dı sözü azərbaycan dilində

Yazılış

  • dı • 96.5974%
  • DI • 2.6465%
  • dI • 0.3781%
  • Dı • 0.3781%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Asiya dırnaqsız samuru
Asiya dırnaqsız samuru və ya Şərq dırnaqsız samuru (lat. Aonyx cinerea) — Dələkimilər fəsiləsinə daxil olan nəməli növü. Samurlara aid olan ən kiçik növdür. Molyusk, xərçəng və digər su heyvanlaı ilə qidalanır. Manqrov meşələrində və şirinsulu bataqlıqlarda yaşayır. Əsasən İndoneziya, Cənubi Çin, Cənubi Hindistan və Filippin ərazilərində yayılmışlar.
Kap dırnaqsız samuru
Kap dırnaqsız samuru (lat. Aonyx capensis) — Dələkimilər fəsiləsinə daxil olan nəməli növü. == Xarici görünüş == Bədəninin uzunluğu 95 - 100 sm, quyruğu 55 sm təşkil edir. Barmaqları arasındakı pərdə balaca olmasına baxmayaraq yaxşı üzə və suya dala bilirlər. Onların dırnaqları olduqca qısa olur və ancaq arxa ətrafların ikinci və üçüncü barmaqlarında olur. xəzləri elə də sıx deyildir. Bu səbəbndən onlar elə də tez-tez ov obyektinə çevrilmirlər. == Yayılması == Cənubi Afrika, Efiopiya və Seneqalın lal axan sularında, sahillərdə, çay mənsəblərində yayılmışlar. == Həyat tərzi == Qida rasionunun əsasını yengəclər təşkil edir. Onlar asanlıqla yengəcin sərt olan qabığını qıra bilirlər.
Kaqır Maur Dıffin ael Keallax
Kaqır Maur Dıffin ael Keallax (pol. Cahir Mawr Dyffryn aep Ceallach) – Polşa yazıçısı Andjey Sapkovskinin "Cadugər" romanlar seriyasının personajı, Nilfqaard cəngavəri, Geraltın dostu. == Bioqrafiya == Kaqır ael Keallax Nilfqaardın Vikovaro əyalətindən olan cəngavərdir. İmperator Emqır var Emreys onu iki dəfə Sirillanı tapmağa göndərir. Birinci dəfə Kaqır uğursuzluğa düçar olur və iki ilini həbsxanada keçirir. İkinci dəfə o Geraltla görüşür və onlar birlikdə Sirillanın axtarışına başlayırlar. Bu dəfə onlar şahzadəni Nilfqaarda çatdırmaq yox, xilas etmək istəyirlər. Gerlat və Kaqır tədricən dostlaşırlar. Vilqeforsun qəsrinə hücum zamanı Kaqır həlak olur. == Teleseriallarda == ABŞ istehsalı olan “Cadugər” teleserialında Kaqır rolunu İmon Farren canlandırmışdır.
Ləqəbi "İKA"dır (1997)
Ləqəbi "İKA"dır (film, 1997)
Nadejda Dırenkova
Nadejda Petrovna Dırenkova (31 may 1899 – 28 oktyabr 1941) — rus sovet türkoloqu. == Həyatı == Nadejda Petrovna Dırenkova 1899-cu ildə anadan olmuşdur. Dana çox etnoqrafiya sahəsi ilə çalışmağına baxmayaraq türk dialektlərini tədqiq etmişdir. Türkologiya sahəsində "Grammatika ojrotskogo jazyka" (1940), "Grammatika sorskogo jazyka" (1941), "Grammatika hakasskogo jazyka" (1948) adlı qrammatika kitablarının müəllifi olaraq şöhrət qazanmışdır. "Tofalarskij jazyk" adlı məqaləsi 1963-cü ildə nəşr olunmuşdur. "Sorskij folklor" adlı əsəri dəyərli bir tədqiqatdır (1940). Nadejda Dırenkova 1941-ci ildə Leninqradda vəfat etmişdir.
