fət sözü azərbaycan dilində

fət

Yazılış

  • fət • 66.6667%
  • FƏT • 20.0000%
  • Fət • 13.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hacı Fətulla xan Səidüssəltənə
Hacı Fətulla xan Hacı Mirzə Məhəmmədrəfi oğlu Diba-Təbatəbai (1871–1926) — ədib, İran hərbçisi. == Həyatı == Hacı Fətulla xan Hacı Mirzə Məhəmmədrəfi oğlu Təbatəbai-Diba 1871-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Atası Hacı Mirzə Məhəmmədrəfi Nazimülüləma şəhərin böyük mərtəbəli din xadimlərindən idi. Oğlu Fətullaya əvvəlcə ev, sonra mədrəsə təhsili vermişdi. Hacı Fətulla xan bütün elmlərə bələd olduqdan sonra hərbi işlərlə ilgilənmişdi. Səidüssəltənə ləqəbini daşıyırdı. Hacı Fətulla xan Müzəffərəddin şah zamanı (1896-1907) Marağanın Müqəddəs Topçu alayının rəisi olmuşdu. Həmin dövrdə Tehranın idarəsi ona tapşırılmışdı. Sonra Tehran şəhər polis idarəsinin rəisi təyin edilmişdi. O, 1901-1902-ci illərdə Kirman əyalətinin hakimi, əmisi və qaynatası olan Mirzə Mahmud xan Əlaülmülkün müavini vəzifəsində çalışmışdı.
Hafiz Fətullayev
Hafiz Nürəddin oğlu Fətullayev (24 fevral 1944, Bakı – 20 yanvar 2015, Bakı) — Azərbaycan kinorejissoru, ssenatist, aktyor. == Həyatı == Hafiz Fətullayev 24 fevral 1944-cü ildə Bakıda anadan olub. Məşhur Fətullayevlər nəslinin davamçısıdır. Aktyor Fateh Fətullayev və rəssam Nüsrət Fətullayevin qardaşı oğlu, bəstəkar Nurəddin Fətullayevin oğludur. M. A. Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirdikdən (1970) sonra, Azərbaycan Dövlət Dram Teatrında işləyib. 1977–1990-cı illərdə Azərbaycan Dövlət Televiziyasında işləyib. Lider TV-də çalışıb. 1991-ci ildən "Rimur" müstəqil kinokompaniyasının rəhbəri idi. "Qırmızı qatar" və "Müqəddəs odda yanaram" filmlərinin rejissoru olub. Hafiz Fətullayev uzun sürən xəstəlikdən sonra 70 yaşında Bakıda vəfat etmişdir.
Hasil Fətəliyev
Fətəliyev Hasil Kamaləddin oğlu — Azərbaycan şərabçılığı tarixində ilk doktor və professor. == Həyatı == Fətəliyev Hasil Kamaləddin oğlu 1959-cu ildə Azərbaycan Respublikasının Zərdab rayonunda müəllim ailəsində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti — ADAU) "Meyvə-tərəvəzçilik və üzümçülük" fakültəsinin "üzümçülük və üzümün ilkin emalı" ixtisaslaşmasını fərqlənmə diplomu ilə (Lenin təqaüdü ilə) bitirmiş və SSRİ Kənd Təsərrüfatı Nazirliyinin göndərişinə əsasən həmin institutda assistent vəzifəsinə təyin edilmişdir. Moskva Yeyinti Sənayesinin Texnologiyası İnstitutunun "Şərabçılığın texnologiyası" kafedrasında birillik elmi stajkeçməyə göndərilmiş və sonra aspiranturada təhsil almışdır. 1987-ci ildə həmin İnstitutda dissertasiya işini müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 1991-ci ildən dosentdir. 2005-ci ildə doktorluq dissertasiya işini müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsi, sonra isə professor elmi adı almışdır. Professor H. K. Fətəliyev 192 elmi əsərin, o cümlədən, 15 müəlliflik şəhadətnaməsi və patentin, 5 dərslik, 5 dərs vəsaiti, 1 monoqrafiya, 3 tövsiyə və bir neçə elmi populyar vəsaitin, 150-dən çox elmi məqalə və metodik göstərişlərin müəllifidir. 30 elmi əsəri xarici ölkələrin sahəyə dair ən aparıcı jurnallarında nəşr olunmuş, elmi tədqiqat işlərinin nəticələrinə dair Türkiyə, Rusiya, Belarus, Ukrayna, Moldova, Gürcüstan, Fransa, Almaniya və digər ölkələrdə keçirilən konfrans və simpoziumlarda məruzələr edilmişdir. Professor H. K. Fətəliyevin elmi rəhbərliyi və məsləhətçiliyi ilə 5 nəfər texnika üzrə fəlsəfə doktoru və 1 nəfər elmlər doktoru hazırlanmışdır.
