ət sözü azərbaycan dilində

ət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ət • 93.9223%
  • Ət • 5.6487%
  • ƏT • 0.4290%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cəbəl-ət-Tair
Cəbəl-ət-Tair (ərəb. جزيرة جبل الطير‎ — Cazira-Cəbəl-ət-Tair) — ada Babülməndəb boğazının şimal-qərbində yerləşən ovalvari ada. Ada Qırmızı dəniz suları ilə əhatələnmişdir. Eritreya və Yəmən arasında eyni məsafədə yerləşir. İnzibati cəhətdən Yəmənin Hodeyda muhafazasına daxildir. Adadan Yəmən sahillərinə qədər məsafə 115 km (71 mil), Erteriya sahillərinə qədər məsafə isə 150 (93 kil) təşkil edir. Kamaran adası ilə arasında məsafə isə 82 km təkil edir. Səudiyyə Ərəbistanına mənsub olan Farasan arxipelaqı isə adadan şimal-şərqdə yerləşir. Ada dünyanın nəhəng çatlarında birinin üzərində yerləşir Adada eyni adlı vulkan yerləşir. Cəbəl-ət-Tair strato vulkan olaraq 244 metr hündürlüyə malikdir Əvvəllər adanın adı Saiban olmuşdur.
Cəmi ət-Təvarix
Cəmi ət-Təvarix (مجموعه تاريخ/جامع التواريخ; mənası – Tarix toplusu) — Fəzlullah Rəşidəddinin məşhur tarixi əsəri, Elxanilər dövründə yazılmış ədəbi və tarixi əsərlər toplusu Fəzlullah Rəşidəddin tərəfindən yazılmış Cəmi ət-Təvarix əhatə dairəsinin genişliyinə görə ilk dünya tarixi əsəri hesab olunur. Əsər türk və monqol tarixi haqqında o dövrdə fars dilində yazılan ən əhəmiyyətli qaynaqlardan biridir. Rəşidəddin bu əsəri Qazan xanın əmri ilə ərsəyə gətirməyə başlamışdır. Qazan xan ondan türk və monqolların tarixi yazmağı xahiş etmişdi. Əsər İslam tarixi ilə yanaşı monqol, Avropa, Çin və Hindistan tarixlərini də əhatə edən geniş bir məcmuə halındadır. Cəmi ət-Təvarixin ilk hissəsində türk və monqol boyları barədə verilən məlumatlara türk, monqol və qədim Çin qaynaqlarında da rast gəlinməmişdir. Bu baxımdan Cəmi ət-Təvarix xüsusi əhəmiyyətə malikdir. Orginalının bəzi hissələri fars dilində bəziləri isə monqol dilində yazılaraq sonradan ərəbcəyə tərcümə edilən bu əsərin 2 ayrı versiyası mövcuddur. 1306-1307-ci illlərdə tamamlanan ilk versiya 3 cilddən, 1310-cu ildə tamamlanan digər versiya isə 4 cilddən ibarətdir. Əsərin bilinən ən qədim nüsxəsi ərəb dilindədir.
Gökcə ət-Türki
Gökcə ət-Türki (tam adı: İzzəddin Əbül-Müzəffər Gögcə ibn Əbdüllah ət-Türki) — Eldənizlərin vassallarından olmuşdur. İraqi Əcəmdə yəni İran ərazisində Xarəzmşahlara və Eldənizlərə qarşı fəal döyüş əməliyyatları aparmışdır. Bir müddət İraqi Əcəmi sultan titulu ilə idarə etmiş xəlifə ən-Nasir ilə müttəfiq olmuşdur. Xarəzmşah Təkişin Xarəzmə qayıtmasından sonra İraq məmlükləri bir yerə yığışaraq Xarəzmşahlara qarşı mübarizəyə başladılar. İttifaqın başında duran Cahan Pəhləvanın vassalı Gökcə ət-Türki ilə birlikdə xəlifə ən-Nasir də Xarəzmşahlara qarşı hərəkətə keçmişdi. Xarəzmşah tərəfindən Özbəyə verilən köhnə İraq Səlcuq torpaqları xəlifə ilə Gökcə arasında bölüşdürüldü. Rey, Savə, Qum, Kaşan Gökcənin, İsfahan, Həmədan, Zəncan və Qəzvin isə Xəlifənin əlinə keçdi. Özbək Həmədanın idarəsini öz əlinə aldı. Xarəzmşah Təkiş vəfatında sonra taxta oğlu Əlaəddin Məhəmməd keçdi. Xarəzm taxtında meydana gələn hökmdar dəyişikliyindən istifadə edən Gökcə, Özbək və Əbu Bəkr İraqi Əcəm bölgəsindəki fəallıqlarını artırdılar.
Ledi Qaqanın ət geyimi
Ledi Qaqanın ət geyimi — ABŞ müğənnisi Ledi Qaqa tərəfindən 2010 MTV Video Musiqi Mükafatlarına geyindiyi çiy dana ətindən hazırlanan və mətbuatda "ət paltarı" olaraq adlandırılan geyim. Argentinalı dizayner Frank Fernandez tərəfindən hazırlanan və Nikola Formiçetti tərəfindən stilləşdirilən geyim, 2010-cu ildə "Time" jurnalı tərəfindən ən əhəmiyyətli moda hadisəsi adlandırılmışdır. Ət geyimi 2011-ci ildə Ledi Qaqanın digər geyimləri kimi arxivləşməsi üçün hazırlandı və qurudulmuş ət şəklində Rock and Roll Hall of Fame muzeyində sərgilənməyə qoyuldu. Mükafat mərasimindən sonra Ledi Qaqa geyimin insanların inandığı şeylər üçün mübarizə ehtiyacının bir ifadəsi olduğunu açıqladı və ABŞ ordusunun "Don't ask, don't tell" ("soruşma, demə") siyasətindən nifrət etdiyini də dedi. Geyim heyvan hüquqları müdafiəçiləri tərəfindən tənqid olundu. Mətbuat geyim ideyasının özünəməxsusluğunu müasir incəsənət və məşhur mədəniyyətdən bəhs edən nümunələrlə müqayisə etməklə mübahisə yaratdı. 2010-cu il Video Musiqi Mükafatlarında, Ledi Qaqa ümumilikdə 13 dəfə namizəd oldu, o cümlədən "İlin Video Klipi"nə iki nominasiya qazanaraq (bu müvəffəqiyyəti göstən ilk qadın sənətçidir) rekordları qırdı. Ətdən düzəlmiş don, papaq, ayaqqabı və çantadan ibarət olan geyimi geyinməmişdən əvvəl, Gaga Aleksandr Makkvinin geyimi ilə mərasimə gəldi və onu Giorgio Armani tərəfindən hazırlanmış qara paltar ilə əvəz etdi. Gaga ət geyimini "Bad Romance" üçün qazandığı "İlin Video Klipi" mükafatını alanda geyindi. Şerdən mükafatını alan Gaga, "Şerdən ət çantamı tutmasını rica etməyim ağlıma gəlməzdi." deyərək, zarafat etdi.
Ət
Ət — canlılarda sümüklə dəri arasında maddə. Ət dedikdə hər şeydən əvvəl skelet əzələləri və onlara birləşmiş yağ və toxumalar başa düşülür. Bəzən dil, qaraciyər, böyrək, beyin, ürək, diafraqma, baş əti və qida borusu da ət adlanır. Bir çox heyvan, quş və balıq ətindən qida məhsulu kimi istifadə olunur.
Turşulu ət
Ət-Tirmizi