Naxışlı dırmanantəlxə
Naxışlı dırmanantəlxə(lat. laphe dione) — Suilanıkimilər fəsiləsinə, Dırmanan təlxələr cinsinə aid növ. == Görünüşü == Uzunluğu 1,5 m, quyruğu isə bir qayda olaraq 17–30 sm olur. Boğaz nahiyəsində pulcuqları yumşaqdır. Boğaz nahiyələri bozumtul və ya sarı olur üzəri isə qırmızı naxışlarla örtülü olur. Üzəri bozultul rəngə çalır. Bəzən qara rəngdə olan nümayəndələri də olur. == Yayılması == Onlara Koreya, Monqolustan, Şimali Çin, Orta Asiya (Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan), Qazaxıstan), Rusiya (Sibir, Başqırdıstan, Orenburq vilayəti və Samara vilayəti), Ukrayna, Şimali İran, Əfqanıstan və Cənubi Qafqaz (Gürcüstan) ərazilərində yayılmışlar. Yarımnöv əmələ gətirmir. == Həyat tərzi == Naxışlı təlxələr bir çox şəraitlərə uyğunlaşa bilmişlər.
Pallas dırmanantəlxəsi
Pallas dırmanantəlxəsi (lat. Zamenis sauromates) — Suilanıkimilər fəsilsinə aid növ. == Təsviri == Bədəninin üst tərəfində 4 tutqun xallar sırası olur. Bel tərəf boyunca iri qəhvəyi-qonur qara romb və ya oval şəkilli xallar olur. Bu xallar qovuşaraq dalğavari zolaq əmələ gətirir. Bədənin yanlarında cavan fərdlərdə aydın nəzərə çarpır. Yetkin fərdlərdə isə ümumi əlvan fonda itir. Bədənin yanlarında yerləşən xüsusi pulcuqlar qırmızımtıl və ya narıncı rəngdə olur. Başın yanlarında tutqun zolaq yaşlı fərdlərdə gözün arxa kənarından ağızın küncünə qədər, cavan fərdlərdə isə sifətin yanlarından burun dəliklərindən başlayaraq gözün ön kənarına qədər aydın nəzərə çarpır. Üstdodaq qalxancıqları yaşlı fərdlərdə açıq- sarı olur.
Qaraquş (dırnaq mayası)
Qaraquş (lat. reduvial)- dırnaq büküşünün dərisinin cırılması. Adətən yan (lateral) büküşdə görünür, çünki bu yerdə dəri tez-tez mexaniki təsirə məruz qalır, lakin, arxa büküşdə də baş verə bilər. == Səbəblər == Əllərinizin dərisi nə qədər qurudursa, qaraquşun əmələ gəlmə ehtimalı da o qədər yüksəkdir. Quruluq səbəbdən çox incə dırnaq büküşü elastikliyi itirir və mexaniki təsir zamanı asanlıqla yırtılır. Əlbəttə, barmaqlara intensiv təsir həmçinin qaraquşun yaranmasının riskini artırır. Qaraquş altına infeksiya düşə bilər, hansı kı dırnaq büküşünün irinli iltihabına gətirib çıxara bilər. == Müalicə == Qaraquşlar manikürlü qayçı və ya dırnaqtutan ilə diqqətlə kəsilməlidir, sonra zədələnmiş dırnaq büküşünü dezinfeksiya maddələri ilə təmizlənməlidir. Qaraquşu qopartmaq lazım deyil, çünki tez-tez o zamanda dərinin böyük bir hissəsi ayrılır və yaranın yoluxma riskini artırır.