Həbib Fətəliyev
Həbib Sadıq oğlu Fətəliyev (7 aprel 1942, Göyçay – 20 aprel 1999, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR yerli sənaye naziri (1987–1989), Azərbaycan Kommunist Partiyası Nizami Rayon Komitəsinin birinci katibi (1980–1987), Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı. == Həyatı == Həbib Sadıq oğlu Fətəliyev 7 aprel 1942-ci ildə Göyçay şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur. Sonralar isə Bakı Ali Partiya Məktəbini bitirmişdir. 1957-ci ildən xəstəxanada sanitar, "Azərneftdövlətlayihə" İnstitutunda çertyojçu, texnik, bir sıra müəssisələrdə mühəndis-konstruktor, böyük mühəndis işləmişdir. 1965-ci ildən Yusif Qasımov adına maşınqayırma zavodunda sexin mühəndis-texnoloqu, böyük mühəndis texnoloqu, zavodun baş konstruktoru, "Bolşevik" zavodu direktorunun müavini və direktoru, eləcə də Y. Qasımov adına zavodun direktoru işləmişdir. 1975–1977-ci illərdə Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin sənaye və nəqliyyat şöbəsi rəisinin müavini, 1977–1980-ci illərdə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini vəzifələrində işləmiş, 1980-ci ildə isə Azərbaycan Kommunist Partiyası Nizami Rayon Komitəsinin birinci katibi təyin edilmişdir. Həbib Fətəliyev 1987–1989-cu illərdə Azərbaycan SSR yerli sənaye naziri, 1989–1991-ci illərdə Azərbaycan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı, 1991–1999-cu illərdə isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifələrində çalışmışdır. Həbib Fətəliyev 1963-cü ildən Sov.İKP üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı seçilmişdir.
Həsən bəy Fətəlibəyov
Həsən bəy Həsən bəy oğlu Fətəlibəyov — Rusiya çar ordusunun və Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun hərbi xadimi. == Həyatı == Həsən bəy Fətəlibəyov 18 dekabr 1886-cı ildə Şuşa qəzasının Ətyeməzli obasında zadəgan ailəsində anadan olub. Zaqafqaziya (Qori) Seminariyasının Tatar-Azərbaycan şöbəsini 5 mart 1916-cı ildə, 271 saylı şəhadətnamə ilə bitirib. Şəxsi işində ailə tərkibi də qeydə alınmışdır: 12 aprel 1896-cı ildə anadan olan arvadı Ədilə xanım, 4 dekabr 1913-cü ildə anadan olan qızı Leyla xanım, 2 mart 1915-ci ildə anadan olan oğlu Ənvər bəy. == Hərbi xidmət == 29 oktyabr 1917-ci ildə Tatar-Azərbaycan süvari alayının ehtiyat bölməsinə könüllü qəbul olunub. 23 noyabr və 5 dekabr Müsəlman Korpusuna əsgər yığmaq üçün Borçalı qəzasına ezam olunub. 4 yanvar 1918-cu ildə uryadnik rütbəsi verilib və general-leytenant Əli ağa Şıxlinskinin əmrilə oboz (hərbi araba karvanı) komandiri təyin edilib. 1-ci Tatar-Azərbaycan süvari alayının kollec registratoru olub, qoşunu ərzaqla təchiz edib və onu mənzillərə yerləşdirib. Dövlət müşaviri, birinci dərəcəli könüllü əsgər olub. 4 yanvar 1919-cu ildə ailə vəziyyətinə görə hərbi xidmətdən tərxis olunub.
