Fey sözü azərbaycan dilində

Fey

Yazılış

  • Fey • 79.7297%
  • fey • 10.8108%
  • FEY • 4.0541%
  • FeY • 2.7027%
  • feY • 2.7027%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fey Vebster
Fey Vebster (ing. Faye Webster; 25 iyun 1997) — ABŞ-nin Atlanta şəhərindən olan müğənni-mahnı yazarı. Onun mahnıları indi-pop və kantri elementlərini özündə birləşdirir. 30 oktyabr 2013-cü ildə 16 yaşında ikən "Run and Tell" adlı debüt studiya albomunu yayımlayıb. Musiqi üzrə təhsil almaq üçün Neşvilldəki Belmont Universitetinə daxil olmuş, lakin oranı başa vurmadan doğma şəhəri Atlantaya geri qayıtmışdır. "Vaxt və pulunu boşa xərcələmək istəmədiyini" deyir. O, valideynləri ilə şərtləşmişdi ki, bir il evdə qalacaq və bu müddət ərzində musiqi karyerasında uğur qazanmasa, yenidən universitetə dönəcək. 2017-ci ildə universitetdən ayrıldıqdan sonra Awful Records ilə saziş bağlayıb. == Həyatı == Corciya ştatının Atlanta şəhərində doğulub. Ailə üzvləri özü kimi musiqiçidir.
Edvard Albert Feygenbaum
Edvard Albert Feygenbaum (ing. Edward Albert Feigenbaum; 20 yanvar 1936) — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış amerikalı alim. Edvard Albert Feygenbaum 20 yanvar 1936-cı ildə anadan olmuşdur. 1994-cü ildə o, Rac Reddi (Raj Reddy) ilə birgə süni intellekt sahəsində, xüsusilə ekspert sistemləri ilə bağlı apardığı tədqiqatlarda əldə etdiyi nailiyyətlərə görə, Türinq mükafatına layiq görülmüşdür. Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Elis Feyi
Alice Faye (5 may 1915[…], Nyu-York, Nyu-York ştatı – 9 may 1998[…], Ranço-Miraj[d], Kaliforniya) Amerikalı məşhur müğənni və aktrisadır. İlk filmləri 20th Century Fox şirkəti tərəfindən hazırlanmış, daha sonra digər film istehsalçısı olan şirkətlərinin filmlərində görünmüşdür. 1943-cü ildə ifa etdiyi "You'll Never Know" ("Heç vaxt bilməyəcəksiniz") mahnısı ona Akademiya mükafatı gətirdi. Dövrün uşaq aktyoru Şirli Templ ilə baş rolda oynadığı 1936-cı il istehsalı olan "Poor Little Rich Girl" ("Yoxsul Kiçik Zəngin Qız") filmi ilə məşhurluq qazanmış Alice Faye 5 may 1915-ci ildə New York şəhərində anadan olub və 9 may 1998-ci ildə Kaliforniyada 83 yaşında mədə xərçəngindən vəfat etmişdir.
Feyruz əd-Deyləmi
Feyruz əd-Deyləmi (v. 673, Yəmən, ərəb. فیروز دیلمی‎) — İslam peyğəmbəri Məhəmmədin və saleh xəlifələr Əbu Bəkr (632-634) və Osmanın (644-656) xidmətində olan fars sərkərdəsi. Yəmənin ərəblər tərəfindən fəthində iştirak etmişdir. Tam adı Əbu əd-Dəhhak (Əbu Abdullah, Əbu Əbdürrəhman) Fayruz (Firuz) əd-Deyləmi əl-Ximyari olmuşdur. O, I Xosrov tərəfindən Yəmənə onu fəth etmək və həbəşləri qovmaq üçün göndərilmiş farsların nəslindən idi. 631-ci ildə Yəməndən Mədinəyə gələn heyətin üzvü idi. İslamı qəbul etdikdən sonra iki arvadından birini bacı olduqları üçün boşayır. Əl-Əsvəd əl-Ənsi Yəməndə özünü peyğəmbər elan edərək, Nəcranı və Yəmənin böyük hissəsini işğal edir. Əl-Əsvəd Sənaya hücum etdikdən sonra Məhəmməd peyğəmbər Feyruzu onun üzərinə üzərinə göndərir.