Qutunun dışında düşünmə
“Qutunun xaricində düşünmə” - thinking outside the box – (jarqon); fərqli, qeyri-standart düşünmə mənasına gələn metafor. Bu ifadə çox zaman yeni, yaradıcı düşüncəyə aid edilir. Terminin mənşəyi məşhur “doqquz nöqtə” məsələsi ilə bağlıdır: 1970/80-ci illərdə idarəetmə üzrə məsləhətçilər öz müştərilərinə həlli qeyri-standart düşüncə tələb edən həmin məsələni təklif edirdilər. “Doqquz nöqtə” məsələsində məqsəd qələmi kağızdan ayırmadan və eyni yerdən ikinci dəfə keçməməklə verilmiş 9 nöqtəni dörd və ya daha az düz xəttlə birləşdirməkdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qədim dırnaqlılar
Qədim dırnaqlılar (lat. Condylarthra) — euarxontoqlireslər dəstəüstünə aid heyvan dəstəsi.
Çevrim dışı
İdman Dırmanması üzrə Dünya kuboku 2014
İdman Dırmanması üzrə Dünya kuboku — 2014-cü il iyunun 22-23-də Bakıda keçiriləcəyi nəzərdə tutulan yarış. İdman Dırmanması üzrə Dünya kuboku Azərbaycanda ilk dəfə keçiriləcək. Yarış açıq havada - Dövlət Bayraq Meydanında quraşdırılmış 15 metr hündürlüyündə olan dırmanma divarında baş tutacaq. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) birgə təşkilatçılığı, eləcə də Gənclər və İdman Nazirliyinin texniki dəstəyi ilə keçiriləcək yarışda dünyanın 11 ölkəsindən 69 idmançı iştirak edəcək. Dünya kubokunu izləmək üçün Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) Prezidenti Marco Scolaris və onu müşayiət edən nümayəndə heyəti iyunun 20-də Azərbaycana gələcək. == İstinadlar == == Həmçinin bax == Beynəlxalq İdman Dırmanması Federasiyası Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası == Xarici keçidlər == "Bakıda İdman Dırmanması üzrə Dünya Kuboku yarışı keçiriləcək" (az.). avrofutbol.com. 20/6/2013 [13:50]. İstifadə tarixi: 2014-04-20.
İran dırmanan təlxəsi
Fars dırmanantəlxəsi (lat. Zamenis persica) — Suilanıkimilər fəsiləsinə aid növ. Sayı azalmaqda olan relikt növdür. == Təsviri == Xarici görünüşünə görə eskulap təlxəsinə çox oxşayır. Kiçik və orta ölçülü ilan olub, uzunsov başı boynundan bir qədər seçilir. Bədən uzunluğu 70 sm-dən 90 sm qədərdir, lakin bəzi iri fərdləri 120 sm-ə çatır. İran təlxəsinin 2 rəng aberasiyası var: açıq və melanik. Açıq aberasiyada bədənin bel tərəfinin rəngi açıq boz və tünd bozdan, bozumtul-qəhvəyi rəngə qədər dəyişir, nadir hallarda qırmızımtıl-qəhvəyi rəngdə olur. Melanik aberasiyada bədən tamamilə qara rəngdədir. Üst dodaq qalxancıqları, başın yanları və alt tərəfi ağ rəngdədir.
İvan Dıçko
İvan Fyodoroviç Dıçko (d. 11 avqust 1990, Rudnıy, Qostanay vilayəti, Qazaxıstan SSR, SSRİ) - ağır çəkidə çıxış edən Qazaxıstanın peşəkar boksçusu. Qazaxıstan Respublikasının əməkdar idman ustası (2012), Olimpiya oyunlarının ikiqat bürünc mükafatçısı (2012; 2016), Dünya çempionatının üçqat medalçısı (2011, 2013, 2015), Asiya çempionu (2013), Asiya Oyunlarının çempionu (2014), həvəskarlar arasında Asiya vitse-çempionu (2010). 2019-cu ilin sentyabr ayına olan vəziyyətə görə BoxRec reytinqində 70-ci yeri tutur və Qazaxıstanın ağır çəkili boksçuları arasında 1-ci yerdədir. Böyük beynəlxalq boks təşkilatlarının WBA reytinqində 13-cü yeri tutur - dünyanın ən yaxşı ağır TOP-70-lərinə daxildir. == Bioqrafiyası == İvan Diçko məşqçisi Vladimir İvanoviç Şairer sayəsində boksla məşğul olmağa başladı. İvanın iki böyük qardaşı boksla məşğul idilər - İlya və Vladimir. İvan Dychko mütəmadi olaraq məşqlərə getməyə başladı. Məşqlərə başlayandan iki il yarım sonra Quadalaxara şəhərində keçirilən Dünya Kubokunun gümüş mükafatçısı oldu. 2008 Dünya Gənclər Çempionatında gümüş medalçı, 2009, 2010, 2011-ci illərdə Qazaxıstanın boks üzrə çempionu oldu.