Konstantinopolun fəthi
Konstantinopolun süqutu, Konstantinopolun fəthi (türk. İstanbul'un fethi), qərbi mənbələrdə Konstantinopolun çökməsi adlandırılır (yun. Άλωση της Κωνσταντινούπολης) — 6 aprel-29 may 1453-cü ildə baş verən mühasirənin nəticəsində Osmanlı hökmdarı II Mehmedin komandanlığındakı birliklərin Bizans İmperiyasının paytaxtı olan Konstantinopolu ələ keçirməsi. Konstantinopol əvvəllər də dəfələrlə mühasirəyə alınmışdı. VII-VIII əsrlərdə Əməvilər və Abbasilər tərəfindən şəhər mühasirəyə alındı, lakin bu mühasirələr uğursuz oldu. Osmanlılar da şəhəri daha əvvəllər mühasirəyə almışdı. Osmanlılar Mateos Kantakuzinosu Bizans İmperiyasının taxtına keçirmələrinə qarşılıq olaraq Çimpə qalasını almışdılar və Rumelidə ilk dəfə torpaq ələ keçirmişdilər. Rumeliyə keçdikdən sonra sərhədlərini genişləndirən Osmanlı ilk dəfə 1395-ci ildə I Bəyazidin komandanlığı altında Konstantinopolu mühasirəyə aldı. Bəzi mənbələrdə 1391-ci ildə baş verən fərqli bir mühasirədən də bəhs edilir. I Bəyazidin mühasirəsində mancanaqlardan istifadə edilmişdi.
Korsikanın fəthi (1553)
Korsikanın fəthi (türk. Korsika'nın Fethi) — 1553-cü ildə fransız və Osmanlı qüvvələrinə dəstək olan korsikalıların Genuya respublikasının tərkibində olan Korsika adasının bir hissəsini, Osmanlı qüvvələri adadan ayrıldıqdan sonra isə bütün adanın fransızların əlinə keçməsi ilə nəticələnən hadisə. == Arxa planı == 1551-ci ildə Müqəddəs Roma İmperatoru V Karl və Fransanın Kralı II Henrinin mübarizəsi iki dövlət arasında müharibəyə gətirib çıxardı. Atası I Fransiskin Osmanlı Sultanı Süleyman Qanuni ilə ittifaıqna əsasən Aralıq dənizindəki Müqəddəs Roma Cermen İmperiyasının fəaliyyətlərinə qarşı Osmanlı İmperiyasından yardım istədi. 1553-cü il 1 fevral tarixində iki ölkə arasında dənizdəki fəaliyyətlərlə bağlı yeni bir müqavilə imzalandı. Bir il əvvəl 1552-ci il avqustun 5-də Fransanın Osmanlıdakı elçisi Qabriel de Luetzin də müşayiət etdiyi Osmanlı donanması Andrea Dorianın rəhbərlik etdiyi Ceneviz donanması arasında Preveze dəniz döyüşü həyata keçimişdir və bu döyüşdə Osmanlı qüvvələri qalib gəlmişdir. == Fəthi == 1553-cü ilin yazında Memar Sinan və Turqut Rəisin tabesində olan Osmanlı donanması Antoan Eskalin dez Amarın komandirliyi altında olan fransız donanması ilə birlikdə Napoli, Siciliya və Korsika sahillərinə hücum etdi. Parmadakı Marşal Paul de Termesin başçılıq etdiyi fransız ordusu və Sampiro Korsonun əmrində olan korsikalı miqrantların dəstəyi ilə Fransa kralının göstərişi olmadan Korsika adasına doğru yola düşən müttəfiqlər 24 avqust 1553-cü ildə Bastiya limanını ələ keçirdilər. Yazın sonuna doğru fransızlar tam olaraq adanı işğal etdilər. Fəthdən sonra fransız qüvvələrinin əksəriyyəti adanı tərk edərək Marsellə getdi; təxminən 5000 fransız əsgəri adanı tərk etmişdi.
Maskatın fəthi
Maskatın fəthi — Admiral Piri Rəisin komandanlığı altında Osmanlı ordusunun və donnanmasının hərbi əməliyyatı. Ədənin alınması ilə yanaşı, Osmanlı-Portuqaliya müharibəsi (1538-1557) müharibəsi zamanı əsas hadisələrdən biri. Piri rəisin komandanlığı altında olan bu qələbə Portuqaliyanın Hind okeanın şimal-qərb sahilində möhkəmlənməsinin qarşısını aldı. == Tarixi == XV əsrin sonlarındakı böyük coğrafi kəşflər, Portuqaliya zadəganlarının və ticarət elitassının güclü fəaliyyəti nəticəsi Portuqaliya dəniz imperiyasının yaradılmasına səbəb oldu. İnfant Gəmiçi Henri tez-tez Portuqaliya imperiyasının qurucusu olaraq adlandırılır. Onun himayəsi altında Portuqaliyalı dənizçilər, Afrika ətrafında dəniz yolu ilə Hindistana çatmaq istəyən yeni torpaqlar kəşf etməyə başladılar. 1497–1499-cu illərdə, Afrika sahilini dolanan Vasko da Qama komandanlığında dörd gəmidən ibarət bir donnanma Hindistan sahillərinə çatdı. Portuqallar onun sahilində bir neçə ticarət məntəqəsi qurdular. Hind okeanında portuqallar Misir Məmlüklərinin maraqları ilə toqquşdular. Bu da Portuqaliya-Misir müharibəsinə gətirib çıxardı.
