lü sözü azərbaycan dilində

Yazılış

  • lü • 50.7973%
  • Lü • 46.0137%
  • LÜ • 3.1891%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Leksi Lü
Leksi Lü (çin. 刘柏辛; 21 dekabr 1998, Çansa) və ya əsl adı ilə Lü Yuyu – Çin müğənnisi, repçisi və mahnı yazarı. 2015-ci ildə "K-pop ulduzu 5" müsabiqəsində iştirak etmiş və qrupu ilə birlikdə 4-cü yeri tutmuşdur. 2018-ci ilin iyulunda "Çin repi" verilişində 4-cü yerin qalibi olmuşdur. Bu uğurundan sonra solo karyeraya başlamışdır. 2019-cu ilin fevralında "2030" adlı ilk mini-albomunu buraxmışdır. "League of Legends" video oyununun K/DA musiqi qrupu üçün Serafin personajını bir neçə dəfə səsləndirmişdir. == İlk illəri == Leksi Lü Çinin Çansa şəhərində anadan olmuş və orda böyümüşdür. 4 yaşında rəqs etməyi, 6 yaşında pianoda çalmağı öyrənib. 7-ci sinifdə beynəlxalq liseyə keçib.
Lü Lin
Lü Lin (6 aprel 1969) — Çini təmsil edən stolüstü tennisçi. == Karyerası == Lü Lin Çini 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin, cüt turnirdə isə qızıl medalın sahibi olub. Daha sonra Lü Lin Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə gümüş medalın sahibi olub.
Lü Qolyan
Liu Quonlianq (10 yanvar 1976) — Çini təmsil edən stolüstü tennisçi. == Karyerası == Liu Quonlianq Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə qızıl medalın, cüt turnirdə isə qızıl medalın sahibi olub. Daha sonra Liu Quonlianq Çini 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə bürünc medalın, cüt turnirdə isə gümüş medalın sahibi olub.
Lü Quojon
Li Quojenq (7 mart 1980) — Çini təmsil edən stolüstü tennisçi. == Karyerası == Li Quojenq Çin 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin sahibi olub.
Lü Son
Li Son (12 may 1972) — Argentinanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Li Son Argentinanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Daha sonra Li Son Argentinanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Li Son Argentinanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Daha sonra Li Son Argentinanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Lü Yuanyanq
Lü Yuanyanq (22 iyun 1983, Çuntsin, Sıçuan) — Çini təmsil edən bədii gimnast. Lü Yuanyanq, 2004 və 2008-ci ildə Çini Olimpiya Oyunlarında təmsil edib və 2008-ci ildə gümüş medal qazanıb. == Karyerası == Lü Yuanyanq, 2004-cü ildə Çin bayrağı altında Yunanıstannın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Dai Yonqjun, Hu Mei, Li Jia, Lu Yinqna və Janq Şuo ilə birgə finalda 46.500 xal toplayaq 6-cı yeri tutdu. Lü Yuanyanq, növbəti dəfə Olimpiya Oyunlarına 2008-ci ildə elə Çinin paytaxtı Peкin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Çai Tonqtonq, Çou Tao, Sui Jianşuanq, Sun Dan və Janq Şuo ilə birgə finalda 35.225 xal toplayaq 2-ci yeri tutdu və Olimpiya Oyunlarının gümüş medalını qazandı.
Bre-e-Lü
Bre-e-Lü (fr. Bray-et-Lû) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel. Əhalisi — 753 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 14 km şimal-şərqdə, Serji belediyyənin 29 km şərqdə yerləşir.
