fir sözü azərbaycan dilində

fir

Yazılış

  • fir • 77.1429%
  • Fir • 17.1429%
  • FİR • 5.7143%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Keyp-Fir
Keyp-Fir (ing. Cape Fear) ― Şimali Karolina sahillərində Keyp-Fir çayının mənsəbini Atlantik okeanından ayıran dil. Çayın hövzəsi boyunca Uilminqton şəhəri yerləşir. Şimali Karolina ştatı əhalisinin dörddə biri burada yaşayır. Keyp-Fir özünün qumlu çimərlikləri ilə seçilir. Bold-Hed-Aylend kəndində yaşayış məntəqələri vardır ki, onlarda dilin qurtaracağına yaxın yerləşir. Burada avtomobillərin hərəkəti qadağandır. Dil ərazisində Cey Li Tomsonun «Qorxu burnu (1962)» və Martin Skorsezenin «Qorxu burnu (1962)» filmləri çəkilmişdir. Dilin dayazlıqları hər zaman dənizçilərdə qorxu yaradırdı. Buranı Kiçik Atlantida qəbrstanlığı adlandırırlar.
Hacı Firuz
Hacı Firuz vəya Hacı Piruz ( {{Dil-fa|حاجی فیروز), İranın yeni ili Novruzun ənənəvi xəbərçisidir. Üzünü qurumla boyanmış haldadır, parlaq qırmızı paltarı və başındakı papaq ilə diqqəti çəkir. Novruza girərkən, Hacı Firuz bir dəf çalar və "Hacı Firuzam, sali yek ruzəm" (Hacı Firuzam, ildə bir günəm) deyər. Hər yaşdan insan onun və musiqiçilərin ətrafında toplanar, çaldıqları nağara, tar və kamançanı dinləyərək rəqs edərlər. Eyni zamanda Əmi Noruz (Nevruz əmi)də deyərlər.
Hacı Firuz (Sulduz)
Hacı Firuz (fars. حاجي فيروز‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 119 nəfər yaşayır (28 ailə).
Hacı Firuztəpə
Hacı Firuztəpə — Şimal-Qərb İranın Qərbi Azərbaycan vilayətində yerləşən arxeoloji abidədir. Bu abidə Pennsylvania Arxeologiya və Antropologiya Muzeyinin arxeoloqları tərəfindən 1958 və 1968-ci illər arasında qazılmışdır . Qazıntılarda e.ə. 6-cı minilliyin ikinci yarısında aid Neolitik kənd aşkar edilmişdir ki, üzüm əsaslı şərabın ən əsaslı arxeoloji sübutlarından biri saxsı qabda üzvi qalıqlar şəklində aşkar edilmişdir. == Tədqiqatın tarixi == Hacı Firuztəpə ilk olaraq 1936-cı ildə yer səthindən saxsı parçaları toplayan Sir Aurel Stein tərəfindən qeydə alınmışdır. 1958 və 1968-ci illər arasında Pensilvaniya Arxeologiya və Antropologiya Muzeyi Universiteti tərəfindən həyata keçirilən daha böyük Hasanlu Layihəsi çərçivəsində dörd qazıntı mövsümü keçirildi və abidə daha ətraflı araşdırıldı. Bu abidə, yaxın Hasanlının yaşayış ardıcıllığında təsdiq edilmiş erkən dövrləri araşdırmaq üçün seçilmişdir. Bu qazıntılara Charles Burney tərəfindən rəhbərlik edilirdi (1958, 1961), T. Cuyler Young Jr. (1961) və Robert H.Dyson və Meri M. Voigt (1968). Bu mövsümlər boyunca, qazıntı sahəsinin dörd fəqli bölümündə qazıntı işləri aparılmış və ən böyük sahəyə yaşayış yerinin şimal-şərq yamacına qədər davam etdirilmişdir.