Mir Fəttah Marağayi
Mir Fəttah Marağayi (Marağa, Şərqi Azərbaycan ostanı – 1761, Marağa, Şərqi Azərbaycan ostanı) — XVIII əsr Azərbaycan şairi.
Mir Fəttah Musəvi
Mir Fəttah Mir Əli ağa oğlu Musəvi (1891, Şuşa – 5 sentyabr 1919, Bakı) — Azərbaycan bolşevik inqilabçısı, "Hümmət" təşkilatının fəal nümayəndəsi, Əks-inqilabla Mübarizə Təşkilatı rəisinin müavini. == Həyatı == Mir Fəttah Musəvi 1891-ci ildə Şuşada kəndli ailəsində anadan olmuşdur. 1906-cı ildə Ağdamda ibtidai məktəbi bitirərək Aşqabada əmisinin yanına getmiş və orada gimnaziyaya daxil olmuşdur. Burada gimnaziya təhsili almaqla yanaşı, siyasi fəaliyyətə qoşulmuş, müsəlman gənclərinin dərnəyini təşkil etmiş və "Aşqabad" qəzeti ilə əməkdaşlıq etmişdir. 1917-ci ilin yayında Mir Fəttah Musəvi Aşqabaddan Şuşaya qayıdaraq inqilabi fəaliyyətini davam etdirmiş, 1918-ci ilin ikinci yarısında isə Bakıya gələrək "Hümmət" təşkilatına daxil olmuşdur. Tez-tez Azərbaycan qəzalarına gedərək fəhlə yığıncaqlarında çıxış etmiş, insanları müsavatçılara və denikinçilərə qarşı mübarizəyə səsləmişdir. Mir Fəttah Musəvi 1919-cu il aprelin 25-də "Hümmət" təşkilatının konfrasında Mərkəzi Komitənin üzvü və rəyasət heyətinin katibi seçilmişdir. Həmin ilin iyun ayında isə Bakıda denikinçilərə qarşı keçirilmiş mitinqə başçılıq etmişdir. Mir Fəttah Musəvi Əks-inqilabla Mübarizə Təşkilatı rəisinin müavini olmuş, ölümündən sonra onu bu vəzifədə Mahmud bəy Səfikürdski əvəz etmişdir. === Ölümü === 1919-cu il sentyabrın 5-də Haşım Əliyev, Levan Qoqoberidze və Mir Fəttah Musəvi hazırkı Fəvvarələr meydanı ərazisində mövcud olmuş "Yeni işıq" (rus.
Mir Fəttah Təbatəbai
Mir Fəttah Hacı Mirzə Yusif ağa oğlu Təbatəbai (1794-1852) — İslam alimi, müctəhid. == Həyatı == Ağa Mir Fəttah Hacı Mirzə Yusif ağa oğlu 1794-cü ildə Təbriz şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Təhsilini Nəcəfdə davam etdirmişdi. Bir sıra molla-müctəhidlərdən dərs almışdı. İctihad dərəcəsinə yüksəlmişdi. Tanınmış bioqraf Mirzə Məhəmmədəli xan Tərbiyət onun haqqında yazır: “Bu Mirzə Yusif ağanın oğlu Mir Fəttah hicri qəməri 1209 (1794)-cü ildə anadan olmuşdur. O, hicri qəməri 1243 (1827)-cü ildə çar Rusiyasının qoşunları Azərbaycanı alıb, İran dövləti ilə müqavilə bağladıqdan sonra Tiflisə getmiş və hicri qəməri 1258 (1842)-ci ildə Təbrizə qayıdıb, hicri qəməri 1269 (1852)-cu ildə vəfat etmişdir. Təbrizdə bir sıra çeşmələr və bir hamam onun adınadır”.