Lü Ven (model)
Lü Ven (çin. 刘雯; 27 yanvar 1988, Yunçjou[d], Xunan) – Çin modeli. 2012-ci ildə "The New York Times" tərəfindən "Çinin ilk supermodeli" adlandırılmışdır. Ven Victoria's Secret Dəb Şousunda podiuma çıxan ilk çinli modeldir. O, Estée Lauder kosmetika brendinin mətbuat katibi olmuş ilk şərqi-asiyalı, "Forbes" jurnalının ən çox qazanan modellər siyahısına düşən ilk asiyalı qadındır. 2017-ci ildə "American Vogue" jurnalının üzlüyündə görünən ikinci çinli model olmuşdur. 2020-ci ilin aprelində ikinci dəfə bu jurnalın üzlüyündə yer alaraq bunu bacaran ilk çinli model olmuşdur. Hazırda The Society Management ilə əməkdaşlıq edir və Nyu-York şəhərində aktiv fəaliyyət göstərir. == İlk illəri == Lü Çinin Xunan əyalətinin Yunçjou şəhərində doğulmuşdur. Sinif yoldaşları arasında ən hündürboy qız olduğu üçün onda əyilmə vərdişi yaranmış və qaməti əyriləşmişdi.
Dərəgəh-i Lütfullah (Sulduz)
Dərəgəh-i Lütfullah (fars. درگه لطف اله‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 461 nəfər yaşayır (76 ailə).
Dəşti-Lüt
Dəşti-Lüt və ya Dəşt-i Lüt (fars. lüt çöl, çılpaq çöl) — İranda ölçülərinə görə Dəşti-Kəvirdən sonra ikinci böyük səhra. Dəşti-Lüt səhrası İranın cənub-şərq hissəsində yerləşir və şimaldan cənuba 1100 km. məsafəyə uzanır. Dəniz səviyyəsinə görə o Dəşti-Kəvirdən bir neçə yüz metr alçaqda yerləşir. Orta hündürlüyü 600 metrdir. Dəşti-Lüt səhrası təbiət baxımından çox rəngarəngdir. Onun landşaftları nəinki ancaq qumluqlardan, həm də şoranlıqlardan, xırda daşlıq və dağlıq qayalıqlardan ibarətdir. Günəşin və küləyin fəaliyyəti nəticəsində burada müxtəlif aşınma formalarını və eol qumlarının toplanmasını sezmək olar. Səhranın ərazisində tez-tez qədim çayların qurumuş hövzələrinə rast gəlmək olar.
Eduar Druen de Lüis
Eduar Druen de Lüis (fr. Édouard Drouyn de Lhuys; 19 noyabr 1805[…], Paris – 1 mart 1881[…], Paris) — Fransa diplomatı, siyasətçi və dövlət xadimi. O, dörd dəfə (fasilələrlə) Fransanın xarici işlər naziri vəzifəsində çalışmışdır. O, İyul monarxiyası dövründə Madriddə müvəqqəti işlər vəkili, sonra Deputatlar Palatasının üzvü olmuş və burada Fransua Gizonun siyasətinə qarşı çıxmışdır. Fransada fevral inqilabından sonra əvvəlcə təsisçi, sonra qanunverici məclisin üzvü olmaqla həmişə sağdan səs vermişdir. Druen de Lüis Lui Napoleonun ilk kabinetində xarici işlər naziri olduqdan sonra prezidentin Roma Respublikasına qarşı siyasətini dəstəkləmiş, papa hakimiyyətinin bərpasının tərəfdarı olmuşdur. 1849-cu ildə portfelini Aleksis de Tokvilə təhvil vermiş, Londona səfir kimi getmişdir. Buna baxmayaraq, o, tezliklə geri qayıtmış və 24 yanvar 1851-ci ildə əvvəlki vəzifəsinə qayıtmışdır. 128 iyul 1852-ci ildə Lui-Feliks-Etyen de Türqodan sonra yenidən Xarici İşlər Nazirliyinin rəhbəri olmuşdur.
Elektro-lüminessensiya
Elektro-lüminessensiya – elektrik cərəyanının təsiri altında maddənin işıq şüalandırması. Elektrolüminessent tablolardan portativ kompüterlərdə maye kristal displeylərin (LCD) işıqlandırılmasında geniş tətbiq olunur. Belə tablolarda, adətən, iki elektrodun (biri, demək olar ki, şəffaf olan) arasında yerləşdirilmiş lüminofor qatından istifadə olunur.
