayıb və UEFA-nın Hüquqi İşlər Direktoru olub. Yanvarın 2004-də Klubu Lisenziyalaşdırma Şöbəsinə təyin olunub. 26 Fevral 2016-ci ildə o, 3 il müddətinə FİFA Prezidenti seçilib. İtalyan mənşəlidir. O, İtalyan, Fransız və Alman dillərində sərbəst danışa bilir. Universitetdə hüquq təhsili alıb və həmçinin İngilis, İspan və Ərəb Dillərində bilir.
Equinoxe Infinity
Equinoxe Infinity fransız musiqiçisi və bəstəkarı Jan Mişel Jarrın 16 noyabr 2018-ci ildə Columbia Records tərəfindən buraxılmış iyirminci studiya albomudur. Bu onun qırx il əvvəl dördüncü studiya buraxılışı olan "Équinoxe"-in (1978), davamıdır.
Game Informer
Game Informer (qısa adı:GI) — "FuncoLand" müəssisəsi tərəfindən Avqust ayında 1991-ci ildə istehsal olunmuş ABŞ jurnalıdır. 2009-cu ildə bu jurnal ən böyük 12 jurnal siyahısına düşmüşdür. 2000-ci ildə ""FuncoLand" şirkəti "GameStop" tərəfindən alınmış və "Game Informer" jurnalı "GameStop" şirkəti tərəfindən nəşr edilir. "Game Informer" jurnalında video oyunlar haqqında resenziya dərc edilir.
Germplasm Resources Information Network
Genetik Ehtiyatların İnformasiya Şəbəkəsi (ing. Germplasm Resources Information Network, qısaca GRIN) — Onlayn rejmində canlı orqanizmlər haqqında genetik və digər informasiyaları əks etdirən layihə.
Global Biodiversity Information Facility
Qlobal Biyo Müxtəliflik Məlumat Mexanizmi (GBIF) — biomüxtəliflik haqqında elmi məlumatların veb xidmətlərindən istifadə edərək İnternet vasitəsilə İnternetə çıxarılmasına yönəlmiş beynəlxalq bir təşkilatdır. Məlumatlar dünyanın bir çox qurumu tərəfindən verilir; GBIF-in informasiya arxitekturası bu məlumatları tək bir portal vasitəsilə əlçatan və axtarışa imkan yaradır. GBIF portalı vasitəsi ilə əldə edilən məlumatlar, ilk növbədə dünya üçün bitki, heyvan, göbələk və mikroblara dair yayım məlumatları və elmi adlardır. GBIF-in vəzifəsi davamlı inkişafa dəstək olmaq üçün dünya miqyasında bioloji müxtəliflik məlumatlarına pulsuz və açıq girişi təmin etməkdir. İştirakçılığın təşviqi və tərəfdaşlar arasında işləməyə vurğu edilən prioritetlər arasında biomüxtəliflik məlumatlarının səfərbər edilməsi, elmi bütövlüyü və qarşılıqlı fəaliyyətin təmin edilməsi üçün protokol və standartların hazırlanması, müxtəlif məlumatlar növlərinin ayrı mənbələrdən bir-birinə bağlanmasına imkan yaratmaq üçün bir informatika arxitekturasının qurulması, potensialın artırılması və katalizləşdirilməsidir. təkmilləşdirilmiş qərar qəbuletmə üçün analitik vasitələrin inkişafı. GBIF, genlərdən ekosistemlərə qədər bioloji təşkilatın spektrindən rəqəmsal məlumat mənbələri arasında məlumat əlaqələri yaratmağa və georeferans və CİS vasitələrindən istifadə edərək bunları elm, cəmiyyət və davamlılıq üçün vacib olan məsələlərlə əlaqələndirməyə çalışır. Həyat Kataloqu, Biomüxtəliflik Məlumat Standartları, Həyat Barkodu Konsorsiumu (CBOL), Həyat Ensiklopediyası (EOL) və GEOSS kimi digər beynəlxalq təşkilatlarla ortaq şəkildə işləyir. 2002-2014-cü illərdə GBIF, biomüxtəliflik informatikası sahəsində illik 30.000 Avro dəyərində olan Ebbe Nielsen Mükafatına layiq görülən qlobal bir mükafat verdi. 2018-ci ildən etibarən GBIF Katibliyi iki illik mükafat təqdim edir: GBIF Ebbe Nielsen Challenge və Gənc Tədqiqatçılar Mükafatı.