Məhəmməd ibn Əli Əbu Abdulla əl-Hakim ət-Tirmizi (ərəb. الحسين الترمذي‎‎; təxm.755 — 869) — sufiliyin məşhur nümayəndələrindən biri, səksənə yaxın əsərin müəllifi. Dərin biliklərinə və geniş dünyagörüşünə görə əl-Hakim (müdrik) fəxri adına layiq görülmüşdür. Məhəmməd ibn Əli Əbu Abdulla–əl Hakim ət–Tirmizi şərqi İran sufizminin ən böyük nümayəndələrindən biri olmuşdur. Termez şəhərində doğulma tarixi məlum olmasa da «avtobioqrafiyasına» görə 8 yaşından başlayaraq çox ciddi səylərlə dini elmlərə yiyələnməyə çalışmışdır. İyirmi səkkiz yaşında Məkkə şəhərinə getmişdir. Məkkə ziyarətindən qayıdan Ət– Tirmizi sufi yolunu tutmuşdur. Özünü insanlardan təcrid edən Ət– Tirmizi mistik traktatları öyrənməyə başlamışdır. Sufizm– islamda mistik– asketik cərəyan hesab olunur və onun haqqında saysız– hesabsız kitab və məqalələr yazılmış və yenə də yazılmaqdadır. Artıq o çoxdandır islamşünaslığın müstəqil bir sahəsinə çevrilmişdir.
Ət-Təbəri
Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbəri (ərəb. أبو جعفر محمد بن جرير بن يزيد الطبري‎) — orta əsr müsəlman alimi, tarixçi, səyyah. Əsərlərini ərəbcə yazmışdır. Əbu Cəfər Məhəmməd ibn Cərir ibn Yezid ibn Kəsir ibn Ğalib Təbəri Təbəristanın Amul şəhərində doğulmuşdu, ulu babaları iranlı idi. 7 yaşında ikən Quranı əzbərləmiş Təbəri müqəddimat təhsilini öz şəhərində alır, sonra Rey şəhərinə gedib, biliyini təkmilləşdirir. O, Bəsrə və Kufə şəhərlərində, habelə, Misir və Şamda hədis ustadları ilə görüşür, sonra Bağdadda məskunlaşır. Təbəri tarix və təfsir elmlərində misilsiz bacarıq sahibi idi. O, hədis elmini mükəmməl bildiyindən, öz əsərlərində hədislərin analizinə də yer ayırır, hər hansı məsələ barədə irəli sürülən nəzəriyyələr içindən ən düzgün saydığı variantı əsaslandırmağa çalışırdı. Təbəri fiqh sahəsində də yeniliklər etmiş və atasının adı ilə adlandırdığı "cəririyyə" məzhəbinin əsaslarını işləyib-hazırlamışdı. Lakin cəririyyə məzhəbi digər fiqh məktəblərinin rəqabəti qarşısında davam gətirməyib, qısa müddət ərzində unuduldu.
Ət-Təvvab
Ət-Təvvab (ər. التوّاب) — Allahın adlarından biri.
Ət Tibyan
"Ət-Tibyan fi təfsiril-Quran" hicri V əsrin böyük fiqh, hədis və kəlam alimi Şeyx Tusi kimi məşhur olan Muhəmməd ibn Həsən Tusinin yazdığı bir təfsirdir. Rəvayətləri nəql etməklə yanaşı, əqlə arxalanıb müxtəlif elmlərə diqqət yetirməklə özündən əvvəlkilərin və müasirlərinin təfsir görüşlərini dəyərləndirmişdir. Bu baxımdan Quran təfsiri ilə bağlı müxtəlif elmləri o cümlədən, sərf, nəhf, hədis, kəlam və tarix kimi elmləri əhatə edir. Bu təfsirdən öncə şiə təfsirçilər yalnız səhabə və ya İmamlardan (ə) rəvayətləri nəql etməklə və həmçinin lüğətlə bağlı bəzi məsələlərə işarə etməklə kifayətlənirdilər. Nümunə kimi Furat Kufinin, Əyaşinin, Əli ibn İbrahim Quminin təfsirlərini göstərmək olar. Əhli sünnət təfsirçiləri arasında da yalnız Təbəri başqalarının görüşlərini nəql etməklə yanaşı, onların tənqidinə və öz baxımından daha səhih olan rəvayətlərin seçiminə girişmişdir. "Ət-Tibyan fi təfsiril-Quran" surələrin tərtibinə əsasən bütün Quranın təfsiri olub 10 cilddə qələmə alınmışdır. Mufəssir hər surənin başlanğıcında onun adlarına, məkki və ya mədəni olmasına, nasix və mənsux ayələrin onda olub-olmamasına işarə etmiş, daha sonra qiraət ixtilaflarını, sözlərin lüğəvi mənalarını, ayələrdəki qrammatik məsələləri araşdırmış və nəhayət ayələrin tam mənasını şərh və təfsir etmişdir.
Ət qutabı
Ət (quzu və ya dana əti ilə) qutabı - Azərbaycan milli mətbəxinə aid yeməklərdən biri. Türkiyə və İran milli mətbəxində də aid edilir. Qədimdə dəvə ətindən hazırlanırdısa, müasir dövrümüzdə əsasən dana və qoyun ətindən bişirilir. 400 qr quzu və ya dana əti, 2 baş soğan, 20 qram lavaşana və ya 40 qr nar, 440 qr buğda unu, 100 qr yağ, sumaq, darçın, duz istiot zövqə görə. Ələnmiş una su və duz qatılıb bərk xəmir yoğrulur, sonra 1 mm qalınlığında yayılır. Boşqab ölçüsündə dairələr kəsilir. Yumşaq quzu və ya dana əti maşından soğanla birlikdə çəkildikdən sonra içinə lavaşana və ya nar əlavə edilib qarışdırılır. Xəmirdən kəsilmiş dairələrin bir tərəfinə çəkilmiş ət qoyulub o, biri tərəfi üstünə qatlanır, aypara şəklinə salınır, kənarları bükülür və qızdırılmış tavada yağda qızardılır. Süfrəyə verilən zaman qutabın üstünə sumaq səpilir.
Ət işarəsi
@ işarəsi — elektron poçt simvolu @ işarəsi xüsusi işarə olub, əsasən elektron ünvanlarda istifadə edilir. Kompüter və İnternet istifadə edən hər kəs "@" işarəsini bir şəkildə istifadə edir. “@” işarəsini koreyalılar “ilbiz”, ruslar, ukraynalılar, moldavanlar “sobaçka” (balaca it), , türklər “qızılgül”, finlandiyalılar “yatmış pişik”, macarlar “qurd”, çinlilər “siçan balası” və s. kimi adlandırırlar. Çində "@" heroqlifi həm də "ay ta" kimi oxunur və mənası "onu sev" deməkdir. @ işarəsinin məlum olan ilk istifadəsinə 4 may 1536-cı ildə Francesco Lapi adlı florensiyalı bir tacirin yazdığı bir məktubda rast gəlinmişdir. Lapi yazdığı məktubunda İspaniyadakı şərab qiymətlərindən bəhs edərkən @ işarəsini istifadə etmişdi. O zamanlarda, bir çəlləyin 1/13 hissəsinə uyğun gələn, ticarət ölçü vahidi olaraq istifadə edilən @, daha sonra texnologiyalara da daxil oldu. Zaman üçün istifadəsi dəyişən işarə bir müddət sonra müəyyən bir məhsulun vahid qiymətini ifadə etmək üçün istifadə edilməyə başlandı. Yəni insanlar artıq "dənəsi 5 manatdan 10 məhsul" kimi bir tərif istifadə etmək yerinə "10 məhsul @ 5 manat" deməyə başladılar.
Came ət-təvarix
