Perqa sözü azərbaycan dilində

Perqa

Yazılış

  • Perqa • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Perqalı Apolloni
Perqalı Apolloni (d. E.ə. 260 – ö. E.ə. 170) — qədim yunan riyaziyyatçısı və astronomu; "Konik kəsiklər" əsərində konik kəsiklərin tam şərhini vermişdir; Planetlərin görünən hərəkətlərini izah edən nəzəriyyənin müəllifidir.
Perqam
Pergamon — İzmir ilinə aid Pergama ilçəsinin mərkəzində qurulu antik şəhərin adıdır. UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına salınmışdır. Pergamon keçmişdə Misya bölgəsinin önəmli mərkəzlərindən biri idi. E.ə. 282–133 illər arasında Pergamon Krallığının paytaxtı olubdu. Pergamo adı bir söyləncə görə qəhrəman olan Pergamosdan gəlir. Pergamosun Teuthrania kralını öldürdükdən sonra şəhəri ələ keçirdiyi və öz adını verdiyi deyilir. Başqa bir mənbəyə görə də Teuthrania Kralı Grynos Savasta Pergamosdan yardım istəmiş, zəfərdən sonra iki şəhər tikdirərək birinə onun şərəfinə Pergamon, digərinə isə Gryneion adını vermişdir. Yazılı mənbələrdə Pergamondan ilk dəfə E.ə. 4-cü yüzilliyin əvvəllərində qeyd edilir.
Perqam kitabxanası
Perqam kitabxanası — Türkiyənin Perqam antik şəhərində yerləşən qədim dünyanın ən vacib kitabxanalarından biri. == Perqam şəhəri == Ellinizm dövründən bir müddət əvvəl qurulmuş Perqamum və ya Perqam Anadoluda yerləşən əhəmiyyətli bir qədim yunan şəhəri idi. Bu şəhər artıq müasir Türkiyənin Berqama ilçəsinin ərazisində yerləşir. Attalidlər sülaləsinin idarə etdiyi şəhər Perqam hökmdarı II Eumenesin dövründə inzibati mərkəz olaraq məşhurlaşdı və Makedoniya ilə əlaqələrini kəsərək Roma Respublikası ilə ittifaq qurdu. II Eumenesin (197-160) hakimiyyəti dövründə Perqam 200 min nəfərdən çox əhalisi olan varlı, inkişaf edən bir şəhər idi. Mədəni olaraq yalnız İsgəndəriyyə və Antioxiya şəhərləri ilə rəqabət aparırdı. Bu zaman heykəltəraşlıq və memarlığın bir çox vacib əsərləri, o cümlədən Böyük Perqam qurbangahı istehsal edildi. II Eumenesin oğlu III Attalusun vəfatından sonra 133-cü ildə Perqam Roma Respublikasına verildi. Konstantinopolun süqutundan sonra Perqam Osmanlı imperiyasının bir hissəsi oldu. Perqam Əhdi-Cədiddə də vacib bir şəhər idi və Müqəddəs Yəhya tərəfindən Vəhy Kitabında Vəhy Yeddi Kilsəsindən biri olaraq açıq şəkildə xatırlandı.
Perqam muzeyi
Perqam muzeyi (alm. Pergamonmuseum‎) — Berlindəki Muzeylər adasındakı beş muzeydən biri. Muzey Alfred Messel tərəfindən tərtib edilmiş və Lüdviq Hoffmanın rəhbərliyi altındakı inşaat 1910-cu ildə başlamış, 20 il sonra, 1930-cu ildə tamamlanmışdı. Perqam altarı, Miletin bazar qapısı, İştar darvazası və bu tikililərə aid əsərlər, həqiqi yerlərindən toplanaraq, Perqam muzeyində yenidən birləşdirilmiş, muzeyin adını bütün dünyada məşhurlaşdırmışdı. Sərgilənən digər əsərlər bunlardır; Afina Perqam məbədinin girişi, Perqamdan Afina heykəli, Hələb otağıdır. Bundan əlavə, türk çinilərindən nümunələrdə (İznik saxsısı) vardır. Xüsusilə Berqama və Miletdən alınan əsərlər ilə yaradılan kolleksiyanın Almaniyaya qanuni olaraq gətirilib-gətirilməməsi ilə bağlı müzakirələr aparılır. Türkiyə hökuməti, bu əsərlərin çoxunun Türkiyədə yarandığı üçün, kolleksiyanın qaytarılması mövzusunda Almaniya hökumətinə müraciət etmişdir. Muzeyi ildə təxminən 850,000 nəfər ziyarət edir. 2007-ci ildə 1.135,000 insan tərəfindən ziyarət edildi və Almaniyanın ən çox ziyarət edilən sənət muzeyi oldu.
Perqament
Perqament (alm. Pergament‎, yun. Πέργαμον, Perqamon) — heyvan dərilərindən hazırlanmış və yazı yazmaq üçün nəzərdə tutulmuş material. E.ə. II əsrdə istifadə olunmağa başlanmışdır. Materialın adı onun ilk dəfə hazırlandığı Perqam şəhərinin adından götürülmüşdür. Perqament aşılanmamış qoyun, dana, balıq, ceyran, bəbir və ya keçi dərisindən hazırlanırdı. Papirusdan fərqli olaraq perqamentdən geniş istifadə olunmasının səbəbi onun üzərində suda həll oluna bilən mürəkkəblə yazılmış yazını silib, yenisini yazmaq imkanının olması idi. Bundan başqa, perqamentin hər iki üzünə yazı yazmaq mümkün idi.
Perqamon muzeyi
Perqam muzeyi (alm. Pergamonmuseum‎) — Berlindəki Muzeylər adasındakı beş muzeydən biri. Muzey Alfred Messel tərəfindən tərtib edilmiş və Lüdviq Hoffmanın rəhbərliyi altındakı inşaat 1910-cu ildə başlamış, 20 il sonra, 1930-cu ildə tamamlanmışdı. Perqam altarı, Miletin bazar qapısı, İştar darvazası və bu tikililərə aid əsərlər, həqiqi yerlərindən toplanaraq, Perqam muzeyində yenidən birləşdirilmiş, muzeyin adını bütün dünyada məşhurlaşdırmışdı. Sərgilənən digər əsərlər bunlardır; Afina Perqam məbədinin girişi, Perqamdan Afina heykəli, Hələb otağıdır. Bundan əlavə, türk çinilərindən nümunələrdə (İznik saxsısı) vardır. Xüsusilə Berqama və Miletdən alınan əsərlər ilə yaradılan kolleksiyanın Almaniyaya qanuni olaraq gətirilib-gətirilməməsi ilə bağlı müzakirələr aparılır. Türkiyə hökuməti, bu əsərlərin çoxunun Türkiyədə yarandığı üçün, kolleksiyanın qaytarılması mövzusunda Almaniya hökumətinə müraciət etmişdir. Muzeyi ildə təxminən 850,000 nəfər ziyarət edir. 2007-ci ildə 1.135,000 insan tərəfindən ziyarət edildi və Almaniyanın ən çox ziyarət edilən sənət muzeyi oldu.

"perqa" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#perqa nədir? #perqa sözünün mənası #perqa nə deməkdir? #perqa sözünün izahı #perqa sözünün yazılışı #perqa necə yazılır? #perqa sözünün düzgün yazılışı #perqa leksik mənası #perqa sözünün sinonimi #perqa sözünün yaxın mənalı sözlər #perqa sözünün əks mənası #perqa sözünün etimologiyası #perqa sözünün orfoqrafiyası #perqa rusca #perqa inglisça #perqa fransızca #perqa sözünün istifadəsi #sözlük