Erato, Lüdviq Quttenbrunn, 1788
Kraliça Mariya Antuanetta Erato qiyafətində — avstriyalı rəssam Lüdviq Quttenbrunnun Fransa kraliçası Mariya Antuanettanı Erato muzası simasında təsvir edən rəsmi.
Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti
Etimoloji lüğət
Etimoloji lüğət — sözlərin mənşəyini (kökənini) göstərən lüğət. == Altay dillərinin etimoloji lüğətləri == Сравнительный словарь тунгусо-маньчжурских языков. Материалы к этимологическому словарю. В 2 т. / Отв. ред. В. И. Цинциус, сост.: В. А. Горцевская, В. Д. Колесникова, О. А. Константинова, К. А. Новикова, Т. И. Петрова, В. И. Цинциус, Т. Г. Бугаева — Л: Наука, 1975—1977. — 672 с.+471с. Sergey Starostin, Anna Dıbo, Oleq Mudrak. Etymological Dictionary of the Altaic Languages, 3 Vol.
Filipp Lüdviq
Filipp Lüdviq (Pfals-Noyburq hersoqu) — 1569–1614-cü illərdə Pfals-Noyburq hersoqu. Filipp Lüdviq Statius Müller — Alman teoloqu.
Filipp Lüdviq (Pfals-Neyburq hersoqu)
Filipp Lüdviq (alm. Philipp Ludwig‎; 2 oktyabr 1547, Çvaybrükgen – 22 avqust 1614, Noyburq an der Donau, Şvabiya dairəsi) — 1569–1614-cü illərdə Pfals-Noyburq hersoqu idi. == Həyatı == Filipp Lüdviq 1547-ci ildə Çvaybrükgendə Çvaybrükgen hersoqu Volfqanq və Hesseli Annanın ailəsində doğulub. Ailənin ən böyük oğlu idi. 1569-cu ildə atasının ölümündən sonra onun torpaqları Filip Lüdviq və dörd qardaşı arasında bölündü — Filip Lüdviq Noyburq hersoqluğunu aldı. O, 1574-cü ildə Yülix-Kleve-Berqin hakimi hersoq IV Vilhelmin qızı Anna (1552–1632) ilə evləndi və bu nikahdan Brandenburq Markqraflığına qarşı vərəsəlik mübahisəsində istifadə etdi. Tezliklə Vilhelmin yeganə oğlu İohann Vilhelm varissiz öldü. 1613-cü ildə Filipp Lüdviqin böyük oğlu katolikliyi qəbul etdi və İspaniya və Alman Katolik liqasının dəstəyini qazandı, Brandenburq isə Niderlandın dəstəyini aldı. Lakin Filipp bu torpaqları tam olaraq ələ keçirə bilmədən 1614-cü ildə öldü. == Ailəsi == 27 sentyabr 1574-cü ildə Yülix-Kleve-Berqin hersoqu IV Vilhelmin qızı Anna (1552–1632) ilə evlənmişdi.
Filipp Lüdviq (Pfals-Noyburq hersoqu)
Filipp Lüdviq (alm. Philipp Ludwig‎; 2 oktyabr 1547, Çvaybrükgen – 22 avqust 1614, Noyburq an der Donau, Şvabiya dairəsi) — 1569–1614-cü illərdə Pfals-Noyburq hersoqu idi. == Həyatı == Filipp Lüdviq 1547-ci ildə Çvaybrükgendə Çvaybrükgen hersoqu Volfqanq və Hesseli Annanın ailəsində doğulub. Ailənin ən böyük oğlu idi. 1569-cu ildə atasının ölümündən sonra onun torpaqları Filip Lüdviq və dörd qardaşı arasında bölündü — Filip Lüdviq Noyburq hersoqluğunu aldı. O, 1574-cü ildə Yülix-Kleve-Berqin hakimi hersoq IV Vilhelmin qızı Anna (1552–1632) ilə evləndi və bu nikahdan Brandenburq Markqraflığına qarşı vərəsəlik mübahisəsində istifadə etdi. Tezliklə Vilhelmin yeganə oğlu İohann Vilhelm varissiz öldü. 1613-cü ildə Filipp Lüdviqin böyük oğlu katolikliyi qəbul etdi və İspaniya və Alman Katolik liqasının dəstəyini qazandı, Brandenburq isə Niderlandın dəstəyini aldı. Lakin Filipp bu torpaqları tam olaraq ələ keçirə bilmədən 1614-cü ildə öldü. == Ailəsi == 27 sentyabr 1574-cü ildə Yülix-Kleve-Berqin hersoqu IV Vilhelmin qızı Anna (1552–1632) ilə evlənmişdi.