Əhməd Mühib Dıranas
Əhməd Mühib Dıranas (1907-1980) — Türkiyə şairi. == Həyatı == Şeirləri Tanpınar kimi çox sonralar, 1974-cü ildə "Şeirlər" adı ilə kitablaşdırıldı. Əhməd Mühib fərdi mövzular və gözəlliklər üzərində daha çox durmuşdur. Sosial və siyasi mövzulara o qədər də toxunmamışdır. Saf şeir anlayışını mənimsəmişdir. Sezgi, duyğu, müşahidə, təəssürat və lirizmə önəm vermişdir. Ədəbi cərəyan və qruplarla maraqlanmamış, müstəqil bir şair kimi qalmağı üstün tutmuşdur. Məsələn, qəribçilərə və II yeniçilərə qoşulmamışdır. Türk xalq şeirindən, Osmanlı ədəbiyyatından və fransız şairlərindən bəhrələnmişdir. Özəlliklə Yəhya Kamalın, Əhməd Həmdi Tanpınarın və Bodlerin təsiri altında olmuşdur.
DIM
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi — dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxs. Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 11 aprel tarixli fərmanı ilə yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarixi == === Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) === Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasında Ali məktəblərə tələbə qəbulunu həyata keçirmək məqsədilə 1992-ci ildə Əbülfəz Elçibəyin sərəncamı ilə yaradılmış və Vurğun Əyyub tərəfindən idarə olunmuş mərkəzləşmiş qurumdur. Tələbə qəbulu TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada, test üsulu ilə həyata keçirilmişdir. 1993-cü ildən 1994-cü ilədək TQDK-ya 1992–1993-cü illərdə sədrin birinci müavini olmuş Kamran İmanov rəhbərlik etmişdir. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dövlət idarəetmə orqanlarının bir hissəsi olmaqla təhsil sistemində xüsusi yer tutur, öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Prezidentinə tabedir. Quruma 2000-ci ildən Məleykə Mehdi qızı Abbaszadə rəhbərlik edib. TQDK-da 4 şöbə fəaliyyət göstərib: Təşkilat şöbəsi Sorğu-suallar şöbəsi Kompüter əməliyyatları şöbəsi Maliyyə-inzibati şöbə Komissiya 11 aprel 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ləğv edilib. === Dövlət İmtahan Mərkəzi (DİM) === Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğv edilərək onların dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin (DİM) balansına verilmişdir.
Dırnaq boyası
Dırnaq boyası — Əl və ayaq dırnaqlarına sürülən boya. == Tarixi == Misirlilər dırnaq rəngini ictimai sinifləri bir-birindən ayırmaq məqsədilə istifadə etmişdilər. Kral Axenatonun həyat yoldaşı Nefertitinin əl və ayaq dırnaqlarını yaqut rənginə, Kleopatranın isə gilanar rənginə boyadığı bilinməkdədir. Alt sinifləri təmsil edən qadınların yalnız donuq rəngləri istifadə edəbilmələrinə icazə verilmişdir.