Feysabad
Feyzabad — Əfqanıstanda şəhər.Feyzabad şəhəri 7 kvadrat kilometr əraziyə malikdir və cəmi 44.421 nəfər əhaliyə malikdir və dəniz səviyyəsindən 1.254 metr yüksəklikdədir.
Feysbuk
Facebook (azərb. Feysbuk‎, IPA: [ˈfeɪsˌbʊk ]) — əsası 2004-cü ildə Mark Zukerberq və onun otaq yoldaşları Eduardo Saverin, Dastin Moskovits və Kris Hyuz tərəfindən qoyulmuş, dünyada ən böyük sosial şəbəkə. İlk adı The Facebook idi. Meta Platforms şirkətinə məxsusdur. 2003-cü ilin sonlarında Mark Zukerberq tərəfindən yaradılan Facebook-un ilkin məqsədi Amerikanın müxtəlif universitetlərində, xüsusən də Kolumbiya Universitetində tələbələr arasında əlaqəni gücləndirmək idi. Universitetlərə yayılmağa başlayandan sonra maliyyə və media kimi mövzulara diqqət yetirərək Facebook-u gücləndirmək hədəflənib. 2004-cü ilin aprelində Zukerberq Dustin Moskovitz və Eduardo Saverin ilə birlikdə Facebook-a TheFacebookLLC adı altında qurulan şirkətlə korporativ şəxsiyyət verdi. 2004-cü ilin iyununda Peter Thiel tərəfindən Facebook-a 500.000 dollar sərmayə qoyulub. Bunun ardınca 2005-ci ilin may ayında Accel Partners tərəfindən 13 milyon dollarlıq investisiya qoyuldu və 2006-cı ilin sentyabr ayından etibarən sayt 13 yaşından yuxarı hər kəsi üzv kimi qəbul etməyə başladı, elektron poçtla təsdiqləmə şərti ilə Yeni Facebook şəbəkəsinin durmadan sürətli inkişafı və onun məşhurluğu Markı universiteti tərk etməyə sövq etdi. Bu gənc layihəyə ilk olaraq Piter Til investisiya qoydu, daha sonra ödəmə sistemi olan "PayPal"la əməkdaşlıq etməyə başladı.
Feysəl Rerras
Feysəl ibn Hüseyn əl-Haşimi
Feysəl ibn Hüseyn əl-Haşimi (ərəb. فيصل بن الحسين بن علي الهاشمي‎; tam adı: Feysəl ibn Hüseyn ibn Əli əl-Haşimi; 20 may 1885, 20 may 1883 və ya 20 may 1886, Taif, Məkkə bölgəsi[d] və ya Məkkə, Hicaz vilayəti – 8 sentyabr 1933, Bern) - 1920-1921-ci ildə Suriya Ərəb Krallığının, 1921-1933-cü illərdə İraqın 1-ci kralı. 1916-1924-cü illərdə hakimiyyətdə olmuş Hicaz kralı Hüseyn ibn Əlinin oğlu idi. Feysəl ibn Hüseyn, 1883-cü ildə Məkkə yaxınlığındakı Taif şəhərində anadan olmuşdu. I Dünya müharibəsi zamanı bəzi ərəb sülalə liderləri Osmanlılara qarşı çıxmağa başlamışdılar. İçində Suriya ərəblərinində olduğu bir çox sülalə Hüseyn ibn Əlini öz liderləri kimi görürdü. 1915-ci ildə Feysəl Osmanlılara qarşı mübarizədə ərəblərin onları hansı şərtlər daxilində dəstəkləyəcəyini öyrənmək üçün Şam şəhərinə getdi. 1916-cı ildən başlayan Ərəb hərəkatında Feysəlin önəmli rolu vardır. 1918-ci ilin sentyabrında Şam işğal edildi və Feysəl Suriya kralı elan edilir (1920). Ancaq, Feysəl Versal konfransına qatılmaq üçün 1919-cu ildə Parisə getdi.