Filipp Lüdviq Statius Müller
Мюллер, Filipp Lüdviq Statius Müller (alm. Philipp Ludwig Statius Müller‎, 25 aprel 1725 – 5 yanvar 1776, Erlangen) — Alman teoloqu və zooloqu. == İşləri == De Zeedemeester der kerkelyken. Fongerlo, Amsterdam 1750. De traanen eenes volks, over het verlies van een eminent Opper-Hoofd. Leeuwarden 1751. Die rechtmäßige Freude über die Wohlthaten Gottes das Jenaische Universitäts-Jubilär betr. Jena 1758. Dissertationis de justo probabilitatis valore et usu sectio teria. Erlangen 1758.
Geomorfoloji terminlərin izahlı lüğəti
Geomorfoloji terminlərin izahlı lüğəti — 2012-ci ildə "Elm" nəşriyyatı tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası akad. H. Ə. Əliyev adına Coğrafiya İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilən kitab (ISBN 978-9952-453-14-0). Üç dildə (Azərbaycan, rus, ingilis) 3000-ə qədər sözlüyü əhatə edən geomorfoloji lüğətdə terminlərin izahı Azərbaycan dilində, mətnin axırında isə terminlərin rus və ingilis variantları verilmişdir. Terminlər Azərbaycan əlifbası sırası ilə düzülmüşdür.
Helmut İohan Lüdviq fon Moltke
Qraf Helmut İohan Lüdviq fon Moltke, Kiçik Moltke (alm. Helmuth Johannes Ludwig von Moltke‎; 25 may 1848, Bindorf[d], Meklenburq-Ön Pomeraniya – 18 iyun 1916, Berlin) — Almaniya hərbi xadimi, general, qraf. == Həyatı == Helmut İohan Lüdviq fon Moltke 25 may 1848-ci ildə Meklenburq-Ön Pomeraniyada yerləşən Bindorfda anadan olmuşdur. O, Helmut Moltkenin (Böyük) qardaşı oğludur. Birinci Dünya müharibəsində Almaniya ordusunun Baş qərargah rəisi (əslində baş komandanı) olan Moltke qoşunlara rəhbərlik etməyi bacarmamış və komandanlıqdan kənar edilmişdir. O, 18 iyun 1916-cu il tarixində, 68 yaşında Berlin şəhərində vəfat etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Craig, Gordon A. The politics of the Prussian army 1640-1945 (1955). Online free to borrow Foley, Robert T. "Preparing the German Army for the First World War: The Operational Ideas of Alfred von Schlieffen and Helmuth von Moltke the Younger." War & Society 22.2 (2004): 1-25. online Fromkin. David.
Henrix Qotlib Lüdviq Rayxenbax
Henrix Qotlib Lüdviq Rayxenbax (alm. Heinrich Gottlieb Ludwig Reichenbach‎, 8 yanvar 1793[…], Leypsiq, Saksoniya elektoratlığı – 17 mart 1879[…], Drezden) — XIX əsr Alman botaniki-sistematik və zooloqu. == Elmi əsərləri == Pharmaceutische Flora von Leipzig, Leipzig, 1817 (alm.) Monografie der Aconitum und Myosotis, Leipzig, 1820 (alm.) Monographia generis Aconiti, 1820 (с 19 таблицами) (lat.) Magazin der ästhetische Botanik, Leipzig, 1821–1826 (alm.) Abbildung und Beschreibung der für Gartenkultur empfehlenswerten Gewächse, 1821–1826 (с 96 таблицами) (alm.) Illustratio specierum Aconiti generis, 1823–1827 (с 72 таблицами) (lat.) Iconographia botanica seu Plantae criticae, 1823–1832 (с 1 000 таблиц; книга выдержала 10 изданий) (lat.) Iconographia botanica exotica, 1827–1830 (lat.) Conspectus regni vegetabilis per gradus naturales evoluti tentamen, Leipzig, 1828 (lat.) Übersicht des Gewächsreichs und seiner natürlichen Entwickelungsstufen, 1828 (alm.) Flora germanica excursoria Arxivləşdirilib 2013-10-05 at the Wayback Machine ex affinitate regni vegetabilis naturali disposita, sive principia synopseos plantarum in Germania terrisque in Europa media adjacentibus sponte nascentium cultarumque frequentius / auctore Ludovico Reichenbach, Consil. aul. Reg. Saxon. Dr. Philos. Medic. Chir.