Infanati
Infanati – Eric Levinin Era musiqi layihəsi adından 2000-ci ildə çıxardığı Era 2 albomundan olan ikinci sinql. Sinql Avropada "Mercury" şirkəti tərəfindən, 2000-ci ildə yayımlanıb. "Infanati" mahnısına həmçinin klip də çəkilib.
Infinite
Infinite Amerikalı reper Eminemin ilk studiya albomudur.Albom müstəqil şirkət olan Web Entertainment tərəfindən 1996-cı ildə çıxarılmışdır. Albom 1995-ci ildə Bass Brothers və D12 üzvləri olan Kon Artis, Proof və Eye-Kyu köməkliyi ilə hazırlanıb.
Infiniti
Infiniti (ing. International Fabrica Nissan Times) — Nissan Motorsa bağlı ABŞ, Kanada, Orta şərq, Cənubi Koreya və Tayvan bazarlarında satışa təqdim edilən lüks avtomobil markası. Şirkət yaxın zaman içərisində qlobal bir marka olma yolunda irəliləmək məqsədi ilə məhsullarını Avropada da satışa təqdim etmək üçün işlər görməkdədir. Nissan Türkiyə, bir dövr Infiniti markasının I30 və QX4 modellərini Türkiyəyə rəsmi olaraq idhal edib satışa təqdim etmişdir.
Infinity
Infinity - Eric Levinin Era musiqi layihəsi adından çıxardığı ikinci albom. Albom 1998-ci ildə Yaponiyada satışa çıxarılıb. Alboma daxil olan mahnılardan bir neçəsi Era musiqi layihəsi adından çıxarılmış ilk - debüt albomuna daxil olan mahnıların yenidən işlənmiş versiyasıdır.
Infinity Ward
Infinity Ward — ABŞ videooyun istehsalı şirkəti. 2002-ci ildə yaradılmışdır. Əsas oyun konsolları və fərdi kompüterlər üçün videooyunlar yaradır. Şirkətin ən əhəmiyyətli brendi "Call of Duty" videooyunları seriyasıdır.
InfoCity
"InfoCity" — kompüter, mobil texnologiyalar və internet haqqında hər ay dərc olunan və 2007-ci ildə yaradılmış Azərbaycan jurnalıdır. == Haqqında == 2007-ci ilin noyabr ayın 16-sında Dmitri Andrianov tərəfindən təsis edilmiş jurnal. İlk tirajı pulsuz yayımlanan jurnal kompüter, mobil texnologiyalar və internet haqqında məqalələr dərc edir. Hər ay dərc olunan jurnal 3000-dən çox tirajla yayımlanır.
InfoWorld
"InfoWorld" (əvvəllər "The Intelligent Machines Journal") — ABŞ informasiya texnologiyaları jurnalı. 1978-ci ildə əsası qoyulmuş, aylıq jurnal kimi fəaliyyətə başlamışdır. 2007-ci ildə şirkət jurnalı yalnız onlayn nəşr etmək qərarına gəldi. Sahibi "International Data Group" şirkətidir. "InfoWorld"un baş qərargahı San-Fransiskoda yerləşir.Yarandığı gündən "InfoWorld"un əsas oxucuları informasiya texnologiyaları və biznes mütəxəssisləri olmuşdur. "InfoWorld" öz diqqətini təcrübəli texnoloji jurnalistlərin və praktiki təcrübəçilərin praktiki, analitik və redaksiya məzmununa yönəldir. Sayt ayda orta hesabla 4,7 milyon, ayda 1,6 milyon unikal ziyarətçi əldə edir. == Tarixi == "InfoWorld" 1978-ci ildə Cim Vorren tərəfindən "Intelligent Machines Journal" adı altında təsis edilmişdir. Jurnal 1979-cu ilin sonlarında onu "IDG"yə satılmışdır. Növbəti ilin əvvəlində jurnalın adı "InfoWorld" olaraq dəyişdirilmişdir.