Feysəl ibn Əbdüləziz Əl Səud
Feysəl ibn Əbdüləziz Əl Səud (ərəb. فيصل بن عبدالعزيز آل سعود‎; 14 aprel 1905, Ər-Riyad – 25 mart 1975[…], Ər-Riyad) — Səudiyyə Ərəbistanının kralı (1964–1975). 1964–1975-ci illər arasında Səudiyyə Ərəbistanı Krallığının başçısı olmuş Feysəl kral Əbdüləziz Əl Səudun üçüncü oğludur. Anası isə Şeyx Məhəmməd ibn Əbdülvəhhabın nəslindən olan Tərfə bint Abdullah ibn Əbdüllətif əl-Şeyx idi. 1906-cı ildə Ər-Riyad şəhərində anadan olmuş Feysəl anasının valideynlərinin evində tərbiyə almış, onlardan dövrün müxtəlif elmlərini öyrənmişdi. Anasının vəfatından sonra da bu ailədə yaşayan Feysələ atası kral Əbdüləziz erkən yaşlarından siyasətlə məşğul olmağı öyrətmişdir. Belə ki, o, 13 yaşlı Feysəli Birinci dünya müharibəsinin başa çatması ilə əlaqədar İngiltərə və Fransada keçirilən müxtəlif konfranslarda iştirak etmək üçün xaricə göndərir. Artıq 1939-cu ildə Feysəl, Fələstin problemi ilə əlaqədar keçirilən və "Dəyirmi masa" adı ilə məşhur olan "London" konfransında iştirak edən Səudiyyə nümayəndə heyətinin başçısı idi. Eləcə də o, 1945-ci ildə "San-Fransisko" konfransında BMT-nin təsis müqaviləsini imzalayan Səudiyyə nümayəndə heyətinə rəhbərlik edir. Ölkə müstəvisində isə Feysəl 1922-ci ildə Əsir bölgəsindəki gərgin vəziyyətin aradan qaldırıması üçün Səudiyyə ordusuna komandanlıq edir.
Feysəlabad
Feysəlabad urdu فیصل آباد, ing. Faisalabad, q.pənc. فیصل آباد) - Pakistanda şəhər. Feysəlabad 1895- ci ildə ingilislər tərəfindən salınıb.
Feyxoa
Feyxoa (lat. Feijoa) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinə aid bitki cinsi. Meyvə portuqal əsilli braziliyalı botanik Xuan da Silva Feyxonun port. João da Silva Feijó şərəfinə adlandırılmışdır. Feyxoa meyvəsinin əhəmiyyətli xüsusiyyətlərindən biri, onda suda həll olunan yod birləşmələrinin olmasıdır. Ən çox yod ehtiyatı olan bitkilərdəndir. Bir kiloqram təzə feyxoa meyvəsində 2-dən 10 mq-a qədər yod vardır. Ona görə də, orqanizmdə yod çatışmazlığı nəticəsində baş verən xəstəliklərdə xüsusilə faydalıdır. Aterosklerozda və qalxanvari vəzinin xəstəliyində feyxoa qəbul etməyin profilaktik və müalicəvi əhəmiyyəti vardır. Qərbi Paraqvay, Cənubi Braziliya və Argentinada təbii halda bitir.
Feyyo adası
Feyyo adası (dan. Femø) — Baltik dənizində, Danimarkaya məxsus olan ada. Lollann adasından şimalda yerləşir. Adanın sahəsi 16,00 km², əhalisi isə 574 nəfər təşkil edir (2009). Əhali Vesterbyu və Osterbyu kəndlərində yaşayır. İqlimi mülayim dəniz tipidir. Qışı qısa, yayı isə sərin keçir.