Cəmi ət-Təvarix (مجموعه تاريخ/جامع التواريخ; mənası – Tarix toplusu) — Fəzlullah Rəşidəddinin məşhur tarixi əsəri, Elxanilər dövründə yazılmış ədəbi və tarixi əsərlər toplusu Fəzlullah Rəşidəddin tərəfindən yazılmış Cəmi ət-Təvarix əhatə dairəsinin genişliyinə görə ilk dünya tarixi əsəri hesab olunur. Əsər türk və monqol tarixi haqqında o dövrdə fars dilində yazılan ən əhəmiyyətli qaynaqlardan biridir. Rəşidəddin bu əsəri Qazan xanın əmri ilə ərsəyə gətirməyə başlamışdır. Qazan xan ondan türk və monqolların tarixi yazmağı xahiş etmişdi. Əsər İslam tarixi ilə yanaşı monqol, Avropa, Çin və Hindistan tarixlərini də əhatə edən geniş bir məcmuə halındadır. Cəmi ət-Təvarixin ilk hissəsində türk və monqol boyları barədə verilən məlumatlara türk, monqol və qədim Çin qaynaqlarında da rast gəlinməmişdir. Bu baxımdan Cəmi ət-Təvarix xüsusi əhəmiyyətə malikdir. Orginalının bəzi hissələri fars dilində bəziləri isə monqol dilində yazılaraq sonradan ərəbcəyə tərcümə edilən bu əsərin 2 ayrı versiyası mövcuddur. 1306-1307-ci illlərdə tamamlanan ilk versiya 3 cilddən, 1310-cu ildə tamamlanan digər versiya isə 4 cilddən ibarətdir. Əsərin bilinən ən qədim nüsxəsi ərəb dilindədir.
Cami ət-Təvarix
Cəmi ət-Təvarix (مجموعه تاريخ/جامع التواريخ; mənası – Tarix toplusu) — Fəzlullah Rəşidəddinin məşhur tarixi əsəri, Elxanilər dövründə yazılmış ədəbi və tarixi əsərlər toplusu Fəzlullah Rəşidəddin tərəfindən yazılmış Cəmi ət-Təvarix əhatə dairəsinin genişliyinə görə ilk dünya tarixi əsəri hesab olunur. Əsər türk və monqol tarixi haqqında o dövrdə fars dilində yazılan ən əhəmiyyətli qaynaqlardan biridir. Rəşidəddin bu əsəri Qazan xanın əmri ilə ərsəyə gətirməyə başlamışdır. Qazan xan ondan türk və monqolların tarixi yazmağı xahiş etmişdi. Əsər İslam tarixi ilə yanaşı monqol, Avropa, Çin və Hindistan tarixlərini də əhatə edən geniş bir məcmuə halındadır. Cəmi ət-Təvarixin ilk hissəsində türk və monqol boyları barədə verilən məlumatlara türk, monqol və qədim Çin qaynaqlarında da rast gəlinməmişdir. Bu baxımdan Cəmi ət-Təvarix xüsusi əhəmiyyətə malikdir. Orginalının bəzi hissələri fars dilində bəziləri isə monqol dilində yazılaraq sonradan ərəbcəyə tərcümə edilən bu əsərin 2 ayrı versiyası mövcuddur. 1306-1307-ci illlərdə tamamlanan ilk versiya 3 cilddən, 1310-cu ildə tamamlanan digər versiya isə 4 cilddən ibarətdir. Əsərin bilinən ən qədim nüsxəsi ərəb dilindədir.
Məhəmməd ət-Təqi
Məhəmməd ibn Əli ət-Təqi (İmam Cavad, İmam Təqi; 12 aprel 811, Mədinə, Hicaz, Abbasilər xilafəti – 25 noyabr 835, Kazımiyyə[d], Bağdad, Abbasilər xilafəti) —
Rifa ət-Təhtəvi
Rifaə Rəfi ət-Təhtavi (ərəb. رفاعة رفيع الطهطاوي‎; 15 oktyabr 1801 – 27 may 1873, Qahirə, Misir xidivliyi, Osmanlı imperiyası) —Ərəb filosofu. İslam dünyasında şəhərlərin artımı determinizm prinsipinin fəaliyyət məkanını genişləndirirdi. Şəhər mədəniyyətinin özünün inkişaf meylləri isə determinist və ya analitik təfəkkürün həll etməli olduğu çoxsaylı problemləri üzə çıxardı. Lakin müsəlman təfəkkürünə nisbətən Avropa təfəkkürü determinizmə daha çox yatımlı olduğundan, Yeni dövr problemlərini Avropa müsəlman dünyasına nisbətən daha yaxşı həll etdi və Yeni dövr tarixinin aparıcı qüvvəsinə çevrildi. İslam dünyası yavaş-yavaş, qəlpə-qəlpə öz siyasi sərhədlərini daraldır, Avropanın müstəmləkəsinə yaxşı halda isə, yarımmüstəmləkəsinə çevrilirdi. Müsəlman dünyası özünü qoruyub saxlama xatirinə Avropa elmini öyrənməli olur. Bu iş isə ilk növbədə maarifçilər tərəfindən yerinə yetirilir. Ərəb maarifçilərindən ən nüfuzlusu isə öncə xatırladılan Rifaə Təhtavi idi. Lakin Rifaə Təhtavi dövründə və ondan sonra da, bir çox ərəb mütəfəkkirləri Avropanı,sadəcə olaraq, təqlid etmədilər, Avropa sivilizasiyasının tənqidi olaraq mənimsənilməsinə üstünlük verdilər.
Çavlı ət-Toğrul
Çavlı ət-Toğrul (?-1146) — Azərbaycan atabəyi. Atabəy Qara Sunqur hicri 535-ci ildə (1140/41) həyatını nöqtələdi. Ölümündən bir neçə gün əvvəl Sultan II Toğrulun məmlüklərindən Çavlı ət-Toğrulu öz yerinə Aran və Azərbaycanın hakimi təyin etmişdir Qara Sunqurun ölümünü xəbər alan Məsud, əmir Çavlıya fəxri libaslar və ünvanlar göndərərək onunla münasibətini yaxşılaşdırmaq istədi. Sultan, Çavlını Azərbaycan və Aranın hakimi təyin etdi. Çavlı, sultanın təklifini qəbul edib, Gəncədə qiyam qaldırmış Qutluqu ortadan qaldırıb bu ölkədəki üsyançı qüvvələri darmadağın etdi. O, Tovuz ətrafında üsyançıların ordusunu məğlub etdi. Çavlı 1146-cı ilə qədər Aran və Azərbaycanın Səlcuqlu əmiri olaraq mövqeyini qorudu. Bu vaxt Sultan Məsud əleyhində Rey hakimi Abbas ilə Fars və Xuzistan hakimi Boz Apa başçılığında yeni bir qiyam ortaya çıxdı. Onlar Çavlıya bir məktub yazıb onunla dostluq qurmaq istədilər, ancaq Çavlı sultanın tərəfində yer aldı. Sultan Məsud ilə vəziri Xass Bəy ibn Bələncərinin ona qarşı sui-qəsd planı ortaya çıxınca Çavlı da qiyam edən əmirlərin tərəfinə keçdi.
İqta ət-təmlik
İqta-ət-təmlik(bağışlanan iqta), şəxsin tam sahibliyinə verirlirdi və getdikcə irs olaraq keçirdi. Bu növ iqta sahibi üşr verirdi. Bu növ iqta, adətən, becərilməyən torpaqlardan, ya da sahibi ölmüş və varisi olmayan torpaqlardan verilirdi.
Əhməd ət-Ticani