Mir Məhəmməd Fətullayev
Mir Məhəmməd Fətullayev - "Lək-lək" jurnalının naşiri və redaktoru
Mirmahmud Fəttahov
Mirmahmud Mirəlioğlu (1 sentyabr 1956, Telavar, Yardımlı rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı; Klassik Xalq Cəbhəsi Partiyasının sədri. == Həyatı == Mirmahmud Mirəli oğlu Fəttayev 1956-cı ilin sentyabr ayının 1-də Yardımlı rayonunun Telavar kəndində anadan olub. 1964–1974-cü illərdə əvvəlcə Telavar, sonra isə Honuba kənd məktəbində orta təhsil alıb. 1974–1976-cı illərdə əsgəri xidmətdə olub. 1977-ci ildə Sumqayıt şəhərində "Üzvi sintez" istehsalat birliyində fəhlə kimi əmək fəaliyyətinə başlayıb. 1978–1984-cü illərdə istehsalatdan ayrılmadan Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. 1987-ci ilədək "Üzvü sintez" istehsalat birliyində işləyən Mirmahmud Ağa elə həmin ildən də pedaqoji fəaliyyətə başlayıb, 4 saylı axşam məktəbində müəllimlik edib. 1988-ci ildən 1992-ci ilədək Sumqayıtdakı Vaqif İbrahim adına 35 saylı orta məktəbdə tarix fənnindən dərs deyib. == İctimai-siyasi fəaliyyəti == 1990-cı ildə 116 saylı Corat seçki dairəsindən ilk dəfə Millət Vəkili seçilmiş Mirmahmud Mirəli oğlu 1995-ci ildə ikinci dəfə təkrarən deputat seçilib. Üçüncü dəfə 2000-ci ildə Əlibayramlı seçki dairəsindən deputat seçildikdən sonra, öz deputatlıq mandatından imtina edərək Milli Məclisi tərk edib.
Mirmahmud Fəttayev
Mirmahmud Mirəlioğlu (1 sentyabr 1956, Telavar, Yardımlı rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı; Klassik Xalq Cəbhəsi Partiyasının sədri. == Həyatı == Mirmahmud Mirəli oğlu Fəttayev 1956-cı ilin sentyabr ayının 1-də Yardımlı rayonunun Telavar kəndində anadan olub. 1964–1974-cü illərdə əvvəlcə Telavar, sonra isə Honuba kənd məktəbində orta təhsil alıb. 1974–1976-cı illərdə əsgəri xidmətdə olub. 1977-ci ildə Sumqayıt şəhərində "Üzvi sintez" istehsalat birliyində fəhlə kimi əmək fəaliyyətinə başlayıb. 1978–1984-cü illərdə istehsalatdan ayrılmadan Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. 1987-ci ilədək "Üzvü sintez" istehsalat birliyində işləyən Mirmahmud Ağa elə həmin ildən də pedaqoji fəaliyyətə başlayıb, 4 saylı axşam məktəbində müəllimlik edib. 1988-ci ildən 1992-ci ilədək Sumqayıtdakı Vaqif İbrahim adına 35 saylı orta məktəbdə tarix fənnindən dərs deyib. == İctimai-siyasi fəaliyyəti == 1990-cı ildə 116 saylı Corat seçki dairəsindən ilk dəfə Millət Vəkili seçilmiş Mirmahmud Mirəli oğlu 1995-ci ildə ikinci dəfə təkrarən deputat seçilib. Üçüncü dəfə 2000-ci ildə Əlibayramlı seçki dairəsindən deputat seçildikdən sonra, öz deputatlıq mandatından imtina edərək Milli Məclisi tərk edib.
Mirvari Fətəliyeva
Mirvari Fətəliyeva - Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi. == Həyatı və Təhsili == 1979-cu ildə Qubadlı rayonunun Xanlıq kəndində doğulub. 1993-cü ildə Qubadlı işğal olunduğuna görə doğma yurdundan didərgin düşüb. Bakı şəhərində müxtəlif məktəblərdə təhsil alır son olaraq isə Maştağada yerləşən 187 saylı orta məktəbi bitirir. Məhz həmin məktəbdə fransız dilini öyrənməyə başlayır. Sonradan isə Azərbaycan Xarici Dillər Universitetinin Fransız dili tərcüməçilik fakultəsinə daxil olub. 4 illik təhsilini başa vurduqdan sonra Paris 8 Universitetində Fransız dili filologiyası sonra isə Avropaşünaslıq və Beynəlxalq münasibətlər fakultələrində magistr təhsili alıb. == Fəaliyyəti == Təhsilini başa vurduqdan sonra bir neçə il Azərbaycan-Fransa Ticarət Palatasında çalışıb. Hazırda isə Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibidir. Eləcə də Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvüdür.