I Firuz
I Firuz (fars. پیروز یکم‎ tərcümədə "Qalib" deməkdir) — Sasanilər nəslinin 17-ci hökmdarı. (459–484), II Yezdəgirdin böyük oğlu. == Həyatı == Ağsuvar xan Sasani şahı I Yezdəgirdi özündən asılı vəziyyətə saldı və 459-cu ildə himayə etdiyi sasani vəliəhdi Firuzu Sasani taxtına çıxartmağa nail oldu. Firuz Ağ hunlardan asılılığı qəbul edərək, hər il onlara vergi verirdi. O, eyni zamanda Seyhun çayı ətrafındakı torpaqları Ağ hunlara güzəştə getmışdi. Lakin az sonra Firuz öhdəsinə götürdüyü şərtləri pozaraq, ağ hunlara qarşı yürüşə başladı. Sasani hökmdarlarının ikiüzlü siyasətinə bələd olan Ağsuvar xan bu yürüşün qarşısını almaq üçün əvvəlcədən tədbirlər görmüşdü. O, bütün hərbi qüvvələrini bir yerə toplayaraq döyüşə xeyli qoşun çıxardı, onları dağlıq əraziyə saldı. Onlar Turan taktikası ilə sasaniləri dar keçiddə tutdular.
I Firuz (Girdiman knyazı)
I Firuz — İberiya çarı III Mirianın kürəkəni və Quqark knyazlığının və Girdiman knyazlığının ilk knyazı. Adsız bir oğlu ondan sonra yerinə keçmişdi. Bu oğuldan olan qız nəvəsi İberiya kralı II Aspakur ilə evlənmişdir, oğlan nəvəsi isə I Arşuşa adı ilə Quqark knyazı olmuşdur.
Junior Firpo
Xektor Junior Firpo Adames (isp. Héctor Junior Firpo Adames; 22 avqust 1996, Santo-Dominqo, Dominikan Respublikası — La Liqa təmsilçilərindən olan "Barselona" klubunda müdafiəçi kimi çıxış edən peşəkar İspaniya futbolçusudur. == Klub karyerası == === Real Betis === Santo-Dominqoda anadan olan Junior, altı yaşında Malaqaya köçdü və 2014-cü ilin iyun ayında Puerto Malagueñodan Real Betis'in gənclər qatıldığında 18 yaşında oldu. Ehtiyat komandada debütü 15 fevral 2015-ci ildə Segunda División B-də evdə 1-1 bərabərə qaldıqları Granada B-yə qarşı keçirdi. 1 Avqust 2017-ci ildə bütün mövsümü əsas heyətdə keçirtdikdən sonra Junior 2021-ci ilə qədər müqaviləsini uzatdı. İlk komandası ilə ilk çıxışı 12 fevralda La Liqada səfərdə 1-0 məğlub etdikləri Deportivo La-Korunya qarşı etdi və Dominikan Respublikasından olan və La Liqada oynayan ilk oyunçu oldu. Junior ilk peşəkar qolunu 17 Mart 2018-ci ildə Espanyol evdə 3-0 məğlub etdikləri qol vurdu. 19 Avqustda daimi olaraq əsas heyətə yüksəldildikdən sonra müqaviləsini 2023-cü ilə qədər uzatdı.
Karolinqlər firəng dövləti
Karolinq Frank dövləti — VII əsrin sonunda Merovinq dövlətinin bütün vilayətlərində de-fakto hakimiyət mayordomların əlində idi. Əvvəllər onlar kralın saray idarəsinə başçılıq edən vəzifəli şəxslər (majordomus – evin böyüyü (məsələn Səlcuqlular dövlətində bunun analoqu Atabəy idi.) saray təsərrüfatını idarə edən) idilər. Hər cür gerçək hakimiyətdən uzaqlaşdırılan Merovinqlər sülaləsi kralları mayordomların iradəsindən asılı olaraq təyin olunur və taxtdan salınırdılar. Onlar müasirləri tərəfindən saymazyana, "ərincək krallar" ləqəbi almışdılar. 687-ci il də frank əyyanları içərisində uzunsürən mübarizədən sonra Avstraziya majordomu Heristallı Gödək Pipin bütün Firəng dövlətinin majordomu oldu. Heristallı Pipinin nəsli olan Avstraziya majordomları birləşmiş Frank Dövlətinin hökmdarları olaraq yeni firəng sülaləsinin başlanğıcını qoydular. 751-ci ildən sonra Firəng dövlətinin kralları kimi idarə edən bu sülalə sonra Böyük Karlın adı ilə Karolinqlər sülaləsi adlanmağa başladı. Karolinqlərin hakimiyəti dövründə firəng cəmiyətində aqrara münasibətlərdə çevriliş baş verdi ki, bu da feodalizm quruluşunun, ümumi cəhətlərdə, formalaşmasının başa çatması ilə nəticələndi. 8 əsrdə Firəng dövlətində iki təbəqə yaranmışdı: birincisi Qalliya-Roma və qədim alman mənşəli iri torpaq sahibləri. Onların çox hissəsi öz torpaqlarına (allod) şərtsiz sahib idilər.