Əbülabbas Əhməd bin Məhəmməd bin Muxtar bin Səlim ət-Ticani (1735 və ya 1737 – 1815, Fəs) — Ticaniyyə təriqətinin qurucusu Əhməd bin Məhəmməd 1737-ci ildə Əlcəzairin Tilimsan (Tləmsən) bölgəsindəki Aynimazi qəsəbəsində doğulmuşdu. Bölgəyə köç edən babası burada yaşayan Bərbəri Ticanə qəbiləsindən bir qadınla evləndiyindən ailəsi Ticani nisbəsiylə tanındı. Həyatı haqqındakı bilgilərin böyük bir qismi xəlifələrindən Əli Xarazimin 1802-ci ildə tamamlayıb ona təqdim etdiyi "Cəvahirül-məʿani" və yenə xəlifələrindən İbnül-Müşrinin "Kitabül-Cami"ʿ adlı əsərlərinə əsaslanır. Öz ifadəsinə görə soyu 2-ci imam Həzrəti Həsənə çatır. Ticani on altı yaşında ikən Aynimazidə müdərrislik edən atasını və anasını vəba epidemiyasında itirdi. Quran, hədis, Maliki fiqhi və ədəbi elmləri Tilimsanda oxuduqdan sonra Mərakeşə getdi. Burada Qədiri, Şazəli, Nasıri təriqətlərinin zikr halqalarına qatıldı. Mərakeşdə Şeyx Əhməd Habib bin Məhəmmədin, Səhra şəhərlərindən Abiddə beş il müddətinə Sidi Əbdülqadir bin Məhəmmədin xidmətində oldu. Ardından Tunisə gedib Azvavi zaviyəsində Xəlvəti şeyxi Mahmud bin Əbdürrəhmanın söhbətlərinə qatıldı. Bir il sonra Qahirədə Xəlvəti şeyxi Mahmud əl-Kürdi ilə tanış oldu.
Əhsən ət-Təvarix
"Əhsənüt-təvarix" ("Tarixlərin ən yaxşısı") — Səfəvi tarixçisi Həsən bəy Rumlunun 12 cilddən ibarət əsəri. Azərbaycan səfəvişünas-tarixçisi Oqtay Əfəndiyevin yazdığına görə, "I Şah Təhmasibin yarım əsrlik hakimiyyət dövrü heç bir mənbədə Həsən bəy Rumlunun əsərindəki dəqiqliklə ətraflı əks olunmayıb". Həsən bəy Rumlunun farsca yazdığı “Əhsənüt-təvarix” əsərinin son iki cildi zamanımıza qədər gəlib çatmışdır. İstər vətən, istərsə də bir sıra Yaxın və Uzaq Şərq ölkələrinin XV-XVI əsrlər tarixini öyrənmək baxımından böyük əhəmiyyət daşıyır. Əsərin zamanımıza çatmış cildlərinin birincisində hicri 807-899-cu (miladi 1404-1494) illərin, ikincisində isə hicri 900-985-ci (miladi 1494-1578) illərin tarixi hadisələri əksini tapmışdır. Rumlu tayfası Azərbaycan Səfəvilər dövlətinin yaranması və möhkəmlənməsi uğrunda gedən mübarizədə aktiv iştirak edən tayfalardan biridir. Səfəvilər dövründə bu tayfanın ən tanınmış başçıları Nur Əli Xəlifə, Piri bəy və Div Sultan olmuşdur. Həsən Rumlunun nəvəsi Əmir Sultan Təhmasibin yaxın əmirlərindən biri idi. Səfəviyyə təriqətinə bağlı xəlifələrə ümumi rəhbərliyi həyata keçirən xəlifətül-xüləfa mənsəbi uzun müddət rumlu tayfasının təmsilçilərinə məxsus olmuşdur. Rumlu tayfası yalnız idarəçi və hərbçilər deyil, türkcə və farsca şeirlər yazan Şahqulu bəy kimi şair, tərcümə etdiyimiz mənbənin müəllifi olan Həsən bəy kimi tarixçi də yetirmişdir.
Təsis ət-Təqdis
Əsas ət-təqdis ( ərəb. أساس التقديس‎, hərf. Allahın transsendensiyasını bəyan etmənin əsası) və ya Təsis ət-Təqdis (ərəb. تأسيس التقديس‎, hərf. Müqəddəsliyin əsası) — şafii-əşəri alimi Fəxrəddin Razi tərəfindən Kərrəmiyyə və digər antropomorfistlərin metodik təkzibi kimi yazılmış islam teoloji kitabı. Fəxrəddin Razi bu əsəri ifrat ənənəçi İbn Xuzeymə tərəfindən tərtib edilmiş "Kitab ət-Tövhid" əsərinə qarşı çıxmaq üçün yazmışdır. O, İbn Xuzeyməni "korporealist" adlandırmışdır. Book's page on Goodreads — Goodreads.com Dr.
Əsas ət-təqdis
Əsas ət-təqdis ( ərəb. أساس التقديس‎, hərf. Allahın transsendensiyasını bəyan etmənin əsası) və ya Təsis ət-Təqdis (ərəb. تأسيس التقديس‎, hərf. Müqəddəsliyin əsası) — şafii-əşəri alimi Fəxrəddin Razi tərəfindən Kərrəmiyyə və digər antropomorfistlərin metodik təkzibi kimi yazılmış islam teoloji kitabı. Fəxrəddin Razi bu əsəri ifrat ənənəçi İbn Xuzeymə tərəfindən tərtib edilmiş "Kitab ət-Tövhid" əsərinə qarşı çıxmaq üçün yazmışdır. O, İbn Xuzeyməni "korporealist" adlandırmışdır. Book's page on Goodreads — Goodreads.com Dr.
Salib ət-Türkman
Timsah görünüşlü ət piroqu
Ət-Tayyib Əs-Salih
Ət-Tayyib Əs-Salih(ərəb. الطيّب الصالح‎) (1929 - 18 fevral 2009) — ən görkəmli Sudan yazıçılarından biri. Sudanın şimalında dünyaya gəlmişdir. Xartum Universitetini bitirdikdən sonra İngiltərədə London Universitetində təhsilini davam etdirmişdir. Kiçik fermer və dindar müəllim ailəsindən olan Ət-Tayyibin ilk məqsədi kənd təsərrüfatı sahəsində işləmək olmuşdur. Lakin, İngiltərəyə gəlməmişdən öncə radio verilişləri sahəsində çalışmışdır. O, həm roman, həm də kiçik hekayələr müəllifidir. Onun ən məşhur əsəri 1966-ci ildə Beyrutda nəşr etdirdiyi "Şimala köç fəsli" romanıdır ki, burada sudanlı tələbələrin İngiltərədən vətənlərinə qayıdış dövrünün gəlib çatması təsvir olunur. 2001-ci ildə əsər Dəməşqdəki Ərəb Ədəbiyyatı Akademiyası tərəfindən "XX əsrin ən məşhur ərəb romanı" elan olunmuşdur. Əsər ərəbcə yazılmış, sonradan isə, ingilis və fransız dillərinə tərcümə olunub.
Daur ətirşahı
Daur ətirşahı (lat. Geranium dahuricum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü.
Dağ Rayonlarında Ətlik Heyvandarlıq (1985)
Dağ rayonlarında ətlik heyvandarlıq (film, 1985)
Dağlıq Qarabağın ətrafında Ermənistan işğalı altında olan Azərbaycan əraziləri
Dağlıq Qarabağın ətrafında Ermənistan işğalı altında olan Azərbaycan əraziləri – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan, Birinci Qarabağ müharibəsi (1988–1994) dövründə Ermənistan tərəfindən işğal olunmuş və İkinci Qarabağ müharibəsi başlanana qədər işğal altında qalmış ərazi. 12.05.1994–27.09.2020 tarixləri aralığında bu ərazilərin aid olduğu inzibati rayonlar: Kəlbəcər rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 02.04.1993 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr 2020-ci il bəyanatının şərtlərinə əsasən 13 oktyabr 1992-ci il tarixli inzibati ərazi dəyişikliyinə qədərki ərazisi işğaldan azad edilmişdir. 2020-ci il 25 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğaldan azad edildiyi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bəyan edilmişdir. Laçın rayonu — 1992–1993-cü illərdə bütün ərazisi (o cümlədən 18.05.1992 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr atəşkəs bəyanatının şərtlərinə əsasən işğaldan azad edilmiş, rayon mərkəzi daxil olmaqla Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə verilmişdir. Məlum bəyanatın şərtlərinə uyğun olaraq Laçın dəhlizinə alternativ yol hazır olduqan sonra − 26.08.2022-ci il tarixində Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. Qubadlı rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 31.08.1993 tarixində rayon mərkəzi) işğal olunub. II Qarabağ müharibəsi nəticəsində bütün ərazisi işğaldan azad edilimişdir. 2020-ci il 25 oktyabr tarixində ASQ tərəfindən Qubadlı rayonunun inzibati mərkəzi olan Qubadlı şəhərinin işğaldan azad edildiyi İlham Əliyev tərəfindən bəyan edilmişdir.
Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan əraziləri
Dağlıq Qarabağın ətrafında Ermənistan işğalı altında olan Azərbaycan əraziləri – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan, Birinci Qarabağ müharibəsi (1988–1994) dövründə Ermənistan tərəfindən işğal olunmuş və İkinci Qarabağ müharibəsi başlanana qədər işğal altında qalmış ərazi. 12.05.1994–27.09.2020 tarixləri aralığında bu ərazilərin aid olduğu inzibati rayonlar: Kəlbəcər rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 02.04.1993 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr 2020-ci il bəyanatının şərtlərinə əsasən 13 oktyabr 1992-ci il tarixli inzibati ərazi dəyişikliyinə qədərki ərazisi işğaldan azad edilmişdir. 2020-ci il 25 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğaldan azad edildiyi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bəyan edilmişdir. Laçın rayonu — 1992–1993-cü illərdə bütün ərazisi (o cümlədən 18.05.1992 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr atəşkəs bəyanatının şərtlərinə əsasən işğaldan azad edilmiş, rayon mərkəzi daxil olmaqla Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə verilmişdir. Məlum bəyanatın şərtlərinə uyğun olaraq Laçın dəhlizinə alternativ yol hazır olduqan sonra − 26.08.2022-ci il tarixində Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. Qubadlı rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 31.08.1993 tarixində rayon mərkəzi) işğal olunub. II Qarabağ müharibəsi nəticəsində bütün ərazisi işğaldan azad edilimişdir. 2020-ci il 25 oktyabr tarixində ASQ tərəfindən Qubadlı rayonunun inzibati mərkəzi olan Qubadlı şəhərinin işğaldan azad edildiyi İlham Əliyev tərəfindən bəyan edilmişdir.
Diş əti
Diş əti (lat. pulpis dentis) — dişin boynunu əhatə edən yumşaq toxuma. Ağız boşluğu selikli qişasının törəməsi. Diş əti qan damarları ilə zəngin olduğundan çəhrayı rəngdədir. Birləşdirici toxumadai ibarətdir.
Donuz əti
Donuz əti - Dünyada ən çox istifadə edilən ət növlərindən biri. Donuz ətinin məişətdə istifadəsi eramızdan əvvəl 5.000-ci ilə gedib çıxır. Orta Şərq və Çində donuzların əhliləşdirməsindən sonra ətindən istifadəsi geniş yayılmışdır. Donuzun müxtəlif təbii şəraitlərə özünü uyğunlaşdırma bacarığı, demək olar ki, hər bir şeyi yeyə bilməsi və sürətli nəsil artırma bacarığı səbəbindən donuzların şəxsi təsərrüfatlarda istifadəsi geniş yayılmışdır. Ferma və xüsusi təsərrüfatlarda saxlanılan digər heyvanlardan fərqli olaraq donuzların qidalanması üçün xüsusi yeməklər tələb olunmur. Belə ki, insanlar üçün nəzərdə tutuluş qidaların qalıqları və köhnəlmiş ərzaq məhsulları ilə belə donuz fermalarında yüksək məhsuldarlığın əldə edilməsi mümkündür. Bu səbəbdən donuz əti Avropanın mərkəzi bölgələrində kasıb və orta təbəqədən olan insanların hər zaman əldə edə biləcəyi bir ət çeşididir. Digər ət növlərindən fərqli olaraq, ucuz olması donuz ətinə bazarda hər zaman təlabatın olmasına səbəb olmuşdur. Şəriətdə donuz ətinin istifadəsi haram hesab olunur. İslam inancına görə donuz natəmiz heyvandır və onun ətindən müxtəlif məqsədlər üçün istifadə edilməsidə bir müsəlman üçün bəyənilən əməl sayılmır.
Dünya ətrafında 80 xəzinə (film, 2005)
Dünya ətrafında 80 xəzinə (ing. Around the World in 80 Treasures) - BBC tərəfindən istehsal olunmuş on seriyalı incəsənət və səhayət sənədli filmidir. İncəsənət tarixi üzrə mütəxəssis Den Kruinkşank tərəfindən hazırlanmış sənədli film ilk dəfə 2005-ci ilin mart-aprel aylarında yayımlanmışdır. Filmin adı Jül Vernin məşhur "80 gün dünya ətrafında" romanının adından götürülmüşdür. Serialda beş aylıq dünya turuna başlayan tədqiqatçı insanlar tərəfindən yaradılmış və müxtəlif ölkələrdə yerləşən 80 xəzinəni təqdim edilir. Mühüm əhəmiyyətli xəzinələr arasında memarlıq nümunələri və tarixi artefaktlar vardır. Dünya turu çərçivəsində ümumilikdə 34 ölkəni ziyarət edən Kruinkşank yeddi qitədən altısında olur (Antarktidaya getmir). Həmin dövrdə təhlükəli ərazi olduğuna görə tədqiqatçı İraqa getməkdən imtina edir. Serial boyunca tədqiq edilən 80 xəzinədən başqa tədqiqatçı səfər etdiyi yerlərdə müxtəlif qeyri-ənənəvi qida nümunələrinin (qoyun xayası, beyin, müxtəlif cücülər və sair) dadına baxır, yerli adətlər və ərazinin tarixi haqqında məlumat verir. Nəqliyyat vasitəsi kimi təyyarə, qatar, dəvə, ulaq, ayaq, hava şarı, velosiped, skuter, avtomobil və qayıq istifadə edilir.
Düzləçəkli ətirşah