Infogrames
Atari SA (əvvəllər Infogrames Entertainment SA) — baş qərargahı Paris şəhərində yerləşən Fransa videooyun holdinq şirkəti. == Tarixi == Şirkət Bruno Bonnell tərəfindən 1983-cü ilin iyun ayında, Lion şəhərində "Infogrames" adı ilə qurulmuşdur. Şirkət uğurlu inkişaf siyasəti nəticəsində böyümüş, "Atari" brendini satın alaraq onun adını mənimsəmişdir."Infogrames" 2001-ci ildə "Hasbro Interactive" studiyasını 100 milyon ABŞ dollarına satın almışdır.Bundan sonra şirkət "MicroProse" studiyası və "Dungeons & Dragons" seriyasının hüquqlarını satın almışdır. Şirkət "MicroProse" studiyasının satın alınması ilə "Civilization" seriyasının da hüquqlarına sahib oldu. Buna baxmayaraq, seriyanın hüquqları daha sonra, 2004-cü ildə "Take-Two Interactive" korporasiyası tərəfindən 22.3 milyon ABŞ dollarına satın alınmışdır."Atari, Inc.", "Atari Interactive, Inc.", "Humongous, Inc." və "California US Holdings, Inc." 21 yanvar 2013-cü il tarixində, Birləşmiş Ştatlar Bankrotluq Məcəlləsinin 11-ci maddəsinə əsasən Birləşmiş Ştatlar Bankrotluq Məhkəməsi üçün kollektiv şəkildə petisiyası imzalamışdır.
Infogrames, Inc.
Atari, Inc. (əvvəllər GT Interactive Software Corp. və Infogrames, Inc.) — "Atari, SA" şirkətinin ABŞ filialı və nəşr qolu. 1993-cü ildə "GoodTimes Home Video" şirkətinin videooyun nəşri qolu kimi yaradılmışdır. Şirkətin böyük bir hissəsi 1999-cu ildə "Infogrames" tərəfindən satın alınır və adını "Infogrames, Inc." olaraq dəyişir. "Infogrames Entertainment" şirkətinin 2003-cü ilin may ayında keçirdiyi rebrendinq kampaniyasının bir parçası olaraq, "Infogrames, Inc." adını "Atari, Inc." olaraq dəyişmişdir. "Infogrames" 11 oktyabr 2008-ci il tarixində şirkətin satın alma prosesini tamamlayır və tamamilə öz filialına çevirir. "Atari, Inc." 21 yanvar 2013-cü il tarixində bankrot olur. == Tarixi == "GT Interactive Software Corporation" (GTI) 1993-cü ilin fevral ayında "GoodTimes Home Video" şirkətinin filialı kimi yaradılmışdır. Şirkətin prezidenti Ron Çaymoviç olmuçdur.