Kelvin Kleyn (firma)
Calvin Klein – geyim və ətir firması. Firma 1968-ci ildə Nyu-Yorkda Barri Şvars və dostu Kelvin Kleyn tərəfindən yaradılıb. 1978-ci ildə Kleyn dünyada ilk dəfə cinsləri podiumda nümayiş etdirməklə və dizaynlı cinsləri satışa çıxarmaqla moda aləmində sözün həqiqi mənasında dizayn dönüşü edir. Geyimlərlə yanaşı "Calvin Klein" kişi və qadınların ürəyini riqqətə gətirən ətirləri ilə də məşhurdur. 3 dəfə "Coty" mükafatına, 4 dəfə mili "American Fashion Awards"-a layiq görülən "Calvin Klein" ən çox satılan elit parfüm və kosmetika brendi kimi tanınır. Brendin ilk ətiri 1981-ci ildə istehsal edilib. İndiyə qədər 61 adda ətir təqdim edilib.
Lotus (firma)
Lotus — 1955-ci ildə İngiltərədə Colin Chapman tərəfindən qurulmuş avtomobil firması. Firma bu gün Proton bünyəsi altındadır.
Mastabat al-Firon
Əl-firon (mastaba) - Misirdə qədim abidələrdən biri.
Merovinq firəng dövləti
Merovinqlər – Frank dövlətində ilk kral sülaləsi (751 ilədək). Əfsanəvi banisi Meroveydir, sülalənin adı buradandır. Əsas nümayəndələri: Xilderik (457-481), I Xlodviq (481-511), I Xilperik (561-584), I Sigebert (561-575), II Xlotar (584-629, Neystriyada 613 ilə qədər), I Daqobert (629-639), III Xilderik (743-751). I Daqobertin "Tənbəl krallar" adlanmış varislərinin dövründə dövləti əslində mayordomlar idarə edirdi. == Tarixi == 486-cı ildə Şimali Qalliyada frank istilası nəticəsində Frank dövləti meydana gəldi. Bu dövlətin başında salik franklarının başçısı, əfsanəvi Meroveyin(dənizdən törəyən) nəslindən olan(Merovinqlər sülaləsi adını buradan götürür)Xlodviq(486-511)dururdu. Frank dövlətinin tarixi 5 əsrin sonundan 7 əsrin sonuna qədərki dövrünü əhatə edən, adətən Merovinqlər dövrü adlanan birinci dövrü belə başladı. Merovinqlər sülaləsinin üçüncü nümayəndəsi olan Xlodviq böyük qoşun toplayır və keçmiş romalı maqnat Siaqrini darmadağın edərək, Suassonu və, Luara çayı daxil, bütün Şimali Qalliyanı zəbt edir. Öz hakimiyətini möhkəmləndirmək və xristian ruhanilərinin dəstəyini qazanmaq üçün 496 ildə Xlodviq öz qoşunu və yaxınları ilə birlikdə xristianlıqı qəbul edir. Xlodviqin dövründə Akvitaniya(507), onun xələfləri zamanında Burqundiya(534) istila olundu; ostqotlar frankların xeyrinə Provansdan əl çəkdilər(536).
Milli Firqə
Milli Firqə (azərb. Milli Partiya‎ krımtat. Milliy Fırqa) — Krım yarımadasında fəaliyyət göstərmiş Krım tatarlarının siyasi partiyası. == Haqqında == Milli Firqə 1912-ci ildə Çar Rusiyası zamanı qurulmuşdur. Krım türklərinin Rusiya müstəmləkəçiliyindən qurtulmaq, siyasi və kültürəl haqlarını geri qazanmaq və vətənlərində müstəqil yaşamaq məqsədilə Noman Çələbi Cihan tərəfindən qurulmuşdur. Hökumətə müxalif siyasi xətt izləmişdir. Partiya mənsubları 1918-ci ildə bolşeviklər ilə silahlı mübarizəyə girsə də, sonda məğlub olmuşdur. Partiya sədri Noman Çələbi Cihanın öldürülməsindən sonra partiya dağıdıldı və bir çox üzvü həbs edildi. Bəzi partiya mənsubları 18 oktyabr 1921-ci ildə qurulan Krım Muxtar Sovet Sosialist Respublikası hökumətində yer almağa başladılar.