Düzləçəkli ətirşah (lat. Geranium platypetalum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü. Çoxillik bitkidir. Gövdəsi yarpaqların saplaqları kimi uzun və yumşaq uzanmış ağ tükcüklü, 30–60 sm hündürlükdədir. Yarpaqları incə, sıx tükcüklü; kökətrafı yarpaqlar uzun saplaqlı, düzolmayan böyrəkvari-yumru, tərsyumurtavari 2/3-ə qədər hissələrə bölünmüş, üst hissədən üçqatbölünmüş və dişli, gövdə yarpaqları 5-7 bucaq şəkillidir. Çiçək saplağı uzun yumşaq tüklərlə örtülü, düz, 2 çiçəklidir. Çiçəkaltlığı xətvari-lansetvaridir. Kasa yarpaqları 8–10 mm uzunluqda, lansetvari, beli tükcüklüdür. Ləçəkləri 18-20 mm uzunluqda, albənövşəyi, enli tərsürəkvari, əsasında pazvari, kənarları qeyri-bərabər və ya zəif çıxıntılıdır. Meyvənin tayları tükcüklüdür.
Dərman ətirnazı
Clinopodium nepeta subsp. spruneri (lat. Clinopodium nepeta subsp. spruneri) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin clinopodium cinsinin clinopodium nepeta növünə aid bitki yarımnövü.
Dəvə əti
Dəvə əti (ing. Camel meat) - Müxtəlif dünya mətbəxlərindən istifadə olunan ət çeşidi. Dəvə ətindən qədim zamanlardan isitifadə edilib. İslam dini dəvə ətini müsəlmanlar üçün halal sayır. Dəvə əti əksər ölkələrin mətbəxində əsas qida vasitəsi sayılır. Buna səbəb isə uzaq səfərlərə çıxan zaman ətin uzun müddət saxlanıla bilməsi olub. Dəvələr uzun müddət aclığa və susuzluğa davam gətirə bilən heyvanlardandır. Ərəbistan yarımadasında yaşayan insanların gündəlik həyatlarında dəvənin mühüm rolu olduğu məlumdur. Səyyahlar dəvənin dözümlülüyündən həm nəqliyyat vasitəsi kimi, həm də qida vasitəsi kimi istifadə ediblər. Dəvə ətinin bütün dünya mətbəxlərinə yayılmasında səyyahların əhəmiyyətli dərəcədə rolunun olduğu güman olunmaqdadır.
Erkəkciyi tükcüklü ətirşah
Fərid əl-Ətrəş
Fərid əl-Ətrəş (ərəb. فريد الأطرش‎; 18 oktyabr 1910[…] və ya 19 oktyabr 1910, Süveyda – 26 dekabr 1974, Beyrut) — Misir bəstəkarı, müğənni, virtuoz ud ifaçısı və aktyor. XX əsr ərəb musiqisinin görkəmli nümayəndələrindən biridir. Suriyadan Misirə köçmüş druz ailəsində doğulmuşdur. Uşaq yaşlarından anasından ud çalmağı öyrənmişdir. Misir Konservatoriyasında təhsil almış, Misir radiosunda musiqiçi kimi çalışmışdır, Yaradıcılığının ən mükəmməl dövrü 1930–1974 illərə təsadüf edir. Ərəb xalq musiqisindən bəhrələnmiş, müxtəlif janrlarda (məhəbbət, vətənpərvərlik, dini) mahnılar bəstələmişdir. Əsərl ərində Qərb musiqisinin də təsiri hiss olunur. Məşhur mahnıları: "Bahar", "Xəyalımın nuru", "Pıçıltı", "Sevgi tarixçəsi" və s. 30-dan artıq filmə musiqi bəstələmişdir: "Gənclik arzuları" (1943), "Cənab bülbül" (1946), "Yalnız səni sevirəm" (1949), "Ölməz melodiya" (1952), "Ürəyimin təranəsi" (1954), "Sev­gi sahili" (1961), "Naməlum qadından məktub" (1963), "Böyük məhəbbət".
Fəridəddin Əttar
Fəridəddin ibn Məhəmməd Əttar (fars. فرید الدین عطار, Farid od Din Əttər; 1145–1229) — Orta əsr fars şairi və mütəfəkkiri. Sufizm nəzəriyyəçisi. Fəridəddin Əttar 1136-cı ildə Nişapurda anadan olub. Onun anadan olduğu tarixlə bağlı tədqiqatçılar yekdil rəyə gələ bilməyiblər. A. Knış bu tarixi 1119, (A. D, Knış. Musulmanskiy mistisizm. Moskva-Sankt-Peterburq, "Dilə", 2004), Y. Bertelts isə 1150-ci il olaraq göstərir (E. G. Bertels. Sufizm i sufiyskaə literatura. Moskva, "Nauka", 1965.).
Haşim əl-Ətasi
Haşim əl-Ətasi (ərəb. هاشم الأتاسي‎ Hāšim al-ʾAtāsī; 6 dekabr 1875, Homs – 5 dekabr 1960, Homs) — 1936–1939, 1949–1951 və 1954–1955-ci illərdə Suriya Respublikasının Prezidenti.
Hüseyn bin Əli ət-Türki
Hüseyn bin Əli ət-Türki (1699-1740) — 1705-1881-ci illərdə Tunisi idarə edən Hüseyni sülaləsinin qurucusu, Tunis bəyliyinin bəyi (1705-1740).
Həsən bəy Ətabi
Həsən bəy Ətabi (fars. حسن‌‌بیگ عتابی تکلو‎ doğ.1567 — ö.1616)—Azərbaycan şairi. Həsən bəy 1567-ci ildə Herat şəhərində anadan olmuşdu. Qızılbaş tayfa ittifaqının Təkəli elindəndir. Mükəmməl mədrəsə təhsili almışdı. Şair idi. Ətabi təxəlllüsü ilə şeir yazırdı. Həsən bəy Ətabi Qəzvin və Rey şəhərlərində yaşamışdı. Sonra I Şah Abbasa xidmət etmiş, İsfahana yollanmışdı. Həsən bəy Ətabi Nami Bəkri kimi tanınan və şair Mir Məhəmməd Məsum Bəkri ilə bərabər Böyük Moğollar imperiyasına, Sultan Cəlaləddin Əkbər şahın yanına elçi getmişdilər.
Keçi əti
Keçi əti (ing. Goat meat) — Dünyada ən çox istifadə edilən ət növlərindən biri. Ondan hazırlanan yeməklər çox məşhurdur. Keçinin süddündən, dərisindən və tükündən gündəlik sənayedə insanlar tərəfindən istifadə edilməkdədir. Keçi ətinin xüsusi qoxusu olur ki, bu da onun tərinin və sidiyinin qoxusunun təbii olaraq ətə hopmasından irəli gəlir. Ətə iyin hopmaması üçün bəzən onun dərisini soyarkən əlcək geyinir və sonra əlcəyi çıxardıb əti doğrayırlar. Bu ətə qoxunun hopmasının qarşısını alır. Keçi ətinin vitamin və faydalı maddələrlə zəngin olduğu qədim zamanlardan məlumdur. Bəzi xəstəliklər zamanı hətta həkimlər keçi əti yeməyi məsləhət görürlər. Keçi ətinin tərkibində olan makro və mikroelementlər bir çox xəstəliklərin sağalmasını sürətləndirir.
Kitap əl idrak li lisan əl ətrak
Kitabü'l-idrak li-lisani'l-Ətrak (Türklərin dilini anlama kitabı) — 1312-ci ildə Əsirüddin Əbu Hayyan tərəfindən ərəblərə türkcə öyrətmək üçün yazılmış Qıpçaqca qramər kitabı və lüğət.
Köhnə Ətekəy (Auırqazı)
Köhnə Etekəy (başq. Иҫке Этекәй, rus. Староитикеево) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Batır kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 8 km, ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 22 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (77%) üstünlük təşkil edir.
Lüəyy əl-Ətasi
Lüəyy əl-Ətasi (ərəb. لؤيّ الأتاسي‎ Luʾayy al-ʾAtāsī; 1926, Homs – 24 noyabr 2003, Homs) — Suriya hərbçisi, 1963-cü ilin mart ayının 9-dən iyul ayının 27-ə qədər Suriya prezidenti.