Feyzabad
Feyzabad (Rəzəvi Xorasan)
Feyzabad (Hindistan)
Feyzabad(hind. फ़ैज़ाबाद, urdu فیض آباد, ing. Faizabad) — Hindistanın Uttar Pradeş ştatında şəhər. Eyni adlı dairənin mərkəzi. Fayzabad (hind dilində:फ़ैज़ाबाद, urdu dilində:فیض آباد, ingilis dilində:Faizabad) — Hindistanın Uttar-Pradeş ştatının şimal-şərqində şəhər. Eyni adlı dairənin inzibati mərkəzi. Fayzabad şəhəri Laknaudan 128 km şərqdə, Allahabaddan 165 km şimalda, Varanasidən 200 km şimal-qərbdə, Qxaqxra şayının sahilində yerləşir. Dəniz səviyyəsindən 96 metr yüksəklikdə yerləşir.. Ən isti ayları - aprel ayından iyun ayınadək olan dövrdür (orta aylıq və maksimum temperatur 36 °C -dən 42 °C - yədəkdir. Ən soyuq ayları dekabr və yanvar aylarıdır (orta və minimum temperatur 6 °C -dən 7 °C - yədəkdir.
Feyzabad (Rəzəvi Xorasan)
Feyzabad — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Məhvilat şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,721 nəfər və 3,827 ailədən ibarət idi.
Feyzabad (Takab)
Feyzabad (fars. فيض اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 232 nəfər yaşayır (49 ailə).
Feyzabad (Çaypara)
Feyzabad (fars. فيض اباد‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 106 nəfər yaşayır (30 ailə).
Feyzabad (Əfqanıstan)
Feyzabad — Əfqanıstanda şəhər.Feyzabad şəhəri 7 kvadrat kilometr əraziyə malikdir və cəmi 44.421 nəfər əhaliyə malikdir və dəniz səviyyəsindən 1.254 metr yüksəklikdədir.
Feyzavər Turan
Feyzavər Turan (türk. Feyzaver Alpsar Turan; 31 dekabr 1919 – 25 aprel 2020, İstanbul) — Azərbaycan ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq, tanınmış mütəfəkkir və yazıçı-publisist Əli bəy Hüseynzadənin qızı, Türkiyədə nonfiqurativ rəsmin banisi, abstraksionizmin dünyada tanınan nümayəndəsi Səlim Turanın bacısı və sənət qalereyası sahibi. Feyzavər Alpsar Turan 31 dekabr 1919-cu ildə anadan olmuşdur. O, Türkiyə Respublikasında uzun müddət rəsmi vəzifələrdə çalışmış Əli Alpsarla ailə həyatı qurmuşdur. Üsküdardakı Qızlar İnistitutunu bitirdikdən sonra təhsilinə İstanbuldakı Memar Sinan adına Gözəl Sənətlər Universitetində davam etdirib. 25 aprel 2020-ci ildə vəfat etmişdir. Türkiyə Respublikasının İstanbul şəhərindəki Zəncirliquyu qəbiristanlığında dəfn edilib. Təhsilini bitirdikdən sonra İstanbulda məşhur olan Feyza Sənət Qalereyasını açmışdır. Feyzavər Alpsar Turan atasının irsinin qorunub saxlanılması üçün 2017-ci ildə Ə.Hüseynzadəyə məxsus 37 təsviri sənət əsərini, 48 fotoşəkli, 53 şəxsi əşyanı, 22 orden, medal və nişanları, eləcə də ipək üzərində çap olunmuş "Həyat" qəzetini Azərbaycan hökumətinə hədiyyə edib. Bu əsərlərin bir qismi Azərbaycana gətirilib və bərpa edilib.
Feyzi Ağüzüm
Feyzi bəy Əsədulla bəy oğlu İskəndərbəyov və ya Feyzi Ağüzüm (1922, Qars, Qars ili – 26 dekabr 1991, Ankara) — yazıçı, Azərbaycan Kültür Dərnəyinin rəhbəri (1973–1990) Feyzi Ağüzüm 1922-ci ildə Qarsda doğulmuşdur. İlk və orta təhsilini Qarsda başa vurduqdan sonra Ankara Universitetinin Ziraət fakültəsinə daxil olmuşdur. Təhsilini bitirdikdən sonra Türkiyə Kənd Təsərrüfatı Nazirliyində çalışmışdır. O, burada yüksək vəzifələrdə işləmişdir. 1949-cu ildən isə Azərbaycan Kültür Dərnəyinin işlərində böyük fəallıq göstərmişdir. Məhəmməd Əmin Rəsulzadə ilə yaxın təmasda olmuşdur. Sonralar Azərbaycan Milli Mərkəzinin üzvü və Azərbaycan Kültür Dərnəyinin başqanı olan Feyzi Ağüzüm "Azərbaycan" dərgisində çoxlu sayda dəyərli yazılar çap etdirmişdir. Feyzi Ağüzüm 1991-ci ildə 26 dekabrda Ankarada vəfat etmişdir Atası Əsədulla bəy İskəndərbəyov — Şörəyel Milli Şurasının sədri. Lətif, İsgəndər və Feyzi Ağüzümün atası. Ulu babaları XVIII əsrdə Şuşadan Qarsın Arpaçay ilçəsinə köçmüşdü.