Hüquq ensiklopedik lüğəti
Hüquq ensiklopedik lüğəti — Azərbaycan Ensiklopediyasının Baş redaksiyası tərəfindən Bakıda 1991-ci ildə nəşr olunmuş və hüquq məsələləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş ensiklopedik lüğət. Azərbaycan dilində ilk dəfə nəşr olunmuş 544 səhifədən ibarət olan bu kitabda 1000-dən çox məqalə-məlumat verilmişdir. Lüğətdə dövlət hakimiyyəti orqanlarının işi, vətəndaşların hüquq və azadlıqları, onların həyata keçirilməsi qaydaları və s. şərh olunmuş, mühüm hüquqi anlayışlar təhlil edilmişdir. == Mənbə == Hüquq ensiklopedik lüğəti. Azərbaycan Ensiklopediyasının Baş redaksiyası.
II Lüdovik
II Layoş, həmçinin II Lüdovik və Lüdviq Yagellon (mac. Lajos, çex. Ludvík Jagellonský, xorv. Ludvík II. Jagelović; 1 iyul 1506, Buda – 29 avqust 1526) — Macarıstan, Bohemiya krallığı və Xorvatiyaya 1516-1526-cı illərdə rəhbərlik etmiş macar əsilli kral. II Layoş 1506-cı ildə Budapeşt şəhərində anadan olmuşdur. Atası kral II Vladislavın 1516-cı ildə vəfat etməsindən sonra taxta çıxmışdır. Hakimiyyətini gücləndirmək üçün Habsburq kraliçası Mariya Habsburq ilə evlənmişdir. Layoş gənclik dövründə Müqəddəs Roma imperiyasının imperatoru I Maksimilian ilə tez-tez görüşüb müxtəlif mövzulu söhbətlər aparmışdır. Osmanlı imperiyasının artan gücünü qəbul etmək istəməyən II Layoş Sultan Süleyman Qanuni tərəfindən qoyulan vergiləri ödəməkdən imtina etmişdir. Aparılan danışıqlardan sonra bir nəticə əldə olunmamış və tərəflər arasında müharibə başlamışdır.
II Lüdviq (Bavariya kralı)
II Lüdviq (alm. Ludwig Otto Friedrich Wilhelm‎; 25 avqust 1845 – 13 iyun 1886) — 1864-cü ildən 1886-cı ildə ölümünə qədər Bavariya kralı idi. Onu bəzən Qu quşu Kralı və ya Nağıl Kralı (alm. Der Märchenkönig‎) adlandırırlar. O, həmçinin Reyn palatin-qrafı, Bavariya hersoqu, Frankoniya hersoqu və Şvabiyada hersoq titullarını daşıyırdı. Lüdviq 1864-cü ildə 18 yaşında taxta çıxıb. İki il sonra Bavariya və Avstriya Prussiyaya qarşı cəmi bir neçə həftə davam edən müharibə etdi və bu müharibəni itirdilər. Lakin 1870-ci il Fransa–Prussiya müharibəsində Bavariya Fransaya qarşı uğurlu müharibədə Prussiyanın tərəfini tutdu. Lüdviqin Almaniyanın birləşdirilməsini dəstəkləməməsinə baxmayaraq, Bavariya və digər 21 monarxiya yeni Alman İmperiyasının (alm. Deutsches Reich‎) bir hissəsi oldu, Prussiya kralı və Lüdviqin dayısıoğlu I Vilhelm Alman İmperatoru tituluna yiyələndi.