Dığ
Dığ və ya Tex (erm. Տեղ — Teğ) — Ermənistanın Gorus rayonunda və Sünik mərzının kənd. Kənd Qondarma Dağlıq Qarabağ Respublikası ilə Ermənistan Respublikasını birləşdirən "Həyat yolu" adlanan ərazidə yerləşir. Kənd Gorus şəhərindən 8 km şərqdə, Laçın şəhərindən 12 km cənub-qərbdə yerləşir. == Tarixi == Rayon mərkəzindən 21 km məsafədə yerləşir. Kəndin digər adı "Dığ" olmuşdur. Toponim fars dilində "kənd, qışlaq" mənasında işlənən dex (> tex) sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. == Əhalisi == Burada 1926-cı ildə 7 nəfər azərbaycanlı yaşamışdır. 1926–1929-cu illərdə onlar kənddən sıxışdırılıb çıxarlımışdır.
Thik Quanq Dık
Thích Quanq Dık (釋廣德, 1897 – 11 iyun 1963, Hoşimin, Cənubi Vyetnam) — 11 iyun 1963-cü ildə Sayqonda yol kəsişməsində özünü yandıraraq ölən Vyetnam Mahayana Buddist rahib idi. Dık ABŞ-ın dəstəklədiyi Cənubi Vyetnam hökumətinin qatı roma katoliki olan Nqo Din Zyem tərəfindən buddistlərə edilən təqiblərə qarşı çıxırdı. Onun özünü yandırması ilə bağlı fotoşəkillər bütün dünyada yayılaraq Diem hökumətinin siyasətinə diqqət çəkdi. Con Kennedi bir fotoşəkil haqqında dedi: "Tarixdə heç bir şəkli dünyada bu qədər emosiya yaratmamışdır." Malkolm Braun rahibin ölümünü əks etdirən fotoya görə "İlin Dünya Mətbuat Fotosu" mükafatını qazanıb. Quanq Dıkın bu hərəkəti Din üzərində beynəlxalq təzyiqi artırdı və onu Buddistləri sakitləşdirmək niyyəti ilə islahatlar elan etməyə vadar etdi. Lakin vəd edilən islahatlar həyata keçirilmədi və bu, mübahisənin pisləşməsinə səbəb oldu. Etirazlar davam edərkən, Dının qardaşı Niqo Dinh Nhuya sadiq Xüsusi Təyinatlı Qüvvələri Cənubi Vyetnamda Buddist paqodalarına basqınlar edilmiş və bunun nəticəsi kimi yeni ölümlərə və dağıntılar baş vermişdir. Buna cavab olaraq, bir neçə Buddist rahib Quanq Dıkdan nümunə götürərək özlərini də yandırdılar. Nəhayət, ABŞ-ın dəstəklədiyi hərbi çevriliş nəticəsində 2 noyabr 1963-cü il tarixində prezident Diem qiyamçılar tərəfindən öldürülmüşdü == Bioqrafiya == Quanq Dıkın həyatı haqqında məlumatlar Buddist təşkilatları tərəfindən yayılan məlumatlardan əldə edilir. O, mərkəzi Vyetnamın Khan Noa əyalətinin Vạn Ninh rayonundakı Hoi Khanh kəndində anadan olub.
Dırmaşma mayakı
Gəzinti mayakı (参観灯台, sankan today) və ya bəzən dırmaşma mayakı (のぼれる灯台, noboreru today) – Yaponiyada ictimaiyyətə açıq olan və içərisində gəzinti icazəsi verilən mayaklar. Hazırda Yaponiyada 16 belə mayak var. == Haqqında == Gəzinti mayakları sistemi Yaponiya Sahil Mühafizə Təşkilatının təşəbbüsü ilə yaradılmışdır və "Tokokay" təşkilatı tərəfindən idarə olunur. Mayakları ziyarət etmək üçün ziyarətçidən 300 yen tələb olunur. Gəzinti mayakları ictimaiyyətə açıqdır: mayakın yuxarısına dırmaşmaq və içərisində gəzişmək sərbəstdir. Lakin pis hava şəraitində mayaklara giriş məhdudlaşdırıla bilər. Bəzi gəzinti mayaklarında mayakın tarixindən və xüsusiyyətlərindən bəhs edən sərgi otağı olur. Gəzinti mayakı statusunda olan mayaklardan əlavə bəzi mayaklar Mayak Memorial Günü (1 noyabr) və Dəniz Günü münasibətilə ictimaiyyətə açıq olur. == Tarixi == Yaponiyada müasir dəniz mayaklarının tikintisinə Meyci dövründə başlanmışdır. Həmin dövrdə mayaklara daxil olmaq üçün xüsusi icazə almaq lazım idi.