Infogrames Entertainment SA
Atari SA (əvvəllər Infogrames Entertainment SA) — baş qərargahı Paris şəhərində yerləşən Fransa videooyun holdinq şirkəti. == Tarixi == Şirkət Bruno Bonnell tərəfindən 1983-cü ilin iyun ayında, Lion şəhərində "Infogrames" adı ilə qurulmuşdur. Şirkət uğurlu inkişaf siyasəti nəticəsində böyümüş, "Atari" brendini satın alaraq onun adını mənimsəmişdir."Infogrames" 2001-ci ildə "Hasbro Interactive" studiyasını 100 milyon ABŞ dollarına satın almışdır.Bundan sonra şirkət "MicroProse" studiyası və "Dungeons & Dragons" seriyasının hüquqlarını satın almışdır. Şirkət "MicroProse" studiyasının satın alınması ilə "Civilization" seriyasının da hüquqlarına sahib oldu. Buna baxmayaraq, seriyanın hüquqları daha sonra, 2004-cü ildə "Take-Two Interactive" korporasiyası tərəfindən 22.3 milyon ABŞ dollarına satın alınmışdır."Atari, Inc.", "Atari Interactive, Inc.", "Humongous, Inc." və "California US Holdings, Inc." 21 yanvar 2013-cü il tarixində, Birləşmiş Ştatlar Bankrotluq Məcəlləsinin 11-ci maddəsinə əsasən Birləşmiş Ştatlar Bankrotluq Məhkəməsi üçün kollektiv şəkildə petisiyası imzalamışdır.
Informasiya iqtisadiyyatı
İnformasiya iqtisadiyyatı–informasiya və biliklərin istehsalı, emalı, saxlanması və yayılmasındakı fəaliyyət nəticəsində daxili məhsulların axınını təmin edən iqtisadiyyat nəzərdə tutulur və bu prosesdə işçilərin yarısından çoxu iştirak edir. İnformasiya iqtisadiyyatı formalaşmaqda olan informasiya cəmiyyətinin elə proqnozları üçün nəzərdə tutulmuş konsepsiyadır ki, bu proqnozlarda iqtisadiyyatın bütün əsas sahələrinin inkişafı zamanı diqqət rabitənin elektron-informasiya texniki vasitələrinin aparıcı roluna yönəlir. == İnformasiya iqtisadiyyatının istiqamətləri == İnformasiya iqtisadiyyatı üç əsas istiqaməti özündə birləşdirir. Birincisi, ənənəvi bilik və informasiya (elmi-tədqiqat, təhsil, kütləvi informasiya vasitələri, müxtəlif konsultasiya xidmətləri və s.) sferasıdır. İnformasiya iqtisadiyyatının ikinci istiqaməti ənənəvi istehsal və xidmət sahələrinin informasiyalaşdırılmasıdır. Bu sahələr də İKT-nin tətbiqi sayəsində yeni keyfiyyət mərəhələsinə qədəm qoyub və daha səmərəli fəaliyyət göstərir. Üçüncü istiqamət isə informasiya iqtisadiyyatının hərəkətverici qüvvəsi sayılır. Bu istiqamətə İKT-nin istehsalı və infrastrukturu, İKT-nin tətbiqi ilə bağlı xidmət sahələri aiddir. == İstinadlar == == Mənbə == Корнейчук Б.В. Информационная экономика.