IV Lüdviq (Müqəddəs Roma İmperatoru)
Bavariyalı IV Lüdviq (alm. Ludwig‎; 1 aprel 1282 - 11 oktyabr 1347), Vittelsbax sülaləsindən Müqəddəs Roma İmperatoru idi. Lüdviqin 1314-cü ildə imperator seçilməsi mübahisəli idi, çünki onun Habsburq qohumu Gözəl Fridrix eyni vaxtda ayrı-ayrı kürfürstlər tərəfindən hökmdar seçilmişdi. Lüdviq 1322-ci ildə Müldorf döyüşündə Fridrixi məğlub etdi və nəticədə iki tərəf barışdılar. O daha sonra fransız papa XXII İoanna qarşı çıxdı və kilsədən xaric edildi; Lüdviq də öz növbəsində papanı vəzifədən salmağa və antipapa təyin etməyə cəhd etdi. Lüdviq 1294-1301-ci illərdə böyük qardaşı I Rudolf ilə birlikdə Yuxarı Bavariya hersoqu idi, 1323-cü ilə qədər Brandenburq markqrafı və 1329-cu ilə qədər Reyn qraf-palatini idi və 1340-cı ildə Aşağı Bavariya hersoqu oldu. 1742-ci ilə qədər Almaniyanın hökmdarı olmuş son bavariyalı idi. 1345-ci ildə həyat yoldaşı Marqaret bu torpaqları miras aldıqda o həmçinin Eno, Hollandiya, Zelandiya və Frislandiya qrafı oldu. == Hersoq kimi == Lüdviq 1282-ci ildə Münhendə, Yuxarı Bavariya hersoqu II Lüdviq və Matilda Habsburqun (Almanların kralı I Rudolfun qızı) ailəsində anadan olub. Lüdviqin qismən Vyanada təhsil almasına və 1301-ci ildə Habsburqlu anası və dayısı I Albertin dəstəyi ilə Yuxarı Bavariyada qardaşı I Rudolfun qəyyumu olmasına baxmayaraq, 1307-ci ildə Aşağı Bavariyadakı mülklərinə görə Habsburqlarla münaqişə içində idi.
IV Lüdviq (Pfals kürfürstü)
IV Lüdviq (1 yanvar 1424, Heydelberq – 13 avqust 1449, Vorms) — Vittelsbax sülaləsindən 1436–1449-cu illərdə hökm sürmüş Pfals kürfürstü. == Həyatı == 1424-cü ildə III Lüdviq (1378–1436) və Savoyyalı Matildanın (1390–1438) birinci oğlu olaraq doğulub. 1436-cı ildə atası vəfat etdikdən sonra yetkinlik yaşına çatana qədər əmisi I Otto qəyyumluğu öz üzərinə götürdü. Onun hakimiyyəti dövründə 1441-ci ildə Lövenştayn qraflığı ələ keçirildi. == Hakimiyyəti == 1442-ci ildə yetkinlik yaşına çatan Lüdviq Yüzillik müharibədə iştirak etdi. 1443-cü ildə qardaşı Fridrixə kürfürstlükdə bir-sıra vəzifələr verərək sülalə hakimiyyətini gücləndirdi. 1444-cü ildə İmperiya valisi kimi Armanyakların hücumlarını dəf etdi. Lakin o əsasən, Şvabiya liqası ilə bağladığı ittifaqlar vasitəsilə Pfalsın neytrallığını qorumağa çalışdı. Həmin il Danimarka, İsveç və Norveç kralı, həmçinin Pfals-Noymarkt nəslindən olan Bavariyalı Xristofor, Bavariya-Münhen hersoqu III Albert və Regensburq yepiskopu Fridrix ilə birlikdə imzaladığı müqavilədə Yuxarı Pfalsdakı haqlarının tanınmasına nail oldu. O, həmçinin Mayns şəhəri ilə onun arxiyepiskopu arasındakı mübahisəni həll etməyə çalışdı və 1449-cu ildə cəngavərlərlə İsveçrə vətəndaşları arasında vasitəçilik etdi.