Mirzə Fərzalı bəy Fətəlibəyov
Mirzə Fətəli
Mirzə Fətəli Axundov (tam adı: Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundov; az.-əski. میرزا فتحعلی آخوندزاده‎) və ya Mirzə Fətəli Axundzadə (12 (24) iyul 1812, Şəki – 10 (22) mart 1878, Tiflis) — Azərbaycan dramaturqu, maarifçi, şair, materialist filosof və ictimai xadim; Azərbaycan dramaturgiyası və ədəbiyyatında ədəbi tənqidin banisi. Axundov həmçinin romantik və müasir İran millətçiliyinin sələflərindən biri idi. Qafqaz Arxeologiya Komissiyasının sədri (1864–1878). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mirzə Fətəli Axundzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Mirzə Fətəli Axundov 1812-ci ildə Nuxa şəhərində anadan olmuşdur. Atası Mirzə Məhəmmədtağı və anası Nanə xanım 1814-cü ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçmüşlər. O, 13 yaşınadək ailəsi ilə birlikdə Cənubi Azərbaycanın müxtəlif bölgələrində yaşamışdır. 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır. Fətəlinin ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır.
Mirzə Fətəli Axundov
Mirzə Fətəli Axundov (tam adı: Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundov; az.-əski. میرزا فتحعلی آخوندزاده‎) və ya Mirzə Fətəli Axundzadə (12 (24) iyul 1812, Şəki – 10 (22) mart 1878, Tiflis) — Azərbaycan dramaturqu, maarifçi, şair, materialist filosof və ictimai xadim; Azərbaycan dramaturgiyası və ədəbiyyatında ədəbi tənqidin banisi. Axundov həmçinin romantik və müasir İran millətçiliyinin sələflərindən biri idi. Qafqaz Arxeologiya Komissiyasının sədri (1864–1878). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mirzə Fətəli Axundzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Mirzə Fətəli Axundov 1812-ci ildə Nuxa şəhərində anadan olmuşdur. Atası Mirzə Məhəmmədtağı və anası Nanə xanım 1814-cü ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçmüşlər. O, 13 yaşınadək ailəsi ilə birlikdə Cənubi Azərbaycanın müxtəlif bölgələrində yaşamışdır. 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır. Fətəlinin ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır.
Mirzə Fətəli Axundov (1972)
== Məzmun == Tədris filmi XIX əsrdə yaşayıb yaratmış görkəmli Azərbaycan filosofu, dramaturqu, naşiri Mirzə Fətəli Axundovun həyat və yaradıcılığından bəhs edir. Kinolent Azərbaycan yazıçısının həyat və yaradıcılığı ilə bağlı yerlərdə — Bakıda, Şəkidə və Tbilisidə çəkilmişdir. == Film haqqında == Film Azərbaycan Maarif Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Mirzə Fətəli Axundov (1982)
== Məzmun == Film böyük Azərbaycan filosofu və dramaturqu Mirzə Fətəli Axundovun həyat və yaradıcılığından söhbət açır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Cahangir Mehdiyev Ssenari müəllifi: Toğrul Cuvarlı Operator: Hüseyn Mehdiyev Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 328.
Mirzə Fətəli Axundov (film, 1972)
== Məzmun == Tədris filmi XIX əsrdə yaşayıb yaratmış görkəmli Azərbaycan filosofu, dramaturqu, naşiri Mirzə Fətəli Axundovun həyat və yaradıcılığından bəhs edir. Kinolent Azərbaycan yazıçısının həyat və yaradıcılığı ilə bağlı yerlərdə — Bakıda, Şəkidə və Tbilisidə çəkilmişdir. == Film haqqında == Film Azərbaycan Maarif Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Mirzə Fətəli Axundov (film, 1982)
== Məzmun == Film böyük Azərbaycan filosofu və dramaturqu Mirzə Fətəli Axundovun həyat və yaradıcılığından söhbət açır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Cahangir Mehdiyev Ssenari müəllifi: Toğrul Cuvarlı Operator: Hüseyn Mehdiyev Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 328.
Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası
Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası — Azərbaycanda kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə Azərbaycan haqqında nəşr olunmuş çap məhsullarını və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə çap olunmuş məlumat daşıyıcılarını toplayıb mühafizə edən kitabxana və dövlət kitabsaxlayıcısıdır. Azərbaycanın ən böyük kitabxanası olaraq Qafqazda və Avropada ən böyük milli kitabxanalardan biridir. Kitabxananın ümumi fondunda mühafizə olunan sənədlərin sayı təqribən 5 milyon nüsxəyə yaxındır. 1923–2007-ci illər ərzində Azərbaycan Milli Kitabxanasının dövri mətbuat fondunda cəmi 1000 adda Azərbaycan dilində qəzet (bunlardan 182 adda rayon qəzeti – regional mətbuat), 427 adda rus və digər SSRİ xalqları dilində olan qəzet, bundan başqa, 696 adda Azərbaycan və 1439 adda rus dilində jurnal, 718 adda 40-a yaxın xarici dildə jurnal və 50 addan çox qəzet, həmçinin ümumilikdə 53 550 qovluq qəzet və 1 416 000 nüsxə jurnal mövcud olduğu müəyyənləşdirilmişdir. == Tarixi == Kitabxana Azərbaycan Respublikası Xalq Maarif Komissarlığının 13 noyabr 1920-ci il tarixli 53 nömrəli qərarına əsasən yaradılmış, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olmuşdur. Kitabxana yarananda onun fonduna İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsinin və Bakı İctimai Cəmiyyətinin kitabxanalarının fondlarından 5000 nüsxə kitab verilmişdir. 1923-cü ildən sürətlə inkişaf etməyə başlayan kitabxana əsas diqqəti fondun komplektləşdirilməsinə vermişdir. 1925-ci ildə o öz fondunda 51000, 1928-ci ildə isə 300 min adda kitab, jurnal, qəzet kart və digər çap məhsullarını toplaya bilmişdir. Təkcə 1928-ci ildə xaricdən 50 adda dövri mətbuat alınmışdır. Oxucuları 3183 nəfər: onlardan 2957-si kişi, 226-sı isə qadın olmuşdur.
Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu
Bakı Slavyan Universiteti və ya qısaca BSU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan dövlət təhsil müəssisəsi. Slavyan və german dillərinin, ədəbiyyatının, mədəniyyətinin, coğrafiyasının, tarixinin, siyasətinin öyrənilməsində ixtisaslaşan universitetdə rus, polyak, çex, ingilis, alman, bolqar, ukrayn, yunan, slovak, belarus, serb, xorvat, bosniya, fransız, türk dilləri və ədəbiyyatı üzrə müəllimlər, filoloqlar, tərcüməçilər, həmçinin diplomatlar, jurnalistlər, eləcədə bu ölkələrin beynəlxalq münasibətləri, mədəniyyəti, coğrafiyası, tarixi üzrə mütəxəssislər hazırlanır. Bakı Slavyan Universitetinin Azərbaycan Respublikasının bir çox ölkələrlə tədris-mədəni əlaqələrinin genişlənməsi, Azərbaycanşünaslığın inkişafı, ölkənin qazandığı nailiyyətlərin beynəlxalq aləmdə nümayiş etdirilməsi istiqamətində böyük xidmətləri vardır. Bakı Slavyan Universitetinin Rusiya, Polşa, Ukrayna, Çexiya, Yunanıstan, Bolqarıstan, Slovakiya, Serbiya, Belarus, Xorvatiya, Sloveniya, Bosniya və Herseqovina, Türkiyə, Moldova, Rumıniya, Şimali Makedoniya və digər Şərqi Avropa, Baltikyanı (Latviya, Litva, Estoniya), Orta Asiya (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan) ölkələrinin universitetləri, institutları, dövlət təşkilatları, elm və mədəniyyət müəssisələri ilə sıx beynəlxalq əlaqələri mövcuddur və həmin ölkələrdəki universitetlərlə tələbə mübadiləsi müqavilələri bağlamışdır. Universitet Beynəlxalq Kadrlar Akademiyasının, Avropa Universitetləri Assosiasiyasının (EUA), Universitetlərin Böyük Xartiyasının (Magna Charta Universitatum), Beynəlxalq Rus dili və Ədəbiyyatı Müəllimlərinin Birliyinin (MAPRYAL), Qara dəniz hövzəsi Universitetləri Assosiasiyasının, Beynəlxalq Slavyan Universitetləri Assosiyasiyası, Xəzəryanı Ölkələrin Universitetləri Assosiyasiyasının üzvüdür. == Tarixi == === Sələfi === BSU-nun tarixi 1946-cı ildən başlayır. Həmin ildə SSRİ Xalq Komissarları Sovetinin 2 fevral tarixli 1313 saylı sərəncamı və Azərbaycan SSR Xalq Komissarları Sovetinin 15 may tarixli qərarı əsasında M. F. Axundov adına ikiillik Azərbaycan Dövlət Müəllimlər İnstitutu yaradılmışdır. İlk tədris ilində instituta 108 tələbə qəbul olundu, ştat cədvəli üzrə institutda 28 əməkdaş işləyirdi.1948-ci ilin 30 iyulunda Azərbaycan məktəbləri üçün rus dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmiş mütəxəssislərin ilk buraxılışı oldu. 1952-ci ildə M. F. Axundov adına Müəllimlər İnstitutu rus dili müəllimləri hazırlığı üzrə dördillik tədris müddətli pedaqoji instituta çevrildi.1956–1957-ci tədris ilində institut beşillik təhsil sisteminə keçirildi.1959-cu ilin 14 aprelində Azərbaycan KP MK və Nazirlər Soveti "Azərbaycan SSR-in ali pedaqoji məktəblərinin istiqamətləri haqqında" qərar qəbul etdi. Bu rəsmi sənədə əsasən, M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu və Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu bazaları əsasında M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu yaradıldı.