Dırnaq (dəqiqləşdirmə)
Dırnaq — barmaqların ucunun üst tərəfində sümük kimi maddədən ibarət örtü.
Dırnaq tutan
Dırnaqtutan — əl və ayaq dırnaqlarını düzəltmək üçün istifadə edilən alət. Dırnaqtutanlar adətən paslanmayan poladdan, həmçinin plastik və alüminiumdan hazırlanır.
Dırnaq batması
Onixokriptoza və ya dırnaq batması — dırnaq batması ilə müşahidə olunan xəstəlikdir Dırnaq batması gündəlik həyatda tez-tez rast gəlinən və dözülməz ağrılarla müşahidə olunan xəstəlikdir. Xəstəliyə daha çox ayaq, xüsusilə də baş barmaq dırnağında rast gəlinir: dırnağın kənarları dırnaq yatağının içərisinə doğru inkişaf edir, ətrafdakı yumşaq toxumalarda iltihabi prosesə səbəb olur. Onixokriptoz irsi, düzgün seçilməyən ayaqqabı, göbələk infeksiyası, ayaqların çox tərləməsi, travma, dırnağın düzgün kəsilməməsi səbəbindən yarana bilər. Dırnaq batması özünü birdən-birə büruzə vermir. İlk vaxtlar həmin nahiyədə həssaslıq və yüngül qızartı müşahidə olunur, xüsusilə dar ayaqqabı geyinəndə və uzun müddət ayaq üstə duranda ağrılar müşahidə edilir. Proses dərinləşdikcə ətraf toxumalar iltihablaşır. Barmaq uclarında, xüsusilə dırnaq ətrafında sinir ucluqları olduqca çoxdur. Yaranan iltihabi proses zamanı zədələnən sinirlər xəstədə dözülməz ağrılara səbəb olur. Ətraf toxumalar qızarır, ödemləşir, dırnağın altından irin xaric olur. Dırnağı batan barmaq ümumilikdə göyümtül-qırmızı rəng alır, şişkinləşir, ölçüləri böyüyür.
Diana Dımçenko
Diana Dımçenko (8 sentyabr 1989) — Ukraynanı və Azərbaycanı təmsil edən idmançı. == Karyerası == Diana Dımçenko 2018-ci ildə Qlazqo şəhərində (Şotlandiya) baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. 2022-ci ilin mayından Azərbaycanı təmsil edən Diana Dımçenko həmin il San-Sebastyan şəhərində (İspaniya) baş tutan sahil avarçəkməsi üzrə Avropa Çempionatının qalibi oldu, Uelsdə baş tutan sahil avarçəkməsi üzrə Dünya Çempionatını isə gümüş medalla başa vurdu. 2023-cü ildə Diana Dımçenko Fransada baş tutan Avropa Çempionatında növbəti dəfə qızıl medalın sahibi oldu, İtaliyada isə Dünya Çempionatını növbəti dəfə gümüş medalla başa vurdu. Diana Dımçenko 2024-cü ilin aprelində Macarıstanın Seqed şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən lisenziyaya sahib oldu.

"dı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dı nədir? #dı sözünün mənası #dı nə deməkdir? #dı sözünün izahı #dı sözünün yazılışı #dı necə yazılır? #dı sözünün düzgün yazılışı #dı leksik mənası #dı sözünün sinonimi #dı sözünün yaxın mənalı sözlər #dı sözünün əks mənası #dı sözünün etimologiyası #dı sözünün orfoqrafiyası #dı rusca #dı inglisça #dı fransızca #dı sözünün istifadəsi #sözlük