IX Lüdovik
IX Lüdovik (fr. Louis IX; 25 aprel 1214 – 25 avqust 1270, Tunis) — Fransa kralı. Kapetinqlər sülaləsindəndir. == Həyatı == 1248-ci ildə Fransa kralı IX Lüdovik öz qardaşları və vassalları ilə birlikdə yeddinci səlib yürüşünə çıxdı. Səlibçilər Damiyetta şəhərini ələ keçirdilər, lakin Mənsuriyyə uğrunda döyüşlərdə kralın qardaşı Robert öldürüldü. Müsəlman ordusu səlibçilərin geriyə yolunu bağladı. Tezliklə xristianların düşərgəsini aclıq və xəstəlik bürüdü. 1250-ci ilin aprelində səlibçilər dəhşətli məğlubiyyətə uğradılar, IX Lüdovik əsir düşdü, Damiyettanı geri qaytarmaq və iri məbləğdə təzminat ödəmək müqabilində azad edildi. Səlibçilərin yaratdığı Antakiya knyazlığı 1268-ci ildə süqut etdi. 1270-ci ildə Fransa kralı IX Lüdovik Tunisdəki müsəlman Həfsi əmirliyinin üzərinə hücuma keçdi.
IX Lüdovik (Fransa kralı)
IX Lüdovik (fr. Louis IX; 25 aprel 1214 – 25 avqust 1270, Tunis) — Fransa kralı. Kapetinqlər sülaləsindəndir. == Həyatı == 1248-ci ildə Fransa kralı IX Lüdovik öz qardaşları və vassalları ilə birlikdə yeddinci səlib yürüşünə çıxdı. Səlibçilər Damiyetta şəhərini ələ keçirdilər, lakin Mənsuriyyə uğrunda döyüşlərdə kralın qardaşı Robert öldürüldü. Müsəlman ordusu səlibçilərin geriyə yolunu bağladı. Tezliklə xristianların düşərgəsini aclıq və xəstəlik bürüdü. 1250-ci ilin aprelində səlibçilər dəhşətli məğlubiyyətə uğradılar, IX Lüdovik əsir düşdü, Damiyettanı geri qaytarmaq və iri məbləğdə təzminat ödəmək müqabilində azad edildi. Səlibçilərin yaratdığı Antakiya knyazlığı 1268-ci ildə süqut etdi. 1270-ci ildə Fransa kralı IX Lüdovik Tunisdəki müsəlman Həfsi əmirliyinin üzərinə hücuma keçdi.
I Karl Lüdviq (Pfals kürfürstü)
Karl Lüdviq (alm. Karl Ludwig‎, lat. Carolus Ludovicus, 22 dekabr 1617, Heydelberq – 28 avqust 1680) — Vittelsbax sülaləsindən Pfals kürfürstü (1648–1680). Ömrünün birinci yarısını Otuzillik Müharibə və İngiltərə vətəndaş müharibəsi zamanı sürgündə yaşadıqdan sonra, 1649-cu ildə atasının keçmiş ərazilərinin əksəriyyəti ilə birlikdə Pfals kürfürstlüyünü geri almışdı. == İlk illəri == 1617-ci ildə Heydelberqdə V Frederik və Elizabet Stüartın ailəsində anadan olmuşdur. O, 1618-ci ilin martında Sedan knyazı Henri Buyon və Uels şahzadəsinin nümayəndəsi olan dövlət katibi Albertus Mortonun iştirakı ilə vəftiz olundu. 1632-ci ildə sürgündə olan atasının ölümündən sonra Karl atasının Pfalz Elektoratındakı mülklərini miras aldı, çünki onun böyük qardaşı Henri Frederik 1629-cu ildə Niderlandda vəfat etmişdi. Əmisi Lüdviq Filipp tərəfindən böyüdülən hələ 1633-cü ildə Bant ordenini almışdı. 1635-ci ildəki Praqa sülhü onun Pfalsdakı hüquqlarını tanımadığına görə qardaşı Rupert ilə birlikdə dayısı I Karlın sarayına, İngiltərəyə köçmüşdü. 1638-ci ildə o, ingilis vəsaiti ilə kiçik bir ordu yaratmağa və Almaniyanın şimal-qərbindəki Meppeni baza kimi satın almağa nail oldu.