Feyzi Hindi
Əbül-Feyz ibn Şeyx Mübarək əl-Məhdəvi (d.24 sentyabr 1547 - ö. 5 oktyabr 1595)— Hindistan şairi. Əbülfeyz 24 sentyabr 1547-ci ildə Aqrada (Əkbərabad) doğuldu. Ailəsi Ərəb əsilli olub, Yəməndən Sində, daha sonra da Hindistana köç edərək Racastandakı Nagora yerləşmişdi. 1505-ci ildə burada dünyaya gələn atası Şeyx Mübarək ibn Xızır gəncliyində Qucarata gedib Əbül-Fazl-ı Kazəruni və Mövlanə İmad-i Lari kimi tanınmış alimlər yanında təhsil gördü. 1543-cü ildə getdiyi Aqrada evləndi. Feyzi təhsilini atasının yanında aldı. İmamiyyə şiəsinə mənsub olan ata ilə oğul mülhidliklə ittiham edilərək öldürülmələrinə qərar verildi. Ölümdən ancaq gizlənərək qurtula bilən Feyzi və Şeyx Mübarək, Əkbər şahın süd qardaşı Mirzə Əziz vasitəsiylə Əkbərlə tanış olma imkanını tapdılar (1566). Əkbər tərəfindən çox yaxşı qarşılanan Feyzi yazdığı bir qəsidə ilə hökmdarın könlünü fəth etdi və saraya alındı.
Feyziyev Sadiq Tahir oğlu
Feyziyev Sadiq Tahir oğlu (1 sentyabr 1993; Zevin, Yardımlı rayonu – 29 sentyabr 2020; Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Feyziyev Sadiq Tahir oğlu 01 sentyabr 1993-cü il Yardımlı rayonu Zevin kəndində doğulmuşdur. Şəhid Feyziyev Sadiq 2013-cü ildə hərbi xidmətə gizir(feldşer) kimi başlamışdır.Xidmət etdiyi müddətdə “Azərbaycan Ordusunun 100 illiyi(1918-2018)” Azərbaycan Respublikasının yubileyi medalı təltif olunmuşdur.Vətən Müharibəsində iştirak etmişdir və 29 sentyabrda Ağdərə istiqamətində həlak olmuşdur.18 noyabrda Yardımlı rayon Zevin kəndində dəfn olunmuşdur.Ölümündən sonra “Vətən Uğrunda” medalı ilə təltif olunmuşdur. Azərbaycan Ordusunun giziri olan Feyziyev Sadiq Tahir oğlu 29 sentyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə döyüşlərində vuruşaraq həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Feyziyev Sadiq Tahir oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Feyzulla (Baymak)
Feyzulla (başq. Фәйзулла, rus. Файзуллино) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Tatlıbay kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Baymak): 14 km, kənd sovetliyindən (Tatlıbay): 24 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 17 km.
Helen Feyn
Helen Feyn (ing. Helen Fein; 1934[…] – 14 may 2022) — soyqırım, insan hüquqları, kollektiv zorakılıq və digər məsələlər üzrə ixtisaslaşmış ABŞ tarixi sosioloqu və professoru. O, dörd kitab və monoqrafiyanın müəllifi və redaktoru, Harvard Universitetində Beynəlxalq Təhlükəsizlik Proqramının keçmiş əməkdaşı, Beynəlxalq Soyqırım Alimləri Assosiasiyasının təsisçisi və ilk prezidentidir. O, Nyu-York Universitetinin Soyqırımı Araşdırmaları İnstitutunun icraçı direktorudur. Genocide Watch, 1992.