Mirzə Fətəli Axundov adına Azərbaycan SSR Dövlət mükafatı
Mirzə Fətəli Axundov adına Azərbaycan SSR Dövlət mükafatı (azərb-kiril. Мирзә Фәтәли Ахундов адына Азәрбајҹан ССР Дөвләт мүкафаты) — Azərbaycan SSR-də ədəbiyyat və incəsənətin müxtəlif sahələrində fərqlənən əsərlərə görə Azərbaycan SSR Nazirlər Soveti tərəfindən iki ildən bir verilən mükafat. == Haqqında == Mükafat Azərbaycan SSR-də bədii ədəbiyyat, musiqi, teatr, təsviri sənət, kino incəsənəti və jurnalistika sahələrində nəzərə çarpan əsərlərin təşviqi məqsədilə 15 dekabr 1964-cü ildə təsis olunmuşdur. Mükafata layiq görülən şəxslərə "Mirzə Fətəli Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı" adı, döş nişanı, diplom və 2500 manat məbləğində pul mükafatı verilirdi. Mükafat M. F. Axundov adına Mükafatlandırma Komitəsinin təqdimatına əsasən Azərbaycan SSR Nazirlər Soveti tərəfindən iki ildə bir dəfə, Azərbaycanda sovet hakimiyyətinin qurulduğu gündə verilirdi. Mükafatı almaq üçün irəli sürülən namizədlərin və əsərlərin siyahısı iki ay əvvəldən Azərbaycan SSR mətbuatında dərc olunurdu. 1970-ci ildə Azərbaycan SSR Dövlət mükafatının təsis edilməsindən sonra mükafat ləğv olunmuşdur. == Əsasnaməsi == M. F. Axundov adına Azərbaycan SSR Dövlət mükafatı haqqında əsasnamə 15 dekabr 1964-cü ildə qəbul olunmuşdur. Əsasnamədə deyilir: Azərbaycan Sovet sosialist mədəniyyətini, xüsusilə bədii əsəbiyyatı, musiqini, teatr və təsviri incəsənəti, kinematoqrafiya və jurnalistikanı daha da inkişaf etdirmək məqsədilə respublikanın daha çox fərqlənən və əsərləri partiyanın və xalqın yüksək tələbatını ödəyən yaradıcı işçiləri həvəsləndirmək üçün Azərbaycan SSR hökuməti görkəmli mütəfəkkir, filosof və dramaturq Mirzə Fətəli Axundov adına üç mükafat təsis etmişdir: 1. M. F. Axundov adına respublika mükafatları iki ildə bir dəfə Azərbaycan sovet ədəbiyyatı, musiqisi, teatr, təsviri və kino incəsənəti sahəsində yüksək ideya-bədii əhəmiyyəti olan, mükafatlar verilən vaxta kimi ən azı yarım il qabaq geniş ictimaiyyət tərəfindən bəyənilmiş daha görkəmli əsərlər üçün verilir.

"fət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#fət nədir? #fət sözünün mənası #fət nə deməkdir? #fət sözünün izahı #fət sözünün yazılışı #fət necə yazılır? #fət sözünün düzgün yazılışı #fət leksik mənası #fət sözünün sinonimi #fət sözünün yaxın mənalı sözlər #fət sözünün əks mənası #fət sözünün etimologiyası #fət sözünün orfoqrafiyası #fət rusca #fət inglisça #fət fransızca #fət sözünün istifadəsi #sözlük