Milli Firqə (2006)
Milli Firqə (krımtat. Milliy Fırqa, Миллий Фыркъа) — krım tatarlarının ictimai birliyi.Təşkilat Krım Xalq Respublikasının mövcudluğunun qısa bir dövrü ilə əlaqəli olan "Milli Firqə" tarixi partiyasının varisi hesab edir. Təşkilat rəsmi olaraq Rusiya Federasiyasında Vasvi Abduraimovun şəxsində İdarə Heyətinin sədri ilə "MILLY FIRKA" Krım Respublikasında Sosial və Mədəni İnkişaf İctimai Təşkilatı olaraq fəaliyyət göstərir. Təşkilatın Nizamnaməyə uyğunluq və üzvlük haqlarının xərclənməsi ilə bağlı fəaliyyətlərinə Rusiya Federasiyası Ədliyyə Nazirliyi nəzarət edir. == İdeologiyası == "Milli Firqə"nin fəaliyyətinin məqsəd və vəzifələri aşağadakılardır: Krım tatar xalqının tarixi vətənlərində - Krımda dirçəlişi və inkişafı; repressiya olunmuş Krım Tatar xalqının reabilitasiyası, Krım Respublikasının və bütövlükdə Rusiya Federasiyasının siyasi, iqtisadi və dövlət quruculuğu proseslərinə tam miqyasda inteqrasiyasına kömək; Krım tatarlarının hüquqlarının qorunması və qanuni sosial, mədəni, yaradıcı, iqtisadi, idman və digər ümumi maraqların təmin edilməsi; Krım tatar mədəni irsinin qorunmasına, abidələrin və digər obyektlərin (bina, tikililər daxil olmaqla) və tarixi, mədəni əhəmiyyətə malik ərazilərin, dəfn yerlərinin bərpasına kömək; Krımda millətlərarası və beynəlxalq əməkdaşlığın inkişafı. == Tarixi == Krım regional sosial və mədəni inkişaf ictimai təşkilatı "Milli Firqə" ("Xalq Partiyası") Krımda 2006-cı ilin noyabrından bəri fəaliyyət göstərir. "Milli Firqə", 7 Mart 2007-ci ildə Ukraynada rəsmi olaraq qeydiyyata alınıb. Təşkilat Yuri Osmanovun tərəfdaşları olan Krım Tatarlarının Milli Hərəkatının (NDKT) fəalları tərəfindən birgə qurulub. Milli Firqə ideologiyası İsmayıl Qasprinskinin irəli sürdüyü Avrasiyaçılıq ideyalarıdır. "Milli Firqə"nin fəaliyyətinin əsasını, repressiyaya və deportasiyaya məruz qalan Krım tatar xalqının hüququnun qanuni bərpası, çoxmillətli Krımda məskunlaşma və layiqli həyat tərzi, tarixi vətənə - onların mütəşəkkil şəkildə öz ölkələrinə qayıtması uğrunda zorakı olmayan mübarizə prinsipinə əsaslanan Krım Tatarları Milli Hərəkatının fəaliyyətinin davam etdirilməsi təşkil etmişdir.
Milliyəti-İslam Firqəsi
İttihad Partiyası və ya Qafqaz İttihad Firqəsi, həmçinin 1917–1918-ci illərdə"Rusiyada müsəlmanlıq" "İttihad" — 1917–1920-ci illərdə Azərbaycanda açıq fəaliyyət göstərmiş, Ümum-Rusiya Müəssislər Məclisində, Zaqafqaziya Seymində, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasında, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində təmsil olunan və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Müsavat və bitərəflər fraksiyasından sonra ən çox üzvü olan, ana müxalifət partiyası. İslam ideologiyasını siyasət səviyyəsinə qaldırmağa çalışan aparıcı təşkilat. Partiya 1921-ci ildə İttihadi-İslam, daha sonra Milliyəti İslam və yekun olaraq isə Azərbaycan Milli Müdafiə İslam Partiyası adını almışdır. == Tarixi == === Yaranması === Fevral inqilabından sonra Azərbaycanda lokal xarakterli ittihad ideologiyalı partiyalar yaranmışdır. Bunlara nümunə olaraq İrəvan və Gəncədəki İttihad cəmiyyətlərini, Gəncədəki İttihadi-İslam Cəmiyyətini və Firqeyi Məhəmmədiyə partiyasını göstərmək olar. Gəncədəki İttihad cəmiyyətinin lideri Məhəmməd Pişnamazzadə olmuşdur. Heybətqulu Məmmədbəyli xatirələrində partiyanın 1917-ci ilin yayında Bakı şəhərində bir neçə şəxs tərəfindən "Rusiyada müsəlmanlıq" Firqəsinin Təşkil Komitəsi yaradıldığı qeyd olunmuşdur. Bu komitə İsmailiyyə Sarayında yerləşmişdir. Təşkilat Komitəsinin üzvləri sırasında aşağıdakı şəxslər olmuşdur: Partiyanın quruluş ərəfəsində tanışlıq görüşləri təşkil edirdi. Belə yığıncaqlardan biri də 20 oktyabr 1917-ci ildə Sultan Məcid Qənizadə və Bəşir bəy Aşurbəyovun iştirakı ilə Təzəpir məscidində keçirilmişdir.