Həsən Feyziyev
Həsən Feyziyev (10 sentyabr 1936, Tahirli, Astraxanbazar rayonu) — Tanınmış alim, Azərbaycan Respublikasının əməkdar müəllimi, texnika elmləri doktoru, professor, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü. Həsən Qulu oğlu Feyziyev 1936-cı il sentyabrın 10-da Azərbaycan Respublikasının Cəlilabad rayonunun Tahirli kəndində anadan olmuşdur. 1953-cü ildə Bakı Energetika Texnikumuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci) daxil olmuş, 1957-ci ildə oranı “İstilik Energetikası” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Energetika fakültəsində təhsilini davam etdirərərk, 1962-ci ildə “Elektrik stansiyalarının istilik energetik qurğuları” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. Həmən ildən AzNKİ-nin “Buxar və qaz turbinləri və istilik elektrik stansiyaları” kafedrasında assistent, 1967-ci ildən baş müəllim, 1970-ci ildən isə dosent vəzifələrində çalışmışdır. Həsən müəllim 1978-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) ”İstilik qaz təchizatı və ventilyasiya” kafedrasına müdir seçilmiş, 1981-ci ildən 2012-ci ilədək isə “İstilik təchizatı və istilik texnikası” kafedrasının müdiri vəzifəsində işləmişdir. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində elmi məsləhətçidir. Həsən müəllim Türkiyə, Kipr və İsrail dövlətlərinə elmi konfrans və müşavirələrə dəvət olunmuş və elmi məruzələrlə çıxış etmişdir. Professor Feyziyev bir neçə ixtisaslaşdırılmış Elmi Şuranın, AAK-nın Ekspert Şurasının üzvi və bir neçə birdəfəlik İxtisaslaşdırılmış Elmi Şuranın sədri olmuşdur. Professor Həsən Feyziyev suyun emal texnologiyası sahəsində geniş və dərin tədqiqatlar aparan, onu yeniliklərlə zənginləşdirən, elmi məktəb yaradan tanınmış alimdir. O insanlar xoşbəxtdilər ki, təkçə özləri üçün yaşamırlar.
II Feysal (İraq kralı)
II Feysəl (ərəb. الملك فيصل الثاني‎ əl-Məlik Feysəl əs-Sani; tam adı: Feysəl bin Qazi bin Feysəl bin Hüseyn bin Əli; 2 may 1935[…], Bağdad – 14 iyul 1958[…], Bağdad) — İraq krallığının sonuncu kralı. II Feysəl uzun adı ilə Feysəl bin Qazi bin Feysəl bin Hüseyn bin Əli 2 may 1935-ci ildə Bağdadda, İraq krallığında anadan olub. Atası I Qazi 2-ci arvadının oğlunun adını Mustafa qoymaq istəsə də, sonra fikrini dəyişib öz atasının, Feysəlın adını qoydu. Sünni kral ailəsində doğulan Feysəl atası ilə çox vaxt keçirməyi sevərdi. Hər zaman texnikaya həvəsi olan oğul böyüyüb mühəndis olmaq istəsə də, sonralar atasının vəfat etməsi(4 may 1939) ilə 4 yaşında kral (regent) olur. Daha sonra suriya qadınla evlənib. Daha sonra Pakistanlı, əfqan və ərəb hətta fars əsilli qadınlarla evlənib:Pakistanlı əfqan və ərəb qadınlarından 4 uşağı olub: 2 -si qız, 2-si oğlan. Fars əsilli arvadı sonralar vəfat edib. II Feysəl 14 iyul 1958-ci ildə Bağdadda, İraq Respublikasında vəfat edib.

fey sözünün leksik mənası və izahı

"fey" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#fey nədir? #fey sözünün mənası #fey nə deməkdir? #fey sözünün izahı #fey sözünün yazılışı #fey necə yazılır? #fey sözünün düzgün yazılışı #fey leksik mənası #fey sözünün sinonimi #fey sözünün yaxın mənalı sözlər #fey sözünün əks mənası #fey sözünün etimologiyası #fey sözünün orfoqrafiyası #fey rusca #fey inglisça #fey fransızca #fey sözünün istifadəsi #sözlük