ət sözünün leksik mənası və izahı

  • 1 is. 1. Canlıların bədənində sümüklə dəri arasındakı maddə; əzələ toxumalarının adi adı. // Heyvan və insan bədəninin yumşaq hissəsi. Əti sümükdən ayırmaq. 2. Kəsilmiş heyvan bədəninin xörəyə işlənən qismi. Qoyun əti. Toyuq əti. Mal əti. Bişmiş ət. Çiy ət. – …Əti, çörəyi, qəndi bizə birə-iki qiymətə satırlar. C.Məmmədquluzadə. Ət almır, arvaddan küftə istəyir; Olmayanda tutur toy, bizim kişi. Aşıq Hüseyn. □ Ət baltası – ət doğramaq üçün balta. Ət daşı – üstündə ət döymək üçün bərk daş. Ət döymək – ətin sümüksüz qismini xırda-xırda doğramaq. Ət taxtası – üstündə ət döyülən və ya doğranan girdə və ya dördkünc qalın və bərk taxta. Ülfət yerdə oturub ət taxtasını təmizləyirdi. Mir Cəlal. 3. Bədən, vücud, əndam mənasında. Ətindən elə bil kəsdilər. Güllə ətə dəydi. – [Fərəc:] Bu ət, bu əndam mənim başıma lap bəla oldu. H.Arif. 4. Meyvənin qabığı altında olan yeməli yumşaq hissəsi. Almanın əti. Şaftalının əti. ◊ Ət asmaq – bişmək (qaynamaq) üçün əti qazanda od üstünə qoymaq. Ət basmaq – çox kökəlmək, ətlənmək. [Firidun] uzunboylu, canlı və bütün boynunu ət basmış Hikmət İsfahanini diqqətlə süzdü. M.İbrahimov. Ət gəlmək – bədənin yaralanmış yerinin üstü ətlə örtülmək, sağalmaq, yarası qapanmaq. Ət tökmək – çox arıqlamaq. Ətdən düşmək – arıqlamaq, zəifləmək. Ətdən qandan olmaq – çox arıqlamaq, zəifləmək. Ətə dönmək – süstləşmək, keyləşmək, atilləşmək, hərəkət edə bilməyəcək bir hala gəlmək. Ətə gəlmək – bir qədər kökəlmək. Ətə gətirmək – kökəltmək. Ətə cana (ətə-qana) dolmaq – bir qədər kökəlmək, yaxşılaşmaq, sağlamlaşmaq. …Səkinə otuz yaşına çatmışdı, ətə-cana dolmuş, gözəlləşmiş, gərdənli bir qadın olmuşdu. M.İbrahimov. [Tahir] son illərdə ətə-qana dolmuşdu. M.Hüseyn. Ətə-cana gəlmək – bax ətə-qana dolmaq. Nurəddin kəndə gələndən sonra, bir ayın ərzində tanımaq olmurdu. Ətə-cana gəlib üzü lalə kimi qızarmışdı. S.S.Axundov. İnsafsız qurd gülə-gülə; Dedi sevinə-sevinə: – Bu uşaqlar kökəlsinlər; Ətə-cana gəlsinlər. M.Dilbazi. Ətə-cana (ətə-qana) gətirmək – bir qədər kökəltmək, sağlamlaşdırmaq, canlandırmaq. Əti çimçişmək – 1) iyrənmək, çiyrənmək. [Əşrəfin] əti çimçişdi, bu rütubətli zirzəmidə qalmağı şəninə sığışdırmadı, ayağa durub qapını sındırmaq və birbaş yataqxanaya yollanmaq istədi. İ.Şıxlı; 2) ürpərmək. Yağışın suyu [Seymurun] boynuna, bədəninə süzüldü, əti çimçişdi. İ.Məlikzadə. Əti tökülmək – 1) arıqlamaq, zəifləmək; 2) xoşagəlməz bir iş, hərəkət və s. qarşısında özündə iyrənclik, xəcalət hissi duymaq. O danışanda adamın əti tökülür. Əti ürpərmək – qorxmaqdan, hürkməkdən və s. Hisslərdən tükləri qabarıb biz-biz durmaq, dəhşətə gəlmək. Həmzənin əti ürpərdi, vücudu titrəyib lərzəyə gəldi. Gözləri alaqara çaldı. Ə.Vəliyev. Ətimi (ətimizi) tökmə! – utandırma! xəcalət vermə! …İndi, bu saat bizim övrətlərimiz evdə oturub saqqız çeynəyirlər. Onlar bizim sözümüzü başa düşməyəcəklər və bizə belə cavab verəcəklər: “Sən allah, a kişi, ətimizi tökmə!” C.Məmmədquluzadə. Ətin tökülsün! – utan! xəcalət çək! həyan olsun! Ətini kəsmək (didmək) – çox əziyyət vermək, çox incitmək. [Əbdül:] Vallah, o qədər yanmışam ki, istəyirəm [Gülnisənin] ətini didəm. C.Cabbarlı. Fatı birdən ətini kəsirlərmiş kimi fasiləsiz qışqırdı. Ə.Abasov. Ətlə dırnaq arasına girmək – bir-birinə çox yaxın olan adamların işinə qarışmaq. Ətini şişə çəkmək – çox incitmək, çox əziyyət vermək. [Mahmud bəy:] Başına and olsun, əlimə düşə; Mən onun ətini çəkərəm şişə. S.Rüstəm. Bir köynək ət tökmək – bax köynək-köynək ət tökmək. Teymur saqi olmaq istəmədiyini deyənəcən bir köynək ət tökdü. M.Hüseyn. Köynək-köynək ət tökmək – son dərəcə utanmaq, xəcalət çəkmək. Əziz Gülsabahın eşqini soyuq səngərlərdə qönçə halında saxlayıb qaytardığını Bayram kişi biləndə köynəkköynək ət tökməli idi. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / ət

ət sözünün etimologiyası

  • 1 Dünya dillərinin çoxunda ət anlamını verən sözün mənası bədən deməkdir. Mə­sə­lən, latış dilindəki myaso (ruslara da latışlardan keçib) indi də bədən kimi başa düşülür. Bədən bizim söz deyil, ərəbcədir. Görünür, dilimizdə onun yerinə elə ət işlədilib. Bu sözün bir mənası da “yumşaq” olub. Sonuncu variant daha inan­dırıcıdır (yəqin ki, sümüklə müqayisə əsas götürülüb). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / ət

ət sözünün rus dilinə tərcüməsi

  • 1 1. мясо; 2. мясной; 3. мякоть (плодов);

    Azərbaycanca-rusca lüğət / ət
  • 2 I сущ. 1. мясо: 1) название мышечной ткани 2) туша, часть туши животных, употребляемые в пищу. Qızardılmış ət жареное мясо, bişmiş ət варёное мясо, döyülmüş ət рубленое мясо, yağlı ət жирное мясо, çiy ət сырое мясо, mal əti говяжье мясо (говядина), toyuq əti куриное мясо (курятина), qoyun əti баранье мясо (баранина), donuz əti свиное мясо (свинина), at əti конское мясо (конина), qaz əti гусиное мясо (гусятина), əti döymək рубить мясо 2. мякоть: 1) мягкая часть тела животного, человека. Güllə ətə dəyib пуля попала в мякоть 2) мягкая подкожная часть плодов, ягод, клубней. Şaftalının əti мякоть персика II прил. мясной. Ət iyi мясной запах, ət suyu мясной навар, бульон; ət dükanı мясная лавка, ət məhsulları мясные продукты, ət sənayesi мясная промышленность ◊ ət asmaq варить мясо; ət basıb kimi сильно поправился, заплыл жиром кто; üstünə ət gəlmək (yaranın) зарубцеваться, зажить; ət tökmək: 1. сильно похудеть; 2. сильно смущаться, смутиться; əti tökülmək: 1. похудеть; 2. чувствовать смущение, стеснение, стыд: ətimi(zi) tökmə(-yin) не смущай(-те) меня (нас); ətin tökülsün! хоть стыдись! Bir köynək ət tökmək сильно смущаться, смутиться (испытывать неловкость, замешательство), стыдиться; adamın əti tökülür уши вянут; ətdən düşmək похудеть, спадать, спасть с тела; ətə dönmək становиться, стать инертным, вялым; ətə gəlmək немного поправиться, ətə gətirmək kimi откармливать кого; ətim ürpəşdi волосы у меня дыбом стали; əti çimçişmək kimin брезговать, брезгать, испытывать отвращение; ətini kəsmək (didmək) kimin сильно мучить кого; ətini şişə çəkmək kimin подвергать, подвергнуть мучениям; ətlə dırnaq arasına girmək лезть, вмешиваться, вмешаться, соваться, сунуться в дела близких людей; əti ətindən, qanı qanından плоть от плоти, кровь от крови; ətini(mi) yesə də sümüyünü(mü) atmaz близкий человек в беде не бросит; ətini aşıq gönünü qaşıq eləmək kimin задавать перцу кому; ətini qiymə çəkmək kimin истязать, подвергать жестоким мучениям кого; əti dırnaqdan ayırmaq отделить, разлучить близких; ətini yeyib sümüyünə daraşmaq kimin терзать кого; əti dərisindən çıxmaq, əti dərisinə sığmamaq заплыть жиром