Mount & Blade: With Fire & Sword
Mount & Blade: Odla və qılıncla (İngilis dili ndə: Mount & Blade: With Fire & Sword) orta əsrlər mövzusuna aid bir rol oynamalı videooyundur. TaleWorldsun icazəsi ilə Sich Studio adlı bir rus şirkəti tərəfindən hazırlanmış oyun, 2008-ci ildə buraxılmış oyun Mount & Blade üçün müstəqil bir genişləndirmə paketidir. Paradox Interactive tərəfindən dünyada 3 may 2011-ci ildən istifadəyə verilmişdir. XVII əsr Avropasında baş verən hekayədə bəzi personajlar Nobel mükafatı laureatlı müəllif Henrik Senkeviçin Odla və qılıncla adlı kitabından götürülmüşdür. == Məzmunu == Hadisələr XVII əsr Avropasında baş verir. Xəritə Qara dənizdən Skandinaviyaya qədər uzanır. Oyunda olan xəritədəki şəhərlər əsl memarlıq formasında miqyasları kiçildilmişdir. Şəhərlər kifayət qədər böyükdür. Binalar və onların daxili strukturları çox xırda detallarına qədər göstərilmişdir. Şəhərlərdə yeraltı zirzəmilər/tunellər mövcuddur.
Mozilla Firefox
Mozilla Firefox — populyar, azad və açıq-qaynaqlı internet brauzeri (veb səyyahı), əməliyyat sistemi ilə əla uyuşaraq, əvvəlki brauzerlərin favoritlər bölməsindəki informasiya bazasını idxal etmək kimi vacib funksiyalara sahibdir. Pop-up reklamların qarşısını alır və yüksək səviyyədə brauzerin təhlükəsizliyi imkanlarını təklif edir. Rəsmi olaraq Microsoft Windows, macOS və Linux əməliyyat sistemləri üçün buraxılır. İlk adı “Phoenix” (“Simurq”) idi. Ticarət işarələrində yaranmış toqquşma səbəbindən bir müddətdən sonra adı dəyişdirilərək “Firebird” qoyuldu. Eyni səbəbdən sonradan bu ad da “Firefox” adı ilə əvəz olundu. Çox zaman yanlış olaraq “Mozilla” adlandırılır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Müsavat Firqəsi
Müsavat Partiyası (qısaca Müsavat kimi də tanınır) – Azərbaycanda hal-hazırda fəaliyyət göstərən ən yaşlı siyasi partiya. Əsası 1911-ci ildə İstanbulda muhacirətdə olan Məhəmməd Əmin Rəsulzadənin təlimatı ilə əmisi oğlu Məhəmməd Əli Rəsulzadə, habelə Abbasqulu Kazımzadə və Tağı Nağıyev tərəfindən Bakıda qoyulmuşdur. Müsavat ərəb sözüdür və Azərbaycan dilinə bərabərlik kimi tərcümə olunur. == İlk dövr (1911–1920) == Müsavat Partiyası 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadənin İstanbuldan göndərdiyi təlimata əsasən Abbasqulu Kazımzadə, Məhəmməd Əli Rəsulzadə və Tağı Nağıyev (qısaca bir neçə keçmiş Hümmət Partiyası üzvü) tərəfindən yaradılmışdır. 1911-ci ildə əsası qoyulandan 1917-ci ildə Fevral inqilabına qədər Müsavat Partiyası gizli olaraq fəaliyyət göstərmişdir. Bu ilk mərhələdə Müsavat Rusiya imperiyasında və Yaxın Şərqdə yaşayan müsəlman və türk-dilli millətləri milli azadlıq və demokratik müxtariyyət idealları ətrafında birləşdirməyə çalışmışdır.Müsavat Partiyasının ilk proqramı 9 maddədən ibarət olub, İslami xarakter daşıyıb. 1913-cü ildən, Məhəmməd Əmin Rəsulzadə Bakıya qayıtdıqdan sonra Müsavat Partiyasının proqramı təkmilləşdirilib, Türkçülük fikirləri ilə dolğunlaşdırılıb. 1915-ci ilin oktyabr ayında Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu ilə nəşrə başlayan "Açıq söz" qəzeti həm də Müsavat Partiyasının orqanı kimi çap olunub. Qəzet mətbuat tariximizdə "Türk ədəbi dili ilə" çap olunan ilk mətbu orqandır. Müsavatın islamçı ideologiyası ətrafında qurulmasına və onun rəhbəri olan Məhəmməd Əmin Rəsulzadənin türkçülük düşüncələrinə rəğbət bəsləməsinə baxmayaraq, Birinci dünya müharibəsinin ilk illərində Müsavat Partiyası Çar rejimini dəstəkləmişdir.