I Lüdovik
I Lüdovik Mömin (lat. Hludovicus Pius, fr. Louis le Pieux, alm. Ludwig der Fromme‎; 16 aprel 778, 20 aprel 778 və ya sentyabr 778 – 20 iyun 840 və ya 24 iyun 840) — 781–814-cü illərdə Karolinqlər sülaləsindən olan Akvitaniya kralı, frank kralı və Qərbin imperatoru (Empereur d’Occident; 814–840). Lüdovik Mömin Frank dövlətinin son suveren hökmdarı olmuşdur. Atasının ölümündən sonra taxt-tacı miras almış atası imperator Böyük Karlın islahat siyasətini uğurla davam etdirmiş, lakin hakimiyyətinin son illəri öz oğullarına və xarici düşmənlərinə qarşı müharibələrdə keçmişdir. Ölümündən bir neçə il sonra imperiyanın dağılmasına və onun yerində bir neçə dövlətin — müasir Almaniyanın, İtaliyanın və Fransanın sələflərinin yaranmasına səbəb olan dövlət dərin bir böhran içində idi.
I Lüdovik (İspaniya kralı)
I Lüdovik (isp. Luis Felipe de Borbón y Saboya) (25 avqust 1707[…], Madrid – 31 avqust 1724[…], Madrid) — İspaniya kralı. Atası V Filippin taxtdan çəkilməsinin ardından taxta çıxsa da, cəmi 7 ay sonra vəfat etmişdir. == Mənbə == Danvila, Alfonso. El reinado relámpago, Luis I y Luisa Isabel de Orleáns, 1707–1724. Madrid: Espasa-Calpe, 1952. Reprinted as Luis I y Luisa Isabel de Orleans: el reinado relámpago. Madrid: Alderabán, 1997.
I Lüdviq (Bavariya kralı)
I Lüdviq və ya I Lüdovik (alm. Ludwig Karl August‎; 25 avqust 1786[…], Strasburq, Fransa metropoliyası – 29 fevral 1868[…], Nitsa) — 1825-ci ildən 1848-ci il inqilablarına qədər Bavariya kralı idi. Hələ vəliəhd olanda Napoleon müharibələrində iştirak etmişdi. Kral kimi o, Mayn və Dunay çayları arasında Lüdviq kanalını işə salaraq Bavariyanın sənayeləşməsini təşviq etmişdi. 1835-ci ildə Fürs və Nürnberq şəhərləri arasında ilk dəfə onun dövlətində dəmir yolu tikildi. Onun təşəbbüsü ilə Bavariya 1834-cü ildə Zollverein iqtisadi ittifaqına qoşuldu. Fransada 1830-cu il İyul İnqilabından sonra Lüdviqin əvvəlki liberal siyasəti getdikcə repressiv xarakter aldı. 1844-cü ildə Bavariyada pivə iğtişaşları baş verdi. 1848-ci il inqilabları zamanı kral tələbələrin və orta təbəqələrin artan etirazları və nümayişləri ilə üzləşdi. 20 mart 1848-ci ildə o, böyük oğlu Maksimilianın xeyrinə taxtdan imtina etdi.

"lü" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#lü nədir? #lü sözünün mənası #lü nə deməkdir? #lü sözünün izahı #lü sözünün yazılışı #lü necə yazılır? #lü sözünün düzgün yazılışı #lü leksik mənası #lü sözünün sinonimi #lü sözünün yaxın mənalı sözlər #lü sözünün əks mənası #lü sözünün etimologiyası #lü sözünün orfoqrafiyası #lü rusca #lü inglisça #lü fransızca #lü sözünün istifadəsi #sözlük