    Azərbaycanca-rusca lüğət / ət

ət sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. meat; flesh; qoyun ~i mutton; mal ~i beef; donuz ~i pork; toyuq / cücə ~i chicken meat; qaz ~i goose-flesh; quş ~i fowl-flesh; qaz ~i veal; cöngə / kələ ~i bull-beef; at ~i horse-flesh, horse-beef; ov ~i game; ağ ~ white meat; qırmızı ~ red meat; təzə ~ fresh meat; duzlanmış ~ curing meat, corned meat, corned beef; donmuş ~ frozen meat; çiy ~ raw meat, uncooked meat; suda bişmiş ~ boiled meat; qızardılmış ~ fried / roast meat; qrildə bişirilmiş ~ grilled meat; konservləşdirilmiş ~ tinned meat; canned meat amer.; hisdə qurudulmuş ~ hung-beef; bərk ~ tough meat; ◊ Nə ətdir, nə balıq Neither fish, nor flesh; Əti ətimdən, qanı qanımdan Bone of my bone, flesh of my flesh; doğranmış ~ chopped meat; döyülmüş / çəkilmiş ~ minced meat; ~i doğramaq to chop the meat; ~i döymək / çəkmək (maşında) to mince the meat; ~ bişirmək to boil / to cook meat; ◊ ~ basmaq (çox kökəlmək) to grow* stout; ~ə dolmaq to gain flesh, to put* on flesh / weight; ~ə-qana gətirmək to fatten (d.), to flesh (d.); ~ə dönmək: 1) (süstləşmək) to become* languid, to feel* slack, to be* flabby / flaccid; 2) (yumşalmaq) to soften, to become* soft; ~i tökülmək: 1) (arıqlamaq) to lose* flesh; 2) məc. (xəcalət çəkmək) to be* ashamed (of); ~i ürpəşmək to feel* creepy; to be* startled; ~i çimçəşmək to be* disgusted, to feel* disgust, to be* squeamish (about); ◊ köynəkköynək ~ tökmək to be* greatly ashamed (of); Ətin tökülsün! Shame on you! ~ini tökmək to lose* flesh; ~ə öyrətmək (şahini, ov itini) to flesh (d.); ~ ilə qidalanmaq to live on flesh; Canavarlar ət ilə qidalanırlarWolves live on flesh; 2. (meyvədə) pulp, flesh II. s. meat, flesh, beef; ~ suyu beef-tea; broth; ~ xörəyi meat; ~ təhvili / tədarükü meat supply, meat purveyance

    Azərbaycanca-ingiliscə lüğət / ət

ət sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) viande f ; qoyun ~i viande de mouton, du mouton ; mal ~i viande de bœuf, du bœuf ; donuz ~i viande de porc, du porc ; toyuq ~i du poulet m, viande de poulet ; təzə ~ viande fraîche ◊ Nə ~dir, nə balıq ni chair, ni poisson ; ~ basmaq engraisser vi ; ~i tökülmək maigrir vi, devenir vi (ê) maigre ; məc. avoir honte (xəcalət çəkmək) ; ~in tökülsün! Aie honte! Quelle honte! C’est honteux!

    Azərbaycanca-fransızca lüğət / ət

ət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. як; qoyun əti хпен як; // якӀун; ət xörəyi якӀун къафун; 2. беден, жендек, тан манада; 3. як (емишдин чкал, цил квачиз недай хъуьтуьл пай); ətli zoğal як алай (ири) чумал; ** ət asmaq як эцигун, чурун (ругун) патал къажгъандиз як вегьена къулал эцигун; ət basmaq якӀу кьун, як акьалтун, гзаф куьк хьун; ət gəlmək як хтун, як ахкьалтун, бедендин хер хьайи чка як хтана кӀев хъхьун, сагъ хъхьун; ət tökmək як вегьин, гзаф яхун хьун; ətdən düşmək якӀяй аватун, яхун хьун, зайиф хьун; ətə dönmək як хьиз хьун, суст хьун, тентес хьун, элецӀун, юза тежер гьалдиз атун; ətə gəlmək якӀуз атун, са кьадар куьк хьун, дири хьун; ətə gətirmək якӀуз гъун, дири авун, куькарун; ətə-cəna (ətə-qana) dolmaq якӀа-чӀарчӀе гьатун, якӀуз-чӀарчӀиз атун, са кьадар куьк хьун, хъсан хьун, гумрагь хьун, сагълам хьун; ətə-cana gəlmək кил. ətə-qana dolmaq; ətə-cana (ətə-qana) gətirmək якӀуз-чӀарчӀиз гъун, са кьадар куькарун, дири авун, гумрагьарун, сагъламарун; əti çimçişmək а) зурзун алахьун, дакӀан хьун, дакӀан атун; б) якӀуз цак акъатун, чӀарар цаз-цаз хьун; əti tökülmək а) якӀяй аватун, яхун хьун, зайиф хьун; б) як вегьин, хушуниз текъвер са кардин, амалдин ва мс. вилик дакӀанвилин, хажалатдин гьиссери кьун; əti ürpərmək якӀуз цак акъатун, чӀарар цаз-цаз акъвазун (кичӀевиляй ва мс.); ətimi (ətimizi) tökmə! заз (чаз) регъуь ийимир! хажалат гумир! манада; ətin tökülsün! чин алатуй ви! регъуь хьухь! хажалат чӀугу!; ətini kəsmək (didmək) як атӀун (як чакъвалай авун), гзаф азиятар гун, гзаф инжиклу авун; ətlə-dırnaq arasına girmək якӀунни кикен арада гьахьун, са-садаз гзаф мукьва тир инсанрин крарик акахьун; ətini şişə çəkmək як шишинал гьалсун, гзаф инжиклу авун, гзаф азиятар гун; bir köynək ət tökmək кил. köynək-köynək ət tökmək; köynək-köynək ət tökmək якӀар вегьин, гзаф регъуь хьун, хажалат чӀугун.

    Azərbaycanca-ləzgicə lüğəti / ət

ət sözünün türk dilinə tərcüməsi

"ət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ət nədir? #ət sözünün mənası #ət nə deməkdir? #ət sözünün izahı #ət sözünün yazılışı #ət necə yazılır? #ət sözünün düzgün yazılışı #ət leksik mənası #ət sözünün sinonimi #ət sözünün yaxın mənalı sözlər #ət sözünün əks mənası #ət sözünün etimologiyası #ət sözünün orfoqrafiyası #ət rusca #ət inglisça #ət fransızca #ət sözünün istifadəsi #sözlük