Məhəmmədhüseyn mirzə Firuz
Məhəmmədhüsеyn mirzə Əbdülhüseyn mirzə oğlu Firuz (1893-1983) — şahzadə, İran ordusunun generalı. == Həyatı == Əbdülhüsеyn mirzə Fərmanfərmanın dördüncü оğlu Məhəmmədhüsеyn mirzə 1893-cü ildə Təbriz şəhərində anadan оlmuşdu. Sankt-Pеtеrburqda Hərbi Akadеmiyada təhsil almışdı. Nizaməddin ləqəbini daşıyırdı. Məhəmmədhüsеyn mirzə 1911-ci ildə jandarmеriyada xidmətə başlamışdı. 1915-ci ildə Rus оrdusunda, Qusar alayında xidmət еtmişdi. Birinci Cahan Savaşı nədəniyə rus оrdusu İrandan çıxandan sоnra, Qacar оrdusuna qatılmışdı.1919-cu ildə Əhməd şahın qvardiyasında qulluq еtmişdi. 1919-cu ildən 1921-ci ilədək Xоrasanda, Məşhəd şəhərinin jandarmеriyasına başçılıq еtmişdi. 1921-ci ildə pоlkоvnik rütbəsi almışdı. 1921-ci ildə оrduda yüksək vəzifə tutmuşdu.
Məryəm Firuz
Məryəm Fərmanfərmaiyan və ya Məryəm Firuz — şahzadə Əbdülhüseyn mirzə Fərmanfərma və Bətul xanımın qızı idi.O, İranda Tudə (kommunist) Partiyasının qadın bölməsini yaradıb.1949-cu ildə İran Tudə Partiyasının üzvü və sonra baş katibi Nurəddin Kiyanuri ilə evləndi.
Nişançı Firudin Əhməd bəy
Nişançı Firudin Əhməd bəy həmçinin Nişançı Firudin Əhməd Paşa — dövlət xadimi, nişancı, tarixçi, xəttat və şair. I Süleymanın nəvəsi Ayşə Hümaşah Sultanın ikinci əri. Ona Osmanlı imperiyasının "ən məşhur nişançılarından biri" deyilir. İki əsərin müəllifidir: "Munşaat us-Salatin" ("Sultanların Məktubları") və "Nüzhetü-l-esrâr-il-ahbâr" (Siqetvar səfərinin təsviri). == Həyatı == Firudin Əhməd bəyin doğulduğu vaxt və yer məlum deyil. Vəqfin qeydlərinə görə atasının adı Abdulkadir olub. O, Çivizade Abdulla-effendi ilə birlikdə Şeyxülislam Çivizade Muhittin Mehmet-effendinin qardaşı deterdar Avdi-çələbinin ailəsində böyüyüb. 1552–1553-cü ildə Firudin Əhməd o dövrdə Rumeli bəylərbəyliyi olan Sokollu Mehmed Paşanın xidmətinə şəxsi katib olaraq girib. 1554-cü ildə I Süleyman ordusu ilə birlikdə Naxçıvan yürüşündə iştirak edib. Firudun Sokollu Mehmed Paşanın etibarlı adamı idi.