Infraqırmızı spektroskopiya üsulu ilə üzvi maddələrin tədqiqi
İnfraqırmızı spektroskopiya — infraqırmızı şüaların təsiri ilə maddələrin tərkibindəki dəyişikliklərin təyin edilməsində istifadə olunan spektral analiz üsullarından biridir. Hələ 1882–1900-cu illərdə Edvard Festinq 52 birləşmənin "IQ" spektrini almış və müşahidə olunan udmanın bu molekullardakı funksional qruplarla əlaqəsini göstərmişdir. Bu üsulun daha da təkmilləşməsində Amerika fiziki Uilyam Kobelsin böyük əməyi oldu. Hələ 1903-cü ildə o, NaCl prizmasından istifadə edərək yüzlərlə üzvi və qeyri-üzvi maddələrin tam infraqırmızı spektrlərini almışdır. İQ spektroskopiyanın inkişafı İQ interferometrlərinin meydana gəlməsi ilə bağlı olmuşdur ki, bunlar da 70-ci illərdə təkmilləşərək kompüterləşmiş və Furye çevrici ilə təchiz olunmuş halda dünya bazarlarına çıxarılmışdır. Spektrlərdəki ehtizazi və fırlanma dalğa uzunluğu 1–50µ arasındadır. Mineralogiyada və kristalloqrafiyada infraqırmızı spektroskopiya mineral qarışıqlarının kəmiyyət analizi və tutuşdurulması; mineralın quruluşundakı H2O-nun təbiətini müəyyən etmək, onların əmələ gəlməsində bir kriteriya kimi quruluşun nizamlanma dərəcəsini araşdırmaq üçün və başqa hallarda istifadə olunur. Spektroskopiya maddə ilə elektromaqnit şüaların qarşılıqlı təsirini, maddənin struktur quruluşunu və onu təşkil edən atomların və molekulların öyrənilməsidir. Spektroskopiya elektromaqnit şüalanmanın – qamma şüaların, X-şüaların (rentgen şüaları), infraqırmızı şüaların, görünən və ultrabənövşəyi şüaların, mikrodalğanın və radio tezliklərin bütün sahəsini istifadə edir. İnfraqırmızı spektroskopiya spektroskopiyanın bir bölməsidir ki, infraqırmızı diapazonda üzvi və qeyri-üzvi birləşmələrin buraxılma, udulma və əksolunma spektrləri əldə edilir və araşdırılır.
Integrated Taxonomic Information System
== Həmçinin bax ==
National Center for Biotechnology Information
Milli Biotexnoloji Məlumat Mərkəzi (ing. National Center for Biotechnology Information, NCBI) — molekulyar biologiya və tibb sahələrində bir sıra önəmli məlumat bazası və kompüter proqramlarını ehtiva edən internet portalı. Bioinformatika sahəsinin ən önəmli informasiya qaynaqlarından biridir. Ən önəmli databankları GenBank, PubMed və sairədir. Molekulyar biologiya sahəsində ən çox istifadə olunan bioloji ardıcıllıqları emal etmək üçün bioinformatika proqramı olan BLAST da burada yerləşir. NCBI ABŞ-də bioloji elmlər sahəsindəki araşdırmaların böyük bir hissəsini maliyyələşdirən Milli Sağlamlıq İnstitutları (ing. National Institutes of Health, NIH) adlı qurumun bir qolu olan Milli Tibb Kitabxanasına (ing. National Library of Medicine, NLM) tabedir. ABŞ-nin Maryland əyaləti Bethesda şəhərində yerləşir. Qurumun direktoru 1989-cu ildən məşhur bioloq və BLAST proqramının yazıçılarından biri olan David Lipmandır.NCBI saytında saxlanılan digər məlumat bazaları bunlardır: Nucleotide, Protein, Bookshelf, Gene, Genome, MeSH, Glossary, PubChem, RefSeq, Taxonomy, PMC, Medline.
Pan European Game Information
Pan European Game Information (PEGİ) - Avropalı videooyun və başqa proqram təminatlarının reytinq sistemi. İnteraktiv proqram təminatının Avropa Federasiyası ilə hazırlanmışdı və 2003-cü ilin aprelində işləməyə başlamışdı. PEGİ sistemi Avropa Komissiyası ilə dəstəklənir, amma Avropa İttifaqı tərəfindən idarə edilmir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2020 •••••••••••••••••••• 0.13

"ınf" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ınf nədir? #ınf sözünün mənası #ınf nə deməkdir? #ınf sözünün izahı #ınf sözünün yazılışı #ınf necə yazılır? #ınf sözünün düzgün yazılışı #ınf leksik mənası #ınf sözünün sinonimi #ınf sözünün yaxın mənalı sözlər #ınf sözünün əks mənası #ınf sözünün etimologiyası #ınf sözünün orfoqrafiyası #ınf rusca #ınf inglisça #ınf fransızca #ınf sözünün istifadəsi #sözlük