On beşinci firqə
On beşinci firqə — Azərbaycan Xalq Cümhuriyyəti və Türkiyə dövlətləri arasındakı qarşılıqlı razılaşmaya əsasən, 1918-ci il sentyabrın əvvəlində hərbi yardım məqsədilə Azərbaycana gəlmiş və Bakının azad olunmasında fəal iştirak etmiş türk piyada diviziyası. == Tarixi == Diviziya Osmanlı dövlətinin hərbi naziri Ənvər paşanın əmrinə əsasən, Xəlil paşanın komandanlıq etdiyi şərq ordular qrupunun tərkibində olan 9-cu ordunun tabeliyindən alınaraq, Qafqaz İslam Ordusuna verildi. Azərbaycana yetişdikdən sonra onun tərkibində 38-ci, 56-cı və 106-cı piyada alayları, habelə bir sıra topçu və digər yardımçı bölmələr, cəmi 157 zabit və 7636 əsgər olmalı idi. Azərbaycana daha əvvəl göndərilmiş 38-ci piyada alayı ölkə ərazisinə 1918-ci il iyulun 14-də daxil olmuşdu. On beşinci firqənin Azərbaycana doğru hərəkətə başlamasına 1918-ci il avqustun 23-də əmr verildi. Firqə Qarakilsə (Sisyan) — Qazax yolu ilə Azərbaycana çatmalı və sonra da qatarlar vasitəsilə Bakıya yetişməli idi. Firqənin qərargahı 1918-ci il sentyabnn 6-da Ağstafaya, 9-da isə Bakı ətrafına çatdı. Firqəyə yarbay Süleyman İzzət bəy komandirlik edirdi. Bu birləşmə Bakının şimalında yerləşdirildi. Bakı əməliyyatı başlamazdan əvvəl Qafqaz İslam Ordusu komandanının əmrilə onun tərkibində müəyyən dəyişikliklər edildi.
Pentacalia firmipes
Pentacalia firmipes (lat. Pentacalia firmipes) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid bitki növü.
Pseudophoxinus firati
Pseudophoxinus firati (lat. Pseudophoxinus firati) — Çəkilər fəsiləsinin külmə cinsinə aid balıq növü.
Qafqaz İttifaq və Tərəqqi Firqəsi
Qafqaz İttihad və Tərəqqi Firqəsi — Azərbaycanda XX əsrin əvvəllərində mövcud olmuş siyasi partiya. == Tarixi == 1918-ci ildə türkçülük və türk xalqlarının birliyi ideyasının təsiri altında yaranmışdı. Azərbaycanlıların və başqa türk xalqlarının Türkiyənin başçılığı ilə vahid türk dövləti halında birləşdirilməsi ideyasını təbliğ edirdi. Osmanlıdakı İttihad və Tərəqqi Partiyasının təsiri altında meydana gəlmişdi. Uzun müddət gizli fəaliyyət göstərmiş, 1918-ci ildən Qafqaz İttihad və Tərəqqi Firqəsi proqramının üz qabığı açıq işə keçmişdi. Respublika Dövlət Arxivində Qafqaz İttihad və Tərəqqi Firqəsinin proqramı mühafızə edilir. Həmin sənəd Bakıda Əbuzər Orucovun elektrik mətbəəsində nəfis şəkildə "Haqq verilməz, alınar!" çağrışı ilə çap olunmuşdur. Proqramın üzərində onun çap tarixi göstərilməsə də, mətndən aydm olur ki, o, 1918-ci ildə nəşr edilmişdir. == Fəaliyyəti == Qafqaz İttihad və Tərəqqi Firqəsinin yerlərdə də gizli şöbələri yaradılmışdı. 1918-ci il iyulun 28-də Bakı qubernatoru Göyçay qəza rəisinə məktub göndərərək ondan Göyçay şəhərində fəaliyyət göstərən İttihad və Tərəqqi Komitəsinin proqramı, onun məqsədləri və idarə quruluşu barədə məlumat verməsini tələb etmişdi.

"fir" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#fir nədir? #fir sözünün mənası #fir nə deməkdir? #fir sözünün izahı #fir sözünün yazılışı #fir necə yazılır? #fir sözünün düzgün yazılışı #fir leksik mənası #fir sözünün sinonimi #fir sözünün yaxın mənalı sözlər #fir sözünün əks mənası #fir sözünün etimologiyası #fir sözünün orfoqrafiyası #fir rusca #fir inglisça #fir fransızca #fir sözünün istifadəsi #sözlük